JurnaliSTİkasi bülənt Çaplı



Yüklə 83,66 Kb.
Pdf görüntüsü
səhifə23/54
tarix22.11.2017
ölçüsü83,66 Kb.
#11488
1   ...   19   20   21   22   23   24   25   26   ...   54

50
IV BÖLÜM
TELEXƏBƏRİN HAZIRLANMASI / 
REPORTYOR İŞİNİN 10 QAYDASI
seyrçi bu olaya necə qatılacaq və ya həmin olayla 
bağlı mövqeyini necə müəyyənləşdirəcək? Telexəbər 
xidmətinin əməkdaşları bütün bu olasılıqları ciddi 
düşünməli, işıqlandırılan olayın seyrçilərə nə verib-
verməyəcəyini yaxşı-yaxşı götür-qoy etməlidirlər.
Mürəkkəb materialın tezcə qavranması və süjetin 
operativ hazırlanması telereportyora üzağlığı gətirir. 
Xəbər süjetinin ideyası prodüserdən də gələ bilər, 
reportyorun özündən, kameramandan, rejissor və 
ya xəbər xidmətinin digər əməkdaşlarından, hətta 
seyrçilərdən də. Amma bütün hallarda, söhbət ciddi 
xəbərçilikdən gedirsə, belə süjetlərin ideyasını həyat 
doğurmalıdır.
Araşdırma
Xəbərin çıxış nöqtəsi bir fikir, bir məlumatdır. Bunlar 
hər hansı qaynaqdan da xəbər mərkəzinə - redaksiyaya 
gələ bilər, prodüserin də tapşırması mümkündür. Təbii 
ki, reportyorun-müxbirin özü də çox da üzdə olmayan  
bilgiləri araşdırıb ortaya bir xəbər çıxara bilər.
Gündəmdə olan və ya gündəmə gətirilən belə bilgilər 
gələndən sonra reportyorun ilk işi bir araşdırma 
aparmaqdır: 
• Mövzunun hansı önəmli nöqtələri var?
• Bu mövzuda hansı sənədlərə üz tutmaq olar?
• Movzuya bağlı hansı əks baxışlardan, düşüncə və 
davranışlardan söz açmaq olar?
• Hansı  qaynaqlardan  (qurum və insanlardan) 
məlumat almaq olar?
• Araşdırma zamanı görüşmək lazım olan adamlarla 
əlaqə qurmağa kimlər yardım edə bilər?
 • Mövzu və ya olayın hansı tarixçəsi var?
Arxiv araşdırması
• Yazılı qaynaqların öyrənilməsi;
• Görüntülü qaynaqların öyrənilməsi.
Önəmli tələblər:
Birinci tələb: Heç vaxt seyrçini çaşdırmaq olmaz! 
Telexəbər prodüserlərinin (ümumən teleprodüserlərin) 
ortaq bir fikri var: “TV-də tək qayda odur ki, heç bir 
qayda yoxdur”. Burası öz yerində, amma elə davranış 
və şərtiliklər var ki, şifahi və vizual şəkildə verilən, 
yəni söylənən və göstərilən məlumatı daha anlaşıqlı, 
daha maraqlı və daha yığcam formaya salmaq imkanı 
yaradır. Bu baxımdan 1-ci tələbi belə ifadə etmək 
olar: Heç vaxt seyrçini çaşdırmayın (əlbəttə, seyrçini 
çaşdırmaq məqsədiniz deyilsə).
İkinci tələb: Komanda işinin önəmini unutmaq olmaz! 
Reportyor hansı görüntülərin çəkilib-çəkilməyəcəyini 
kameramanla öncədən götür-qoy etməli
məsləhətləşməlidir. Olay göz önündə deyilsə, məhz 
TV-nin özəllikləri gözə alınaraq, reportajın “əhvalatı” 
müəyyənləşdirilməli, zəruri kadrlar çəkilməlidir. 
Kameramanla öncədən ünsiyyət məxsusi avadanlığın, 
tutalım, radio-mikrofonun gərəkib-gərəkməyəcəyini 
də üzə çıxaracaq.
Çəkilişöncəsi dönəm 3 mərhələdən ibarətdir:
1. Araşdırma;
2. Strukturlaşdırma – “əhvalat”laşdırma;
3. “Vizuallaşdırma, başqa sözlə görüntülənmə –
• süjet ardınca bir neçə vaqonu dartan parovoz kimi 
təsəvvür edilir;
• parovoz süjetin ideya və hərəkət istiqamətini 
göstərir;
• vaqonlar görüntü planlarını, müsahibələri, qrafika və 
mətni, eləcə də montaj keçidlərini əks etdirir;
• bütövlükdə süjet (reportaj), olsa-olsa, saysız-hesabsız 
sözü bəzəyən videosıraya deyil, bir tərəfdən görüntü, 
digər tərəfdənsə səs+söz+nitqin “evliliyi”nə bənzəyir.
Çəkilişdən öncə reportyor 2 cür qeyd aparmalı, yəni:
1. Gərəkli saydığı görüntülərin təxmini siyahısını 
hazırlamalı;
2. Müsahiblərə ünvanlandırmaq istədiyi sualları 
yazmalıdır.
Üçüncü tələb: Çəkilişöncəsi hazırlığı gözardı etmək 
olmaz! Çəkilişöncəsi hazırlığa nə qədər çox vaxt 
ayrılsa, çəkilişin özü və çəkilişsonrası mərhələ o qədər 
ağrısız və qısa sürər. 
Dördüncü tələb:  Reportyor bütün çəkilişə və 
reportajın efirə hazırlanmasına cavabdehdir! 
Kameramanın nə etdiyini reportyor hər an bilməyə 
çalışmalıdır,  Süjetin montaj mərhələsində heç cür 
uyuşmayan və baş verən olayı açıqlaya bilməyən 
görüntülərə görə kameraman deyil, reportyor 
məsuliyyət daşıyır.


51
TELEXƏBƏRİN HAZIRLANMASI / 
REPORTYOR İŞİNİN 10 QAYDASI
IV BÖLÜM
Peşəkar reportyor öz işinə həmişə tələbkar yanaşır. 
Çəkiliş üçün lazım olan bütün bilgiləri yalnız 
superpeşəkarlar yadda saxlaya bilir (o da bir şərtlə 
ki, həmin keyfiyyətinlə heç vaxt öyünməyəsən. Bir 
peşəkardan daha peşəkar olan başqa biri həmişə 
tapılır).
Beşinci tələb: Videosıranın – görüntü planlarının 
incəliklərinə bələd olun! Bir memar harada hansı 
daşdan, hansı kərpicdən və ya hansı mərmərdən 
yararlanacağını gözardı edə bilmədiyi kimi, reportyor 
da məhz hansı görüntüdən nə vaxt, necə, nə qədər və 
harada faydalanacağının fərqinə varmalıdır.
Altıncı tələb: Həmişə ştativdən faydalanmaq lazımdır! 
Bəzən çəkilişin xarakteri ştativdən istifadəni müm-
künsüz etsə də (tutalım, hər hansı nümayişi və ya 
yanğını çəkərkən, olayın axarı ştativdən istifadəni 
mənasızlaşdıra bilər), bütövlükdə dayanıqlı görüntü al-
maq üçün peşəkar kameraman ştativdən yararlanmağa 
məcburdur. Tutalım, önəçək planı çəkirsənsə və bu 
planın sonunda görüntüdəki insanın iri planını vermək 
istəyirsənsə, ştativsiz çəkiliş necə mümkündür? 
Sözügedən görüntünün, elə ilk cəhddən, dayanıqlı 
alınması kameramandan nə qədər əlavə fiziki güc 
və diqqət səfərbərliyi tələb edəcək!.. Çəkilişə bunca 
zaman xərcləməyə dəyərmi?.. Unutmaq olmaz ki
ştativdən istifadə vaxta qənaət etməyə və çəkilişin 
keyfiyyətini nəzarətdə saxlamağa imkan yaradır.
Özəlliklə xanım reportyor üçün bir önəmli xatırlatma: 
ştativi daşımaq reportyorun borcudur!  
Yeddinci tələb: Müsahib çıxıb-getməyənə 
qədər görüntü və səsdə problem olub-olmadığı 
yoxlanılmalıdır!  Ən adi unutqanlıq olur ki, çox 
təcrübəli çəkiliş qrupunu da pis vəziyyətə salır. 
Özəlliklə olaylı xəbərlərdə – yanğın, sel, zəlzələ, mitinq 
və s. baş verərkən, yəni yumşaq desək, qeyri-ideal 
çəkiliş şəraitində görüntü və səslərin yazılışında ağrılı 
sürprizlərlə üzləşmək mümkündür. Bu baxımdan işi 
ehtiyatlı tutmaq – çəkilişin əvvəlində və sonunda hər 
şeyin qaydada olub-olmadığını yoxlamaq adi vərdişə 
çevrilməlidir. 
Səkkizinci tələb: İlk görüntü mütləq diqqət çəkməli, 
seyrçini reportajın qalan hissəsinə  baxmağa 
həvəsləndirməlidir! Qəzetdə maraqlı lid nədirsə, TV-
də ilk görüntü, başqa sözlə, açar plan odur. Seyrçini 
aldatmaq çətindir. O, adama heç nə deməyən, diqqət 
çəkməyən və hansı səbəbdən göstərildiyini heç 
cür əsaslandırmaq mümkün olmayan görüntülərin 
fərqindədir (indi deyilsə, bir başqa vaxt mütləq 
fərqində olur). Bu üzdən açar planın nəyi hədəf 
götürdüyünü yaddan çıxarmaq olmaz. Həmin plan 
sanki seyrçilərə üz tutub – “mənə baxmasan, çox şey 
itirəcəksən!” – söyləməli, bütövlükdə xəbəri olmasa 
da, ən azı xəbərin başlanğıcını onlara “sata” bilməlidir. 
Açar plan xəbər reportajında yeganə yerdir ki, jurnal-
istin subyektiv seçiminə və “isti xəbər”dən söhbət 
getmirsə, məlumata birbaşa dəxli olmayan, ancaq 
məxsusi çəkilmiş parlaq görüntülüsü və özəl səs sıralı 
kadrlara yol açılır.   
Doqquzuncu tələb: Olayı reportyor deyil, olay 
iştirakçıları və olayın görüntüləri açıqlamalıdır! 
Bütövlükdə TV-nin danılmaz bir özəlliyi – əsas 
məlumat yükünü videosıranın çatdırması nəzərdə 
tutulur. Başqa sözlə, olayı, ilk növbədə, məhz bu 
olaydan görüntülər və məhz bu olayla bağlı insanlar 
– həmin olayın başlıca fiqurları, iştirakçıları, şahidləri 
açıqlamalıdır. Reportyor mətninə gəlincə, bu mətn bir 
bələdçi, gözəgirməyən yardımçı rolunu oynamalıdır. 
Sözügedən tələb jurnalistin subyektivlik və qərəzinin 
minimuma endirilməsi baxımından da önəmlidir.  
Onuncu tələb: Rəmzi planları – “vizual metafora”ları 
çəkilişdən öncə düşünmək, çəkiliş vaxtı dəqiqləşdirnək 
gərəkdir! Söhbət barış, sevgi, nifrət və ümumiyyətlə, 
mücərrəd anlayışları hansı görüntü obrazlarında 
teleekrana gətirməkdən gedir. Söhbət elə planlardan 
gedir ki, cəmi 3 saniyə sürən kadrda reportyorun yarım 
dəqiqəlik mətnində söylədiyi qədər bilgi verilsin. Təbii 
ki, hər hansı incə vurğu, eyham da nəzərdə tutula bilər. 
Misal üçün, təsirli planda verilən ağ göyərçin sülhü 
rəmzləşdirdiyi kimi, qalın mağaza vitrinində güllənin 
açdığı oyuqdan görünən heykəl də həm qanlı silahlı 
toqquşmanı, həm də tarixin ən böyük tiranlarından 
Stalini simvollar dili ilə ifadə edə bilər (Türkiyənin 
NTV kanalı Rusiya qoşunları tərəfindən Gürcüstanın 
Qori şəhərinin işğalını məhz həmin vizual metaforada 
əks etdirmişdi: vitrin şüşəsindəki güllə oyuğundan 
Qorinin mərkəzi meydanında Stalinə ucaldılmış heykəl 
görünürdü).  
Telejurnalistika təcrübəsi açıq-aydın göstərir ki, 
yerli miqyaslı süjet ölkə miqyaslı tarixin də əks-
sədasına çevrilə bilər. Olur ki, operativ bir telereportaj 
cəmiyyətin məsuliyyəti və ya dövlət qurumlarının 
taleyi haqqında dərin və polemik düşüncələr doğurur. 
Digər KİV-lərdə yayımlanmış materiallar da aktual və 
maraqlı bir telexəbərin yaranmasına təkan verə bilər.
Məlumat və təşəbbüs hər kimdən gəlirsə-gəlsin, re-
portyor həqiqəti axtarmaqdan yorulmamalı, mümkün 
olduğu qədər axtarış aparmalıdır. Bu, çəkilişə hazırlıq 
mərhələsinin başlıca şərtidir. Peşəkar jurnalistlər 


Yüklə 83,66 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə