K. Bünyadzadə



Yüklə 3,01 Kb.
Pdf görüntüsü
səhifə27/91
tarix07.11.2017
ölçüsü3,01 Kb.
#8768
1   ...   23   24   25   26   27   28   29   30   ...   91

         İrrasional idrak  fenomeni
  

 71 
ya  fəlsəfi)  mistik  təcrübə  çərçivəsində,  ona  istinadən  həyata  keçirilir, 
yəni  hər  hansı  bir  rasional  vasitə  də  (musiqi  dinləmək  və  ya  kitab 
oxumaq) bu təcrübə iĢığında fərqli rəng ala bilir. 
Ġrrasional  idrakın  digər  mənəvi  metodu  duadır.  Məhəmməd 
peyğəmbərin (s.) bildirdiyi kimi «ibadətin iliyi və mahiyyəti» [29, 149], 
yəni  onun  batini  tərəfi  və  «nəzəri»  hissəsi  kimi  dua  ibadətdən  daha 
əhatəli və mürəkkəb xarakterlidir. Əgər ibadət ümumi qəbul edilmiĢ dini 
ayinlərin  artıq  sabitləĢmiĢ  qaydalarıdırsa,  dua  insanın  mənəvi  aləminə 
aid,  yerindən,  zamanından  və  Ģəraitindən  asılı  olmayaraq  icra  edilən, 
məzmunca  tez-tez  dəyiĢə  bilən  və  yalnız  Ali  Varlığa  ünvanlanan 
müraciətdir.  Dua  ya  müəyyən  dərəcədə  ibadətdə  ifadə  olunur,  ya  da 
ümumiyyətlə təzahür etmir, gizli qalır.  
Ġbadətlə  sıx  bağlı  olduğundan  onun  malik  olduğu  xüsusiyyətləri 
duaya  da  aid  etmək  olar.  Eyni  zamanda,  özünün  də  bir  sıra  spesifik 
cəhətləri  vardır  ki,  onların  insanın  mənəvi  təcrübəsində  əhəmiyyətini 
belə  xarakterizə  etmək  olar.  Əvvəla,  dua  insana  tək  olmaması  hissini 
bəxĢ  edir  və  onu  özündən  daha  güclü  və  mükəmməl  bir  varlıqla 
əlaqələndirir.  Ġkincisi,  dua  insana  maddiyyatdan  kənar  bir  aləmin 
varlığını  dönə-dönə  aĢılayır  və  onun  özünün  də  həmin  aləmə  daxil  ola 
biləcəyi hissi verir. Bundan baĢqa, dua zamanı insan gündəlik həyatının 
daha saf, daha ali bir halını, hissini yaĢayır və xaosdan ayrılıb sakit, rahat 
bir  mühitə  düĢür.  Nəhayət,  dua  insanın  «mən»ini  konkretləĢdirir,  o, 
qayğıların, problemlərin içində özünü görür və dinləyir.  
Duaların  məqsədi  əsasən  Ali  Varlıqdan  kömək  istəmək  olsa  da, 
insanın  Ģüur  və  imanından,  əxlaq  və  sosial  durumundan  irəli  gələn 
tələblə müxtəlif məzmunlu ola və bildirdiyimiz kimi, tez-tez dəyiĢə bilər. 
Bu  baxımdan,  duaları  iki  növə  bölmək  olar:  sosial  və  metafizik 
xarakterli.  Adından  da  görünür  ki,  birinci  növ  dualar  insanın  bütün 
gerçək həyatını, məiĢət tələblərini və s. bu kimi istəkləri ehtiva edir və 
dualar arasında onlar üstünlük və çoxluq təĢkil edir. 
Ġkinci  növ  dualara  irrasional  düĢünmənin  məhsulu  kimi  əsasən 
yaradıcı  insanlarda,  mütəfəkkir  və  alimlərdə  rast  gəlmək  mümkündür. 
Bu,  Allahdan  düzgün  düĢünmə,  əsl  həqiqəti  dərk  etmə,  baĢladığı  idrak 
prosesini  baĢa  vura  bilmək  istəkləri  və  ya  Onun  verdiklərinə  görə 
minnətdarlıq  hissləri  olur.  Müqəddəs  Avqustinin  dualarının  birində 
deyilir: «Sən bizə dualarımızla çox Ģey göndərirsən; istəməmiĢdən qabaq 
xeyirli Ģeyi də Səndən alırıq, sonralar anladığımız Ģeyi də» [70, 193].  
N.Gəncəvi isə belə yazır: 
 


 72 

 
Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk
 
 
«Nitqə gələn insana könül zövqü verirsən, 
Hər cana idrak adlı yanar məĢəl verən sən!» [6, 92] 
 
Qeyd  etdiyimiz  kimi,  insanın  Ģüurüstünün  aktivləĢməsi  Ali 
Varlığın  qüdrəti  və  imkanındadır.  Bu  səbəbdən,  fövqəltəbii 
həqiqətləri,  hər  Ģeyin  əsl mahiyyətini,  nəhayət,  Mütləqin  özünü  dərk 
etmək  istəyən  insan  Ona  müraciət  edir  və  bu,  dua  Ģəklində  ifadə 
olunur. Bonaventura bunu belə təsvir edir: «Əgər buna (Ali məqama – 
K.B.)  necə  çatdığımı  soruĢsan,  onda  təlim  deyil,  nemət  istə,  ağıl 
deyil, Ģövq, kitabların tədqiqini deyil, duanın həsrətini, müəllim deyil, 
niĢanlı (Ġsa Məsih – K.B.), iĢıqlılıq deyil, qaranlıq (fəna – K.B.), iĢıq 
deyil,  tam  külə  döndərən  od  istə…  Bu  od  –  Allahdır»  [77].  Mənsur 
Həllac isə Allaha belə bir dua ilə müraciət edir: «Allahım, Sən naqis 
ədədin  tam  əhatə  etmədiyi  vahidsən  (birsən),  ən  dərin  düĢüncənin 
anlaya  bilmədiyi  təksən. 

Sən  göydə  və  yerdə  olan Tanrısan

  (Quran 
43/84).  Ariflərin  qəlbini  iĢıqlandıran,  asi  ruhları  zülmətə  qərq  edən 
üzünün nuru ilə Səndən rica edirəm, Səni baĢqalarından fərqləndirən, 
Səndən  savayı  olanlardan  təkləndirən  qüdsiyyətinlə  Səndən  rica 
edirəm  ki,  məni  heyrət  meydanlarında  təkbaĢına  buraxma,  təfəkkür 
selindən  mənə  nicat  ver,  məni  aləmdən  uzaq  tut,  münacatınla  məni 
rahatlaĢdır, ey rəhimlilərin ən rəhimlisi» [143, 24]. 
Dua insanı məkan və zamandan, onu maddi dünyaya bağlayan hər 
bir  Ģeydən  «xilas  edən»  vasitədir.  Maraqlıdır  ki,  çox  vaxt  sadalanan 
maneələrin  baĢında  insanın  öz  «mən»i  dayanır.  Müqəddəs  Avqustinin 
«Etiraf»  əsərindən  belə  məlum  olur  ki,  onu  yalnıĢ  yoldan  xilas  edən  və 
düzgün iman bəxĢ edən anasının səmimi duaları olmuĢdur. Bonaventura 
isə  belə  yazır:  «Biz  yalnız  bizi  yüksəldən  ali  qüvvə  sayəsində  öz 
üzərimizdə  qalxa  bilirik.  Nə  qədər  hüzurumuzda  daxili  pillələr  olsa  da 
ilahi  yardım  olmadan  bu,  heç  nəyə  yaramır.  O  isə  onu  təslimiyyət  dolu 
ürəklə istəyənə verilir… Dua həqiqətən bizim yüksəlməyimizin anası və 
mənbəyidir»  [77].  Ġslam  mütəfəkkirlərinin  eyni  məzmunlu  dualarına 
baxaq. 
Mənsur Həllac yazır: 
 
«Səninlə mənim aramda mənimlə çarpıĢan mən var, 
Öz mərhəmətinlə götür məni bu aradan» [134]. 
 
Nizami Gəncəvi belə dua edir: 
 


         İrrasional idrak  fenomeni
  

 73 
«Tanrım, götür pərdəni, görün öz birliyinlə, 
Əsirgəmə, qaldır, at, pərdə mən olsam belə» [6, 91]. 
 
Və ya Yunus Əmrə deyir: 
 
«Al götür məndən mənliyi, 
Doldur qəlbimə Sənliyi, 
 
Öz dünyanda öldür məni, 
Hüzurunda ölməz olum» [5, 35]. 
 
Deyilənlərdən  belə  nəticə  çıxır  ki,  dua  –  irrasional  idrakın  ilk 
mərhələsinə  baĢlamaq,  maddiyyatdan  ruhaniliyə  keçmək,  nəhayət, 
Mütləq  Həqiqətdən  öz  zərrəsini  dərk  edib  Ali  Varlıqla  vəhdətə  çatmaq 
istəyidir. 
Beləliklə,  irrasional  idrakın  metodları  əsasən  insanın  maddi 
hüdudlardan  qurtulmasına,  günah  və  naqislikdən  təmizlənməsinə, 
Ģüurüstünü aktivləĢdirməklə ruhani aləmə keçməsinə xidmət edir. Bu cür 
vasitələrin  sayını  çox  uzatmaq  mümkün  olsa  da,  zənnimizcə,  onlar  ya 
ibadətin,  ya  da  mistik  təcrübənin  müxtəlif  təzahür  formalarıdır.  Bu 
səbəbdən,  biz  onların  ayrı-ayrılıqda  deyil,  ümumilikdə  təhlili  ilə 
kifayətlənirik.  
 
 


Yüklə 3,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə