JurnaliSTİkasi bülənt Çaplı



Yüklə 83,66 Kb.
Pdf görüntüsü
səhifə13/54
tarix22.11.2017
ölçüsü83,66 Kb.
#11488
1   ...   9   10   11   12   13   14   15   16   ...   54

28
TELEXƏBƏRÇİLİYİN TEXNİKİ ELEMENTLƏRİ. GÖRÜNTÜ. SƏS. İŞIQ
GÖRÜNTÜ PLANLARININ SEÇİLMƏSİ
III BÖLÜM
GÖRÜNTÜ PLANLARININ SEÇİLMƏSİ
Plan ayrıca kadrda diqqətə yetirilən təsvirin 
məzmunudur. Planlar böyüklüyünə və quruluşuna görə 
fərqlənir.
İstənilən kadrın ən vacib özəlliyi, lap az da olsa, 
hərəkətli olmasıdır. Kadr canlı olmalıdır, yoxsa 
cansız rəsmi xatırladar. Hətta adi yarpağı küləkdən 
titrəyərkən çəkmək, donuq durumda çəkməkdən daha 
yaxşıdır. Kadrda hərəkətlilikdən çıxış edərək çəkiliş 
planını dörd yerə ayırırlar:
1) Statik (hərəkətsiz) plan. Bu planda hərəkət yoxdur. 
Belə görüntülərə yalnız xüsusi hallarda telexəbərlərdə 
icazə verilə bilər, əgər bu kadr tamaşaçıya özlüyündə 
vacib bir bilgini çatdırırsa. Məsələn, hansısa binanın 
girişində asılan lövhə və ya yazı. Yəni bəzən hərəkətsiz 
kadr uyğun psixoloji durumu diqqətə çatdırır. Məsələn, 
təbii fəlakətdən sonra evləri dağılan boş küçə faciənin 
miqyasını göstərir, 
www.fotolia.com/id/101241713
2) Çevik (dinamik) plan. Bu plan da statik kamera 
ilə çəkilir, amma bəzi təbii hərəkətləri də diqqətə 
yetirir. Məsələn, dağılmış küçədə özünə yem axtaran 
ev heyvanını və ya qohumları tərəfindən unudulmuş 
hansısa tənha qocanı görmək olar. Reportaj janrında 
çevik planlara daha çox yer verilir, 
www.youtube.com/watch?v=BYAmNHjYKI8
3) Qurama çevik plan. Burada hərəkətin effekti 
kameranın hərəkəti nəticəsində (panoram) və ya 
obyektivin fokus məsafəsinin dəyişdirilməsi ilə (ZUM-
la, yəni geriçək-önəçək planlarla) yaradılır. Reportajda 
qısa panorama nisbətən çox rast gəlinir və məhz qısa 
gəzişmə-planlar qəbuledilən sayılır. Panoram tam 
bitməlidir: kamera xəbərin məzmununa uyğun şəkildə, 
hərəkəti hansısa bir obyektdən başlayıb digər bənzər 
obyektin üzərində dayandırmalıdır. 
Məsələn, danışan adamdan başlayıb, dinləyən adamda 
bitirməlidir, 
www.youtube.com/watch?v=OewIg1-6tsk
4) Kombinasiyalı çevik plan. Bu zaman hərəkətin təbii 
və süni kombinasiyası nəzərdə tutulur (şaquli və üfüqi 
gəzişmə). Məsələn, ən adi misal: kamera hərəkətdə 
olan obyekti izləyir. Yəni kamera da hərəkətdədir. 
O, hərəkətdə olan obyektlə paralel hərəkət edir və 
“gördüklərini” görüntüləyir, 
www.youtube.com/watch?v=QPK8OtwvdOM
Planlar böyüklüyünə görə bir neçə yerə bölünür:
LİP (lap iri plan və ya detal plan, ayrıntının görüntüsü). 
Hansısa kiçik bir detala diqqət yetirməkdən ötrü 
istifadə olunur. Məsələn, müsahibin qaçan gözləri, 
sualı cavablandırmaqdan yayınmasını əks etdirən 
üz cizgiləri və ya ağır bir faciəni yaşamış qadının 
yanaqlarından süzülən göz yaşları. 
İri plan (portret plan). Bu plan, adətən, müsahibədə 
istifadə olunur. Tamaşaçının diqqətini cəlb etmək üçün 
hansısa görüntünü ümumi fondan ayırmaq üçün də iri 
plandan yararlanırlar. 
Birinci orta plan (orta, iri və ya ağ). Bu plan bir kadrda 
iki obyekti və ya bir obyekti elə nümayiş etdirir ki, 
ətraf fonda, eləcə də yaxınlıqda olan  kiçik obyektlər 
də görünsün. 
İkinci orta plan (orta və ya qurşağa qədər). Bu plan bir 
kadrda iki və ya üç obyekti nümayiş etdirir və insan 
bədəninin qurşağa qədər hissələrini göstərir. 
Orta ümumi plan. Bu plan bir kadrda iki və ya üç 
obyekti elə nümayiş etdirir ki, ətraf fonda, eləcə də 
yaxınlıqda olan  kiçik obyektlər də görünsün. 
Ümumi plan. Bu plan insanı ətraf fonda və ya hərəkət 
yerində boyu uzunu göstərir. 
Ümumi uzaq plan. Bu planda obyekt ya uzaqdan
ya da yüksək bir nöqtədən çəkilir. Bu plan çoxsaylı 
obyektləri göstərmək üçündür. Uzaq plandan, adətən, 
nümayiş və mitinqlərdə insanların sayını və ya məkanın 
miqyasını göstərmək üçün istifadə olunur.
Planlar quruluşuna görə yaxın, orta və uzaq növlərinə 
bölünür. Bu hallarda obyektin kadrdakı quruluşu da 
öndə, ortada və kadrın arxa fonunda olur. 
eot-su.livejournal.com/251387.html
Ümumi plan


29
III BÖLÜM
TELEXƏBƏRÇİLİYİN TEXNİKİ ELEMENTLƏRİ. GÖRÜNTÜ. SƏS. İŞIQ
GÖRÜNTÜ PLANLARININ SEÇİLMƏSİ
LİP (lap iri plan və ya detalplan, ayrıntının görüntüsü).
İri plan (portret plan).
İkinci orta plan
Birinci orta plan
 Ümumi uzaq plan
Orta ümumi plan
YADDAŞ
• Detal, ayrıntı, 
(LİP). Ən iri plan 
görüntünün bir 
detalını ayırır. 
• Üz, çox iri 
plan, (ÇİP). Alının 
ortasından çənənin 
ortasınadək üz 
görünür. 
• Baş, portret 
planı, (PP). Kadrda 
bütövlükdə baş 
görünür.
• İri plan, (İP). 
Kadrda baş və 
çiyinlər görünür. 
• Orta-iri plan, 
(OİP). Kadrda 
insan fiquru sinənin 
üst yarısınadək 
görünür. 
• Birinci plan, 
(1P). Kadrda insan 
fiquru qurşağadək 
görünür. 
• Orta plan, (OP və 
ya ¾ plan). İnsan 
fiquru dizlərinədək 
görünür.
• Orta-ümumi 
plan, (OÜP). 
Kadrın yuxarısında 
və aşağısında 
azacıq boşluq 
olmaqla, insan 
fiquru bütövlükdə 
görünür. 
• Ümumi plan, 
(ÜP). Kadrda insan 
fiquru ekranın 
hündürlüyünün 
3/4-dən 1/2-dək 
məsafəsində 
görünür. 
• Uzaq plan, (UP). 
İnsan fiquru ekranın 
hündürlüyünün 
yarısından az 
ölçüdə yer tutur. 


Yüklə 83,66 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə