86
V BÖLÜM
QAPANIŞ MATERİALLARI
QAPANIŞ
BAŞLIQLARI
MUSİQİ FRAZALARI, STEB VƏ STİNQLƏR
TELEXƏBƏR PROQRAMININ MENECMENTİ
QAPANIŞ MATERİALLARI / QAPANIŞ BAŞLIQLARI / MUSİQİ FRAZALARI, STEB VƏ STİNQLƏR
Qapanış materialları da lid qədər önəmlidir. Bu mate-
rial izləyicinin ən sonda görəcəyi, eşidəcəyi və yadında
saxlayacağı reportajdır. Elə buna görə də onu çox
diqqətlə seçməlisiniz.
Bununla belə bir nuansı da unutmayin – izləyici
bütün buraxılış boyu diqqətini məhz sizin proqrama
cəmləyə bilmir, ona görə də ən yaxşı materiallarınızı
da sona saxlamaqla risk etməyin.
Uzun buraxılışlarda bu başlıqları sona 10 dəqiqə
qalmış verə bilərsiniz. Giriş başlıqlarından fərqlı olaraq,
qapanış başlıqları gec qoşulan izləyicilərin rahatlığı
üçün, sadəcə, asan bir “xidmətdir”. Hər qapanış
lidi bir cümlə ilə materialınızın
əsas mahiyyətini
əks etdirməlidir. Daha uzun yazsanız, materialda
Xəbər buraxılışlarında musiqini materialların fon səsi
kimi istifadə etmək YASAQDİR. Bu diqqəti yayındırır
və bülleten daxili temp dəyişikliklərini dağıdır. Sadəcə,
bülletenin özünün təqdimatı və onun müxtəlif
segmentlərinin ayrılmasını göstərmək üçün kiçik mu-
siqi frazalarından yararlanmaq olar. Belə kiçik musiqi
frazalarına beynəlxalq praktikada steb (stabs), yaxud
stinq (stings) adlandırırlar.
Açılış üçün musiqi frazası qısa və dramatik olmalıdır.
O ya aparıcı mətni oxumaqa başlarkən yekunlaşmalı,
ya da aparıcının ilk sözlərində “öləziməlidir”. Buraxılış
Yüngül, yaxud əyləncəli materiallar ən yaxşı qapanış
materiallarıdır. Onlar buraxılışa asudəlik, hava, nəfəs
gətirməklə ağır, ləng bülletenlərin tempini dəyişir.
Bu cür materiallar digərlərindən fərqli olaraq, daha
sərbəst, qeyri-rəsmi üslubda yazılmalıdır. İzləyicilərin
qiymətləndirəcəyi söz oyunları belədə dadınıza çata
bilər. Amma ehtiyatlı olun, buraxılışda hansısa bir
irimiqyaslı faciədən danışılıbsa, onda buraxılışın ruhuna
köklənmək lazım gələcək.
dediklərinizi bir də təkrarlamış olarsınız. Başlığı
və materialınızın ilk cümlələrini qapanış lidi kimi
təkrarlamanız isə tənbəllikdir. Cırnadan anonsları da
qapanış
lidi kimi verməyin, əvəzində detallar verin.
Qapanış lidini adətən “Yekunlaşdıraraq…” sözləri ilə
başlaya bilərsiniz.
daxilində hər steb yeni materialın əvvəlində səslənərək
bir zəncir kimi materialları birləşdirir. Amma həddən
artıq steb versəniz, izləyicini qıcıqlandıra bilər, həm
də çatdırmaq istədiyiniz xəbərlərin vaxtından almış
olarsınız.
Buraxılışınızın sonunda da musiqidən istifadə edə
bilərsiniz, yalnız bu öndə verilən mövzu ilə eyni yox,
bir qədər fərqli olmalıdır, çünki izləyici buraxılışın
başlandığıcı ilə sonunu qarışıq salmamalıdır. Ən yaxşısı,
musiqinin ilk hissəsindən başlanğıcda, finalından isə
sonda yararlanmaqdır.
87
V BÖLÜM
MATERİALLARIN PROQRAMDAXİLİ REYTİNQİ
XƏBƏR BURAXILIŞI NECƏ HAZIRLANIR:
ADDIM-ADDIM MENECMENT
Xəbər buraxılışını daha peşəkar və daha asan hazırlamağın bir sıra praktik üsulları var. Bu usullardan yararlan-
maqla siz təcrübəsiz və gənc jurnalistlərin qarşılaşdığı bir sıra çətinlikləri aradan qaldıracaqsınız.
Əsas problemlərdən biri materialları doğru düzümdə
sıralamaqdır. Bunun üçün bir neçə sadə addım
atırsınız. Əlinizdə olan bütün materialları
nəzərdən
keçirirsiniz. Onları üç yerə, üç kateqoriyaya
bölürsünüz.
1. Hökmən verilməli olan birinci dərəcəli vacib
materiallar
2. İstifadə ediləcək ikinci dərəcəli materiallar
3. İstifadə edilməyəcək materiallar.
Bundan sonra ikinci kateqoriyadan olan materialları
seçin, onların əsas xəbərlərlə birlikdə ardıcıllığını
müəyyənləşdirin. Təbii ki, bu zaman siz hər bir
materialın vacibliyini, zaman sürəsini və tempini
nəzərə almalısınız.
Siz oxşar tematikalı materialları kombinə edə bilərsiniz,
onları bir-birinə bağlaya da bilərsiniz. Amma buna
həddən artıq aludə olmayın, əks halda izləyicinin gözü
önündə formasız bir kütlə alına bilər, buraxılışın tempi
“ölər”.
TELEXƏBƏR PROQRAMININ MENECMENTİ
XƏBƏR BURAXILIŞI NECƏ HAZIRLANIR / MATERİALLARIN PROQRAMDAXİLİ REYTİNQİ
DİQQƏT!
Öncə birinci kateqoriyaya aid materialları seçin
və onların nə qədər vaxt aparacağını təqribən
hesablayın. Tutalım, 4 belə xəbəriniz var. Onların
hərəsi 40 saniyə çəkirsə, demək, 2 dəqiqə 40 saniyə
vaxt aparacaq.
88
V BÖLÜM
REDAKSİYA TOPLANTISI
Xəbər buraxılışını biz efirdən izlədiyimiz son variantına
gətirmək üçün xəbər buraxılışına məsul yaradıcı qru-
pun–– baş redaktor, buraxılış redaktoru, prodüser və
bütün əməkdaşların iştirakı ilə toplantı keçirilir.
Kiçik xatırlatma – bu xəbər bülletenini idarə edən üç
peşə sahibi nə ilə məşğuldur?
Baş redaktor. Xəbərlərin baş redaktoru, xəbər şefi
də adlanır. Telekanalda efirə gedən bütün xəbər
bülletenlərinə məsul, xəbər axışını təmin və təşkil
edən, toplanmış xəbərləri yönəldən məsul yaradıcı
işçidir.
Buraxılış redaktoru. Efirə
gedən xəbər bülleteninin
bütün yaradıcı, etik və s. elementlərinə cavabdeh,
yaradıcı və texniki heyətin işini əlaqələndirən, koordi-
nasiya edən redaktordur. Adətən hər xəbər buraxılışına
redaksiyanın xəbər redaktorlarından biri məsul
buraxılış redaktoru təyin edilir.
Prodüser. Proqramın “icrası ilə əlaqədar bütün
məsələlərə - quruluşa, çəkilişə, yaradıcı və maliyyə-
təşkilati problemlərin həllinə
nəzarəti həyata keçirən
səlahiyyətli nümayəndə (3, səh. 192).
Dünya praktikasında bu toplantı gün boyu üç dəfə
keçirilir:
1. Səhər
2. Efir öncəsi
3. Efir sonrası (nəticələri müzakirə etmək üçün)
Azərbaycan televiziya kanallarında da adətən üç belə
iclas keçirilir. Məsələn, yerli Lider Televiziyasında 09:30
və 16:00, Space 09:00, Region TV kanalında 9:30,
14:00, 18:00.
Redaksiya toplantısında nələr müzakirə olunur:
• Aparıcı, əsas xəbər hansı olacaq?
• Buraxılışa hansı materiallar daxil ediləcək?
• Daxil edilən hər bir materialı konkret hansı jurnalist
və operator hazırlayacaq?
Səhər toplantısı zamanı qəbul olunan qərarlar gün
boyu baş verən olaylara əsasən, korrektə oluna və
dəyişilə bilər. Efiröncəsi toplantılarda son dəyişikliklər
bir daha
nəzərdən keçirilir, yoxlanılır.
Sonuncu toplantıda isə xəbər gününə yekun vurulur,
buraxılış müzakirə olunur və əgər varsa, gecə efirə
gedəcək bülletenə nələrin daxil ediləcəyi bir daha
nəzərdən keçirilir. Unutmayın ki, toplantı buraxılışla
bağlı yaxşı ideyaları müzakirə etmək üsuludur, bura
xəbər gününün savaş planını hazırlayan hərbi qərargah
deyil. Komandanızın hər bir üzvü ümumi işə öz payını
verməli və malik olduğu informasiya ilə bölüşməlidir.
Yaxşı xəbər redaktoru və prodüseri komanda
üzvlərinə diqqətlə qulaq asmağı bacarmalıdırlar.
Onlar bilməlidirlər ki, iş yalnız
baş redaktorun
qiymətləndirdiyi materiallarla bitmir, yerdə qalan infor-
masiyalara da diqqət etmək lazımdır, onlardan da nə
vaxtsa yararlanmaq olar.
Buraxılış boyu proqramda gedəcək hər material
müzakirə olunur. Qərar qəbul edildikdən sonra efir
rejissoru buraxılışın – materiallarının sadə siyahısını
tərtib edir. Buna ingiliscə rundown (lineup) deyilir,
bizsə buraxılışın xəritəsi adlandıra bilərik. Hər bir
materialı hazırlayacaq reportyor və texniki heyət
təyin edilir. Gün ərzində çoxlu olaylar, yeniliklər baş
verdiyindən buraxılışın
son düzümü ilkin variantdan
bəzən əhəmiyyətli dərəcədə fərqlənir.
TELEXƏBƏR PROQRAMININ MENECMENTİ /
REDAKSİYA TOPLANTISI