JurnaliSTİkasi bülənt Çaplı



Yüklə 83,66 Kb.
Pdf görüntüsü
səhifə20/54
tarix22.11.2017
ölçüsü83,66 Kb.
#11488
1   ...   16   17   18   19   20   21   22   23   ...   54

44
IV BÖLÜM
TELEXƏBƏRİN HAZIRLANMASI / 
OLAYIN ELEMENTLƏRİ 
OLAYIN ELEMENTLƏRİ 
Azı üç elementin adını çəkmək olar:
• Qaynaq;
• Yetiklik (bilməklik də demək mümkündür);
• Zaman.
Qaynaq. Qaynağın necəliyi olaya dəyər qazandıra və 
ya onun dəyərini azalda bilər. Universitet professoru 
benzinin qiymətinin tezliklə artacağını deyirsə, bu, 
sadəcə ehtimaldır, ancaq mütəxəssis söylədiyi üçün 
əsaslı ehtimaldır. Eyni fikri hökumət başçısı və ya yana-
caq naziri deyirsə, seyrçilərdən ötrü həmin məlumat 
dəyərini artıracaq, çünki sözügüdən məlumatın 
doğrulanma ehtimalı çox yüksək olacaq.
Hər hansı qaynağın öz arqumenti var. Peşəkar repor-
tyor həmin arqumentləri diqqətlə dinləyir və yetirdiyi 
xəbərin etibarlılıq dərəcəsini yüksəldir. 
Yetiklik. Olayla bağlı bilgilər nə qədər az adama 
məlumdursa, bu olayın xəbər potensialı o qədər 
yüksək olacaq. Jurnalistlər arasında gəzərgi bir deyim 
var: kiminsə sənə nəsə demək istəməsi xəbər deyil, 
kiminsə səndən nəsə gizlətmək istəməsi xəbərdir. 
Bu zaman önəmli olan maraq doğuran hadisələrin 
necə gəlişdiyini nə qədər insanın bilib-bilməməsidir, 
yəni olayın ən dəyərli özəlliyi odur ki, yalnız məlumat 
qaynağına, uzağı, onun həmkarlarına və az sayda 
adama məlum olan hadisə xəbərlənsin. Digər TV, radio 
və qəzetlərin xəbərlədiyi hadisənin dəyəri, təbii ki, 
azalacaq və sözügedən hadisəni anlamaq baxımından 
hər hansı önəmli məlumat əlavə etməsən, həmin 
xəbəri proqrama daxil etməyin mənası yoxdur.
Zaman. Xəbərə “tez xarab olan məhsul” adını qoyan-
lar və ya onu şərabla müqayisə edənlər həm doğru 
danışır, həm də yanılırlar. Aydın məsələdir ki, xəbəri 
zamanında çatdırmaq lazımdır, ancaq bu heç də o 
demək deyil ki, daha öncələr baş verən, amma gizli 
qalan olayı xəbərləmək olmaz. Digər tərəfdən o da 
düzdür ki, xəbər qaldıqca və köhnəldikcə dəyərini 
artırmır və bu baxımdan onu şəraba bənzətmək yalnız 
bir halda özünü döğrulda bilər ki, əvvəllər məlum 
olmayan bilgiləri insanlara yetirəndə onlar bundan 
təsirlənir və sanki şərabın təsirinə uğrayırlar. 
Ümumiyyətlə, xəbərlə zaman arasındakı bağlantılardan 
söz açarkən deməliyik ki:
• Öncədən haqqında məlumat olmayan hər hansı 
önəmli olay baş verdiyi anda deyil, üzə çıxdığı anda 
diqqəti çəkir;
• Zaman rəqib media quruluşları ilə rəqabət 
baxımından önəmlidir: vacib bir olay barədə bildiyin 
xəbəri sən çatdırmasan, həm rəqiblərinə uduzacaqsan, 
həm də səni olayı bilərəkdən gizlətməkdə təqsirləndirə 
bilərlər.


45
TAMAMLAYICI BİLGİLƏR VƏ YA MƏLUMATA “ƏLAVƏ”
Belə qaynaqlar 3 çeşidddə telexəbərə yol açır:
1. Çevrilən olay: qısa məlumat sonra ayrıca diqqət 
oyadan daha önəmli olaya çevrilir. Tutalım, tikinti sek-
torunda vergi güzəştlərinin tətbiqi barədə qərar verilir 
və sonradan məlum olur ki, bu qərar inşaat işləri bir 
şirkətin əlində cəmləşəndən sonra qəbul edilib.
2. Çoxbölümlü olay: indi baş verən olayın necə 
bitməsi, mərhələ-mərhələ, sanki seyrçinin gözü 
önündə izlənir. Misal üçün, “ölkənin futbol yığmasına 
yeni baş məşqçi (filankəs) hansı pullarla gətirilir?”  sualı 
3 süjetdə cavablanır: 1-ci xəbərdə yığma komandada 
yeni baş məşqçiyə tələb, niyə məhz çoxməsrəfli əcnəbi 
mütəxəssisin gətirilməsi; 2-ci xəbərdə bu barədə 
xarici mətbuatda əksini tapan məlumat və faktlar; 
3-cü xəbərdə isə “kommersiya sirrinin arxasında 
nələrin gizlənməsi” və baş məşqçiyə ödənəcək pulların 
“büdcədənkənar mənşəyi” barədə bilgilər vurğulanır. 
3. Ertələnən olay: sanki olayın xəbərlənməsi son-
raya saxlanır və öz vaxtını gözləyir. Məsələn, ilk 
baxışda əhəmiyyətsiz olay araşdırmaların gedişində 
çoxmiqyaslı bir cinayətin üzə çıxarılması ilə nəticələnir. 
ABŞ-da baş verrmiş məşhur “Uotorgeyt məsələsi” 
– Prezident Niksonun istefası ilə bitən olay  çox 
adi bir tapşırıqdan başlamışdı: “Washington Post” 
qəzeti 2 reportyorunu ötən gecə Demokrat Partiyası 
qərargahında baş verən soyğun barədə əlavə məlumat 
toplamaqdan ötrü polis idarəsinə göndərmişdi. “Yəqin 
ki, onlar bu tapşırığı darıxdırıcı iş saymışdılar, ancaq 
ilyarım keçəndən sonra bu iki müxbir prezidenti 
aşıraraq bütün dünyanın ən məşhur jurnalistlərinə 
çevrildilər” (4).
Beləliklə, yadda saxlayaq!
Tamamlayıcı və əlavə bilgilər 3 çeşid olay barədə 
telexəbərə yol açır:
1.Çevrilən olay: qısa məlumat sonra ayrıca diqqət 
oyadan daha önəmli olaya çevrilir;
2. Çoxbölümlü olay: indi baş verən olayın necə 
bitməsi, mərhələ-mərhələ, sanki seyrçinin gözü 
önündə izlənir;
3. Ertələnən olay: sanki olayın xəbərlənməsi sonraya 
saxlanır və öz vaxtını gözləyir
Şəxsi müşahidə
Təkcə görməyi deyil, gördüklərinizi sezməyi və 
təkcə eşitdiklərinizi deyil, eşitdiklərinizi dinləməyi 
bacarmalısınız. Əslində, məsələ daha çətindir: 
sanki qulağınızla sezməyi və gözlərinizlə dinləməyi 
öyrənmək lazım gəlir. Olayı uydurmaq mümkündür və 
hətta bir-iki dəfə sizə uğur da gətirə bilər. Ancaq gec 
ya tez, bunu biləcək və istedadınızı bədii sahələrdə 
sınamağı məsləhət görəcəklər (Təbii ki, bu zarafata 
aldanmağa dəyməz. Sırf peşəkarlarla çalışırsınızsa, 
hər şeyin bilincində olub həmkarlarınızı və ən 
önəmlisi, seyrçilərinizi aldatmısınızsa, sizi, sadəcə, 
işdən çıxaracaqlar). Ən yaxşısı, çevrənizə göz gəzdirin
həyatın düz içinə boylanmaqdan çəkinməyin. Dan 
ağarar-ağarmaz, əlindəki son qəpiyini verib qəzet alan 
və bundan sonra düz bir çörəyə yetəcək qədər para 
dilənib, böyük şəhərin kiçik döngələrində gözdən itən 
qarını izləmək, bəlkə də, sizə həyatınızın reportajını 
hazırladacaq?!.
ÖNƏMLİ XATIRLATMA!
“Kim? Nə? Niyə?” suallarını ən müxtəlif durumlarda 
və ən müxtəlif adamlara ünvanlasanız, siz xəbəri 
tapmasanız da, xəbər sizi tapacaq!..
TELEXƏBƏRİN HAZIRLANMASI / 
TAMAMLAYICI BİLGİLƏR VƏ YA MƏLUMATA “ƏLAVƏ”
IV BÖLÜM


Yüklə 83,66 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə