K. Bünyadzadə



Yüklə 3,01 Kb.
Pdf görüntüsü
səhifə32/91
tarix07.11.2017
ölçüsü3,01 Kb.
#8768
1   ...   28   29   30   31   32   33   34   35   ...   91

 84 

 
Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk
 
 
hamısı  mütləqin  bir  hissəsi  olan  təfəkkürün  özündə  də  olduğundan, 
təfəkkür baĢqa bir qüvvəyə ehtiyac hiss etmir.  
Göründüyü  kimi,  azadlıq  və  irrasional  idrak  bir-birilə  sıx  əlaqəli 
iki  anlamlardır.  BaĢqa  sözlə  desək,  azadlığın  əldə  edilməsi  idak 
prosesinin  ikinci  mərhələsi  ilə  üst-üstə  düĢür  və  ya  azıdlığın  dərki  bu 
proses  boyu  baĢ  verir.  Lakin  burada  haqlı  olaraq  belə  bir  sual  meydana 
çıxır: Mütləq Azadlıq maddiyyatdan tam aralanmaqdadırsa insan ona bu 
həyatda olduğu müddətdə çata bilərmi? Sualın cavabı da birmənalı deyil. 
Məsələn, süfi mütəfəkkiri Əzizəddin Nəsəfi azadlığı belə izah edir: «Bil 
ki, aləmdə mövcud olan hər Ģeyin bir sonu və məqsədi vardır. Bir Ģeyin 
sonu «buluğ» (çatmaq, yetiĢmək), məqsədi – hürriyyətdir. Bu sözü ancaq 
bir  misalla  anlaya  bilərsən.  Bil  ki,  meyvə  yetiĢəndə  ərəblər  «meyvə 
yetiĢdi  (çatdı)»  deyirlər.  Meyvə  yetiĢəndən  sonra  ağacdan  ayrılır  və 
ağacla əlaqəsi kəsiləndə «meyvə azad oldu» deyirlər» [59, 67]. Hegel də 
Mütləq Azadlığı əldə etmək üçün maddiyyatla tam əlaqənin kəsilməsini 
sözün hərfi mənasında qəbul edir, yəni filosof «mütləq azadlığı ölümdə 
görür,  çünki  məhz  ölüm  maddiliyi  inkar  edir,  onun  mənəvi  «mən»lə 
ziddiyyəti həll edilir» [84, 242]. Burada kontur sual meydana çıxır: insan 
maddi  bədəndə  ikən  Mütləq  Azadlığa  çata  bilmirsə  Mütləq  Azadlığa 
insani  azadlıq  demək  nə  dərəcədə  doğrudur  və  insanın  onu  özünün 
axtarıĢ obyekti etməsi nə qədər realdır? Qayıdaq idrak prosesinə.  
Əvvəla,  xatırladaq  ki,  irrasional  idrak  prosesində  də  «mən»  hissi 
və ya maddi bədən (nəfs) maneə hesab edilmiĢdir. Eyni hal azadlığa dair 
fikirlərdə də səslənir. Məsələn, Avqustin yazır: «Mən bədbəxti bu «ölüm 
bədənindən» Sənin Rəbbimiz Ġsa Məsih vasitəsilə əta etdiyin rəhmindən 
baĢqa  kim  azad  edə  bilər»  [70,  133-134].  Mənsur  Həllac  da  həyatını 
Allahla ünsiyyətdə (azadlığına – K.B.) bir maneə hesab edərək deyir:  
 
«Mən həyatın həbsində ünsiyyətdən uzaq düĢmüĢəm. 
Məni bu həbsdən öz yanına götür» [143, 58].     
 
Deyilən  kəlmələrdə  vacib  bir  məsələni  vurğulayaq  ki, 
mütəfəkkirlər qurtulma və ya ölüm istəyini hərfi mənada iĢlətməmiĢlər, 
onlar  irrasional  idraklarının  müəyyən  mərhələsində  öz  nəfsani,  maddi 
xüsusiyyətlərindən  qurtulmağı  nəzərdə  tutmuĢlar.  Dionisiy  Areopaqit 
deyir: «…Yalnız tamamilə həm özündən, həm bütün varlıqlardan imtina 
etməklə, yəni hər Ģeyi özündən aralamaq, hər Ģeydən azad olmaqla sən 
Ġlahi  Zülmətin  fövqəltəbii  parıltısına  ucala  bilərsən»  [73].  Eyni  fikir 
onlardan bir neçə əsr sonra M.Ekxart tərəfindən də təkrarlanır: «…Ġnsan 
özü  özünün  köləsi  kimi  özünün  xeyirxahı  simasında  öz  «mən»indən  əl 


         İrrasional idrak  fenomeni
  

 85 
çəkməyənə  qədər,  o,  xeyirxahın  meyvələrinin  nə  dadını  bilər,  nə  onları 
yığa  bilər»  [129,  171].  Mənsur  Həllac  Allaha  belə  bir  dua  ilə  müraciət 
edir:  «Səndən  rica  edirəm  ki,  məni  məndən  alandan  sonra  məni  mənə 
qaytarma. Nəfsimi məndən gizlədəndən sonra onu mənə göstərmə» [143, 
17-18].  Yeri  gəlmiĢkən,  o  da  məlum  bir  faktdır  ki,  bəzən  insan  hətta 
azadlıq  arzusunun  belə  (maddiyyatla  bağlı  olarsa)  köləsinə  çevrilib 
azadlığını itirə bilir. 
Maraqlıdır ki, sufi mütəfəkkirlər insanların mükafat və cəza rəmzi 
olan  cənnət  arzusunu  və  cəhənnəm  qorxusunu  belə  bu  dünyaya  xas 
hisslər  kimi  əsl  azadlığa  maneə  hesab  etmiĢ  və  yalnız  Allaha  sevginin 
insanın  həqiqətə,  yəni  azadlığa  çatdıracağını  iddia  etmiĢlər.  Məsələn, 
görkəmli  sufi  qadın  mütəfəkkiri  Rabiə  əl-Ədəviyyə  insanın  əsl 
məqsədinin  istənilən  maneələrdən  daha  yüksəkdə  olduğunu,  lakin 
çoxlarının  bunu  unutduğuna  iĢarə  edərək  cənnəti  yandırıb,  cəhənnəmi 
söndürmək  istəyir  ki,  «bu  yolu  (Allaha  həqiqi  qul  olmanı,  azadlığı  – 
K.B.)  bağlayan  iki  pərdə  ortadan  qalxsın,  məqsəd  görünsün,  Tanrının 
qulları Ona ümid və qorxudan azad olaraq Ona qulluq etsinlər» [62, 38-
39].  Həllacın  da  bildirdiyinə  görə,  «Arifin  əlaməti  dünya  və  axirətdən 
azad olmaqdır» [143, 112]. Sufi Ģairi Qasimi Ənvar isə: «Sənin hüsnünə 
aĢiq olan hər iki  dünyadan azaddır», [103, 99] – deyə bildirir.  
Göründüyü kimi, insan Allahla tam vasitəsiz ünsiyyətə və bununla 
da Onun sonsuz mülkünə daxil olmağa can atır və bunun üçün onun ilahi 
sifətlərinin  üzərini  örtən  maddi  hiss  və  düĢüncələrdən  bütünlüklə 
təmizlənməyə çalıĢır. 
Deyilənlərdən  belə  məlum  oldu  ki,  insan  Mütləq  Həqiqəti 
idrakının  kulminasiya  anında  deyil,  idrak  çevrəsi  tamamlananda,  yəni 
vəhdətə çatanda dərk edir və onun mənəvi tərəfi ilə yanaĢı maddi tərəfi 
də  kamilləĢmə  zirvəsinə  yüksəlir.  Ġnsan  Ġnsan  olaraq  nə  isə  əldə  edir, 
yalnız ruh olaraq deyil. Onu da xatırladaq ki, insan ilahi sifətlərə malik, 
Ġlahi Kəlam, Allahın  yer üzərində xəlifəsidir və bu keyfiyyətlər insanın 
nə yalnız ruhuna, nə də yalnız axirət həyatı üçün verilməyib, bir xristian 
mütəfəkkirin bildirdiyi kimi, «insan adı ayrıca ruha və ya bədənə deyil, 
hər  ikisinə  bir  yerdə  verilir,  çünki  onlar  bir  yerdə  Tanrı  surətində 
yaradılmıĢdır» [108].  
Ġrrasional  anlamda  azadlıq  insanın  maddiyyatdan  uzaq  bir  halı, 
irrasional  idrakının  tamamlanmasıdır.  Lakin  burada  insan  bəĢərilikdən 
çıxmır  və  azad  olan  da  Ġnsandır.  Əslində  bu,  insanın  öz  mahiyyətində 
olan  həqiqəti  dərk  etməsidir  ki,  bunun  üçün  o,  mütləq  insan  olmalıdır, 
çünki  bu  həqiqət  yalnız  insana  verilib  və  məhz  insan  ürəyi  Allah 


Yüklə 3,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə