K. Bünyadzadə



Yüklə 3,01 Kb.
Pdf görüntüsü
səhifə31/91
tarix07.11.2017
ölçüsü3,01 Kb.
#8768
1   ...   27   28   29   30   31   32   33   34   ...   91

 82 

 
Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk
 
 
dərk  edə  və  bununla  da  onun  harmoniyasına  qoĢula  bilər.  Bu  isə  əsl 
azadlıqdır;  bu  mərhələdə  insan  bəĢərilik  çərçivəsinin  fövqünə  qalxır, 
kamil və ilahi keyfiyyətlər qazanır.  
Bildirdiyimiz  kimi,  azadlıq  irrasional  idrakın  son  məqsədi 
olduğuna görə, ona gedən yol da bu prosesə müvafiq olaraq inkiĢaf edir: 
maddidən ilahiyə, zahirdən batinə. Bunu nəzərə alaraq, irrasional idrakın 
yuxarıda  təqdim  etdiymiz  Ģərhinə  əsasən  azadlığa  can  atmanin  iki 
səbəbini ayırd etmək mümkündür: insanın öz ilahi sifətlərini bərpa etmək 
istəyi  və  ruhun  öz  mahiyyətindən  doğan  zərurət.  Eyni  məqsədə 
aparmaqlarına  və  əksər  mərhələlərdə  eyni  olmaqlarına  baxmayaraq  hər 
iki  səbəb  bir  sıra  spesifik  cəhətlərə  də  malikdirlər.  Qısa  Ģəkildə  onların 
Ģərhi ilə tanıĢ olaq. 
YaranıĢından  ilahi  sifətlərə  malik  olan  insan  səbəb-nəticə 
zəncirinin  bir  halqası  kimi  sosial  toplumun  bir  üzvünə  çevrilməklə  və 
müəyyən maddi istək və məqsədlərə yönəlməklə öz mahiyyətindən uzaq 
düĢmüĢ sayılır. Avqustin özünün həyatda yalnıĢ yaĢaması barədə Allaha 
belə danıĢır: «Mən öz yolumu sevirdim, Sənin deyil, mən qaçqın qulun 
azadlığını  sevirdim»  [70,  36].  E.Svedenborq  (1772)  da  hesab  edir  ki, 
«səmavi  insan  öz  istəyi  ilə  deyil,  onun  istəyini  təĢkil  edən  Rəbbin  xoĢ 
istəyi ilə fəaliyyət göstərir; bu cür o, mənəvi dünyası və xoĢbəxtliyi ilə 
məmnun  olur,  yəni  yer  üzünün  ucalığından  yüksəyə  qalxmaq,  eyni 
zamanda, zahiri sakitlik və məmnunluğunu saxlamaq Ġakovun (Tanrının) 
irsindən qidalanmaqdır» [117, 42].  
Eyni fikirlərə islam fəlsəfəsində də rast gəlmək mümkündür. Mə-
sələn,  sufi  Ģeyxi  BiĢr  Hafi  Səri  Səqatiyə  nəsihətində  deyir:  «Allah  səni 
azad  yaratdı,  elə  isə  yaratdığı  kimi  ol…  Allah  üçün  əməl  et,  insanları 
(cəmiyyəti) tərk et» [149, 450]. Deməli, azadlıq insanın öz mahiyyətinə 
geri  dönməsidir,  bu  isə  Allaha  həqiqi  qul  olmaqdır.  Sərrac  Tusi  də 
azadlığı «Allaha qulluğun sonu» [149, 450] kimi xarakterizə edir, çünki 
bir sufi mütəfəkkirin bildirdiyi kimi, «qul Allahdan baĢqasına kölə olana 
qədər  Allahın  həqiqi  qulu ola bilməz»  [149,  450].  Belə  məlum  olur  ki, 
azadlıq  maddiyyatın  hökmündən  qurtulub  ilahi  hökmə  tabe  olmaqdır. 
Onu  da  qeyd  edək  ki,  «hökm»  və  «tabe  olmaq»  sözləri  azadlıq  kəlməsi 
ilə  səsləĢməsə  də,  bunu  insanın  dar  çərçivədən  çıxıb  öz  təfəkkürü  ilə 
ehtiva edə bilmədiyi bir çərçivəyə daxil olması ilə müqayisə etmək olar.  
Qeyd  etdiyimiz  kimi,  irrasional  idrak  insanın  öz  ilahi 
keyfiyyətlərini  dərk  etməsi,  ilk  mahiyyətinə  geri  dönməsidir.  Bu 
baxımdan,  bütün  maddi  istəklər  fövqündə,  yalnız  Allahın  mülkündə 


         İrrasional idrak  fenomeni
  

 83 
olmaq arzusunun nəticəsi olaraq irrasional idrak baxımından azadlığı bir 
növ insanın ilahi keyfiyyətlərinin bərpası adlandırmaq olar.  
Azadlığa  aparan  ikinci  səbəb  kimi  ruhun  daxili  tələbatını  göstər-
miĢdik. Əslində, bu, demək olar ki, ilk səbəbin baĢqa cür səslənməsidir. 
Məsələyə  aydınlıq  gətirək.  Xatırladaq  ki,  irrasional  biliyin  mənbələrinə 
Ģərh verərkən onu da bildirmiĢdik ki, dövründən, elm və texnikanın inki-
Ģafından asılı olaraq bəzi mütəfəkkirlər öz görüĢlərində Allah məfhumu-
nu təbiət, substansiya, Mütləq Ġdeya və s. kimi baĢqa məfhumla əvəz et-
miĢlər və bununla da idrak prosesini idarə edən, təyin edən bir qüvvəni 
inkar etmiĢ və ya ikinci plana keçirtmiĢ, Mütləqə can atma hissini varlı-
ğın  öz  mahiyyətindən,  yaxud  insanın  öz  təfəkküründən  doğduğunu  bil-
dirmiĢlər. Məsələn, Cordano Bruno yazır: «Bir materiya digərindən yal-
nız cazibədən azad olan və cazibəyə tabe olan varlığı ilə fərqlənir. Azad 
olmaqla  o,  bütün  cazibələrdən  ucada dayanıb onları  özündə  ehtiva  edir, 
cazibədə  olanda  isə  özü  onların  hakimiyyəti  altına  düĢür,  bəzilərinə  isə 
tabe olur» [80, 26]. Ġrrasional biliyinin mənbəyi təbiət olan filosof, mən-
tiqi  olaraq,  həqiqəti  olduğu  kimi,  azadlığı  da  təbiətin  mahiyyətində 
axtarır.  
OxĢar  mövqeyə  sonralar  Hegelin  də  görüĢlərində  rast  gəlmək 
mümkündür.  «Azadlıq  ruhun  substansiyasıdır»  [84,  25]  deyən  filosof 
azadlığın kökünü «Tanrıya maddi və ruhi bənzərlikdə» deyil insanın öz 
ruhunda  axtarmağa  baĢlayır  və  bildirir  ki,  «ruhun  azadlığı  özünə  dərin-
dən nüfuz etdikcə, bu az və əhəmiyyətsiz, təbiətlə həyatı ünsiyyətə əsas-
lanan meyllər də itir. Heyvanlar, bitkilər isə, əksinə, bu ünsiyyətin hök-
mündə  qalır»  [84,  54].  Hegel  onu  da  bildirir  ki,  «ruhun  azadlığı  yalnız 
bir baĢqasından kənarda əldə edilən və o baĢqasından asılı olmamaq de-
yil. Bu baĢqasının daxilində əldə edilən azadlıq həmin baĢqadan qaçmaq-
la yox, onu aradan qaldırmaq vasitəsilə həyata keçirilir» [84, 25].
 
Demə-
li,  azadlıq  –  hökmündə  olduğun  Mütləqə  çatıb  Ona  qovuĢmaq,  mütləq-
ləĢməkdir.  Hegelin  fikrinə  görə,  «içində  zərurət  olmayan  azadlıq  və 
azadlıqsız quru zərurət mahiyyətcə mücərrəd və deməli, həqiqi olmayan 
anlamlardır.  Azadlıq  mahiyyətcə  konkretdir  və  əbədi  Ģəkildə  özündə 
təyin edilib, deməli, eyni zamanda, həm də zərurətdir» [83, 143]. Ġnsan 
əsl azadlığı da ruhu azad olanda əldə edir və bu canatma bir zərurətdir.  
Deyilənlərdən belə məlum oldu ki, azadlığa aparan ikinci səbəbin 
nə  inkiĢaf  mərhələsi,  nə  də  nəticəsi  birincidən  fərqlənir.  Fərq  yalnız 
bundadır ki, birincidə prosesi idarə edən, nümunə verən və hədd qoyan 
bir  Mütləq  qüvvə  mövcuddur.  Ġkincidə  isə  bu  imkan  və  keyfiyyətlərin 


Yüklə 3,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə