K. Bünyadzadə



Yüklə 3,01 Kb.
Pdf görüntüsü
səhifə39/91
tarix07.11.2017
ölçüsü3,01 Kb.
#8768
1   ...   35   36   37   38   39   40   41   42   ...   91

 100 

 
Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk
 
 
tərəfindən  yaradılmıĢ  Sen-Viktoriya  mistik  məktəbini  göstərmək  olar. 
Onların  bildirdiyinə  görə,  «elm  ya  maddi  maraqlara  qulluq  edir,  ya  da 
Allaha  sevgiyə  gətirib  çıxarır.  Varlığı  dərk  etmənin  üç  üsulu  var: 
birincisi, hisslər vasitəsilə əĢyaların zahirini öyrənən təfəkkürlə; ikincisi, 
özünü,  yəni  öz  ruhunu  öyrənməyə  istiqamətli  anlam  təfəkkürü  ilə; 
üçüncüsü isə, ən ali üsul  olan sezməklə – onun vasitəsi ilə Allahı intuitiv 
yolla dərk etmək mümkündür» [88].  
DünyagörüĢlərində bu və ya digər dərəcədə irrasional təfəkkürdən 
istifadə  edən,  bütünlükdə  isə  rasional  təfəkkürə  üstünlük  verən  adı 
çəkilən  fəlsəfi  məktəblərin  və  nümayəndələri  ilə  yanaĢı,  sırf  irrasional 
istiqamətdə  düĢünüb  yazan  mütəfəkkirlər,  məktəb  və  cərəyanlar  da 
fəaliyyət göstərmiĢlər.   
Ġlk  dəfə  ilahi  vəhy  və  əql  arasında  heç  bir  fərq  qəbul  etməyən, 
görüĢlərində  Dionisiy  Areopaqit  mistikasına  istinad  edən  Ġoann  Skott 
Eriuqena  (877)  bildirir  ki,  həqiqi  din  həqiqi  fəlsəfədir  və  əksinə,  birini 
inkar  edən  digərini  də  inkar  etmiĢ  olur.  Mütəfəkkir  var  olan  aləmin 
əslində Allahın təzahürü olduğunu iddia edir: «ĠnkiĢaf prosesi Allahdan 
dünyaya  və  əksinə  gedir.  Hər  Ģeyin  tək  Allaha  qayıtması  Onun 
xarakterini açıqlayır. O, dörd pillədə açıqlanır:  
1) yaradılmamıĢ, eyni zamanda yaradan təbiət;  
2) yaradılmıĢ, eyni zamanda yaradan təbiət;  
3)  yaradılmıĢ və yaratmayan təbiət;  
4) yaradılmamıĢ və yaratmayan təbiət.  
Bununla  da  Allah  bütün  kosmosun  əvvəli,  ortası  və  sonu  olur» 
[88].  Maraqlıdır  ki,  mütəfəkkir  Allahın  bütün  keyfiyyətləri  ilə  bərabər, 
Onun  Yaradan  sifətini  də  yaradılmıĢa  Ģamil  edir.  Bunu  Yaradanın  bir 
növ öz yaratdığı vasitəsilə yaradılmıĢ dünyada fəaliyyət göstərməsi kimi 
də izah etmək olar. Eriuqenanın fikirlərində digər əhəmiyətli cəhət onun 
inkiĢaf prosesini Allahdan məxluquna olduğu kimi, məxluqdan da Allaha 
doğru yüksələ bilməsini vurğulamasıdır.  
Həmin dövrün digər irrasional təfəkkürlü filosofları kimi Aristotel 
fəlsəfəsini  panteist  ruhda  Ģərh  edən  Dinantlı  Davidin  (XII  əsr)  və 
Renessans dövründə təbiət fəlsəfəsi üçün zəmin yaratmıĢ, «orta əsr təbiət 
mənzərəsini  sarsıdan»  [37,  194]  Kuzanlı  Nikolayın  (1464)  adlarını 
çəkmək olar.  
Orta  əsrlərdə  xristianlığı  «həm  bidətçilərdən  qorumaq,  həm  də 
həqiqi  xristianlığı  yenidən  diriltmək  məqsədi  ilə»  [37,  147]  ispaniyalı 
Dominik  (1221)  və  italiyalı  Assisili  Fransisk  (1226)  tərəfindən 
dominikan və fransiskan dini təriqətləri yaradıldı. Dominikan məktəbinin 


       
Orta əsrlərin fəlsəfi təfəkkür kontekstində irrasional idrak
 

 101 
ən  görkəmli  nümayəndələri  Böyük  Albert  və  Foma  Akvinskidir  ki, 
təlimləri  bu  günə  kimi  katolik  kilsəsinin  rəsmi  fəlsəfəsi  hesab 
edilməkdədir.  Onun  kimi  Fransiskan  məktəbi  də  Avqustin  fəlsəfəsinə 
istinad  etməsinə  baxmayaraq  o,  özünün  mistik  istiqaməti  ilə 
fərqlənmiĢdir.  Ən  görkəmli  nümayəndəsi  kimi  Qərb  fəlsəfə  tarixində 
ilahi  nur  haqqında  daha    sistemli  görüĢ  təqdim  edən  Bonaventuranı  
(1274) göstərmək olar.  
Din  fəlsəfəsinin  sistemləĢməsi  dövründə  Ġslam  ġərqində  fəlsəfi 
fikir  daha  mürəkkəb  və  zəngin  inkiĢaf  yolu  keçmiĢdir  və  bu  dövr  bəzi 
fəlsəfə  tarixciləri  tərəfindən  Ġslam  ġərqinin  Renessans  dövrü  kimi 
xarakterizə  edilir.  Təqribən  XI-XIII  əsrləri  əhatə  edən  bir  müddətdə 
əsasən məĢĢailik və təsəvvüf özlərinin fəlsəfi sistemlərini dünya fəlsəfə 
tarixinə daxil edə bilmiĢlər.. 
Ġslam filosoflarından Ġbn Sina (1037) və Ġbn RüĢd (1198) məĢĢaili-
yin inkiĢaf tarixində müstəsna rola malikdirlər. Buna səbəb həm onların 
fəlsəfi görüĢlərinin daha sistemli təqdimi, həm də Qərb fəlsəfəsinə təsir-
ləri olmuĢdur. Belə ki, məhz onların fəlsəfi sistemləri vasitəsi ilə qərbli-
lər Platon və Aristotel fəlsəfəsini daha dərindən tanıyıb dərk etmiĢlər. 
Onu da qeyd edək  ki, hər  nə qədər Ġbn Sina məĢĢai filosof hesab 
edilsə  də,  onun  fəlsəfi  görüĢlərində  irrasional  xətlər  açıq-aĢkardır  və  o, 
tez-tez  təsəvvüf  fəlsəfəsinin  metodlarına  müraciət  etmiĢdir,  bu  səpgidə 
bir  sıra  qısa  həcmli  risalələr  yazmıĢdır.  Bundan  baĢqa,  bəzi  mənbələrin 
verdiyi  məlumata  görə,  ömrünün  son  illərində  ümumiyyətlə  «məĢĢailik 
yolundan ayrılaraq, özünün iĢraq adını verdiyi, həqiqətə mistik və təcrübi 
yanaĢma  istiqamətində  kəskin  bir  arzu  duydu»  [37,  297].  Zənnimizcə, 
onun  sufi  ruhda  yazdığı  «Hayy  b.  Yəqzan»  alleqorik  əsəri  məhz  bu 
ideyaları ehtiva edən bir əsərdir.  
Ġbn  Sina  həm  Qərbdə,  həm  də  ġərqdə  çoxlu  sayda  davamçılar 
tapmıĢ  bir  filosofdur.  Onun  təsiri  ilə  məĢĢailik  fəlsəfəsi  Ġslam  ġərqinin 
ġərq  bölgəsində  –  Azərbaycanda  geniĢ  yayılmağa  baĢlamıĢdır.  Burada 
fəaliyyət  göstərən  məĢĢai  filosoflardan  Ġbn  Sinanın  tələbəsi  Əbülhəsən 
Bəhmənyar  b.  Mərzbanın  (1066),  onun  tələbəsi  Nəsirəddin  Tusinin, 
Əsirəddin Əbhərinin və digərlərinin
1
 adlarını çəkmək olar.  
Ġbn  Sinadan  fərqli  olaraq  Ġbn  RüĢd  Ġslam  ġərqində  deyil,  əsasən 
Qərbdə  daha  çox  həmfikirlər  tapa  bilmiĢ  və  Qərb  fəlsəfəsində  ayrıca 
fəlsəfi  məktəb  formalaĢdıracaq  qədər  güclü  təsir  və  nüfuza  sahib 
                                                 
Azərbaycanda  məĢĢailiyin  inkiĢafı  və  nümayəndələri  haqqında  geniĢ  bax:  [19; 
94} 


Yüklə 3,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə