K. Bünyadzadə



Yüklə 3,01 Kb.
Pdf görüntüsü
səhifə35/91
tarix07.11.2017
ölçüsü3,01 Kb.
#8768
1   ...   31   32   33   34   35   36   37   38   ...   91

 92 

 
Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk
 
 
olması» [37, 126] fikrini müdafiə etmiĢdir. Yeri gəlmiĢkən, xatırladaq ki, 
Qurani  Kərimdə  də  Ġsa  Məsih  Ġlahi  Kəlam  adlandırılır  (Quran  3/45, 
4/171 və s.). Patristika dövrünün birinci istiqaməti Müqəddəs Avqustinin 
(430)  simasında  özünün  zirvəsinə  çatdı.  Lakin  filosofun  görüĢlərinin 
mahiyyətini,  ideya  istiqamətlərini  və  məsələyə  baxıĢ  prizmasını  nəzərə 
alaraq  onun  dünyagörüĢündə  irrasional  təfəkkürün  də  az  əhəmiyyət 
daĢımadığını iddia etmək olar. Bunu həmçinin böyük filosofun öz idrak 
prosesində  rasional  və  irrasional,  ağıl  və  iman  arasında  yüksək 
harmoniya  tapa  bilməsi  kimi  də  xarakterizə  etmək  olar.  Onu  da  əlavə 
edək  ki,  yuxarıda  bildirdiyimiz  kimi,  din  irrasional  təfəkkürün  inkiĢafı 
üçün  çox  əlveriĢli  bir  mənbə  olmuĢdur.  Bu  baxımdan,  ortodoksal  dinin 
ən  görkəmli  nümayəndələrinin  görüĢlərində  irrasional  notlarla 
qarĢılaĢmaq demək olar ki, təbii, hətta qanunauyğun bir haldır.  
Patristika  dövründə  təĢəkkül  tapan  ikinci  istiqamət  dini-mistik 
(irrasional)  təfəkkürdür.  Bu  təfəkkür  forması  da  zəngin  irsə,  qədimdən 
bəri  uzanan  bir  inkiĢaf  tarixinə  malik  olmuĢ,  müəyyən  dövrlərdə  fərqli 
Ģəkillərdə təzahür etmiĢdir. Məsələn, xristianlığın ilk dövrlərində (III əsr) 
dini-mistik  qnostisizm  cərəyanı  təĢəkkül  tapmağa  baĢlamıĢdı.  Din 
xadimləri  tərəfindən  bidət  elan  olunmasına  və  nümayəndələri  ciddi 
təqiblərə məruz qalmalarına baxmayaraq qnostisizmin də məqsədi dinin 
əsl mahiyyətini və  həqiqətini aĢkarlamaq vasitəsilə xristianlığı qorumaq 
olmuĢdur.  Qnostisizmin  fəlsəfə  tarixində  öz  izini  qoya  bilmiĢ  məĢhur 
nümayəndələrindən  Ġskəndəriyyəli  Klemensin  (215)  və  Ġskəndəriyyəli 
Oriqenin (253) adlarını xüsusilə qeyd etmək lazımdır. 
Xristianlığın  tarixindən  məlum  olduğu  kimi,  Ġskəndəriyyəli  Kle-
mens həm yunan fəlsəfəsinə, həm də qnostisizmə qarĢı mübarizə aparan 
apologet Tertillianın (222) «Credo quia absurdum est» - ağıl dərk etmə-
diyi  (absurd  olduğu)  üçün  inanıram  –  anlayıĢı  qarĢısında  «Credo  ut  in-
telligam»  –  anlamaq  üçün  inanıram  –  anlayıĢını  qoymuĢdur.  Ona  görə, 
inanmaq bilməkdən əvvəl gəlməli, inanma həmiĢə bilmənin təməli olub 
ona  yol  göstərməlidir.  …Ġnanılanı  ağıl  da  qəbul  etməlidir»  [37,  127-
128].  Ġskəndəriyyədəki  Katexet  xristian  məktəbinin  baĢında  duran  Kle-
mensini sonralar Oriqen əvəz etmiĢ və bu təlimi ən yüksək zirvəsinə çat-
dırmıĢdır.  Lakin  otuz  illik  fəaliyyətindən  sonra  platonçuluqda  və  qnos-
tisizmdə  günahlandırılıb  bidətçi  elan  olunduğuna  o,  Fələstinə  köçməyə 
məcbur olmuĢdur. 
Ġrrasional bilik haqqında məlumat verərkən onu da bildirmiĢdik ki, 
qnostisizm  məhdud  çərçivəli  bir  təlim  olmuĢ  və  geniĢ  miqyasda  yayıla 


       
Orta əsrlərin fəlsəfi təfəkkür kontekstində irrasional idrak
 

 93 
bilməmiĢdir.  Təbii  ki,  irrasional  təfəkkür  qnostisizm  hüdudlarından 
kənara çıxaraq öz inkiĢafını davam etdirmiĢdir.  
Onu  da  bildirək  ki,  ortodoksal  dinin  nümayəndələri  Tanrının 
varlığını,  iradəsini  gerçək  aləmin  yeganə  yaradıcısı  bilsələr  də  onların 
görüĢlərində  yaradılmıĢın  Tanrı  yanında  heç  bir  dəyəri  yoxdur  və 
Yaradan-yaradılan  arasında  keçilməz  sədd  mövcuddur.  BaĢqa  sözlə 
desək, belə Ģəxslərin baxıĢlarında istiqamət, inkiĢaf yalnız alidən aĢağıya 
doğrudur, aĢağıdan yuxarı isə heç bir hərəkət, yüksəliĢ ola bilməz.  
Onlardan fərqli olaraq irrasional təfəkkürlü mütəfəkkirlər öz iman-
larını idrakları üçün bir vasitə edirdilər (Klemensin kəlamını xatırlayaq).  
Xristianlıqda  insanın  transendent  Allaha  qədər  ucalmaq  və  irrasional 
təfəkkürü  ilə  ən  ali  zirvəyə  –  əbədiliyə  çata  bilmək  imkanını  ilk  dəfə 
həvarilərdən Pavel irəli sürmüĢdür. Onun fikrinə görə, «Tanrı sərbəst bir 
iradə, istəyi ilə insan olmuĢ, bununla da insana ölümdən qurtuluĢ yolunu 
açmıĢdır. Çünki insan ölüb yenidən dirilən Ġsa ilə bir olarsa, dolayısıyla 
onun  taleyini  yaĢayarsa,  onun  kimi  yenidən  doğulacaq,  ölümə  qalib 
gələcək və bu, Tanrının Ġnsana bir lütfüdür» [37, 133]. 
Ġsa Məsihi Ġnsan kimi qəbul etməklə (Məsələn, Samoslu Pavel (IV 
əsr)  və  b.)  kilsə  nümayəndələri  bir  növ  insanın  varlığını,  əhəmiyyətini, 
iradə  sahibi  olmasını  və  ucalıb  Allaha  yetiĢə  bilmək  imkanını 
təsdiqləyirdilər. Konstantinopol yepiskopu Makedoniyanın (361) adı ilə 
əlaqəli  olan  «ruh  mübarizlərinin  bidəti»  –  pnevmatomaxiya  cərəyanı 
iddia  edirdi  ki,  «təkcə  Oğul  deyil,  Müqəddəs  Ruh  da  yaradılmıĢdır  və 
Ataya  yalnız  bənzəyirlər»  [98].  Dövrünün  ilk  kütləvi  cərəyanı  hesab 
edilən,  əsası  iskəndəriyəli  keĢiĢ  Ariy  (336)  tərəfindən  qoyulmuĢ 
ariyanlığa görə, «Oğul Ata kimi əbədi deyil, Onun ali məxluqudur, yəni 
yalnız adına görə Allahdır, mahiyyətinə görə deyil» [98]. Onu da bildirək 
ki,  Ġsa  Məsihi  Tanrının  oğlu  kimi  deyil,  kamil  bir  insan  kimi  təqdim 
etməklə  qeyd  olunan  mütəfəkkirlər  və  ya  cərəyanlar  hər  bir  insanın 
aliliyini, daha böyük imkanlara qadir olmasını vurğulamağa çalıĢmıĢlar.  
Sonrakı illərdə irrasional mövqe  ayrı-ayrı  mütəfəkkirlərin  dünya-
görüĢlərində, əsərlərində də öz əksini tapırdı. Belə mütəfəkkirlərdən fəl-
səfə tarixində əsasən mistik filosof kimi təqdim olunan Dionisiy Areopa-
qitin (V əsr), Maksim Ġspovednikin (VII əsr) və b. adlarını çəkmək olar.  
Dionisiy  Areopaqitin  Tək  Yaradandan  baĢlayan,  ilahi  məxluqlar-
dan keçib maddi məxluqlarda bitən yaradılıĢ iyerarxiyası bir növ Mütləq 
Hikmətin açılıĢıdır. Bu, eyni zamanda, geriyə yəni maddidən ilahiyə bir 
yolun  da  mövcudluğuna  dəlalət  edirdi.  Mütəfəkkir  yazır:  «Ġyerarxiyaya 
mənsub  hər  kəsin  kamilliyi  onun  imkanı  qədər  Allaha  bənzəməyə 


Yüklə 3,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə