JurnaliSTİkasi bülənt Çaplı



Yüklə 83,66 Kb.
Pdf görüntüsü
səhifə31/54
tarix22.11.2017
ölçüsü83,66 Kb.
#11488
1   ...   27   28   29   30   31   32   33   34   ...   54

67
IV BÖLÜM
TELEXƏBƏRİN HAZIRLANMASI / 
MONTAJ
MONTAJ
Aydın məsələdir ki, haqqında telexəbər hazırladığımız 
olayı başdan-ayağa göstərmək imkanımız yoxdur. 
İstər-istəməz, ən önəmli görüntünü seçməyə və vaxtı 
sıxmağa məcbur qalırıq. “Niyə?” sualının çox sadə 
cavabı var: xəbər buraxılışları saatlarca sürmür.
Videomontaj mətn redaktəsinə bənzəyir və elə 
gerçəkləşdirilməlidir ki, seyrçi çaşmasın. Görüntü və 
səs sırası olayın məntiqi ardıcıllığını pozmamalıdır. 
Bütün hallarda seyrçilərin olay barədə dolğun 
bilgilənməsinə can atmaq lazımdır. Bundan ötrü olayla 
bağlı faktlar, müsahibələr yenidən sıralana və yenidən 
qruplaşdırıla bilər. 
Reportyor montaj vaxtı nəyi yadda saxlamalıdır? TV 
təcrübəsinə dayanaraq həmin sualı belə cavablamaq 
olar:
Telexəbər Reportyoruna Yaddaş
• reportyor bütün seyrçiləri təmsil edir;
• olayı olduğu kimi, amma qısa şəkildə çatdırmaq vacib 
şərtdir;
• videogörüntülər və səs sırası olayı dəqiq əks 
etdirmirsə,çatışmazlıqlar aradan qaldırılmalıdır;
• darmacalda operativ çalışmaq peşəkarlıq 
göstəricisidir;
• telexəbər efirə hazır deyilsə, bu barədə məlumatı efir 
saatından xeyli öncə prodüserə çatdırmaq lazımdır (əks 
halda materialı əvəz etməyə vaxt qalmaz).
Öncə videomaterialın, heç olmasa, təxmini siyahısını 
hazırlayın. Görüntüləri göz önündə canlandırın, 
beyninizdə bəlli bir planı dolaşdırın və yalnız bundan 
sonra videomaterialı seçməyə başlayın.
İkinci addım kimi, xəbərləmək istədiyiniz olayın önəmli 
elementlərini müəyyənləşdirin, “hansı başlıca fakt 
və açıqlamaları diqqətə yetirmək istəyirəm?” sualını 
cavablamağa çalışın. Daha sonra xəyalən və ya daha 
yaxşı olar ki, kağız üzərində bütün önəmli elementləri 
sıraya düzün. Bu baxımdan  TV təcrübəsində, adətən, 
“Vaqonların yüklənməsi və sıralanması” adlanan üsul 
çox faydalıdır.
Montajöncəsi yaddaş:
“vaqonların yüklənməsi və sıralanması”
• görüntülü xəbərinizi yük vaqonları kimi düşünün – 
hər vaqon ayrılıqda önəm daşıyır;
• montaj etdiyiniz görüntülər, ayrı-ayrı kadr qrupları 
ayrıca yüklər rolunu oynayır;
• hər kadr (yaxud kadrlar qrupu) yük qatarının bənzər 
vaqonunun videomoduludur;
• göz önündən keçən vaqonlardan yalnız birini 
təsəvvür edin;
• o vaqona yığdığınız bütün yüklər, yəni görüntülər 
önəmli bir elementi tam əhatə edir;
• vaqonlar olayın məntiqi ardıcıllığına görə ard-arda 
düzülür;
• beləcə, videosıra yaranır; 
• bu ardıcıllığa uyğun reportyor mətni yazılır.
Yük qatarına bənzətməni davam etdirərkən reportyor 
şərhinin – kadrarxası mətnin ayrı-ayrı məqamları ilə 
videosıranın ayrı-ayrı məqamlarının təbii uzlaşması 
üzə çıxacaq. Bu uzlaşma hər hansı epizod üçün 
gərəkli görüntünü seçməyə yardım edir və ya 
videogörüntülərin sözlərlə uzlaşıb-uzlaşmadığını bildi-
rir. Digər tərəfdən görüntü və səs sırasını (video- və 
audiosıra) yenidən formalaşdırmağa da ehtiyac qalmır. 
Tutalım, sözlə açıqlamanın məntiqi ardıcıllığı pozulubsa 
və yaxud nə isə yaddan çıxıbsa, elə əldə olanı da yetərli 
saymaq mümkündür, yəni elementlərin müəyyən 
miqdarı da bəs edəcək (başqa sözlə, yüklü vaqonların 
bəzisini “qatara” – xəbər süjetinə qoşmayacaqsınız və 
bununla da iş bitəcək). Belə yanaşma təkrar montajı da 
asanlaşdırır (düzdür, bilgisayar montajı ortaya çıxandan 
bəri təkrar montaj əvvəlki zəhmini itirib, çünki “təkrar 
montaj” xofunu analoq montajın hər şeyi yenidən 
başlamaq zərurəti doğururdu).  Bir neçə vaqonun 
yerini dəyişmək və ya sayını artırmaq yük qatarını 
təzədən formalaşdırmaqdan və bütün vaqonların yerini 
dəyişməkdən qat-qat asandır.


68
IV BÖLÜM
TELEXƏBƏRİN HAZIRLANMASI / 
MONTAJ
MONTAJ ZAMANI ÇƏKİLƏN GÖRÜNTÜLƏRİ 
DƏYƏRLƏNDİRMƏ ÖLÇÜLƏRİ:
İNTERKÜYDƏN (TƏBİİ SƏSLƏRDƏN) 
İSTİFADƏNİN 10 QAYDASI
• olayın baş verdiyi yer dolğun əksini tapıbmı?
• müxtəlif insanlar çəkilibmi?
• olayın həm adi, həm də qeyri-adi görüntüləri əks 
etdirilibmi?
• olay məkanının ovqatı duyulurmu?
• olayın zaman axarı necə duyulur?
• görüntü fraqmenti olayı necə açıqlayır?
• təbii səslər, özəlliklə “reperaund”lar (ayrıca interküy) 
olayın dolğun açıqlanmasına necə yardım edir?  
1. Olduğunuz yerə göz gəzdirin və fon səsini yazın. 
Sizə gərəkli səsi əldə etmək üçün kameramanla 
məsləhətləşin və onunla əməkdaşlıqdan çəkinməyin;
2. Tamamlanmış xəbər süjetində fon səsindən istifadə 
çox önəmlidir. Fon səsi üçün çəkiliş məkanı ilə bağlı 
səsləri – tutalım, insanların danışıq və atmacalarını, 
kütlə uğultusunu, külək vıyıltısını, yarpaq xışıltısını, 
motor tırıltısını, su şırıltısını və s.-i yazın;
3. Təbii səsləri azı 3 saniyə ayrıca (əsas səs kimi) 
eşitdirin. Bundan az eşitdirmək seyrçidə təəssürat 
yaratmaz;
4. Təbii səs telexəbərin önəmli bilgi yükünü 
daşıyarkən, daha sürəkli interküy aralarından (məsələn, 
5 saniyədən 10 saniyəyədək reperaunddan) yararlanın;
Olay yerində nə çəkilirsə-çəkilsin, mikrofonun açıq 
saxlanması və beləcə, olayın küyünün yazılması vacib 
şərtdir. Bu halda montaj zamanı bir kanalda repor-
tyor və müsahiblərin səsini, digərində isə interküyü 
saxlayırsınız. Tutalım, reportyorun sözlərini təbii 
səslərdən 10 dəfə yuxarı səviyyədə saxlasanız, bu 
səslər onun söylədiklərini eşitməyə əngəl törətməz, 
eyni zamanda olayın interküyü görüntü və nitqə təbii 
dad qatar. Dinib-danışan və dəyişən “lal” görüntüdənsə 
səsli görüntü, sözyox, daha çox diqqət çəkəcək və 
ən əsası, olay barədə daha çox bilgi verəcək. Təkcə 
reportyor oxusundan deyil, “diktor oxusu”ndan 
yararlandığınız hallarda da görüntünün təbii küyünü 
qorumaq və seyrçilərə eşitdirmək olay barədə seyrçi 
təsəvvürlərinin artırılmasına xidmət edir.
5. Bir dəqiqə 45 saniyədən 2 dəqiqəyədək sürən 
süjetlərdə azı 3-5 interküy arasından faydalanın;
6. Həmişə kadrarxası mətndən (reportyor oxusundan) 
öncə interküy verin;
7. Həmişə müsahibədən sonra interküyə yer ayırın;
8. Həmişə kadrarxası mətnin keçidləri arasında in-
terküyü eşitdirin;
9. Süjetinizdə məkan dəyişərkən həmişə interküydən 
istifadə edin;
10. Xəbər süjetini tamamlamaq, ona daha bitkin, daha 
ritmik və sanki musiqili biçim vermək üçün həmişə 
interküydən yararlanın.
Daha ətraflı bilgi üçün bax:8.


Yüklə 83,66 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə