JurnaliSTİkasi bülənt Çaplı



Yüklə 83,66 Kb.
Pdf görüntüsü
səhifə12/54
tarix22.11.2017
ölçüsü83,66 Kb.
#11488
1   ...   8   9   10   11   12   13   14   15   ...   54

26
TELEXƏBƏRÇİLİYİN TEXNİKİ ELEMENTLƏRİ. GÖRÜNTÜ. SƏS. İŞIQ
TELEVİZYA AVADANLIĞININ TEXNİKİ İMKANLARI
III BÖLÜM
TELEVİZİYA AVADANLIĞININ TEXNİKİ İMKANLARI
Boston televiziyasının baş kameramanı Con Premakın 
fikrincə, “kamera –  təsviri və səsi yazan qara qutu 
deyil, bir tarixçəni göstərib-danışmaq qurğusudur”. 
Əslində, hər kəs videokameradan istifadəni öyrənə, 
eləcə də görüntü və səsi qeydə ala bilər. Ancaq bir 
tarixçəni göstərib-danışmaq istəyənlər videokamera-
dan yararlanmaq üçün texniki üsullara yiyələnməli, 
çoxlu çalışmalı və diqqətli olmalıdırlar. Videokamera 
vasitəsilə təsvir və səs elə yazılmalıdır ki, tamaşaçılar 
özlərini sanki hadisə yerində imiş kimi hiss etsinlər. 
Videotəsvir ünsiyyətdir. Dili pis bilən və sözləri yalnış 
tələffüz edən şərhçinin danışığını qəbul etmək nə 
qədər çətindirsə, pis çəkilmiş və uğursuz montaj 
olunmuş süjetlərə baxmaq da bir o qədər çətindir. 
Videotəsviri danışıqla müqayisə eləmək mümkün 
olduğu kimi, kadrı da vahid təsvir kimi, sözlə müqayisə 
edirlər.  Demək, hər sözün danışıqda yeri olduğu kimi, 
hər kadrın da öz yeri və mənası var. 
Jurnalist yadda saxlamalıdır ki, müasir tamaşaçı 
yüksək keyfiyyətli televiziya materialı sarıdan qıtlıq 
çəkmədiyi üçün o, öz vaxtını zəif təsvirlərə və uğursuz 
kompozisiyalı kadrlara baxmağa sərf etməyəcək. 
Ona görə də çəkiliş şəraiti məkana görə dəyişdiyi 
üçün jurnalist çəkiliş aparmaq üçün hansı kameradan 
istifadə etməyi bilməlidir. Bu isə jurnalistdən müasir 
videoavadanlıq barədə məlumatlı olmağı tələb edir. 
Reportyor kameramanı texniki baxımdan imkansız ra-
kurslardan - çəkiliş bucaqlarından çəkilişə məcbur edə 
bilməz.  Kameramandan bənzər kadrlar tələb etməmək 
üçün o, kameranın texniki özəlliklərini nəzərə almalı və 
bu barədə kameramanla məsləhətləşməlidir.   
Televiziya jurnalisti istənilən kameraman üçün vacib 
olan bir sıra təməl qaydaları bilməlidir. 


27
III BÖLÜM
TELEXƏBƏRÇİLİYİN TEXNİKİ ELEMENTLƏRİ. GÖRÜNTÜ. SƏS. İŞIQ
TELEKAMERADAN İSTİFADƏNİN  TƏMƏL QAYDALARI:
TELEKAMERADAN İSTİFADƏNİN TƏMƏL QAYDALARI
1. Müsahibi və ya çəkiləcək istənilən obyekti günəş 
şüası düşən pəncərə yanında  yerləşdirmək olmaz. 
Bu halda təsvirin keyfiyyəti çox aşağı düşür və video-
görüntü yararsız alınır. Buna bir halda icazə verilir - 
məqsəd müsahibin tanınmamasıdırsa. İstisna hallarda 
müsahibin həyatına, işinə təhlükə yaranacağı hallarda 
və ya hansısa predmeti sahibinin tanımaması üçün 
bənzər “defekt”lərdən “effekt” kimi yararlanmaq olar.
2. Müsahibə zamanı kameranın obyektivi müsahi-
bin gözləri səviyyəsində olmalıdır. Tutalım, müsahib 
əyləşibsə və ya müsahib uşaqdırsa, kameranın “gözü” 
onların səviyyəsinə endirilməlidir.
3. Kameraya bir metrdən yaxın olan obyekti 
çəkməmək məsləhətdir, çünki kameranın texniki 
imkanları doğru görüntü almağa yetməyəcək və 
təsvir təhrif olunacaq. Əgər kameramanın kameranı 
çəkiləcək obyektə tərəf çevirməyə imkanı yoxdursa, 
onda reportyor həmin obyektin yerini kameraman 
üçün rahat olan tərəfə dəyişməli və ya başqa bir 
obyekt seçməlidir. 
4. Mövcud kameranın texniki imkanına cavab 
verməyən, çəkiliş üçün çox qaranlıq olan, yaxud 
işığı yetərsiz məkanda əlavə işıqlardan yararlan-
maq gərəkdir. Əgər gərəkli işıq avadanlığı yoxdursa, 
çəkilişdən imtina etmək lazımdır.
5. Təbii şəraitdə parlaq günəş işığı altında çəkilən 
obyektin bir tərəfindən işıqlanmanı eyni səviyyədə 
etmək üçün xüsusi işıqlandırıcı və ya işığı əks etdirən 
ekranlardan istifadə etmək lazımdır. Belə avadanlığın 
olmadığı halda çəkiliş bucağını (rakusunu) dəyişmək və 
ya müəyyən qədər kölgəyə tərəf çevirmək lazımdır.
6. Həssaslığı yüksək kameraları soyuq havadan 
gətirdikdən sonra onların bir qədər otaq temperatu-
runa uyğunlaşmasını gözləmək lazımdır. Bu səbəbdən 
reportyor kameramandan təcili çəkilişə başlamasını 
tələb etməməli və ona bir neçə dəqiqə vaxt verməlidir. 
Həmin vaxtdan səmərəli yararlanaraq çəkilməli əsas 
obyektləri müəyyənləşdirmək olar.
7. Müxtəlif məkanlarda çəkiliş zamanı fərqli 
işıqlandırmaya görə kameramana kameranın 
diafraqmasını tənzimləmək üçün vaxt lazım olur. Bu 
halda çəkilişi qısa müddət saxlamaq qaçılmazdır.
8. Məktəbəqədər yaşda olan uşaqların və heyvanların 
çəkilişi əlavə vaxt tələb etdiyindən reportyor bunu 
nəzərə almalıdır.
9. Süjetin açar elementləri barədə kameramanı mütləq 
xəbərdar etmək və ona bu elementləri müxtəlif 
görüntü planlarında kadrbakadr əks etdirmək üçün 
vaxt vermək lazımdır. 
10. Jurnalist və kameraman yadda saxlamalıdırlar ki, 
bütün gəzişmə (trəvilinq) planlar statik, yəni hərəkətsiz 
“stop” planla başlamalı və hərəkətsiz də bitməlidir. 
Təcrübəli kameraman uzun ZUM-lar, yəni önəçək və 
geriçək planlar və panoram zamanı hərəkəti bir neçə 
dəfə dayandırır ki, montaj zamanı reportyorun gəzişmə 
planını qısaltmaq imkanı olsun. 
11. Həm jurnalist, həm də kameraman çəkiliş yerində 
kompozisiya qaydalarına daim əməl etməlidir. Çəkilişin 
əsas obyekti kadrda – kadrın üçdə biri ölçüsündə 
üst tərəfdən və ya üçdə bir ölçüsündə sol tərəfdən 
olmalıdır.
Operativ xəbər çəkilişlərində istitifadə edilən 
kiçikölçülü, yüngül və yığcam videokameraları əldə 
hərəkətsiz vəziyyətdə saxlamaq çox çətindir. Bu 
halda transfokatorla hətta kiçik bir önəçəkmə planı 
gerçəkləşdirərkən kadrların titrədiyini görürsən. 
Ştativdən yararlanmaqla bunu aradan qaldırmaq 
olar. Ancaq bəzi hallarda ştativdən istifadə texniki 
baxımdan mümkün deyil. Bu zaman “dirsəkaltı” dayaq 
kara gəlir. Söhbət dayaq rolunu oynayacaq hər hansı 
masadan, stulun söykənəçək yerindən, hasardan, di-
vardan, ağac və s.-dən gedir. Kameramanın yeri çəkiliş 
üçün əlverişli olmalıdır – ayaq üstə durmaqdan və 
hətta nəyəsə söykənməkdənsə oturmaq daha yaxşıdır. 
Uzun müsahibələri çəkərkən montajı asanlaşdırmaq 
üçün jurnalist əvvəlcədən kameramandan xahiş 
etməlidir ki, o, bir neçə dəqiqədən bir portret planını 
ağ plana – süd planına, ya da qurşağaqədər plana 
dəyişdirsin. Bu müsahibəni tam şəkildə efirə vermək 
planlaşdırılırsa,  həmin üsul görüntünü canlandıracaq.   
Adətən, kameraman çəkilişi avtomat rejimdə aparır. 
Görüntü duruluğunun avtomatik tənzimi, bir qayda 
olaraq, yaxşı nəticə versə də, daha sonra fokus pozula 
bilər. Bu halllarda əllə tənzimləmək lazım gələcək 
məqamlar bunlardır:
1. Obyektin yetərsiz 
işıqlandırılması və 
ya hədsiz parlaq fon 
(əks işıqda çəkiliş); 
2. Obyekt az sezilən 
və kontrastsızdır  
(tutalım, hamar 
divardır),  aşırı işıqlı 
və ya parıltılıdır;
3. Kameradan 
fərqli məsafədəki 
kadrda bir neçə 
predmet var və ya 
çəkiliş pəncərədən, 
barmaqlıq 
arxasından aparılır 
və s.;
4. Kamera ilə 
obyektin arasına 
gözlənilmədən 
kənar görüntü, 
predmet düşə bilər 
(tutalım,  yoldan 
keçən adam); 
5. Kadrda üfüqi 
xətlər daha çoxdur. 


Yüklə 83,66 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə