JurnaliSTİkasi bülənt Çaplı



Yüklə 83,66 Kb.
Pdf görüntüsü
səhifə27/54
tarix22.11.2017
ölçüsü83,66 Kb.
#11488
1   ...   23   24   25   26   27   28   29   30   ...   54

58
IV BÖLÜM
TELEXƏBƏRİN HAZIRLANMASI / 
TELEXƏBƏRDƏ İNAM, BALANS VƏ ƏDALƏTİN QORUNMASI
TELEXƏBƏRDƏ İNAM, BALANS VƏ ƏDALƏTİN QORUNMASI
Açıq və demokratik cəmiyyətdə (toplumda) güvən 
məsələsi jurnalist fəaliyyətinin önəmli və danılmaz 
atributudur. Hər hansı TV-yə və orada çalışan 
jurnalistə inam dərəcəsini bir-birindən ayırmaq 
olmaz. Telereportyor öz materialını dəqiq və doğru-
dürüst hazırlasa da, onun kimlərlə ünsiyyətdə olub-
olmaması həmin materialın qərəzsizlik dərəcəsindən  
şübhələnməyə əsas verə bilər. Günün olaylarını 
işıqlandıran əməkdaşların kimliyi çox önəmli məsələdir. 
Xəbər buraxılışının prodüseri yaradıcı-texniki heyəti 
işə götürərkən, gələcək əməkdaşların siyasi baxışları, 
hansı təşkilatlara üzv olub-olmamaları barədə də bilgili 
olmalıdır. Söhbət konkret məhdudiyyət və yasaqlardan 
getmir. Sadəcə, xəbər komandasının hər hansı 
qüvvədən asılılığını və qərəzli davranışlarını önləmək, 
cəmiyyət həyatını ədalətli və balanslı xəbərləmək 
vəzifəsi bunu tələb edir. Xəbər buraxılışında çalışanlara 
– canlı efirdə olanlara, redaktorlara, texniki heyətə 
və menecerlərə inamın itməməsi üçün bütün bunlar 
qaçılmaz addımlardır. Telexəbər komandası mübahisəli 
məsələlər barədə qərəzli açıqlama və davranışlardan 
çəkinməlidir.
Teleseyrçilər baş verən olaylar haqqında öz baxışlarını 
formalaşdırmaq üçün zəruri məlumat almalıdırlar. 
Reportyor və ya hər hansı TV jurnalisti öz şəxsi fikrini 
deyil, bir peşəkar kimi mülahizələrini seyrçilərlə bölüşə 
bilər.
DİQQƏT!
• xəbər buraxılışı auditoriyasını bilgiləndirir, amma 
yönəltmir;
• bu bilgilər əsasında teleseyrçilərin şəxsi baxışları və 
həmin baxışlar əsasında ictimai rəy formalaşır;
• reportyorlar, müxbirlər, şərhçi və icmalçılar olaylara 
şəxsi baxışlarını deyil, 
peşəkar jurnalist kimi münasibətlərini bildirməlidirlər 
və bu münasibət dəqiq və qərəzsiz olmalıdır;
• seyrçilər olaya jurnalist baxışını onun şəxsi fikri kimi 
qavramamalıdırlar.
Burası danılmazdır ki, jurnalistin də bir vətəndaş kimi 
şəxsi fikri olur. Ancaq peşəkar jurnalist olmaq onun 
boynuna mütləq bir öhdəlik qoyur.
DİQQƏT!
Peşəkar jurnalist yadda saxlamalıdır ki, peşəkar olmaq 
öz fikrinin olmaması demək deyil, əksinə, bunun 
fərqinə varmaq və diqqətə yetirdiyi məlumatın aydın 
və qərəzsiz olmasına can atmaqdır.
Bütün bu incəliklər hər hansı telexəbər proqramının 
bəlli jurnalist prinsplərinə cavab verməsini şərtləndirir. 
Hansı prinsiplərdən söhbət getdiyini yadda saxlayaq.
Telexəbər proqramında bu jurnalist prinsiplərinə əməl 
edilir:
1. Dəqiqlik:  xəbərdə balans gözlənilməli və heç bir 
halda seyrçiləri çaşdıracaq və ya onlarda yanlış rəy 
formalaşdıracaq səs və görüntülərə yer verilməməlidir. 
Bu, olayın ehtiyatla və dolğun dəyərləndirilməsini, söz 
və çəkiliş texnikasından dəqiq yararlanmağı tələb edir;
2. Bütövlük: xəbər gerçəkliyi əks etdirməli və hər 
hansı öncədən məlum qənaətə tabe tutulmamalıdır. 
Jurnalistlər şəxsi qərəzlərini büruzə verə bilməzlər;
3. Ədalət: seyrçilərə bütün fakt və baxışlar barədə 
məlumat verilir. Bu, ədalət və etika prinsipləri nəzərə 
alınmaqla, insanlara, təşkilatlara, problem və olaylara 
aiddir.
Telexəbərlərdə balansın gözlənməsi
Ölçü-biçili və ədalətli yayım ən geniş və ən müxtəlif 
baxış diapazonunun əks etdirilməsini şərtləndirir. 
Kütləvi auditoriyanın istəkləri xəbər buraxılışının 
mövzu və problem seçimini məhdudlaşdıra bilməz. 
Vətəndaşların bilmək hüququ olduğu və bilməyə 
məcbur qaldıqları məsələlər gözardı edilməməlidir. 
Yayılmış bir mövqeni bəyənməyənlərin də fikirləri 
xəbər proqramlarında səslənməli, heç bir problem 
yeganə çözüm variantında təqdim ediləcək dərəcədə 
bəsitləşdirilməməlidir.
Balans belə saxlanılır:
• telexəbər proqramı olayların dərinliyinə varır. Heç bir 
problemə tək baxış bucağından baxılmır;
• jurnalist olayı bütövlükdə cəmiyyətin fonunda 
işıqlandırır. Ümummilli, bölgə və yerli maraqlar 
arasında tarazlıq gözlənir. Tutalım, hər hansı bölgənin 
mövqeyinə öncəlik tanımaq olmaz;
• siyasi və ya istehsalat ziddiyyətləri zamanı toqquşan 
başlıca fikirlər diqqətə yetirilir. Problem sürəkli 
işıqlandırma tələb edirsə, növbəti buraxılışlarda da ona 
yer ayrılır;


59
IV BÖLÜM
SSENARİNİN YAZILMASI 
• ictimai xarakterli mübahisəli məsələlərdə 
diskussiyanın bütün yönləri əksini tapır. Baxış 
müxtəlifliyinə eyni buraxılışda yer ayırmaq mümkün 
olmadıqda, ağlabatan zaman dilimi əsas götürülür və 
problem bir neçə buraxılışda işıqlandırılır;
• Tərəflərdən hər hansı birinin mövqeyini bildirəcək 
şəxsin süjetə (proqrama) qatılmaq imkanı olmayanda 
jurnalist və ya prodüser bu baxış bucağını açıqlayacaq 
uyğun adamın tapılması üçün var qüvvəsini əsirgəmir. 
Belə bir adam tapılmasa, onun səsləndirəcəyi fikir 
mütləq seyrçilərin diqqətinə yetirilir.
Olaya bütün baxışları diqqətə yetirməyə can atan 
jurnalistlər, olur ki, bir çox seyrçini incik sala biləcək 
müsahibələrə də yer ayırırlar. Bənzər müsahibələri 
efirə verən prodüser və redaktorlar buna ciddi 
əsasların və ictimai marağın olub-olmadığını dərindən 
götür-qoy etməyə borcludurlar. Əks halda, onlar 
jurnalistin niyə belə davrandığını heç cür doğrulda 
bilməyəcək, qanun və etika komissiyası (və ya öz 
vicdanları) önündə cavab verməli olacaqlar.
Ssenari yazmaq bir məktub və ya hekayə yazmaq və 
ya kitab hazırlamaq deyil. TV üçün ssenari yazırsansa, 
seyrçinin nə görəcəyi, nə eşidəcəyi, nə yaşayacağı çox 
önəmlidir. Hər şey anlaşıqlı, sadə və təsirli olmalıdır 
(təbii ki, məqsədin seyrçini çaşdırmaq, yanıltmaq, 
yormaq deyilsə).
Beləliklə, telessenari üzərində düşünərkən 2 incəliyi 
yaddan çıxarmamalısan:
1. Ssenari kiminsə səsləndirəcəyi mətn və ya 
kimlərinsə ifasında canlandırılacaq dialoq yazmaq 
demək deyil;
2. Seyrçi səsləndirilən mətni elə ilk dəfədən anlamalıdır 
(yenidən qulaq asmaq üçün texniki imkan varmı? Hətta 
olsa belə, buna neçə seyrçi həvəs göstərəcək?).
Sual: Balanslı xəbər hazırlamaq istəyən jurnalist necə 
davranmalıdır?
Cavab: Peşəkarlığa can atan hər bir jurnalist balansı 
qorumaq üçün –
• bütün tərəflərə sual verməli və bütün baxışların 
açıqlanmasına imkan yaratmalıdır;
• alternativ baxışların yanlış ifadə edilməməsinə əmin 
olmalıdır;
• mütləq ayrıca xəbər və ya silsilə xəbər şəklində 
qərəzsizliyə can atmalı və bunu seyrçilərə tam 
açıqlamalıdır;
• qərəzsiz olduğunun alternativ üsulları kimi, 
telefon sorğularından, videobağlantılardan və 
digər elementlərdən faydalanaraq, diskussiyalar 
planlaşdırmalıdır.
TELEXƏBƏRİN HAZIRLANMASI / 
TELEXƏBƏRDƏ İNAM, BALANS VƏ ƏDALƏTİN QORUNMASIHAMIYA ƏLÇATIMLI / SSENARİ


Yüklə 83,66 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə