JurnaliSTİkasi bülənt Çaplı



Yüklə 83,66 Kb.
Pdf görüntüsü
səhifə17/54
tarix22.11.2017
ölçüsü83,66 Kb.
#11488
1   ...   13   14   15   16   17   18   19   20   ...   54

37
sala biləcək avadanlığın səsini maksimum azalt-
maq lazımdır. Ən pis halda, yəni musiqi səsi qonşu 
mənzildən və ya küçədən gəlirsə, onda mahnının 
sözlərini çıxarmaq gərəkdir; 
• Müsahibə və stəndap çəkiləndən sonra istər jurnal-
ist, istərsə kameraman səsyazmanın  keyfiyyətini 
yoxlamalıdır; 
YADDAŞ
Reportyor çəkiliş yerini tərk etməzdən öncə bütün mon-
taj prosesini göz önünə gətirməli və özünə bu sualları 
verməlidir:
• Çəkiliş yerininin səs özəlliklərini verə bilmişəmmi?
• Gərək duyduğum sualların hamısına cavab almışammı?
• Montajda yararlanmaq üçün əlavə interküy yazmağa 
ehtiyac qalıbmı?
Bu suallara “hə” cavabı verirsənsə, demək, yaxşı reportaj 
hazırlamaq olar. 
III BÖLÜM
TELEXƏBƏRÇİLİYİN TEXNİKİ ELEMENTLƏRİ. GÖRÜNTÜ. SƏS. İŞIQ
TELEVİZİYA MİKROFONLARINDAN İSTİFADƏ QAYDALARI
Foto 1
Foto 2
Foto 5
Foto 3
Foto 4


38
III BÖLÜM
İŞIQLATMANIN ÖNƏMİ
İŞIQ AVADANLIĞININ TEXNİKİ İMKANLARI
TELEXƏBƏRÇİLİYİN TEXNİKİ ELEMENTLƏRİ. GÖRÜNTÜ. SƏS. İŞIQ
İŞIQLATMA. İŞIQLATMANIN ÖNƏMİ / İŞIQ AVADANLIĞININ TEXNİKİ İMKANLARI
İşıqsız və işıqlatmasız televiziya ola bilməz. İşıq yox-
dursa, deməli, kadr və görüntü də yoxdur. İstənilən 
predmeti kadrda göstərmək üçün ona işıq salmaq 
lazımdır. Düzdür, yanlış işıq görüntü kadrını korlaya 
da bilər. İnsan gözünün qavradığı parlaqlıq diapazonu 
hər hansı kameranın işığa həssaslıq diapazonundan 
qat-qat çoxdur və bu baxımdan videogörüntülər 
adi gözlə görüləndən önəmli dərəcədə fərqlənə 
bilər. Bu səbəbdən çəkiliş yerini, özəlliklə insanları 
görüntüləyərkən onları eyni dərəcədə işıqlatmaq 
lazımdır. Televiziyada işıq iki vəzifə daşıyır: texniki 
və bədii. Texniki vəzifə deyərkən çəkiliş yerlərinin 
standart işıqlandılması nəzərdə tutulur ki, kamera 
oranı görüntülərkən təhrifə yol verməsin. 
Bədii kinematoqraf hər səhnə mizanının çəkilməsi 
üçün ən əlverişli şəraitin yaradılmasını tələb edir. Bu 
baxımdan televiziya, özəlliklə telejurnalistika – xəbər 
televiziyası kinematoqrafdan çox fərqlənir, çünki TV-
də işıq bəlli kompromisə - güzəştə əsaslanır. 
TV-də aramsız hərəkət var, adətən, yenidən çəkiliş 
imkanı yoxdur, əşya və predmetlər həm özünəməxsus, 
həm də öz yerindədir və yerdəyişmə gerçəkliyi təhrif 
etmək anlamına gəlir. İşıqlatma bir tərəfdən kameranın 
texniki iş şəraitinə uyğun olmalı, yalançı kölgələrin 
yaranmasını önləməli, digər tərəfdən studiyada və 
ya çəkiliş yerində işi çətinə salmamalıdır. Çəkilişin 
harada olmasından asılı olmayaraq işıq elə düşməlidir 
ki, olayın ab-havası düzgün verilsin və onun heç bir  
özəlliyi gözdən qaçmasın. 
İşıq hər yerdə var və çəkiliş zamanı ondan hər hansı 
şəkildə yararlanmaq mümkündür. 
Təbii işıq bu və ya digər dərəcədə naturada – təbiət 
qoynunda, küçədə, havada – çəkilişlər zamanı olur. 
Söhbət günəş, ay, hətta ulduz işığından gedir. Süni, 
yəni qurama işıq deyərkən təbii işıqdan təcrid olunmuş, 
qapalı studiya və çəkiliş pavilyonlarındakı işıq nəzərdə 
tutulur. 
Qarışıq işıq deyərkən çəkilişin həm pəncərə, baca, 
qapıdan düşən təbii işıqda, həm də süni işıqda 
aparılması nəzərdə tutulur. 
Çəkiliş yerində istifadə edilən əsas işıq cihazları 
bunlardır:
• yönləndirən və yayan isti işıq lampaları (sarı və 
çəhrayı) ; 
• yönləndirən və yayan soyuq işıq lampaları (mavi və ağ) 
• rəng taxmaları; 
• işığı əks etdirən, yayan və udan xüsusi ekranlar. 
Bədii vəzifə deyərkən xəyali və ya təsəvvür edilən 
tələblərin ödənilməyi üçün zəruri olan işıqlandırılma 
nəzərdə tutulur. 
Texniki baxımdan nə baş verdiyini bilməkdən ötrü 
işıq avadanlığının imkanlarını və hansı halda hansı 
qurğudan faydalanacağını mütləq öyrənməlisən. 
İşıqla “yazmaq” və ya işıqla “görmək”sə sırf yaradıcı 
məsələdir. İşığın bədii özəlliklərini formalaşdırmaq çox 
mürəkkəbdir və hərtərəfli texniki biliyə yiyələnmədən 
bunu mənimsəmək mümkün deyil.   
İşığın üç növü var:
1. Təbii işıq (gün 
işığı, ay işığı) 
2. Süni, yəni qura-
ma işıq (məsələn, 
lampa işığı) 
3. Qarışıq işıq. 
Bu işıq həm təbii, 
həm də qurama 
işıqdan yaranır.  
İsti işıq
Soyuq işıq


39
İŞIQLATMA YÖNLƏRİ: 
III BÖLÜM
TELEXƏBƏRÇİLİYİN TEXNİKİ ELEMENTLƏRİ. GÖRÜNTÜ. SƏS. İŞIQ / 
İŞIQLATMA YÖNLƏRİ 
Ön və ya frontal işıq - kamera tərəfdən onun 
səviyyəsində quraşdırılmış qaynaqdan düşən düz 
işıq. İşıq obyektivin oxu boyunca yönələndə kölgələr 
predmetin arxasına düşür. Ön işıq kölgələri götürür, 
predmetlərin fakturası, demək olar, görünmür. Pred-
metin fakturası gözə az çarpır və özü hamar görünür. 
Qırışları ört-basdır etmək və gərəksiz kölgələri aradan 
qaldırmaq istərkən statik ön işıqdan yararlanmaq 
olar. Ön işığın qaynağı işıqlandırılan obyektdən çox 
kiçikdirsə, işıqlı, hamar və girdə səthlərin qıraqları 
qaralır. Ön işıq ayrıntıları, detalları gözə çarpdırmaq 
istəməyəndə uzaq planlarda yararlıdır. 
Yan işıq - çəkiliş obyektinə onun sağında ya solunda 
yerləşən qaynaqdan düşən işıq. Yan işıq səthin cizgi və 
fakturasını nəzərə çarpdırır. O, tünd kölgə yaratmaqla 
predmetlərin həcmini və səthlərin fakturasını sezdirir. 
Əyrixətli forması olan obyektlərin kölgəsi rəvan alınır. 
Yan işıq mənzərə çəkilişlərində də faydalıdır. 
Əks işıq - arxa işıq və ya cizgi işığı da deyilir, çəkiliş 
obyektinin arxasındakı qaynaqdan düşən işıq. Düzünə 
əks işıq, təbii ki, obyektin arxasında qaldığından çox 
səmərəsiz olur. Amma ortadan qırağa çəkilən əks işıq 
obyektin bir qırağını (və ya qıraqlarını) işıqlatdığı üçün 
onun həmin nöqtədən baxanda cizgilərini qabardır. Bu, 
obyekti fondan ayırmağa və dolğunluq effekti – 
stereoskopik effekt yaratmağa kömək edir. 
Üst işıq - çəkiliş obyektinin düz başı üzərindəki 
qaynaqdan düşən işıq. Üst işıq qısa kölgələr yaradır və 
bürkü duyğusu doğurur. Nadir hallarda ayrıca istifadə 
edilir. Üst işıqdan istifadə zamanı bir qayda olaraq ən 
azından ön tərəfdən frontal əlavə işıqlandırma tələb 
olunur. Başlıca işıq qaynağının yönü görüntünün 
kontrastına təsir edir. Predmetlərin həcm və forma 
baxımından qavranması da bəlli dərəcədə kölgənin 
hansı tərəfə düşməsindən asılıdır.
Klassik işıq qaynağı dəsti 
Studiya çəkilişlərində onlarca işıq cihazından istifadə 
edilə bilər. Çəkiliş meydançasında işıqlatmanı 
işıq texnikləri yönəldirlər. Açıq havada təbii işıq 
qaynaqlarına hərdən qurama işıqlar da artırılır. Bu 
halda işığa kameraman cavabdehdir. Açıq havadakı 
çəkilişlərdə əlavə qurama işıq qaynaqları olmayan 
hallarda belə kameraman ən optimal görüntü nöqtəsi 
seçməyə borcludur. Başlıca işıq qaynaqları çəkilişin 
minimum şərtlərini təmin edir. 
Ön və frontal işıq
Yan işıq
Əks işıq
Üst işıq


Yüklə 83,66 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə