JurnaliSTİkasi bülənt Çaplı



Yüklə 83,66 Kb.
Pdf görüntüsü
səhifə19/54
tarix22.11.2017
ölçüsü83,66 Kb.
#11488
1   ...   15   16   17   18   19   20   21   22   ...   54

42
IV BÖLÜM
TELEXƏBƏRİN HAZIRLANMASI / 
HANSI MÖVZU DİQQƏTİ DAHA ÇOX ÇƏKİR?
TELEXƏBƏRİN HAZIRLANMASI 
HANSI MÖVZU DİQQƏTİ DAHA ÇOX ÇƏKİR?
• Hansı mövzu daha çox diqqət çəkir?
• Xəbərlə olay arasında niyə bərabərlik işarəsi 
qoymaq olmaz?
• “Dörd doğru qaydası” nədir və hansı xəbər 
hazırlama üsulları var?
• Telexəbər hazırlarkən hansı tələblər ödənməlidir?
Harada göstərilsə də - özəl, yaxud ictimai TV-lərdə - xəbərlər ictimai yayım 
sayılır və bu üzdən, yəni cəmiyyət həyatına təsir gücü böyük olduğundan 
xəbərçilik fəaliyyətinin bir çox məqamları (plüralizmin qorunması, özəl 
yaşama müdaxilə və s. incəliklər) qanunlarla tənzimlənir. Elə həmin səbəbdən 
xəbər mövzularının seçilməsi də bəzi şərtlərə bağlanır.
Öncəki bölümlərdən bildiyiniz bəzi anlayışları bir 
daha gözdən keçirək. Həm bildiklərinizi təkrarlar, 
həm də bəzi anlayışları daha dolğun qavramaq imkanı 
qazanarsınız.
Telexəbər mövzusunu seçərkən, təbii ki, “yazmaq”, 
“eşitdirmək” elementlərindən daha çox göstərmək 
elementinə köklənməlisən. Olayı görüntüləyib göstərə 
bilməyəcəksənsə, onu 3 biçimdə vermək olar:
- şifahi xəbər (diktor xəbəri);
- telekörpü və ya telefon bağlantısı  (reportyor birbaşa 
efirə qoşularaq olayı xəbərləyir);
- fotoxəbər (yeganə görüntü kadrının üzərində xəbər 
spikerinin – aparıcının səsi ilə).
Sözügedən biçimlər daha çox olayla bağlı ayrıntıları 
– incəlikləri bilmək, artıq göstərilmiş xəbərə ilkin 
münasibəti açıqlamaq baxımından keçərli sayıla 
bilər. Deməli, hər hansı mövzunun görüntülənmə-
görüntüyəyatma-görüntüyəgəlmə dərəcəsi, istər-
istəməz, mövzu seçiminə təsir göstərir.     
• Telexəbərdə inam, balans və ədalət necə qorunur?
• Telexəbər ssenarisi necə yazılır?
• Kadrda çıxışdan, interküy və xəbər qrafiklərindən 
necə yararlanmaq olar? 
• Telexəbərin montaj və redaktəsi zamanı nələr nəzərə 
alınmalıdır?
Tutalım, “cinayət” olayı barədə xəbər ekrana daşınırsa, 
məhz hansı cinayət əməlindən söhbət getdiyini 
aydınlaşdırmaq lazımdır, çünki qətl, dolandırıcılıq-
dələduzluq-fırıldaqçılıq, oğurluq-talan-soyğun-çapqın-
qarət, uyuşdurucu maddə istehsalı və satışı, şantaj, 
zorlama, təhqir və s-in hamısı cinayət anlayışına 
daxildir. Sözügüdən əməllərin hər biri seyrçi diqqətini 
çəkə bilər, ancaq qətl olayı təhqirdən, adam oğurluğu 
adi soyğundan daha çox diqqət çəkəcək. Nədən? O 
səbəbdən ki, tutalım, qətl hadisəsi tək-tək hallarda baş 
verir, amma təhqirlə, ən azı məişət səviyyəsində, qat-
qat çox rastlaşırsan... 
Hər cəmiyyətin öz seyrçi özəlliyini diqqətə almaqla 
yanaşı,  daha bir danılmaz gerçək də var: mövzunu 
olaya çevirməsən və ya olayı görüntüləyə bilməsən, 
bütün əməyin batacaq.


43
TELEXƏBƏRİN HAZIRLANMASI / 
OLAYLILIQ
IV BÖLÜM
OLAYLILIQ
Mövzunu olaylaşdırmadan xəbərin süjet xəttini 
qurmaq, yəni xəbərin görüntülənməsini və anlaşıqlı 
olmasını təmin edən tarixçəni və ya əhvalatı 
müəyyənləşdirmək (çünki TV hətta olay göz önündə 
olanda, məsələn, yanğın baş verəndə də olub-bitənləri 
insandan keçirməyə və sanki “qaynar” və ya “isti” 
xəbəri “soyutmağa” məhkumdur) mümkün deyil. Bu 
baxımdan mövzu və olay arasındakı prinsipial fərqi 
unutmaq olmaz. Çap mediasında verilən xəbəri tam 
görüntüləmək istəsək, məlum olacaq ki,  oxuyanda 
hadisə təsiri bağışlayan və ya hadisə olması şübhə 
doğurmayan xəbər TV-də yalnız söz yığını kimi 
görünəcək. Başqa sözlə, qəzet (dərgi) xəbəri möv-
zunu olaya çevirmək üçün konkret insana ehtiyac 
duymursa və uyğun baxış bucağı tapmaqla mövzunu 
aktuallaşdıra və xəbərə çevirə bilirsə, TV-də həmin 
xəbər yenidən mövzuya dönüşərək olaylıqdan çıxır. 
Eyni proses radio-xəbərlə də baş verə bilər. Sırf radio 
xəbərini TV-yə qohumlaşdıran ən danılmaz özəllik 
məxsusi müsahibələrdən daha çox təbii səslər—in-
terküydür. Deyilənlərin işığında “olay” və ya “olaylılıq” 
anlayışlarına aydınlıq gətirməyə çalışaq.
Media təcrübəsinə göz atarkən olay (hadisə) 
anlayışının bəlli bir təkamül yolu keçməsi 
və cəmiyyətin təkamülü ilə uzlaşması şübhə 
doğurmayacaq. Bu anlayış “müxtəlif faktların bəlli 
bir məkan və zaman içində oluşması” (1; səh.209),  
“mübahisəyə zəmin hazırlayan məlumat” (2; səh. 197) 
və nəhayət, “jurnalistlərin izləmək imkanında olmadığı 
faktlar” (3; səh 123) şəklində yozulub (təbii ki, çoxsaylı 
başqa yozumlar da var). 
Bəs xəbərlə olay (hadisə) arasında hansı bağlılıqlar 
var? “Xəbər bir olay deyildir, baş verəndən sonra 
qavrana biləcək faktdır. Xəbər olayın ekvivalenti deyil, 
ancaq olayın əsas çərçivəsi içində təkrar qurula bilər. 
Bu, xəbərin hədəfidir” (3; səh.124). İstər-istəməz, 
başqa sual ortaya çıxır: xəbərlə gerçək arasında hansı 
əlaqələr var? 
Burası danılmazdır ki, olay xəbərin xammalıdır. Olayı 
olay edən faktlar, yəni doğrulanmış bilgilər gerçəyə 
söykənir. Xəbərlə olay arasında bərabərlik işarəsi qoy-
maq mümkün olmadığından, daha bir nəticəyə varırıq: 
hər hansı xəbərdə gerçəyin payı dəyişkəndir. “Gerçək 
qalıcı, xəbər uçucudur” (1; səh. 209). 
Hələ TV təcrübəsinin yaşanmadığı dönəmlərdə 
Uolter Lipman vurğulayıb ki, xəbərlə gerçək arasında 
bərabərlik işarəsi qoymaq olmaz. Xəbərin missiyası 
hər hansı olayı çatdırmaqdır, gerçəyin missiyası isə 
açıqlanmayan faktları gün işığına çıxarmaq, həmin 
faktlar arasında bağlantı qurmaqla gerçəyin rəsmini 
çəkmək və insanların diqqətinə yetirməkdir (12; səh. 
213).
Xəbərin canı və qanı – bəlli mövzu daxilindəki 
dəyişikliklər zənciri, yəni olaydır. Bunu jurnalistika 
uydura bilməz. Bənzər cəhdlərlə uğraşan jurnalistika 
xəbərçiliklə - bilgiləndirməklə deyil, yönləndirməklə 
məşğuldur.
 “Olaylılıq” deyərkən sözügedən dəyişikliklərin 
seyrçilərdən asılı olmayan bir özəlliyi – azrast-
lanma nəzərdə tutula bilər. Bunu qeyri-adilik və ya 
adiyəsığmazlıq da adlandırmaq mümkündür. Xəbər 
“ovuna” çıxan reportyor anlayır ki, məhz azrastlanan 
və ya alışılmış gerçəklərin hüdudlarını aşan olayı 
işıqlandırsa, həm prodüseri, həm də seyrçiləri razı 
salacaq.
Çox önəmli 5 xatırlatma:
• Olay  xəbərin xammalıdır;
• Olayı olay edən faktlar, yəni doğrulanmış bilgilər 
gerçəyə söykənir;
• Xəbərlə olay arasında bərabərlik işarəsi qoymaq 
mümkün deyil;
• Hər hansı xəbərdə gerçəyin payı dəyişkəndir;
• Gerçək qalıcı, xəbər uçucudur
DİQQƏT!
Olay deyərkən bəlli mövzu daxilindəki qarşılıqlı bağlı 
dəyişikliklər nəzərdə tutulur.
DİQQƏT!
”Olaylılıq” deyərkən sözügedən dəyişikliklərin 
seyrçilərdən asılı olmayan bir özəlliyi – azrastlanma  və 
ya adiyəsığmazlıq nəzərdə tutula bilər


Yüklə 83,66 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə