JurnaliSTİkasi bülənt Çaplı



Yüklə 83,66 Kb.
Pdf görüntüsü
səhifə25/54
tarix22.11.2017
ölçüsü83,66 Kb.
#11488
1   ...   21   22   23   24   25   26   27   28   ...   54

54
IV BÖLÜM
TELEXƏBƏRİN HAZIRLANMASI / 
MÜSAHİBƏ
MÜSAHİBƏ
MÜSAHİBƏYƏ DAİR YADDAŞ
Müsahibəyə fikir mübadiləsidir, sual-cavabdır, iki və 
ya daha çox insanın söhbətidir.
• Müsahibə zamanı bu kadrları çəkmək zəruridir.
• Müsahib kadrda. Qurşağacan və ya daha iri planda. 
Reportyor mümkün qədər kameraya yaxın durur. 
Açıq kompozisiya müsahibin də kadrda görünməsini 
nəzərdə tutur. 
MÜSAHİBƏNİN FONU:
• İnformativ olmalı, müsahibə, onun yaşamına, 
peşəsinə dəxli olmamalıdır. 
• Nizamlı - sahmanlı olmalıdır. Müsahibə verənlərin 
arxasında kabellərin, elektrik açarlarının görünməsinə 
imkan vermə, diqqət yetir ki, onların görüntüsündə 
əyər-əskik olmasın. 
Müsahibənin əsas hissəsi çəkiləndən sonra reportyoru 
çəkiliş üçün daha əlverişli yerdə lentə ala bilərsiniz. 
İkinci plan, səs və işıq əsas hissə ilə uzlaşmalıdır.
REPORTYOR KADRDA BUNLARA DİQQƏT 
YETİRMƏLİDİR:
• Sualların uzlaşdırılaraq yenidən çəkilməsi;
• Baş tərpətmələri
• Kompozisiya əvvəlki planın güzgülü əksidir. 
• İstər müsahibəverənin, istərsə də reportyorun 
görüntüləri eyni ölçüdə olmalıdır. İriləşdirilən plan 
– nəyinsə vurğulanması və seyrçidə “Diqqətli ol” 
komandasıdır. Nisbətən ümumi plana keçid sanki 
“Diqqəti azalda” bilərsən komandasını bildirir. 
Müsahibəverəni çəkərkən görüntünün ölçüsünü 
dəyişməmək məsləhətdir. Planı iriləşdirilib-xırdalatmaq 
istəsəniz, bunu aparıcı sual verərkən edin, çünki bu 
zaman “zum”u kəsib atmaq və ya başqa görüntülərdə 
qapamaq mümkündür. 
ARA PLANLAR
• Arxadan – kürəkdən çəkilən 2 plan. Arxadan çəkilən 
adam danışır. Kadrın kompoziyası qapalıdır. Adamın 
him-cimlərinə, əl hərəkətlərinə, masa üzərindəki 
əşyalara diqqət yetirin. 
• Orta  və ya iri plan, 2 adam görünür və hər ikisi 
danışır. Him-cimlərə, əl hərəkətlərinə göz qoyun. 
Şəraitin xırdalıqlarını görüntüləmək ara plan çəkməyin 
ən asan yoludur, çünki: 
• Montajdan sonra sözlə açıqlamanın sürətini azaldır;
• Müsahibin imicinin yaranmasına “işləyir” (diqqətli ol); 
Detalları çəkərkən onları ümumi planda göstərməyə 
çalışın (ümumidən təkcəyə doğru) 
KÖKLƏNTİ PLANI (EPİZOD):
• Müsahibə verən iş prosesindədir (telefon edir, yazır, 
oxuyur, otağa girib-çıxır). Görüntünün sıçramaması 
üçün köklənti planı müsahibəverən şəxsin sifətinin 
təsviri ilə bitməməlidir (hər hansı detaldan, arxa-
dan görüntüyə irəli «zum»dan – önəçək plandan 
faydalanın). 
ÜMUMI QAYDALAR:
• Xətti keçməyin;
• Mikrofon kadrda görünməsin;
• Cavabı çəkərkən planların ölçüsünü dəyişməyin;
• Müsahibə verənlə reportyorun plan ölçüləri 
uzlaşmalıdır;
• Müsahibəyə qatılanların pal-paltarına, saç düzümünə 
göz qoyulmalıdır; 
Çəkilişi həm bir, həm iki mikrofonla aparmaq olar.
Telexəbərlərdə müsahibələrdən bacardıqca səmərəli 
istifadə də ayrıca peşəkarlıq tələb edir. Müsahibələrdə 
seyrçinin artıq bildiyi deyil, keyfiyyətcə yeni məlumat 
əksini tapmalıdır. 
Müsahibin ən azından müsahibənin mövzusunu 
bilməyə haqqı var və buna görə müsahibə güzəştə 
getmək, ona bir neçə sualı öncədən göndərmək daha 
doğru yoldur. Bu, təbii ki, müsahibə zamanı sizin başqa 
sual vermək imkanınızı əlinizdən almır. Kobudluq 
etsəniz və ya müsahibəni aqressiv aparsanız, müsahibi-
niz ya cavab verməkdən boyun qaçıracaq, ya da əks 
hücuma keçəcək. 
Sizə nə lazımdır: öz qəzəbinizi bildirmək, yoxsa verilən 
suala cavab almaq? Yaxşı nəticə o vaxt olur ki, siz 
həm inadkarlığınızı qoruyursunuz, həm də sayqı və 
nəzakətinizi. Bu heç də o demək deyil ki, qəliz suallar 
verə bilməzsiniz. Sualları inamla, sərt şəkildə, ancaq 
ifrat duyğulara qapılmadan verin və unutmayın ki, 
“arvadınızı döyməkdən nə vaxt əl çəkəcəksiniz?” 
qəbilindən qızışdırıcı suallar tamamilə yersizdir.


55
TELEXƏBƏRİN HAZIRLANMASI / 
MÜSAHİBƏ
IV BÖLÜM
Jurnalistlər unutmasınlar ki:
• onlar müstəntiq deyillər və müsahibin onların sualına 
cavab verməmək hüququ var;
• kobud, kinayəli və sərt suallardan qaçmaq lazımdır;
• abstrakt, “həyata bir də gəlsəydiniz, yenə bu peşəni 
seçərdinizmi?” sayaq mənasız və köhnəlmiş suallar da 
peşəkarlıqdan uzaq təsir bağışlayır;
• bir neçə sualı özündə birləşdirən və mürəkkəb cümlə 
şəklinə salınan suallar həm müsahibi çaşdırır, həm də 
anlaşıqlı olmur;
• cavabı özündə ehtiva edən suallar yersiz sayılır;
• əvvəlki suala cavab almadan növbəti sualı vermək 
olmaz;
• suallarda xaotikliyə, yəni qarma-qarışıqlığa yer 
verilməməli, hər bir sual özündən öncəkinin ya davamı, 
ya da növbəti sualla bağlı olmalıdır;
• sual nə dərəcədə konkretdirsə, cavab da bir o qədər 
mətləbəyaxın və dolğun olur;
• qeyri-konkret suala cavab olaraq respondent 
fantaziyaları və ekspromt fikirlər baş alıb gedir;
• cavabı “bəli” və ya “xeyr”lə bitən suallar yararsız 
sayılır;
• respondentinizlə bağlı cəmiyyətdə olan mövqeyi 
bölüşmədiyinizi göstərmək üçün sualı -“Rəqiblərinizin 
(tənqidçilərinizin) fikrincə”- ifadəsi ilə başlamaq lazımdır;
• müsahibə boyunca müsahibinizlə göz bağlantısı qur-
maq çox önəmlidir, çünki sual verdiyiniz şəxs ona qulaq 
asdığınızı hiss etməlidir;
• müsahibinizin cavablarını diktofona yazmaq üçün 
icazə almaq gərəkdir;
• diktofonla yanaşı, müsahibə zamanı bloknotdan da 
yararlanın və əsas fikirləri ora qeyd edin.
Önəmli bilgiləri reportyorun yox, olaya qatılan şəxslərin 
bildirməsi xəbərin təsir gücünü yüksəldir. Uçan 
binanın qarşısında stəndap edən reportyorun:“Adamlar 
mənzil-istismar sahəsi müdirinin biganəliyindən 
gileylidirlər”, – deməsindənsə, sakinlərdən bir-ikisinin 
düz kameranın obyektivinə baxaraq:“MİS müdiri baxsın 
da gözümün içinə!” və ya “O müdir indən belə hansı 
üzlə işləyəcək?” – söyləmələri daha inandırıcıdır. Seyrçi 
məlumatın qaynağını öz gözləri ilə görməlidir. Altyazı 
(subtitr) müsahibə verənlərin kimliyini də auditoriyanın 
diqqətinə yetirəcək. 
Səs qoşmalarından (müsahibədən və sanki müsahibə 
fraqmenti təsiri bağışlayan ayrıca interküydən) 
istifadənin elə məqamları da var ki, məlumatın 
keyfiyyəti ilə deyil, sırf kəmiyyəti ilə bağlıdır.  Belə hal-
larda səs qoşmalarından istifadənin səmərəsi minimuma 
enir. Bu durumda qısa və anlaşıqlı variantlara üstünlük 
vermək lazımdır.
Yanlış örnək (tutalım, yol polisinin əməkdaşı belə 
söyləyir):“Tərəfimizdən aydınlaşdırılmışdır ki, BD 
666 nömrə nişanlı minik avtomobili sürət üçün 
tərəfimizdən qoyulmuş 50 km-lik məhdudiyyət həddini 
keçərək yolun əks istiqamətindən gələn yük maşını ilə 
toqquşmuşdur”. 
Doğru örnək (reportyor bu müsahibə parçasının yerinə 
olayın ayrıntılarını göstərən videosıraya kadrarxası şərh 
verərək deyir):“sürətlə irəliləyən maşın əks hərəkət 
zolağına keçdiyindən üzbəüzdən gələn avtomobillə 
toqquşub”.
Müsahibə alan reportyor bilməlidir ki:
• müsahibə reportajın ən önəmli və yaddaqalan 
hissəsidir;
• kəmiyyət (müsahibənin uzun-qısalığı) baxımından yeni 
məlumatı reportyorun bildirməsi telexəbərin tempini 
azaltmır və onu daha anlaşıqlı edir!
Müsahibə alan reportyor bilməlidir ki:
Keyfiyyət baxımından yeni məlumatı 
müsahiblərin bildirməsi telexəbəri daha 
inandırıcı edir!


Yüklə 83,66 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə