JurnaliSTİkasi bülənt Çaplı



Yüklə 83,66 Kb.
Pdf görüntüsü
səhifə34/54
tarix22.11.2017
ölçüsü83,66 Kb.
#11488
1   ...   30   31   32   33   34   35   36   37   ...   54

73
IV BÖLÜM
TELEXƏBƏRİN HAZIRLANMASI / 
KADRARXASI MƏTN 
Kadrarxası mətndə şəxs adlarının verilməsi. 
“Telexəbərdə naməlum ad və soyadlarından necə 
yararlanmaq olar?” sualının birmənalı cavabı yoxdur. 
Ancaq təcrübə göstərir ki, nəinki heç tanış olmayan 
və ya o qədər də tanınmayan adları, hətta məşhur 
şəxsləri də təkrar tanıtmaq daha doğru yoldur. 
Məsələ orasındadır ki, kimliyindən asılı olmayaraq, 
hər bir müsahibi seyrçilərə tanıtmaq lazımdır. Özünüz 
deyin, önəmli bir məlumatın qaynağı olan insanı 
təkrar tanıtmağın kimə nə ziyanı var? Üstəlik, həmin 
şəxs süjetin əsas personajıdırsa, hər müsahibə 
fraqmentində onun subtitrini vermək normaya 
çevrilməlidir. 
Bir çox hallar da var ki, tam tərsinə, şəxs adlarının 
verilməsinə heç ehtiyac qalmır. Tutalım, yüksək vəzifəli 
dövlət məmurlarının görüş və ya toplantısından 
xəbər hazırlayırsınızsa, onların adlarını göstərməyin 
nə faydası var? Belə hallarda yaınız vəzifə adlarının 
sadalanması yetərlidir, çünki ad və soyadları önəmli 
bilgi daşımır. Daha dəqiq təsəvvür üçün 2 variantı 
müqayisə edək.
Adlar və hərbi rütbələr seyrçiyə nə verir ki? Bun-
larla maraqlanan şəxsə həmin bilgilər məlumdur. 
“Düzgün variant”ın daha bir üstünlüyü onun qısalığı, 
teleseyrçilərə daha anlaşıqlı olmasıdır. Üstəlik, efir 
vaxtına da qənaət edilib.
Kadrarxası mətndə yer adlarının verilməsi. 
Telexəbərin məzmunu, özəlliklə “harada?” sualının 
cavablanması baxımından az tanınan çoğrafi adlardan 
da yararlanmaq lazım gəlir. K/a mətnlərdə belə adları 
necə vermək, təbii ki, maraq doğurur. Necə edəsən ki, 
həmin yer barədə seyrçidə bəlli təsəvvür yaradasan? 
Necə edəsən ki, çətin yadda qalan adlarla seyrçini 
yormayasan? və s. və i.a.
K/a mətndə yer adlarını vermək üsulları:
• yer adı bəlli informasiya daşıyırsa, bir neçə dəfə 
xatırlatmaq lazımdır;
• az tatınmış yer adlarını daha tanınmış coğrafi 
məkanlara bağlamaq məsləhətdir, məsələn, 
“Nağaraxana kəndi” deyil, “Şamaxı və Pirqulu arasında 
yerləşən Nağaraxana kəndi” yazmaq olar;
• sözügedən yer adı videogörüntüdəki “ünvan 
planı”nda da göstərilməlidir (bu halda seyrçi yer adını 
öz gözləri ilə oxuyur);
• xüsusi gərək duyulan hallarda yer adının əks 
olunduğu xəritəni görüntüləyərək vedeosüjetə daxil 
etmək olar;
• yeradı dəyişibsə, bir müddət onun köhnə adını da 
xatırlatmaq lazımdır (məsələn,  “Şirvan şəhərində, 
keçmiş Əli Bayramlıda” və ya “Saxa Respublikasında  – 
əvvəlki adı ilə Yakutiyada”);
• yeradı ədəbsiz səslənirsə, bu adı “ünvan planı”nda 
göstərin və bu yetərli deyilsə, həmin adı müsahiblərin 
dilində saxlayın;
• yer adlarının yazılış və deyiliş qaydalarını öyrənin;
• yanlış adların yayıcısına çevrilməyin (məsələn,“İran 
körfəzi” yerinə “Fars körfəzi” söyləməyin). 
Yanlış variant
Düzgün variant
Rusiya Federal Sərhəd 
Xidmətinin direktoru 
general-polkovnik 
Konstantin Tot-
ski Bişkekə səfərinin 
gedişində Qırğızıstan 
Respublikasının Prezi-
denti Əskər Akayevlə, 
baş nazir Cumabəy 
İbrahimovla, müdafiə 
naziri general-
polkovnik Mırzakan 
Subanovla, milli 
təhlükəsizlik naziri 
general-mayor Misir 
Aşırkulovla və Müdafiə 
Nazirliyi Sərhəd 
Qoşunları İdarəsinin 
rəisi, polkovnik 
Talaybəy Şatemirovla 
görüşüb.
Rusiya Federal Sərhəd 
Xidmətinin direktoru 
Konstantin Tot-
ski Bişkekə səfərinin 
gedişində Qırğızıstan 
Respublikasının Prezi-
denti Əskər Akayevlə, 
baş nazirlə, müdafiə 
və milli təhlükəsizlik 
nazirləri ilə və Müdafiə 
Nazirliyi Sərhəd 
Qoşunları İdarəsinin 
rəisi ilə görüşüb.


74
IV BÖLÜM
TELEXƏBƏRİN HAZIRLANMASI / 
KADRARXASI MƏTN 
Kadrarxası mətndə etnik kimliyi bildirən sözlərdən 
istifadə. Belə sözləri işlədərkən, özəlliklə ölkəiçi 
xalqlardan bəhs edərkən bəlli etik prinsiplərə 
dayanmaq özünü doğruldur. Məsələn, Briitaniya 
Mətbuatından Şikayətlər Komissiyası ayrı-seçkiliyə 
qarşı ayrıca maddə müəyyənləşdirib: “Mətbuat irqi 
mənsubiyyətə, dərinin rənginə, dinə, cinsə, sek-
sual yönümə və ya hər hansı psixi çatışmazlığa və 
natamamlığa qərəzli, yaxud alçaldıcı münasibətə yol 
verməməlidir. İşıqlandırılan olaylara birbaşa dəxli 
yoxsa, irqi mənsubiyyətə, dərinin rənginə, dinə, 
seksual yönümə, fiziki və ya psixi çatışmazlığa, yaxud 
əlilliyə aid xırdalıqlardan qaçmaq lazımdır” (Daha geniş 
bilgi üçün bax: 73). 
Bu o deməkdir ki, hər hansı cinayət barədə xəbər 
hazırlayan jurnalist təqsirləndirilən şəxsin irqi və ya 
milli mənsubiyyəti barədə bilgiləri verərkən yalnız və 
yalnız polisin açıqlamalarına dayanmalıdır. Tutalım, 
polis “ağdərili kişini” və ya “qafqazlı görünüşlü qadını” 
axtarırsa, jurnalist məhz polisə istinad edərək həmin 
ifadələri işlədə bilər. Bu prinsipi pozanlar kəskin tənqid 
edilməli və onların adları ictimaiyyətə açıqlanmalıdır.
Kadrarxası mətndə qısaltma sözlərdən istifadə. 
Qısalığı baxımından xəbər mətninə çox uyğun olsa da, 
abbreviaturdan – qısaltma sözlərdən az yararlanmaqda 
fayda var. Türk dillərinə elə xas olmasa da, Azərbaycan 
jurnalistlərinin bol-bol işlətdiyi və auditoriyanın 
çətinliksiz anladığı abbreviaturlar çoxdur. Misal üçün: 
ABŞ, NATO, ATƏT, BMT, YUNESKO, AZAL və s. Bu-
nunla belə, “hər şey seyrçi üçün!” şüarını əsas tutsaq, 
onlardan yararlanarkən bəzi qaydaları gözləməyə 
dəyər.
DİQQƏT!
Qısaltma sözlərdən istifadə zamanı bunları yadda 
saxla:
• “ABŞ” və “NATO” kimi çox yayılmış və işlək 
qısaltmalardan çəkinmə;
• nisbətən az yayılmış qısaltmaları işlədərkən 
öncə bütöv və qısaltma adları yanaşı söylə və daha 
sonra yalnız qısa variantdan yararlan (məsələn, 
süjetin əvvəlində “İslam Konfransı Təşkilatı” və 
“iKaTe”sözlərinin hər ikisini de, ancaq daha sonra yalnız 
“iKaTe” söylə);
• yalnız bəlli bölgədə işlənən və ya peşə sahiblərinin 
işlətdiyi qısaltmalardan qaç (məsələn, hidroelektrik 
stansiyası yaxınlığında yaşayanlar “GESin yanında 
yaşayıram” və ya “GESin yanına get” deyərkən məhz 
nəyi nəzərdə tutduqlarını bilirlər. Eləcə də, tutalım, 
kameramanlar “ZUM” deyərkən “önəçək” və “geriçək” 
planlarından istifadəni bildirmək istəyirlər). Bənzər 
qısaltmalar geniş teleseyrçi auditoriyasını çaşdıra bilər;
• qısaltma sözün anlaşılmayacağından şübhən varsa, 
onu işlətmə (tutalım, “FeHeeN”in “Fövqəladə Hallar 
Nazirliyi” kimi anlaşılmayacağını bilirsənsə, yalnız tam 
variantdan yararlan);
• qısaltma sözlərdən faydalanarkən hədəf 
auditoriyasını əsas götür və bu sözləri necə 
işlədəcəyinə qərar ver;
• bənzər sözlərdən istifadə qaydalarının Xəbər 
Xidmətinin “Üslub soraqçası”nda əks etdirilməsinə və 
bütün həmkarlarının bilməsinə çalış!


Yüklə 83,66 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə