K. Bünyadzadə



Yüklə 3,01 Kb.
Pdf görüntüsü
səhifə19/91
tarix07.11.2017
ölçüsü3,01 Kb.
#8768
1   ...   15   16   17   18   19   20   21   22   ...   91

 52 

 
Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk
 
 
  Göründüyü  kimi,  ruh  vəhyin  (ilahi  xəbərin,  irrasional  biliyin  – 
K.B.)  məkanı  olmaqla  yanaĢı  onu  insanlığa  çatdıran  bir  vasitədir,  belə 
demək mümkündürsə, peyğəmbərlik məhz ruha məxsus bir keyfiyyətdir. 
Ruhun  üsüncü  aspektdən  araĢdırılması  iki  hissədən  ibarətdir: 
kamilləĢmə  -  ruhun  inkiĢafıdır  və  inkiĢaf  –  ruhun  səviyyələrinin 
açılmasıdır. 
Məlum olduğu kimi, ruh maddiyyatdan və ona məxsus hisslərdən 
uzaqlaĢdıqca  ilk  vətəninə,  yəni  ilahi  aləmə  yaxınlaĢır,  bu  isə  bütün 
həqiqətlərlə,  Mütləq  Varlıqla  vasitəsiz  ünsiyyətdə  olmaq  deməkdir. 
Plotin yazır: «Qüsursuz olması üçün bizim ruhumuz bütöv Ruhla bərabər 
dünyaquruluĢuna  hökm  edərək  möhtəĢəm  yolla  keçmək  üçün  onunla 
əlaqəli olmalıdır. Belə anlarda ruh öz bədənindən ayrılmır, eyni zamanda 
da  onda  yaxud  baĢqa  bir  köləlikdə  deyil,  özünün  ən  yaxĢı  hissəsi  ilə 
dünyəvi  ruhla  bərabər  sanki  Vahidin  qucağında  sakitləĢir»  [113,  365]. 
Filosof  onu  da  bildirir  ki,  «TəmizlənmiĢ  ruh  Eydos  və  Ruha  dönür, 
tamamilə bədənsiz, ağıllı və bütünlüklə gözəlin və ruha doğma hər Ģeyin 
bənzərinin  mənbəyi  olan  ilahiyə  məxsus  olur»  [113, 9].  Burada  iki ana 
diqqət  yetirək.  Əvvəla,  ruh  bədəndən  ayrılmadan  bu  inkiĢaf  yolunu 
keçməlidir.  Ġkincisi,  maddiyyat  fövqünə  qalxmaqla  ruh  öz  sakitliyinə 
qovuĢur, bütünlüklə ilahiyə məxsus olur.  
Cüneyd  Bağdadi  yazır:  «Onların  ruhi  vücudları  Haqdandır. 
Onlarda zühur edən söz Haqdandır və onlara hakim olan Haqdır… Özləri 
tamamilə  yox  olmuĢlar.  Haqdan  baĢqa  bir  Ģey  qalmamıĢdır.  O  halı 
Allahdan  qeyrisi  bilməz.  Çünki  onlara  mənsub  deyil.  O  (Allah), 
tamamilə  ayrıdır»  [145,  36].  Mütəfəkkir  onu  da  əlavə  edir  ki,  «bu, 
ruhlara  əzəli  paltarlarının  geyindirilməsidir»  [145,  36].  Burada  da  iki 
məsələ diqqəti cəlb edir. Əvvəla, ruh nə qədər yüksəlsə, kamilləĢsə də, 
Allah  olmur.  Ġkincisi,  bu  yüksəlmə  ruhun  mahiyyətinə  məxsus  bir 
istəkdir,  yuxarıda  dediyimiz  kimi,  ehtiva  etdiyi  həqiqətlərin  kəĢfidir. 
Sonralar,  M.Ekxart  da  bildirir  ki,  «Öz  təbiətinə,  mahiyyətinə  və 
ilahiliyinə görə O (Allah) – ruhdadır, ancaq yenə də O, ruh deyil. Ruhun 
inikası  Allaha  məxsusdur  və  Allahdır:  ancaq  bu,  ruhu  olduğu  Ģeydən 
kənara çıxartmır» (onun xassəsini dəyiĢmir – K.B.) [129, 45].  
Deyilənlərdən  belə  bir  nəticə  alınır  ki,  ruh  insan  varlığında  tək 
düĢünəndirsə və o,  maddiyyət fövqünə qalxmaqla kamilləĢir və insanın 
idrak prosesini tamamlayırsa, deməli, ümumiyyətlə insanın kamilləĢməsi 
onun  ruhunun  inkiĢafıdır.  Eyni  zamanda,  bu  proses  məhz  müəyyən 
formaya malik, yəni bədəndə olan ruha məxsus bir keyfiyyətdir.  


         İrrasional idrak  fenomeni
  

 53 
Ġkinci tərəfdən, bəzi filosofların fikrinə görə, insan bədənində bir 
neçə ruh  mövcuddur:  nəbati,  heyvani  və  insani,  sonuncuya  bəzən  natiq 
(danıĢan) ruh da deyirlər. Bundan baĢqa, belə fikirlər də mövcuddur ki, 
«xəlqin ruhu məxluq, seçilmiĢlərin ruhları məxluq deyil», və ya «kafirin 
bir, möminin üç, vəli və sıddıqların
1
 beĢ ruhu var» [149, 554]. Məsələyə 
biz də öz fikrimizi bildirək. 
Səmavi  kitablara  görə,  ruhlar  Allah  tərəfindən  yaradılmıĢ 
varlıqlardır  və  hamısı  eyni  aləmdəndirlər.  Onu  da  bildirdik  ki,  ruhlar 
müəyyən  həqiqətlər  ehtiva  edir  və  bu  mahiyyətlə  yaradılırlar.  Deməli, 
fərq onların yaranıĢında deyil, daĢıdıqları mahiyyətdədir, həqiqətdədir və 
ruhun  inkiĢafı  məhz  həmin  həqiqətlərin  kəĢfi  ilə  bilavasitə  əlaqəlidir. 
Yəni əslində ilahi aləmdən yaranan və qırılmaz bağla onunla əlaqəli olan 
(ruhun ora dönmək istəyi buna dəlil ola bilər) bir ruh müəyyən Ģəraitdə, 
zaman  və  məkanda  gah  nəbati,  gah  heyvani,  gah  da  insani  ola  bilir. 
Bundan  baĢqa,  ruh  öz  mahiyyətində  var  olan  həqiqətləri  dərk  etmək 
səviyyəsindən asılı olaraq gah adi bir insan, gah da arif ola bilər. 
Beləliklə,  deyilənlər  mənəvi  inkiĢafın  və  irrasional  idrakın  ruha 
məxsus  olmasını  bir  daha  təsdiqləmiĢ  və  göstərdiyimiz  birinci  əsasa 
aydınlıq gətirmiĢ oldu. 
2.
 
Ġnsan  ikili  (maddi  və  mənəvi)  xüsusiyyətə  malik  olduğundan 
müxtəlif səbəb və Ģəraitlər onun iç və zahiri aləmlərini zidd qoya bilir. 
Onun  hər  iki  tərəfi  arasında  harmoniyanın  yaranması,  onların  bir-birini 
tamamlaması insanın kamilləĢməsidir. Bu, idrakın rasional və irrasional 
formalarının  paralel  inkiĢaf  etməsinin  və  bir-birini  tamamlamasının 
zərurətini vurğulamıĢ olur. 
3.
 
Ġnsanın  ağlının,  Ģüurunun  və  təfəkkürünün  üst  qatını 
formalaĢdıran  mistik  (dini-mistik  və  ya  mistik-fəlsəfi)  və  ya  mənəvi 
təcrübədir. M.Ġqbal yazır: «Zaman etibarı ilə ortaya çıxan təcrübə baĢlıca 
üç səhifədən keçir: maddə, həyat və ağıl, ya da Ģüur» [41, 34]. Rasional 
biliklər  üzərində  baĢlayan  mistik  təcrübə,  həyat  tərzi  get-gedə  Ģüurun 
yeni bir qatını – Ģüurüstünü formalaĢdırır. Məsələn, təsəvvüf fəlsəfəsində 
rasional  biliklərlə  –  Ģəriətlə  formalaĢmıĢ  bir  Ģüur  sahibi  mənəvi 
yolçuluğa  –  təriqətə  baĢlayır  və  onun  davamı  boyunca  aldığı  irrasional 
bilik – mə‗rifət onda yeni bir dünyagörüĢü, Ģüur forması yaradır və məhz 
bu  yeni  Ģüurla,  daha  doğrusu  Ģüurüstü  ilə  o,  onun  üçün  kəĢf  edilən 
həqiqəti anlamağa qadir olur. 
                                                 
Sıddıq  –  həqiqi  sadiq.  Sadiqliyinin  səmimiliyinə,  saflığına  görə  RaĢidi  xəlifə 
Əbu Bəkrə də «Sıddıq» adı verilmiĢdir.  


Yüklə 3,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə