JurnaliSTİkasi bülənt Çaplı



Yüklə 83,66 Kb.
Pdf görüntüsü
səhifə18/54
tarix22.11.2017
ölçüsü83,66 Kb.
#11488
1   ...   14   15   16   17   18   19   20   21   ...   54

40
III BÖLÜM
QAPALI YER VƏ OTAQLARDA ÜMUMİ 
İŞIQLANDIRMA QAYDALARI
TƏBİİ İŞIQLATMA ZAMANI ÇƏKİLİŞİN 
ÖZƏLLİKLƏRİ. PRAKTİK MƏSLƏHƏTLƏR
TELEXƏBƏRÇİLİYİN TEXNİKİ ELEMENTLƏRİ. GÖRÜNTÜ. SƏS. İŞIQ
QAPALI YER VƏ OTAQLARDA ÜMUMİ İŞIQLANDIRMA QAYDALARI 
• Çəkilişə başlamazdan öncə kameraman ağ rəngin 
balansını kökləməlidir ki, rənglər təhrif olunmasın. Jur-
nalistin vəzifəsi prosesi asanlaşdırmaq və tezləşdirmək 
üçün kameramana yardım göstərməkdir.
• Köklənmiş balans kamera söndürüləndən sonra da 
saxlanılır. Bu üzdən yeni yerdəki ilk çəkiliş həmişə 
balans qoyulmasından başlanmalıdır. Bəzi kamera-
larda işıqlatma tipini öncədən müəyyənləşdirmək 
olur. Məsələn, “günəşli hava” (küçədə aydın havada 
çəkiliş), “buludlu hava” (küçədə tutqun havada çəkiliş), 
“közərmə lampaları” (yanan közərmə lampaları ilə 
qapalı yerdə, otaqda çəkiliş), “gün işığı lampaları” 
(otaqda gün işığı lampalarından istifadə edilən çəkiliş). 
• Bir neçə obyektin bərabər işıqlandırılması üçün 
və bir kölgə digərinin üzərinə düşməsin deyə qapalı 
iri yerlərdəki çəkilişlərdə qayıdan işıqdan  və ya çox 
yayılan seyrək işıqdan yararlanmaq daha yaxşıdır. 
• İri planla çəkiliş üçün, özəlliklə müsahibə çəkərkən 
kameraya quraşdırılan lampa əlverişlidir. Onun 
işığından yararlanıb adamın üzündən gərəksiz kölgələri 
yığışdırmaq mümkündür. Belə kölgələr üst və əks 
işıqdan istifadə zamanı törənir. Bəzi hallarda həmin 
işıq görüntülənən şəxsi qıcıqlandıra bilər. Bu zaman ju-
rnalistin vəzifəsi əlavə işığın nədən qaçılmaz olduğunu 
həmin şəxsə açıqlamaqdır. Bəzən bu lampanı zəif işıqla 
da əvəzləmək olar. (Foto 6)
• Aydın havada günəş və səma (göy üzü) əsas işıq 
qaynaqlarıdır. Daha çox göyüzünün işıqlatdığı kölgələr 
gün işığı düşən kölgələrə nisbətən soyuq rəngdə 
görünür. Mavi kölgə və sarımtıl işıqlar görüntünün 
kontrastını bir az da artırır. Bu, arzuolunmazdırsa, 
gün işığını udan ekranlardan yararlanmaq lazımdır. 
Gündüzün tutqun havasında və günəşli, amma duman 
və ya tüstülü havada işıqla kölgənin rəngləri arasındakı 
fərq az gözə çarpır.
• Günəş 30-60° bucaq altında işıq saçırsa, universal 
işıq alınır. Bu zaman üfüqi və şaquli səthlərin işıqlanma 
səviyyəsi təxminən eyni olur və işıqlanan sahələrin 
rəngləri də daha yaxşı sezilir. Belədə istər insanları, 
istərsə də təbiət mənzərələrini çəkmək olar.
• Təbiətdə təbii əksetdiricilərə – güzgüləyicilərə rast 
gəlinir və bunu yaddan çıxarmaq olmaz. Söhbət qar 
örtüyündən, ağ qumdan, sututarlardan, işıqlı bina 
divarlarından gedir. Belə işıqqaytarıcılar əlavə və 
yumşaq alt və yan işıqlar yaradaraq üzərlərinə düşən 
ensiz işıq selini yayıb-seyrəldir. 
• Günəş istər doğanda, istərsə də batarkən kəskin işıq-
kölgə kontrastı törədir. Bu zaman predmetlərin yalnız 
şaquli səthləri aydın görünür. Bu, təbiəti çəkməyin ən 
uyğun vaxtı olsa da, adamları yaxından – iri planda 
çəkməkdən ötrü belə işıq yararsız sayılır. Aşırı kontras-
ta görə, özəlliklə yan işıqdan istifadə edilə bilməz. 
• Qapalı məkanın qarışıq işığı (təbii gün işığı ilə süni 
“sarı” işığın qarışması) görüntünü pisləşdirə bilər: 
bəzi kadrlarda isti işıq, digərlərində soyuq işıq gözə 
çarpacaq. Bənzər görüntü qüsurlarından qaçmaq üçün 
kameraman belə davranmalıdır:
1. Pəncərələrə qalın pərdə tutmaqla təbii işıq 
qaynağını qapadır; 
2. Süni işğı söndürür və təbii işıqla yetərlənməyə 
çalışır; 
3. Hər iki işığın qarışdığı yeri seçir və mümkündürsə, 
çəkilişi həmin yerdə aparır. 
Foto 6


41
TELEXƏBƏRÇİLİYİN TEXNİKİ ELEMENTLƏRİ. GÖRÜNTÜ. SƏS. İŞIQ
 TƏBİİ İŞIQLATMA ZAMANI ÇƏKLİŞİN ÖZƏLLİKLƏRİ. PRAKTİK MƏSLƏHƏTLƏR / TAPŞIRIQLAR 
III BÖLÜM
• Tutqun hava adamları iri planda çəkmək üçün 
uyğundur. Ancaq bu zaman tuşlanmış yan işığa ehtiyac 
var. Özəlliklə hamar sifətlərə rəng kontrastları lazımdır. 
• Yayda və yazda uzaq planları axşamçağı deyil, 
səhər işığında çəkmək daha uyğundur. Nəzərə almaq 
lazımdır ki, çox isti havadan sonra şəffaflıq azalır. 
• Günorta günəşi daha çox üfüqi səthləri 
işıqlatdığından çəkilişə yararsızdır. Ancaq meşə 
talalarında, dərin karxanalarda, quyuyabənzər 
həyətlərdə məhz belə təbii işıq olur. Bu zaman 
işıqqaytarıcı ekranlardan istifadə edərək alt işıqdan 
faydalanmaq lazımdır.
• Günəşli havada ağacların altında çoxlu işıq ləkəsi 
və parıltı yaranır. Bu səbəbdən park və ya meşədə 
çəkilişləri tutqun havada aparmaq daha yaxşıdır. 
Çəkiliş yeri kimi talanı seçmək daha uyğundur, çünki 
bu halda, az da olsa, göyüzü görünür. 
• Yüksəkdəki parlaq günəş aşırı dərəcədə sərt kontrast 
törətdiyindən küçənin kölgəli səmtində çəkiliş apar-
maq daha yaxşıdır. 
Çəkiliş yerini 
tərk etməzdən 
öncə, jurnalist 
kameramandan 
xahiş etməlidir ki, 
videogörüntülərə 
sürətli rejimdə 
baxsın və işığı 
yetərsiz təsir 
bağışlayan 
görüntülərə 
diqqət yetirərək 
bu sualı 
cavablasın: 
çəkilən görüntülər 
işığa verilən əsas 
tələbləri ödəyir, 
ya yox?
1. Olay yerinə cevik və statik plan çəkin.
2. Eyni obyektin böyüklüyünə görə bir neçə planını çəkin.
3. Eyni obyektin kadrda yerini dəyişdirərək bir neçə planını çəkin. 
4. Hadisə yerində çəkilən planları məzmununa gorə ayırın: köklənti planı, önəmli açar planlar, ara planlar, hadisə yeri barədə 
təsəvvür yaradan detallar, qıfıl plan.  
5. Verilən mövzuya əsasən olay yerində stəndapın çəkilişi üçün ən optimal yeri seçin və stəndap çəkin. 
6. Müsahibə çəkilişi üçün ən optimal plan seçin və çəkin. 
7. Əvvəlcədən yazılmış reportaj üçün videosıra çəkin.
8. Videometaforalarla zəngin reportaj ücün videosıra çəkin. 
9. Şəraitdən və vəziyyətdən asılı olaraq müxtəlif mikrofonlardan istifadə edərək bir neçə müsahibə çəkin.
10. Xarici dildə müsahibə çəkin və montaj zamanı həmin müsahibənin tərcüməsini birinci cığırda verin. 
11. İnterküysiz çəkilən reportaj üçün əlavə səs ya da musiqi seçin. 
12. Qaranlıq qapalı məkanda isiqlandırıcılardan istifadə edərək çəkiliş aparın. 
13. Açıq havada işığı əks etdirən, yayan xüsusi ekranlardan istifadə edərək çəkiliş aparın.
14. Eyni obyekti işıqlandırmanı dəyişərək (ön ışiq, yan işıq, əks işıq, üst işıq) çəkin.
15. Çəkiliş məkanlarını dəyişərək (təbii işıqlanan qapalı məkan, süni işıqlanan qapalı məkan, günəşli hava, buludlu hava) çəkin.
TAPŞIRIQLAR
1. Zeynal Məmmədli. A-dan Z-yə telexəbər. B., 2000
2. Пол Стейнли. Университет Майами. Телевизионный репортаж. Практическое пособие для 
профессионалов. Издательство “Аспик Д”, М. 1997 (http://goldenrose.narod.ru/siemka/reportaj/index.htm)
3. Телевизионная журналистика. 4-е издание. Издание Московского Университета “Высшая школа” 2002 
Глава 6. http://evartist.narod.ru/text6/30.htm#_top
4. Brody E.W. Communication Tomorrow.: N.Y., Webster, 1990 г.
5. Stan Le Roy Wilson. Mass Media / Mass Culture.: N.Y., McGraw-Hill, Inc., 1992 г.
ƏDƏBİYYAT


Yüklə 83,66 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə