JurnaliSTİkasi bülənt Çaplı


TELEXƏBƏRİN VƏ XƏBƏR MƏRKƏZİNİN ÖZƏLLİKLƏRİ



Yüklə 83,66 Kb.
Pdf görüntüsü
səhifə10/54
tarix22.11.2017
ölçüsü83,66 Kb.
#11488
1   ...   6   7   8   9   10   11   12   13   ...   54

21
TELEXƏBƏRİN VƏ XƏBƏR MƏRKƏZİNİN ÖZƏLLİKLƏRİ / 
TELEVİZİYADA XƏBƏR ÇEŞİDLƏRİ 
TELEVİZİYADA XƏBƏR ÇEŞİDLƏRİ 
Televiziya xəbər bülleteni struktur etibarilə studiyadan 
aparıcının səsləndirdiyi şifahi xəbər və videolardan 
ibarətdir.  
Proqrama daxil bütün xəbərləri iki yöndən – efirə 
hazırlanma biçimi və mövzu yönündən çeşidləmək 
olar. 
Efirə hazırlanma biçiminə görə xəbərləri şifahi 
xəbərə, yalnız interküylü - təbii küy fonlu lal xəbərə, 
videoxəbərə, birbaşa xəbərə, müsahibə - xəbərə 
ayırmaq mümkündür. 
Tematik baxımdan isə siyasi, iqtisadi, sosial, kriminal, 
xarici, idman, mədəniyyət xəbərləri, meteoroloji və s. 
məlumatı fərqləndirmək olar. 
1. Şifahi xəbərlər 
Şifahi xəbərlər, bir qayda olaraq, olayın görüntüsü 
olmadan, aparıcının suflyordan kameraya oxuduğu 
xəbərlərdir. Buraya görüntüsüz ictimai önəmli olay, 
yaxud da operativliyi qorumaq üçün çatdırılan son 
dəqiqə xəbərləri daxildir. Televiziyada görüntü daha 
önəmlidir deyə, şifahi xəbər çəkisinin azaldılması 
məqsədəuyğundur. Şifahi xəbərlər bəzən foto, xəritə 
kimi təsvirlərin, yaxud da tam ekran qrafiklərinin 
müşayiəti ilə verilir. Bu görüntü elementləri 
xəbəri daha anlaşıqlı və yaddaqalan edir. Hər bir 
videomaterialın təqdimatını da şifahi xəbər kimi 
dəyərləndirmək olar.
Şifahi xəbərin elementləri:
Studiya mətni;
• Foto, xəritə və ya qrafik
Bəzən hazırlanan şifahi хəbər çoх informasiya yükü 
daşıdığından qavranılması və yadda saхlanması 
çətinləşir. Rəqəm, xüsusi və coğrafi adlarla zəngin 
şifahi xəbərlərdə çox vaxt qrafik təsvirlərdən istifadə 
edilir. Tam ekran qrafikləri iki hissədən ibarət olur:
• Qrafik fon (1) 
• Fonda yerləşdirilmiş mətn (2).
Qrafik fon, adətən, birrəngli olur. Fonda hərəkətsiz 
görüntü verilir. Hərəkətli görüntüdən istifadə 
tamaşaçının diqqətini yayındıra bilər. Göz yaddaşı daha 
güclü olduğundan ekran qrafikləri şifahi xəbərin daha 
effektiv qavranılmasına imkan yaradır. Ekran qrafikləri 
şifahi xəbərin dinamikliyini qorumağa, görüntü 
çatışmazlığının yerini doldurmağa da xidmət edir.  
Qrafiklər fotoşəkil, stop-kadr və xəritələr, eləcə də 
hərəkətli kompüter qrafikləri şəklində diqqətə yetirilə 
bilər. Tam ekran qrafiklərindən daha çox iqtisadi və 
informasiya tutumu çox olan şifahi xəbərlərdə istifadə 
edilir.
2. Təbii küy fonlu lal xəbərlər  
Bu tip xəbərləri canlı yayımın gedişində studiyadan 
aparıcı səsləndirir. Amma videogörüntülər, şifahi 
xəbərdən fərqli olaraq, öncədən montaj edilir. 
Tamaşaçı olayın görüntüsünü oradakı təbii küylə 
(hadisə yerində kameraya düşən səslə) birgə görüb-
eşidir. Amma aparıcının səsi təbii küy fonunda ön 
planda eşidilir. Seyrçi təbii küy fonlu lal xəbərlərdə 
öncədən montaj olunmuş videogörüntüləri aparıcının 
studiyadan oxuduğu mətnin müşayətilə izləyir. Təbii 
küy fonlu lal xəbərlər daha çox mükəmməl montaja za-
man qalmayanda efirə verilir. Belə xəbərlərdə görüntü 
ilə xəbər mətninin üst-üstə düşməməsi riski də var. 
Gördüyü və eşitdiyi arasında fərq seyrçi qavrayışına 
pis təsir edə, proqrama inamı azalda da bilər. Belə 
anlaşılmazlığın qarşısını almaq üçün aparıcınin tempi, 
oxuduğu mətnin uzunluğu ilə görüntünün ekranda 
qalma müddəti, yəni zamanlama düzgün qurulmalıdır. 
Aparıcının təqdimatından sonra öncədən hazırlanmış 
videogörüntü verilir, aparıcı mətni oxumaqda davam 
edir, görüntü bitir, 2-3 saniyə sonra aparıcı mətni də 
yekunlaşır.
Təbii küy fonlu lal xəbərin elementləri:
• İnterküylə verilən videocərgə;
• Studiya mətni.
3. Videoxəbər 
Videoxəbər yayımdan öncə kadrarxası mətni və 
təsviri bir-birini tamamlayaraq montaj olunmuş hazır 
materialdır. 
Videoxəbərin elementləri:
• təqdimat (studiyadan giriş sözü);
• videosıra; 
• sərbəst interküy;
• simultan müsahibə;
• stəndap
• kadrarxası mətn
2-3 dəqidəlik bu “film” aparıcının təqdimatından 
sonra efirə verilir.
II BÖLÜM


22
II BÖLÜM
TELEXƏBƏRİN VƏ XƏBƏR MƏRKƏZİNİN ÖZƏLLİKLƏRİ / 
TELEVİZİYADA XƏBƏR ÇEŞİDLƏRİ 
Olay yerinə yollanan reprotyor komandası: 
a) lazımı çəkilişləri gerçəkləşdirir;
b) informasiya qaynaqlarından önəmli bilgilər alır;
c) gələcək videoxəbər üçün gərəkli görüntülər götürür;
d) toplanan informasiya dəqiqləşdirilir; 
e) “news-room”a qayıdan reportyor çəkilmiş 
videogörüntülərə baxaraq zaman açarını yazır;
f) önəmli görüntüləri sezdirməklə xəbərin ssenarisi 
hazırlanır. Ssenaridə seyrçinin ekranda görəcəyi təsvir 
və eşidəcəyi mətn tam əksini tapır. 
Montaj prosesində kadrarxası mətn – reportyorun səsi 
yazılır, xəbəri daha da inandırıcı edəcək interküydən 
istifadə olunur, olay iştirakçısı və ya şahidlərinin ver-
diyi informasiya – simultan (sinxron) mətnə qoşulur. 
Sonra bu səs materialı görüntü ilə zənginləşdirilir. 
Reportyor hansı görüntü ilə hansı səsin verildiyini 
öncədən müəyyənləşdirir. Xəbər qaynağının verdiyi 
informasiya incələnərək gərəkli cümlələr seçilir və 
“iştirak effektini” artırmaq üçün videoxəbərə daxil 
edilir. Videoxəbərin əsas üstünlüyü onun qabaqcadan 
hazırlanması, yayımdan öncə görüntü və səsin tam 
uyğunlaşdırılmasındadır.  Yayım sırasında videoxəbərin 
efirə verilməsi aparıcının da 1-2 dəqiqəlik 
“dincəlməsinə” şərait yaradır. 
4. Birbaşa xəbərlər 
Birbaşa xəbərlər reportyorun olay yerindən canlı 
çatdırdığı xəbərlərdir. Birbaşa xəbərlərdə hadisə baş 
verən andaca baş verdiyi ardıcıllıqla seyrçiyə çatdırılır.
Birbaşa xəbərlərdə, adından da göründüyü kimi, re-
portyor gördüklərini və topladığı informasiyanı birbaşa 
olay yerindən çatdırır. Bu üsul xəbərin daha inandırıcı 
olmasına, bu səbəbdən də daha çox izlənməsinə yol 
açır. Çünki televiziyada yalnız söz eşidilmir, həm də 
danışan görünür. Psiхoloqların fikrincə, informasiyanın 
40%-ə qədərini intonasiya çatdıra bilər. Bura mimika, 
jest, danışanın хarici görünüşünü də əlavə etsək
birbaşa xəbərlərin nə qədər önəmli və inandırıcı 
olduğunu demək mümkündür. Televiziya xəbərinin ən 
operativ növü hadisə yerindən «birbaşa bağlantılar»dır. 
Olayın görüntüsü fonunda dayanan reportyor, 
görünən kadrlar özü özlüyündə böyük informasiya 
yükü daşıyır. Reportyor ən önəmli faktları qısa və 
anlaşıqlı cümlələrlə çatdırır, təfərrüata varmır, çünki 
arxa plan birbaşa qavrayış tamlığını qorumağa xidmət 
edir. Birbaşa xəbərlər, adətən, efirə canlı verilir. 
Seyrçi izlədiyi andaca olay yerində baş verənləri 
görür və olayın şahidinə çevrilir. Texniki imkanların 
genişlənməsi, seyrçi tələbatı və kanallar arasındakı 
rəqabət canlı bağlantıların sayını artırmaqdadır. 
Canlı bağlantı reportyordan xüsusi hazırlıq, cəldlik və 
çevik reaksiya tələb edir. Təmkinini qoruya bilməyən, 
hadisələrin axınına hədsiz emosional münasibət 
sərgiləyən reportyorun davranışları yayıma da öz 
damğasını vurur. 
Reportyor birbaşa xəbərlərdə də hadisə iştirakçısından 
müsahibə ala bilər. Belə xəbərləri informasiya 
qaynağına görə iki qrupa bölmək olar:
a) reportyor xəbəri;  
b) müsahibəli reportyor xəbəri. 
Reportyor xəbərində reportyor, birinci əl qaynaq 
olaraq olay yerində gördüklərini təbii axarı ilə 
seyrçilərə çatdırır. 
Müsahibəli reportyor xəbərində isə jurnalist əsas 
informasiyanı verəndən sonra mikrofonu olay yerində 
olan və daha ətraflı bilgiyə sahib qaynağa uzadır.
Olay haqqında bilgi sahibi olan şəxs - şahid, iştirakçı və 
ya rəsmi nümayəndə detallar barədə ətraflı məlumat 
verə bilər. Müsahibəli birbaşa xəbərlərdə reportyor 
ətraflı bilgi toplasa, ünvanlayacağı suallar da olayın 
dəqiq mənzərəsini verə bilər. Bəzən birbaşa xəbərləri 
videoyazı kimi də təqdim etmək olur. 
5. Müsahibə - xəbər
Müsahibə-xəbər informasiya daşıyıcısının hansısa 
önəmli məsələ və ya olayla bağlı verdiyi xəbərdir. 
Öncədən görüntülənmiş, 1-2 sualı əhatə edən 
müsahibə aparıcı təqdimatından sonra efirə verilir.
Müsahibədən, demək olar, bir çox teleformatlarda 
istifadə olunur. Müsahibə-xəbərdən danışarkən, biz 
müsahibə janrından deyil, xəbər toplama metodun-
dan danışacağıq. Müsahibə-xəbərdə olay haqqında 
informasiya daşıyıcısından məlumat alınır. Хəbər 
buraxılışında belə müsahibə 20-30 saniyə çəkir. Simul-
tan müsahibədən xəbərin daha təsirli və informativ 
olması üçün istifadə edilir. Məlumat qaynağının verdiyi 
informasiyanı sitatla göstərmək arzuolunan deyil. 
Məlumatı olay şahidinin və ya iştirakçısının dilindən 
eşitmək onun inandırıcılıq dərəcəsini yüksəldir. 
Tamaşaçını simultan müsahibəyə hazırlamaq önəmli 
məsələdir. Danışanın kimliyini aparıcı bildirir. Müsahib 
danışarkən, kimlik subtitrlə - altyazı ilə də diqqətə yet-
irilir. Belə müsahibə kadrarxası mətnsiz, sadəcə, aparıcı 
təqdimatından sonra efirə verilir. Bu zaman seyrçiyə 
yalnız birinci əl qaynağın məlumatını çatdırmaq 
məqsədi əsas götürülür.  


Yüklə 83,66 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə