JurnaliSTİkasi bülənt Çaplı



Yüklə 83,66 Kb.
Pdf görüntüsü
səhifə36/54
tarix22.11.2017
ölçüsü83,66 Kb.
#11488
1   ...   32   33   34   35   36   37   38   39   ...   54

77
IV BÖLÜM
TELEXƏBƏRİN HAZIRLANMASI / 
XƏBƏRLƏRİN REDAKTƏ DƏYƏRLƏRİ
TELEXƏBƏRÇİYƏ YADDAŞ
1. Bu xəbərlər Fakt-xəbər sayılır və öncədən 
hazırlanaraq səhər-səhər müzakirəyə çıxarılır:
• olayların təqvimi;
• rəsmi məlumatlar;
• press-relizlər;
• qəzet və dərgilər;
• rəqiblər (digər KİV);
• «embarqo» reportajlar (efirə verilməsinə bəlli zaman 
yasağı qoyulan reportajlar);
• xəbər agentlikləri, xəbər xidmətləri;
• informatorlar (xəbər «çuğulçuları»);
seyrçi zəngləri;
• çalışdığın TV-nin son xəbərləri.
2. Mövzu planlayıcılarına, jurnalistlərə olayların 
nədən qaynaqlandığını bilmək üçün qəzet və dərgi 
kəsiklərinə, teleradioproqramlarının arxiv qovluqlarına, 
fonotekaya, ekspertlərlə ünsiyyətə ehtiyac var.
3. Hamının gördüyü, bütün əməkdaşların sezdiyi, 
üstəlik, müzakirələrdə doğulan ideyaları unutma. Bəlli 
günlə bağlı olmayan «gələcək xəbər»lərin də faylını 
yaratmaq mümkündür.
4. Xəbərləri işləmək, heyəti yönəltmək lazım gəlir. Bu 
prosesə buraxılış redaktoru rəhbərlik edir. Həftəlik 
görüşlərdə prodüserlər, planlaşdırıcılar, «araşdırıcılar», 
əlaqələndiricilər (koordinatorlar), buraxılışa məsul 
redaktorlar birgə müzakirələr keçirirlər.
5. Xəbər şöbəsinin redaktoru yaşca ən böyük jurnal-
istdir, heyətə başçılıq edir və redaktor işini görməklə 
yanaşı, TV-nin siyasətini gerçəkləşdirir.
6. Reportyor bütünlükdə reportaja, özəlliklə də 
reportajın mətninə cavabdehdir.
7. Səs mühəndisi, əsasən, səsin keyfiyyəti, təbii küyün 
koloritiylə məşğuldur, uyğun mikrofonların seçimini də 
o təmin edir.
8. Digər yardım heyəti yerli qanunvericiliyi mükəmməl 
bilən və seyrçilər sırasından olan hüquqçuların varlığı, 
informatorların, TV-nin dostlarının, buraxılışlar barədə 
vaxtaşırı rəy söyləyən adi seyrçi və mütəxəssis 
rəylərinin olması deməkdir.
9. Xəbər otağında çalışanlar (newsroom heyəti) 
cürbəcür önəmli işləri görə biləcək yardımçılardır 
(minimum sayda).
10.  Aparıcılar çox önəmli adamlardır! Onlar reportaj 
da hazırlaya, montaj bacara, mətn də yaza bilərlər. 


78
IV BÖLÜM
TELEXƏBƏRİN HAZIRLANMASI / 
TAPŞIRIQLAR
TAPŞIRIQ 1: 
İctimai önəminə və hesabladığınız auditoriyanın – 
izləyicilərinizin marağına görə, bu mövzuları öndən-sona 
sırala:
- Üçqulaq buzov doğulub;
- Türkiyədə hakimiyyəti devirməyə cəhd göstərilib;
- Yuxunun dərinlik dərəcəsini ölçən “ağıllı” qurğu yaradılıb;
- Tıxacdan qurtulmaq üçün Ödənişli körpü istifadəyə 
verilib;
- Minimum əməkhaqqı artıb;
- Azərbaycanda sərbəst iqtisadi zona açılıb;
- Milli Məclisə seçkilər başlanıb;
- “Qarabağ” Avropanı heyrətə salıb. 
TAPŞIRIQ 2: 
Nadir şahın Muğanda keçirdiyi qurultay ekoloji 
araşdırmalarda ciddi mübahisə mövzusuna çevrilib. 
Olayla xəbər arasındakı fərqlər baxımından əsaslandır.
TAPŞIRIQ 3:  
a) yerli və xarici telexəbərlərdə “4 doğru qaydası”nın 
pozulduğuna dair 4 misal tap;
b) hər xəbərhazırlama üsuluna 2 misal hazırla.  
TAPŞIRIQ 4:
a) telexəbər standartlarını pozan 5 misal göstər; 
b) telexəbər standartlarını ödəyən 5 misal göstər.
TAPŞIRIQ 5: 
Test 1: Böyük bir olay baş verib. Xəbər otağında 
bu informasiyanı birinci vermək üçün bir çaxnaşma 
var. Bacardığınız bütün bilgiləri toplayır, rəqib media 
qurumlarının da həmin olayı işıqlandırmağa çalışdığını 
unutmursunuz. Amma topladığınız bilgiləri hələ də 
təsdiqləyə bilməmisiniz. Necə davranardınız?
a) nəyinsə baş verməsinə dair şayiələrdən bəhs edər
Twitter və Facebook-da, eləcə də sizinlə rəqabət 
aparan jurnalistlər arasında dolaşan informasiyaları da 
gözdən qaçırmazdınız; 
b) olayın gerçəkdən də baş verdiyini azı iki müstəqil 
və ilkin qaynaqdan doğrulayana, gələn bilgiləri 
təsdiqlətmək imkanı qazananadək xəbəri verməzdiniz; 
c) fürsətdən faydalanıb, başqalarının da həmin olayın 
baş verdiyini söyləməsinə dayanaraq, xəbəri diqqətə 
yetirər və hər an bu xəbəri təkzib etməyə – yalanlama-
ya da hazır olardınız. 
Test 2: Tərəflərdən birinin haqsız olduğunu 
duyduğunuz mövzunu işıqlandırırsınız. Həmin 
tərəflərin dilə gətirdiyi fikirlərinin etiraz doğurduğunu 
və alçaldıcı olduğunu da bilirsiniz. Ancaq jurna-
list olaraq davranış kodeksinə əməl etməlisiniz. Bu 
fikirlərdən hansı həmin mövqeyi dəstəkləmir?
a) olayda toxunulan məsələ və mövqelərin balansını 
yaratmaq; 
b) auditoriyanı alçaldıcı və faydasız şərhlərdən qoru-
maq; 
c) fikir müxtəlifliyini əks etdirmək; 
d) ziddiyyətli mövqeləri araşdırmaq; 
e) hər bir önəmli fikir çalarının dolğun diqqətə 
yetirilməsini təmin etmək.
TAPŞIRIQ 6: 
İkibölümlü tapşırıqdır. Öncə testi çözür, sonra ssenari 
hazırlayırsan.
1) Test: İki binanın ziyan gördüyü yanğın 
ərazisindəsiniz. Sakinlər tüstülənən binaların yan-
yörəsində bacardıqları şeyləri toplamağa çalışır, 
yanğınsöndürənlərsə alovu söndürürlər. Olaydan 
sarsıntı keçirən, ağlayaraq öz-özünə danışan bir qadını 
da görürsünüz. Ona yaxınlaşanda sizə hər şeyini 
itirdiyini, indi evsiz qalıb nə edəcəyini bilmədiyini 
söyləyir. Qadın başını itirib, fikri özündə deyil, ancaq 
kameramandan onunla söhbətinizi çəkməyi xahiş 
edirsiniz. Çəkiliş bitəndən sonra bir yanğınsöndürən və 
tibb işçisi sizə deyir ki, qadının uşağının itkin düşməsi 
barədə dediklərindən istifadə etməyəsiniz. Onların 
fikrincə, qadın müsahibə vermək halında deyilmiş. 
Amma müsahibə əla alındığından ondan yararlanmaq 
istəyirsiniz. Bu halda nə edəcəksiniz?
a) fövqəladə xidmət işçilərinin rahatsızlığını anlayıb 
deyəcəksiniz ki, onların söylədiklərini nəzərə alacaq, 
ancaq müsahibəni efirə verəcəksiniz;
b) qadının psixoloji baxımdan zədələndiyini anlayıb, 
onun kədər və çaşqınlığına sayğılı yanaşacaq, 
sözügedən görüntülərdən yararlanmamağa qərar 
verəcəksiniz; 
c) videogörüntülərdən yararlanacaq, ancaq izah 
edəcəksiniz ki, bu müsahibə olay baş verən zaman – 
təhlükəsizlik xidmətləri qadının itkin uşağını hələ də 
axtarmaqda olarkən çəkilib. 
TAPŞIRIQLAR


Yüklə 83,66 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə