JurnaliSTİkasi bülənt Çaplı



Yüklə 83,66 Kb.
Pdf görüntüsü
səhifə38/54
tarix22.11.2017
ölçüsü83,66 Kb.
#11488
1   ...   34   35   36   37   38   39   40   41   ...   54

82
V BÖLÜM
XÜSUSİ BÜLLETENLƏR 
XƏBƏR BURAXILIŞI HAZIRLIĞININ  PRİNSİPLƏRİ
• Fləş xəbərlər (news flashes)
Bu efir kəsilərək hansısa böyük qəza və yaxud siyasi 
həyatda gözlənilməz dəyişiklik tipli vacib xəbərin 
aparıcı tərəfindən oxunulmasıdır. Fləşdən yalnız çox 
önəmli, həyati vacib xəbəri çatdırmaq üçün istifadə 
edirlər.  
Studiyada xəbər buraxılışı efirə gedərkən çatdırılan fləş 
- təcili xəbəri isə buraxılışın ən uyğun, hansısa fasilə 
kəsimində oxumaq olar, ən yaxşısı isə,  buraxılışın 
sonunda, qapanış başlıqlarından öncə oxumaqdır. Əgər 
sona yüngül, əyləncəli xəbər salınıbsa, onda dəyişiklik 
etmək lazım gələcək - fləş xəbər oxunduqdan sonra bu 
xəbər verilməməlidir.
Adi verilişi də yarıda kəsmək mümkündür, amma siz 
studiyadakı jurnalistlərə fləş xəbərlə gələcəyinizi 
deməlisiniz. Belə proqramı kəsməyin ən yaxşı yolu, 
proqram aparıcısının:“Indi biz proqramımıza daxil olan 
təcili xəbərləri çatdırmaq üçün dayandırır və sözü ….. 
veririk”, - deməkdir.
Bundan sonra xəbər aparıcısı özünün adi tonu ilə, 
aydın və detalları təkrarlayaraq xəbəri oxumalıdır. 
Əgər xəbər cəmi bir cümlədirsə, izləyicinin nə baş 
verdiyini anlaması üçün onu iki dəfə oxumaq olar. 
Xəbəri belə bir cümlə ilə yekunlaşdıra bilərsiniz: “Bu an 
studiyamıza daxil olan məlumat bu qədər, təfərrüatı ilə 
xəbərlərin saat 6 buraxılışında tanış olacaqsınız”.
• Həftəsonu bülleteni 
Ola bilsin ki, bu tip bülletenlərin hazırlanmasına adi 
gündəlik bülletenlər kimi yanaşa bilməyəsiniz, çünki 
Öncəki bölümlərdə biz televiziya xəbərləri, xəbər 
mətnləri hazırlamağı, olayın vizual mediada çatdırmaq 
tərzlərini və özəlliklərini  nəzərdən keçirdik. Lakin 
jurnalist  xəbərləmək, çəkmək, montaj etmək, 
proqramı aparmaqla yanaşı, proqramın istehsal 
prosesini də dəqiq təsəvvur etməli, bilməlidir. 
Reportyor tək öz materialını hazırladığı halda, verilişin 
buraxılışa məsul redaktorları, icraçı prodüserlər bütün 
buraxılışı formalaşdırırlar. Xəbər proqramının istehsal 
prosesini təşkil və təmin etmək, onu efirə vermək 
həddən artıq çətin, mürəkkəb sənətdir. Zamanın, daha 
həftə sonu yetərincə material toplamaq olmur. Digər 
günlərdə ola bilsin ki, xəbər hesab etmədiyiniz mate-
riallara yeni gözlə baxa bilərsiniz – bəlkə, uyğun nəsə 
var? İzləyicilər fərqli yanaşmanı anlayıb qiymətləndirə 
bilərlər; gerçəkdən hərdən ölüm, qəza, siyasət 
haqqında xəbərlərə ara verməkdə bir məna var…
Xəbər buraxılışları 
Xəbər bülletenindən fərqli olaraq, xəbər buraxılışı, 
adətən, 20-60 dəqiqəlik zaman kəsimində çatdırılir. 
Materiallar xəbər bülleteninə nisbətən daha uzun, 
çatdırılma texnikası daha mürəkkəb olur, burada artıq 
daha zəngin vizual materialdan, qrafik materiallardan 
və s. istifadə olunur. 
• 24 saatlıq xəbərlər
“Əlbəttə, xəbərin yekun formatı 24 saatlıq xəbərlərdir. 
Ted Ternerin yaratdığı Cable News Network (CNN) 
1980-ci ildə ilk dəfə olaraq bu formatda xəbərlər  
yayımlamağa  başladı ( 1, s. 141). CNN-nin uğurunu 
sonradan demək olar ki, dünyanın hər yerində yaranan 
24 saatlıq xəbər kanalları davam etdirdi. Böyük 
Britaniyada bu “BBC News 24”, “Sky News”, başqa 
yerlərdə “France 24” və “Al Jazeera” oldu. 
24 saatlıq yayım formatı yeni, müxtəlif, fərqli üslub-
lar yaratdı: məsələn, gün ərzində müəyyən proqram 
və ya şəxsləri təqdim edən maqazin yanaşma tərzi, 
yaxud dövrü xəbər seqmentləri. Burada hər dəfə 
xəbərlər yenilənərək təkrarlanır, genişləndirilir, sonda 
20 dəqiqədən 1 saata yekun proqram verilir (məsələn, 
CNN-nin “Headline News” proqramı).
doğrusu, zamansızlığın ağır məngənəsi telexəbərçilər 
komandasına güclü təzyiq göstərir. 30 dəqiqəlik 
xəbər buraxılışını götürsək, onun 8 dəqiqəsi reklama 
çıxışlardır, xəbərin özünə cəmi 22 dəqiqə qalır. Bundan 
da 3 dəqiqəni hava məlumatı (19 dəqiqəmiz qalır), 
daha 4 dəqiqəni idman xəbərləri (indi xəbərlər üçün 15 
dəqiqə qalır), bir dəqiqəni də bamplar, açılış və bağlanış 
üçün çıxaq. Demək, sizin yarım saatlıq buraxılışınızın 
faktik olaraq yalnız 14 dəqiqəsi xəbərlərdir. Xəbər 
buraxılışında efirə adətən müxtəlif tip material verilir
telereportajlar (TV paket), aparıcının səsləndirdiyi 
sadə vizual material (VO), videositatlar (sound beate), 
TELEXƏBƏR PROQRAMININ MENECMENTİ
XÜSUSİ BÜLLETENLƏR / XƏBƏR BURAXILIŞI HAZIRLIĞININ  PRİNSİPLƏRİ


83
V BÖLÜM
XƏBƏRLƏRİN DÜZÜMÜ 
şifahi materiallar (reader), müsahibələr (SOT), canlı 
bağlantılar, studiya qonaqları və s.
Əgər xəbərçiliyin əsas – təməl prinsiplərini bilirsinizsə, 
xəbər buraxılışını  hazırlamaq çətin deyil.
Özünüz üçün bir də xatırlayın: seçdiyiniz xəbər 
gerçəkdən yeni, qeyri-adi, maraqlı, əhəmiyyətli və 
insanlar barədədirmi?
Bu meyarların hər biri sizə 10, 15, 20 dəqiqəlik 
buraxılışınıza hansı xəbərləri və hansı ardıcıllıqda 
yerləşdirməyə yardımçı olacaq. Sadə formul belədir 
Xəbər buraxılışını biri-birindən tam ayrı, əlaqəsi 
olmayan reportajların, sadəcə, ardarda düzülməsi 
kimi qəbul etmək doğru deyil. Məsələn, bir-birinin 
ardınca bülleteninizin əvvəlində çox vacib olsa belə 
iqtisadi xəbərləri yerləşdirirsinizsə, oxşar xəbərlərinizin 
ilk saniyəsindən izləyicilərinizin müəyyən hissəsinin 
marağını itirmiş olursunuz. Buna görə də yaxşı 
balanslaşdırılma uğurlu xəbər göstəricisinin qarantıdır. 
İzləyiciniz sizdən bir az ağır, bir az yüngül elementlərin, 
bir az ölkənin əsas siyasi olaylarının, bir az da adi 
insanların həyatından xəbərlərin balansını istəyirlər. 
Təbii, bu detal və elementlərin qarışdırılması, tonallığı 
və tempi müəyyən mənada və faktiki olaraq işlədiyiniz 
televiziya kanalının formatından asılıdır: ciddi milli 
telekanallar daha ciddi və önəmli xəbərlərə üstünlük 
verir, amma, məsələn, gənc auditoriyaya yönəlmiş mu-
siqi kanalı populyar mədəniyyət haqqında daha yüngül  
və daha parlaq xəbərlər verə bilər.
Materiallarınızı yerinə, coğrafiyasına və ya 
əhəmiyyətinə görə qruplaşdıra bilərsiniz. Amma bir 
tərəfdən də xəbərləri belə seqmentləşdirmə səmərəsiz 
də ola bilər. Bütün kriminal xəbərləri bir blokda 
birləşdirməklə onların təsirini azaltmış olursunuz, 
yaxud daha pisi, belə bir təsəvvur yaradırsınız ki, ətraf 
qatillər və cinayətkarlarla doludur. Bundansa belə 
xəbərləri proqram boyu müəyyən intervallarla verin. 
Eyni qayda etiraz mitinqləri və izdihamlı nümayişlərin 
də ardarda verilməsində gözlənilməlidir. Yaxud çoxlu 
“danışan başlar” – quru, maraqsız ekspert rəylərinin 
verilməsi də izləyicinizi yorur, diqqətini azaldır.
Telekanalınızın formatından asılı olmayaraq, xəbər 
buraxılışı daxilində xəbərləri “reytinqinə” görə 
düzməyiniz izləyicinizə hər bir materialı necə 
- adətən ən vacib xəbəri birinci, az əhəmiyyətlini 
isə sonuncu yerləşdirirsən. İlk dəfə xəbər buraxılışı 
yığırsınızsa, bu prinsipi əsas tutun.
Xəbər buraxılışının yığılmasında həmişə və hökmən 
diqqətdə saxlamalı olacağınız daha iki əsas cəhət 
bunlardır:
• xəbər buraxılışında xəbərlərin əhəmiyyətinə görə 
seçilməsinin balansı 
• xəbər buraxılışının sıralanmasının tempi 
dəyərləndirməyiniz barədə müəyyən fikirlər verir. 
Lakin buraxılış daxilində xəbərlərin düzümünü 
dəyişərək bütövlükdə bülletenə rəngarənglik gətirmək 
və balansa nail olmağınızda müəyyən sərbəstliyiniz, 
azadlığınız var. Əslində, bütün bunlar müəyyən 
mənada zövq məsələsidir. Ola bilsin ki, sizin uçün üç 
nəfərin həlak olduğu yol qəzası xəbərindən sonra, 
İrlandiya rəqqaslarının ölkəyə qastrolları haqqında 
reportaj vermək normal sayılsın, amma inanın ki, 
izləyiciniz belə düşünməyə bilər. Belə ağır və faciəli 
xəbərdən sonra rəqqasların səfəri haqqında reportaj 
qeyri-korrekt yanaşmadır.
İzləyiciniz üçün daim aydın bələdçilərlə işləməlisiniz: 
veriliş nə istiqamətdə gedir, bölümlər dəqiqliklə vizual, 
qrafik və şifahi formada bəlirlənməlidir.
“İndi isə beynəlxalq xəbərlər…”
“Ölkəmizə qayıdırıq…”
“İndi X bölgəsinin sakinləri üçün yaxşı xəbərlərimiz 
var…”
“İqtisadi xəbərlərlə…”
“Fond birjasında…”
Keçidlər, dəqiq düşünülmüş uqurlu bağlantılar (materi-
allar arasında əlaqələndirmələr) sizin buraxılışın ümumi 
üslubunu və identifikasiyasını yaradır. 
Bütünlükdə materialların yerləşdirilməsində balansın 
əsas ideyası – yüngül və ağır, sürətli və ləng, 
hərəkətli və statik materialların növbələşdirilməsi ilə 
materialların çatdırılmasını cəlbedici, maraqlı etməkdir.
TELEXƏBƏR PROQRAMININ MENECMENTİ
XƏBƏR BURAXILIŞI HAZIRLIĞININ  PRİNSİPLƏRİ / XƏBƏRLƏRİN DÜZÜMÜ  


Yüklə 83,66 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə