JurnaliSTİkasi bülənt Çaplı



Yüklə 83,66 Kb.
Pdf görüntüsü
səhifə28/54
tarix22.11.2017
ölçüsü83,66 Kb.
#11488
1   ...   24   25   26   27   28   29   30   31   ...   54

60
SSENARİ TEXNİKASI
SSENARİNİ YAZMAQ QAYDASI 
TV üçün ssenari yazan həvəskar adam sözə önəm 
verəcək, amma peşəkar görüntüyə. Nədən? Çünki 
TV hər şeydən öncə görüntü deməkdir və sözsüz TV 
ola bilər, görüntüsüz TV yox! Demək, TV yazarı olayı 
vizuallaşdırmağı bacarmalı və söz seçərkən bu məqamı 
gözdən qaçırmamalıdır.
Ssenarilərin çoxu 2 paralel sütunda yazılır. Sol sü-
tun ekranda görəcəklərimizi – görüntünü, sağ sütun 
Örnək (televeriliş ssenarisindən bir fraqment) 
eşidəcəklərimizi – səs və nitqi əks etdirir. Paralel sü-
tunlar təcrübədə, uyğun olaraq, videosıra və audiosıra 
da adlandırılır. 
Təbii ki, proqramın formatı (biçimi), xronometrajı 
(sürəklilik müddəti), ayrı-ayrı elementləri (avtonom 
hissələri və ya əvvəli, ortası, sonluğu), yayımlanma 
şəkli (canlı, yoxsa videoyazı olması), temporitmi 
(proqram axarının sürəti) də düşünülməlidir. Danışıq 
dilinə yaxın üslubu, yığcamlığı gözardı etmək 
olmaz.  Uzun-uzadılıq təkcə reklam menecerini 
əsəbiləşdirmir, seyrçiləri usandırır və onların diqqətini 
korşaldır. Bütövlükdə telemətn saniyədə 2 söz 
olmaqla səsləndirilir, yəni  bir dəqiqədə 120 söz 
eşitmək orta temporitmə uyğun gəlir.
Teleekranda söylənəcək sözləri ucadan oxumaq yolu 
ilə bu suallara cavab tapa bilərsiniz:
• Asan oxunur, yoxsa çətin?
• Yetərincə anlaşıqlıdırmı?
• Hansı sözü ilk dəfədən anlamaq çətindir?
DİQQƏT!
Telessenarist mətni işlərkən:
a. görüntüləri;
b. söylənən sözləri;
c. interküyü -- dinlənən təbii və yapma səsləri bir araya 
gətirməyi bacarmalıdır.
DİQQƏT!
Az söz işlətmək və bacardıqca sadə yazmaq ssenaristli-
yin qızıl qaydası sayıla bilər.
IV BÖLÜM
Görüntü (gördüklərimiz)
1. Yeddi yaşlarında, əynində mayka olan oğlan 
uşağı üzünə ətir vura-vura güzgüyə baxır. Onun 
qondarma bığı var!
2. Altı yaşlarında bir qız çıxaraq əlindəki köynəyi 
stuldan asır. Gözünün altında “fənər” var – 
döyülməkdən qaralıb. Qızın üzgün və xoflu sifəti 
diqqəti cəlb edir. Bu qız köynəyi stula asandan 
sonra otaqdan çıxır.
Səs (eşitdiklərimiz)
...Ara-sıra eşidilən və gərginlik ovqatı yaradan 
səs effektləri (sanki nəfəslə çalınan musiqi 
alətinin gah peyda olub, gah da itən səsi)
...(Kadr arxasından qızın səsi) Daha bu qədər 
olmaz!.. Paltarını vaxtında yuyub-ütüləyirəm, 
yeməyini bişirib-verirəm, hər cür nazını çəkirəm... 
Sağolu da bu – gözümün göyü!.. Gözünə 
görünmədən çıxsam, yaxşıdır. Allah bilir yenə 
ağlından nə keçir...
TELEXƏBƏRİN HAZIRLANMASI
SSENARİ TEXNİKASI / SSENARİNİ YAZMAQ QAYDASI


61
Sssenari fraqmentində görüntülər sıralanıb. Hər 
rəqəm çəkiləcək bir və ya bir neçə yeni epizodu 
bildirir. Bənzər sıralanma çəkiliş aparılarkən çox 
önəmlidir. Rejissor hansı görüntünün çəkiləcəyini 
və həmin görüntünü hansı səs (musiqi) və ya yazının 
(titr və ya subtitrin) izləyəcəyini dəqiqləşdirir. Misal 
üçün, yuxarıdakı fraqmentdə 2 saylı görüntü gözünün 
altı döyülməkdən qaralmış qızcığazla onun öz-özünə 
danışığının (kadr arxasından söylədiklərinin) çəkilib-
yazılmasıdır. Bitmiş proqramda diqqətə yetirilən 
epizod ailəiçi söz-söhbətin uşaq tərbiyəsinə ziyanını, 
uşaqları məişət zorakılığına alışdırdığını üzə çıxaracaq.
Görüntü və sözlərin ssenaridə yazılma ardıcıllığı. 
Bu, vərdişdən asılıdır. Yəni öncə görüntünü bildi-
rib sonra sözləri də yazmaq olar və ya öncə sözləri 
yazıb, sonra o sözlərə uyğun görüntüləri düşünmək 
də mümkündür. Düzdür, daha yaxşı yol – video 
və audiosıranın eyni zamanda yazılmasıdır. Bunun 
niyəsini aydınlaşdıraq:
1. Hər görüntü dilimində nə görüb, nə eşitdiyinizi 
daha dəqiq təsəvvür edə bilərsiniz;
2. Hər görüntü diliminin necə qavranması və özəlliklə 
təsir gücü barədə fikriniz dəqiqləşər;
3. Görüntü və səsin sinxronluğu – eynizamandalığı 
cansıxıcı və seyrçiləri bilgiləndirməkdən çox 
yönləndirən bir proqram hazırlanması riskini də 
azaldar.
Kadrarxası mətni yazarkən də başlıca çətinlik bu 
sözlərin hansı görüntünü izləyəcəyini hesablamaqdır. 
Görüntü azdırsa, təbii ki, söz də az olmalıdır. 
Ümumiyyətlə isə, ssenarinin necə yazılmasına 
hazırlanan proqramın sırf jurnalist proqramı, yəni 
xəbərə və ya xəbərdəntörəmə olaya dayanan proqram 
olub-olmaması önəmli təsir göstərir. Belə proqram-
larda görüntü və səs həyat gerçəklərinə, real insanlara
sənədə sadiq qalmalı və ssenarist heç bir halda xəyal 
gücünün əsirinə çevrilməməlidir.
Telexəbərin önəmli elementləri bunlardır:
• həyatdan götürülən gerçək insan (“qəhrəman”) üz 
tutulan tarixçənin (olayın, əhvalatın) çıxış nöqtəsidir;
• ekspert (problemin bilicisi, açıq-aşkar siyasi və iqti-
sadi, yaxud hər cür korporativ maraqlardan uzaq adam) 
problemin ön tarixçəsini açıqlayır;
• vəzifəli şəxs sözügedən problemin indiyədək niyə 
çözülmədiyinə aydınlıq gətirir;
• sorğu və müsahibələr problemlə bağlı hansı 
baxışların olduğunu, olaydan kimlərin ziyan çəkdiyini 
və kimlərin faydalandığını göstərir;
• gerçək insan üz tutulan olayın həm də son 
nöqtəsidir (problemin “qəhrəmandan” keçirilməsi onun 
açıqlanmasını da asanlaşdırır )
Ssenarini yazarkən hər konkret məqamda nə 
göstərildiyini düşünmək çox önəmlidir. Telexəbərin 
kadrarxası mətnini dəqiqləşdirmək üçün öncə ssenari-
ni başdan-başa oxumaqda, ayrıca hər fakt və rəqəmə 
yenidən diqqət yetirməkdə fayda var. Hər bir faktı 
təkrar-təkrar yoxlamaq lazımdır. İlk baxışda nə qədər 
maraqlı gəlsə də, gümanlara qapılmaq, öz xəyalındakını 
gerçək kimi qəbul etmək heç bir peşəkara yaraşmaz. 
Hamının bildiyini də xəbərləməyə dəyməz.
Reportyora yaddaş:
• hər fakt yoxlanılmalı;
• hər bir fikir qaynağa söykənməli;
• reportyorun fikri kadrarxası mətndə və ya hər hansı 
şərhdə yer almamalı;
• müsahiblərin kimliyi və vəzifəsi dəqiq göstərilməli;
• mübahisəli məqamlar barədə hüquqşünas məsləhəti 
alınmalıdır
DİQQƏT!
Ssenari yazarkən bunları unutma:
• Gerçəkləri araşdır, sitat və rəqəmləri yoxla;
• Hər şeyi görüntünün özü deyirsə, sən söyləmə;
• Görüntüdən bilinməyənləri sözlə açıqla;
• Xəbər və xəbərdəntörəmə proqramlarda sifətlərdən 
istifadə etmə (tutalım, sənə ucaboy kimi görünən bir 
adam bir başqasına adi və ya bəstəboy təsiri bağışlaya 
bilər);
• Mətnin danışıq dilində olmasına ayrıca diqqət yetir 
(məsələn, “fəqət” və ya “lakin” yerinə “amma” və ya 
“ancaq” yaz);
Sadə yaz;
• Kadrarxası mətnin qısa və aydın olmasına çalış.
IV BÖLÜM
TELEXƏBƏRİN HAZIRLANMASI / 
SSENARİNİ YAZMAQ QAYDASI.


Yüklə 83,66 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə