JurnaliSTİkasi bülənt Çaplı


TELEXƏBƏRİN VƏ XƏBƏR MƏRKƏZİNİN ÖZƏLLİKLƏRİ



Yüklə 83,66 Kb.
Pdf görüntüsü
səhifə11/54
tarix22.11.2017
ölçüsü83,66 Kb.
#11488
1   ...   7   8   9   10   11   12   13   14   ...   54

23
TELEXƏBƏRİN VƏ XƏBƏR MƏRKƏZİNİN ÖZƏLLİKLƏRİ / 
TELEVİZİYADA XƏBƏR ÇEŞİDLƏRİ 
II BÖLÜM
Müsahibə-xəbərdən o zaman istifadə olunur ki, mü-
sahib jurnalistdən daha artıq informasiya verə bilsin, 
mövzuya bağlı hansısa şirkəti, idarəni təmsil etsin və 
müsahibin fikirlərini bir qrup təsdiqləsin. Şərti olaraq 
müsahiblər 3 kateqoriyaya bölünür: 
1. Dövlət və siyasi хadimlər, hər hansı konkret sahənin 
bilicisi, mütəxəssislər, ekspertlər – adətən, onlardan 
konkret mövzu ilə bağlı dəqiq bilgi almaq üçün 
müsahibə götürürlər;
2. Tanınmışlar, ünlülər – adətən, onlar haqqında bilgi 
almaq üçün müsahibə götürürlər;
3. Sıravi vətəndaşlar – adətən, müəyyən məsələdə 
ictimai rəyi öyrənmək üçün müsahibə götürürlər (vox-
pop)
6. Paket
Paket xəbər bülletenində özünəməxsus yeri olan, eyni 
bir mövzunu müxtəlif rakurslardan işıqlandıran bir və 
ya bir neçə videomaterialdan ibarət xəbər çeşididir. 
Adətən paket kvadrat üsulu ilə hazırlanır. Eyni bir olay 
və ya mövzu haqqında eynidəyərli müxtəlif məlumatlar 
toplanaraq bir videomaterialda və ya ardıcıl sıralanan 
2-3 materialda efirə verilə bilər. Belə halda hər mate-
rial 40-50 saniyə çəkir. Daha çox informasiya yükü 
olan paket 3 dəqiqəyə qədər davam edə bilər. Uğurlu 
paketdə olayı canlandıran bütün elementlər var – yaxşı 
kadrlar, maraqlı sinxronlar, dəqiq yazılmış ssenari. 
Əgər bu elementlərdən hansısa zəifdirsə, material 
aşağı qiymətləndiriləcək. Başqa sözlə desək, kadrların 
və yazılmış səslərin keyfiyyəti paketin yaddaqalma 
dərəcəsini müəyyən edir. Paketin əsas məqsədi möv-
zunu müxtəlif aspektlərdən işıqlandırmaqdır. 
Tematik çeşidləmə siyasi, iqtisadi, sosial, kriminal, 
xarici, idman, mədəniyyət xəbərləri, meteoroloji 
məlumatları fərqləndirir. Siyasi xəbərlər ölkənin siyasi 
həyatında baş verən yenilikləri, iqtisadi xəbərlər iqti-
sadiyyat sahəsində baş verənləri, birja məlumatlarını, 
sosial xəbərlər sosial gündəmi, kriminal xəbərlər qəza 
və cinayət hadisələrini, xarici xəbərlər beynəlxalq 
aləmdə baş verənləri tamaşaçılara çatdirır. İdman 
və mədəniyyət xəbərləri bu sahələrdəki yeniliklərlə, 
meteoroloji məlumat isə hava haqqında proqnozlarla 
tamaşaçıları tanış edir. Adətən, tematik xəbərlərin hər 
birini bu sahədə ixtisaslaşmış müxbirlər hazırlayırlar.    
Xəbər, əsasən, olayla bağlı olur. Amma təcrübədə 
bəzən hansısa ictimai önəmli mövzu ilə bağlı xəbərlərə 
də rast gəlinir. Bu baxımdan, televiziya xəbərini hadisə 
əsaslı xəbərlər və mövzu əsaslı xəbərlərə də bölmək 
olar. 
Televiziya xəbərinin əsasında hadisə 
dayanırsa, bu, hadisə əsaslı xəbərdir.
Televiziya xəbərinin əsasında mövzu 
dayanırsa, bu, mövzu əsaslı xəbərdir.
Hadisə əsaslı xəbərlər birbaşa baş vermiş hər 
hansı hadisənin tamaşaçıya aydın və anlaşıqlı dildə 
çatdırılmasıdır.
Mövzu əsaslı xəbərlərdə xəbərin əsasını gündəm 
üçün maraqlı olacaq mövzunun detalları təşkil edir. 
Burada hadisə deyil, ictimai önəmli problem araşdırılır, 
mütəxəssis mövqeyi və vətəndaşın qoyulan mövzuya 
dair fikri çatdırılır. Məsələn, şagird çantasının ağırlığı 
və ya məktəb ləvazimatlarının qiyməti ilə bağlı işlənən 
xəbərlər bu qəbildəndir. 
Bundan başqa, xəbərləri önəmlilik dərəcəsinə görə cari 
və özəl xəbərlərə də bölmək olar. 
Cari xəbərlər gündəlik həyatda baş verən sıradan 
olaylarla bağlı olur. 
Özəl – eksklüziv xəbər reportyorun uzun araşdırmalar 
nəticəsində hazırladığı хəbərdir. 
Özəl xəbərə ən parlaq misal jurnalist araşdırmasıdır. 
Хəbər yaradan olay və ya olayları bir neçə reportyor 
da araşdıra bilər. Araşdırma jurnalistikası ilə fərqi 
əvvəlcədən obyektin seçilməsi ilə bağlıdır. Özəl 
хəbərin başlıca özəllikləri:
• Qaynaq daha önəmlıdır, çünki özəl хəbərdəki in-
formasiya az adama məlumdur. Хəbərin inandırıcılığı 
qaynağın mötəbərlik dərəcəsi ilə düz mütənasibdir; 
• Səslənən bütün iddialar sənəd və faktlarla 
təsdiqlənir. Olaya aid məhkəmə qərarları, yazışma və 
fotolardan da faydalanmaq olar.


24
II BÖLÜM
TELEXƏBƏRİN VƏ XƏBƏR MƏRKƏZİNİN ÖZƏLLİKLƏRİ / 
TAPŞIRIQLAR
1. Televiziya xəbərlərini izləyin və hər bir materialın çeşidini müəyyənləşdirməyə çalışın.
2. Qəzət materialı əsasında bir neçə şifahi xəbər hazırlayın.
3. Kiçik qruplar yaradın, şifahi xəbəri lal xəbərlərə çevirin, videogörüntüləri sıralayın və müzakirə edin.
4. Təqdim olunan səssiz videomateriala kadrarxası mətn yazın. Qrupda müzakirə edin. 
5. Verilmiş xəbər mətninə videocərgəni yazın. Planları, sinxron titrlərini, açar və qıfıl planları dəqiq göstərin. 
6. Hadisə əsaslı və mövzu əsaslı iki xəbər hazırlayın. Fərqləri müzakirə edin. 
7. Hadisə yeridən birbaşa xəbərləri izləyin. Müzakirə edin. 
1. Bəşirli A., Kərimova A., Vəkilova D. Xəbərçilik. Bakı. 2007
2. Məhərrəmli Q. Televiziya haqqında etüdlər. Bakı. Azərnəşr. 1996 
3. Məmmədli Zeynal. A-dan Z-yə telexəbər. Bakı, Yeni nəsil, 2009
4. Məmmədli Z. TV proqramlarının hazırlanması. B., 2012
5. Atilla Girgin. Haber Yazma Teknikleri. İstanbul, 1998 
6. Erol Mutlu. Televizyonu Anlamak. Ankara, Gündoğan Yayıncılık. 1991
7. Televizyon haber yazımı. Ankara. 2008.
8. Виктория Маккаллах Кэрролл. Новости на ТВ. Москва, «Мир», 2000
TAPŞIRIQLAR
ƏDƏBİYYAT


25
TELEXƏBƏRÇİLİYİN TEXNİKİ ELEMENTLƏRİ. GÖRÜNTÜ. SƏS. İŞIQ / 
VİDEO. “KADR” ANLAYIŞI
III BÖLÜM
VİDEO. “KADR” ANLAYIŞI
• “Kadr” və “plan” anlayışları bir-birindən 
nə ilə fərqlənir? 
• Hərəkətliliyinə görə kadrları necə fərqləndirirlər? 
• Obyektlərin quruluşuna görə kadrlar 
hansı planlara bölünür? 
• Videomodul nə deməkdir?
• TV-də hansı səs növləri vardır?
• “Səs situasiyası” nə deməkdir?
• Mikrofonların üstün və çatışmayan 
özəllikləri hansıdır?
• İşıqlatmanın çeşidləri hansıdır?
• Hansı işıq qaynaqları var? 
Kadr informativ video və ya kino daşıyıcıların qeyd 
olunmuş təsviridir. Kadrların ardıcıllığı videocərgə və 
ya videosıra adlanır. 
Radio səssiz fəaliyyət göstərə bilmədiyi kimi, tele-
viziya da videosıralama olmadan fəaliyyət göstərə 
bilməz. Televiziyanın mövcud olduğu illərdən bəri 
müxtəlif ölkələrdə telemateriallar jurnalst şərhi 
olmadan (məsələn, “Evronews”da məşhur “No Com-
ment” ru.euronews.com/nocomment/, gagauzinfo.
md/index.php?newsid=26079), videokadrlar hansısa 
səslə müşayət edilmədən, lakin interküy adlanan təbii 
səslərlə (məsələn, köhnə arxiv kadrları, xronika efirə 
verilmişdir 
Lakin televiziyada istənilən material “görüntü” ilə 
müşayiət olunur: istər hərəkətli (videocərgə), istərsə də 
hərəkətsiz (foto, qrafika, diaqramma) olsun.
Görüntüyə kameraman cavabdehlik daşısa da, 
jurnalist yadda saxlamalıdır ki, kameramanın vəzifəsi 
keyfiyyətli videosıra təqdim etməkdirsə, videosıranı 
– görüntüləri tamamlayan mətnə onun özü cavab-
dehdir. Bu isə o deməkdir ki, çəkiliş meydançasında 
jurnalist rəhbər hesab olunur. Burada məhz jurnalist 
əvvəlcə kameramanı materialın mövzusu, qəhrəmanı, 
vəzifəsi, eləcə də verilişin təxmini xronometrajı ilə 
təlimatlandırmalıdır. Burası da aydındır ki, çəkiliş 
meydançasında istifadə edilən müasir avadanlığın 
texniki imkanları barədə ümumi anlayışı olmayan jur-
nalist kameramana dəqiq tapşırıq verə bilməz.   
Kameraman materiala vizual sıralama seçməkdə 
jurnalistin başlıca yardımçı və tərəfdaşıdır. Prinsip 
baxımından hansı kadrların gərəkli olduğunu kamera-
manlar yaxşı bilirlər. Amma jurnalist də unutmamalıdır 
ki, çəkiliş yerində baş verənlər barədə tamaşaçılarda 
tam vizual təsəvvür yaratmaq üçün hadisələri məhz 
onun özü izləməlidir. 


Yüklə 83,66 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə