JurnaliSTİkasi bülənt Çaplı



Yüklə 83,66 Kb.
Pdf görüntüsü
səhifə15/54
tarix22.11.2017
ölçüsü83,66 Kb.
#11488
1   ...   11   12   13   14   15   16   17   18   ...   54

32
III BÖLÜM
TELEXƏBƏRÇİLİYİN TEXNİKİ ELEMENTLƏRİ. GÖRÜNTÜ. SƏS. İŞIQ / 
VİDEOMETAFORA
VİDEOMETAFORA
Videosıra mövzusuna və jurnalist mətninə görə
adətən, konkret və mücərrəd görüntülərə ayrılır. Kon-
kret videosıra deyərkən hansısa konkret anlayışdan 
söhbət gedir. Məsələn, “meşə”, “uşaq”, “royal”, “kitab” 
və s. Mücərrəd və ya abstrakt videosıra deyərkən 
“inflyasiya”, “sevgi”, “kişilik” və s. kimi anlayışların 
görüntüyə gətirilməsi nəzərdə tutulur. Bu anlayışları 
hərə bir cür yozur. Mücərrəd anlayışlara subyektiv 
münasibət və yozum onların vizuallaşdırılmasını – 
görüntüyə gətirilməsini xeyli dərəcədə çətinləşdirir. 
Bu zaman vizual simvollar – rəmzi görüntülər köməyə 
gəlir. Məsələn, “inflyasiya” anlayışını pul əskinasları, 
ərzağın qiymətinin bahalığı və boş rəfləri diqqət çəkən 
dükanlarla çatdırmaq olar. 
Belə videogörüntüləri bir neçə planda və fərqli baxış 
bucaqlarından çəkərək kadrbakadr yerləşdirmək və 
sonra bundan ardıcıl şəkildə montajda yararlanmaq 
lazımdır. Beləcə, sadalanan görüntülərdən bənzətmələr 
əldə edilir və azsaylı kadrların köməyi ilə mücərrəd hal 
və ya anlayış barədə təsəvvür yaradılır. 
Videometaforalardan istifadə zamanı bir incəliyi də 
yadda saxlamaq lazımdır: sözlə çatdırılan informasiya 
görüntünün çatdırdığı informasiyanı tamamlamalı, 
bir uzlaşma yaranmalıdır. Tutalım, sevincli və qayğısız 
təsir bağışlayan insan görüntülərinin fonunda in-
flyasiya haqqında danışmaq tamaşaçılara inandırıcı 
gəlməyəcək. Təsadüfi, keyfiyyətsiz, kompozisiya 
baxımından uğursuz və çaşdırıcı kadrlar tamaşaçını 
yalnız özündən uzaqlaşdırır. 
Belə videoreportajlar çəkilərkən jurnalist hər bir kadrı 
dəqiq düşünməlidir. Axı süjet yalnız mətnə görə deyil, 
həm də və daha çox gözəl videosıraya görə məntiqi 
inkişafını tapır. Jurnalistin başlıca vəzifəsi hər kadrla 
bağlı kameramana dəqiq tapşırıq verməkdir. 
Yadda saxlayın
Çəkiliş yerini tərk etməzdən öncə bütün montaj prosesini göz önünə gətirməli və özünüzə bu 
sualları verməlisiniz:
- filan önəmli və açar məqama necə yanaşmalıyam və ondan növbəti danışığa necə keçməliyəm?
- hansı düşündürücü ara planlardan daha çox yararlanmaq olar? 
- əlimdəki görüntülər çəkiliş yerində baş verənləri göstərməyə yetərlidirmi? 
- bu süjetdən bir başqasına məntiqi keçid üçün videogörüntülərim varmı? 
Bu sualların hamısına yetərli cavabınız olarsa, onda yaxşı reportaj hazırlaya bilərsiniz. 


33
Televiziya siqnalı görüntü və səsin vəhdətindən 
ibarətdir. Elmin səsə verdiyi  açıqlama belə səslənir:  
“Havanın dalğavari basqısı”. Biz səsi ona görə 
eşidirik ki, qulağımız səs dalğalarına – hava sıxlığının 
dəyişgənliyinə həssasdır. Tamaşaçı üçün telexəbər 
iki ayrılmaz elementin - görüntü və səsin birgəliyi 
deməkdir. Onların hansının daha həlledici olması 
barədə  kinematoqrafın ilk günlərindən yaranan 
mübahisələr hələ də kəsilməyib.  Bir şey aydındır: səs 
sırası olmadan çağdaş TV-dən danışmağın mənası 
yoxdur. Ara-sıra efirə verilən səssiz görüntüləri, təbii 
ki, gözardı etmirik. Amma bunu da unutmuruq ki, 
həmin görüntülər “səssiz kino” çağının yadigarıdır. 
Səslər iki yerə bölünür:
1. Nitq 
2. İnterküy
İnterküy də həm təbii, həm də süni səslərdən ibarət 
ola bilər. Çəkiliş zamanı birinci səs cığırına nitq, 
ikinci səs cığırına isə interküy simultan olaraq yazılır. 
Simultan, yəni eyni zamanda. Buna “sinxron” da deyilir, 
nitq və səsin görüntü ilə zaman eyniliyi anlamını 
daşıyır. Hər iki səs televiziya məhsulunun önəmli 
elementləridir. Belə səslərin çatışmazlığı kobud səhv 
və texniki pozuntu sayılır. Özündə əlavə dəyərli bilgi 
daşıyan səs, bir qayda olaraq, birinci cığıra yazılır. 
Məsələn, olay yerindəki hər hansı dialoq və ya çıxış, 
ya da olayın səs-küyü. Danışan şəxsin söylədiklərini 
yazarkən səs eyni anda iki mikrofonla qeydə alınır – 
biri kameranın üstündə olan, digəri isə kameraya əlavə 
qoşulan mikrofonda. Adətən, müsahibə halları istisna 
olmaqla, birinci cığır boş qalır. Təbii ki, kameraman 
həmin cığıra təbii səsləri-interküyü yazmırsa. Buna 
da diqqət yetirmək lazımdır ki, 1-ci cığıra yazılan səs 
montaj zamanı əlavə çətinlik yaratmasın. 
Efirdə telexəbərlərin beş “səs situasiyası”nı 
fərqləndirirlər:
1. Birinci cığırda müxbirin kadrarxası səsi yazılır 
və ikinci cığırda onu interküy izləyir. Birbaşa tel-
efon bağlantısı və ya telefonla yazılan reportajda 
müsahibədə “interküy” danışığın səs keyfiyyətini aşağı 
sala bilər. Səsli tərcümə situasiyasında da eyni halın 
şahidi ola bilərik. 
Söhbət indidən gedirsə, səssiz TV-ni ağla gətirmək 
mümkün deyil. Bu səhnə, yəqin ki, hamımıza tanışdır – 
televizor boş otaqda işləyir, amma siz digər otaqlarda 
olur və onun səsinə qulaq asa bilirsiniz. Maraqlı bir 
şey eşidəndə də televizor olan otağa qaçırsınız ki, 
görüntüyə də baxasınız. 
Bəzən də elə olur ki, tamaşaçı televizorun önündə 
oturur, amma  planşet və ya smartfona başı qarışır və 
yenə yalnız maraqlı bir şey eşidəndə başını qaldırıb 
ekrana baxır. Bir sözlə, obrazlı desək, çağdaş tamaşaçı 
televizora səsdən “baxır”. Beləcə, tamaşaçı diqqətini 
özünə çəkməkdə səs əsas yer tutur.
 2. Kadrda müxbirin və ya müsahibin səsi eşidilir. 
Reportajın bu hissəsi mətni reportyor səsləndirirsə, 
stəndap  müsahib danışırsa, “simultan müsahibə” və ya 
“sinxron” adlanır. 
3. Reperaund və ya səsli-danışıqlı parça  (istər 
birinci, istərsə ikinci cığıra yazıla bilər). Bu za-
man videoyazıların aktuallığına və yetərliliyinə 
görə kadrarxası mətnə ehtiyac qalmır. Məsələn,  
“Evronews”dəki məşhur “No Comment”.
4. “Uzlaşdırılmış” reportaj. Əgər süjet peyk və ya 
radiorele xətti ilə göndərilirsə, materialı göndərən 
şəxs onu qəbul edən tərəfin səsləndirmə səviyyəsi 
üçün məqbul sayılan hər iki cığıra yerləşdirir. Bir 
qayda olaraq, qəbul edən tərəfin yalnız bir “uzlaşdırma 
kanal”ını birinci cığıra yazmaq imkanı olur. “Miks” 
olunmuş – qarışdırılmış  kadrarxası mətni və 
“interküy”ü  sonradan bir-birindən ayırmaq olmur. 
Onlar bir cığıra yazılmış bütöv bir material kimi təqdim 
olunur. 
5. Səssiz görüntü. Videocığıra cizgi filmi, xəritə və ya 
sxem yazılanda belə olur. Bənzər görüntüləri, adətən, 
buraxılışın aparıcısı canlı efirdə şərh edir. Onun səsi
hər hansı əlavə yazı olmadan, mikrofondan “canlı” 
gedir. 
Audiocığırların çoxluğu 
montaj zamanı 
kadrarxası mətnin birin-
ci cığırda yazılmasına 
imkan verir. Burada səs 
operatoru kənar səsləri 
və küyləri ikinci cığırda, 
musiqini, müsahibələri 
isə üçüncü cığırda yaza 
bilər. Televiziya xəbər 
proqramı təcrübəsində 
əlavə səs və ya musi-
qinin müşayiətinə ehti-
yac duyulmur və yalnız 
birinci iki səs cığırından 
istifadə olunur. 
Həm çəkilişdə, həm 
montajda birinci 
cığıra əsas informasiya 
mətni yazılır (reportyor 
mətni və məlumat yükü 
daşıyan müsahibələr). 
İkinciyə olayın səs 
fonu - interküy 
yazılır. Tərcümə 
olunan müsahibədə 
interküydən 
istifadənin özəlliklərinə 
xüsusi diqqət yetirmək 
gərəkdir. Tamaşaçı 
müsahibənin əvvəlində 
orjinal səsi eşitsin deyə 
müsahibin ikinci səs 
cığırına yazılmış xa-
rici dildəki nitqinin 
səs səviyyəsi bir neçə 
saniyəlik yüksəldilir. 
Sonra ikinci cığırın 
səviyyəsi azaldılır və 
birinci cığıra yazılan 
“səsli tərcümə” başlanır. 
Buna “səs situasiyası” 
deyilir. 
III BÖLÜM
TELEXƏBƏRÇİLİYİN TEXNİKİ ELEMENTLƏRİ. GÖRÜNTÜ. SƏS. İŞIQ / 
SƏS. SƏSİN ONƏMİ / SƏS TİPLƏRİ
SƏS TİPLƏRİ
SƏS. SƏSİN ÖNƏMİ


Yüklə 83,66 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə