K. Bünyadzadə



Yüklə 3,01 Kb.
Pdf görüntüsü
səhifə41/91
tarix07.11.2017
ölçüsü3,01 Kb.
#8768
1   ...   37   38   39   40   41   42   43   44   ...   91

 104 

 
Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk
 
 
səhifə  olmuĢ  ĠĢraqilik  fəlsəfəsi,  öz  banisi  ġihabəddin  Sührəvərdinin 
(1191)  bildirdiyi  kimi,  qədimdən  bəri  qopmayan  silsilə  ilə  müxtəlif 
formalarda  və  Ģəxslərin  simasında  təzahür  edən  «nur  elmi»dir.  Fəlsəfə 
tarixində  daha  çox  müstəqil  bir  fəlsəfə  kimi  təqdim  edilən  iĢraqiliyin 
tarixi  və  fəlsəfəsinin  tədqiqi  göstərir  ki,  o,  təsəvvüfün  «nur»  Ģəklində 
təzahürü,  rasional  və  irrasional  təfəkkürü  özündə  sintezləĢdirən  bir 
təfəkkür formasıdır.  
Beləliklə, dövrün fəlsəfi mənzərəsinin qısa təqdimindən belə aydın 
oldu ki, dövrün rasional təfəkkürünün istiqamətini əsasən «yad düĢüncə» 
–  Qərbdə  bu  təsir  Qədim  Yunan  və  Ġslam  fəlsəfəsi,  ġərqdə  isə  Qədim 
Yunan fəlsəfəsi – təyin etmiĢdir. Bir faktı da vurğulayaq ki, məhz Qədim 
Yunan fəlsəfəsi ilə daha tez və yaxından tanıĢlıq Ġslam ġərqində fəlsəfi 
düĢüncənin qısa müddətdə nəinki formalaĢıb sistemləĢməsinə, hətta onu 
özündən bir neçə əsr «böyük» Qərb fəlsəfəsinin istiqamətini təyin edəcək 
qüvvə səviyyəsinə qalxmasına səbəb olmuĢdur.  
Dövrün  təhlilindən  o  da  məlum  oldu  ki,  Qərb  və  ġərq  fəlsəfə 
tarixləri arasında  müəyyən  oxĢarlıqlar  müĢahidə  edilməkdədir.  Bununla 
belə,  əhəmiyyətli  hesab  etdiyimiz  bir  fərqə  xüsusi  diqqət  yönəltməyi 
lazım  bilirik.  Rasional  təfəkkürdə  oxĢarlıq  və  ya  paralellik  onların  ya 
eyni  mənbədən  (Platon,  Aristotel  və  b.)  istifadə  etməklərindən,  ya  da 
birinin digərinə (Ġslam fəlsəfəsinin Qərbə) təsirindən irəli gəlmiĢdir. Eyni 
sözləri tam mənası ilə irrasional istiqamət haqqında demək çətindir. Bəzi 
istisnalar  olmaqla  bir  bölgənin  irrasional  təfəkkürünün  digər  bölgəyə 
təsiri  barədə  əlimizdə  heç  bir  məlumat  yoxdur.  Bununla  belə,  Qərb  və 
ġərq fəlsəfə tarixində irrasional təfəkkürün tədqiqindən belə məlum olur 
ki, hər iki bölgənin mütəfəkkirləri eyni problemləri tam oxĢar olmasa da, 
yaxın tərzdə həll etməyə çalıĢmıĢlar. Bunu deməyə bizə əsas  verən, IV 
fəsildə  təqdim  edəcəyimiz  və  əsasən  ikinci  dövrdə  fəaliyyət  göstərmiĢ 
filosofların dünyagörüĢlərinin müqayisəli təhlilidir. Maraqlıdır ki, hər nə 
qədər  irrasional  idrakın  fərdiliyindən  və  subyektivliyindən  danıĢsaq  da, 
müqayisəli  təhlildə  ortaya  çıxan  oxĢarlıqlar  danılmazdır.  Lakin  nəzərə 
alsaq  ki,  irrasional  idrakın  ilk  mənbəyi  Müqəddəs  Kitabdır  və  bütün 
səmavi  dinə  etiqad  edənlər  eyni  mənbədən  nazil  olan  Kitabı  oxuyurlar 
(Quran  2/113)  və  öz  irrasional  düĢünmələrində  Vahid  Allahdan  bilik 
alırlar  onda  müxtəlif  bölgəyə  məxsus  mütəfəkkirlərin  görüĢlərindəki 
oxĢarlıq təəccüb doğurmaz. 
Nəhayət, onu da əlavə edək ki, məhz din fəlsəfəsinin, o cümlədən 
irrasional  təfəkkürün  sistemləĢdiyi  bir  dövrdə  bu  oxĢarlıq  daha  qabarıq 
və nəzərə çarpan olmuĢdur. 


       
Orta əsrlərin fəlsəfi təfəkkür kontekstində irrasional idrak
 

 105 
 
 
Dinin fəlsəfədən ayrılması dövrü 
 
Tədqiq  edəcəyimiz  üçüncü  dövr  fəlsəfə  tarixi  kitablarında  Qərb 
fəlsəfə  tarixinə  müvafiq  olaraq  Renessans  dövrü  adlandırılır  və  onun 
baĢlanması Orta əsrlərin sonu hesab edilir. Lakin bir sıra səbəblərdən biz 
bu  zaman  kəsiyini  də  araĢdırma  dövrümüzə  aid  etmək  qərarına  gəldik. 
Əvvəla,  bu  dövrləĢmə  yalnız  Qərbə  aid  olub  ġərq  fəlsəfəsini  kölgəyə 
çəkilməyə məcbur edir. Deməli, əgər eyni prinsiplə ġərq fəlsəfə tarixinə 
görə  bölgü  aparsaq  Qərb  fəlsəfəsinin  uzun  əsrlərini  dərsliklərdən 
çıxartmalı  olardıq,  necə  ki,  hazırda  ġərq  fəlsəfəsini  çıxardırlar.  Digər 
tərəfdən,  bizim  məqsədimiz  hansı  regionda  Renessansın  daha  tez 
baĢlamasını təyin etmək, yaxud fəlsəfə tarixində yeni dövrləĢmə sistemi 
aparmaq deyil, irrasional təfəkkürün qanunauyğunluqlarını izləməkdir və 
ilk iki dövrdə yaratmağa çalıĢdığımız fəlsəfi mənzərənin tamamlanması 
üçün üçüncü dövrə də ehtiyac var idi. Bu səbəbdən biz bəzi Ģərtilikləri 
kənara  qoyaraq  bu  illəri  də  tədqiqat  dövrümüzə  aid  etməyi 
məqsədəuyğun hesab etdik. 
Qeyd  etdiyimiz  kimi,  sonuncu  dövr  Qərb  fəlsəfə  tarixində 
Renessans  illərini  (XVI-XVII  əsrlər)  əhatə  edir  və  bu  müddətdə  fəlsəfi 
fikir  elm  və  texnikanın  inkiĢafına  müvafiq  olaraq  bir  neçə  yerə 
parçalandı: humanizm, atomizm, aristotelizm, platonizm, təbiət fəlsəfəsi 
və  s.  Lakin  mövzumuza  uyğun  olaraq  biz  bu  fəlsəfi  cərəyanları  iki 
istiqamətdə qruplaĢdırırıq: rasional və irrasional. 
Elmi  ədəbiyyatlardan  məlum  olduğu  kimi,  fəlsəfəni  dinin 
xidmətçiliyindən  çıxaran  Renessans  dövründə  fəlsəfə  yalnız  din 
xadimlərinin  «peĢə  sahəsi»  olmaqdan  çıxdı  və  katolik  kilsəsinin 
divarlarını  aĢdı.  Bunu  təqribən  bəlli  arxla  axan  bir  çayın  məcrasından 
çıxmasına bənzətmək olar. Belə ki, «Orta əsrlər düĢüncəsinin birliyi var 
idi;  bu  düĢüncənin  irəlilədiyi  yol  da  bir  idi;  çatmaq  istədiyi  məqsəd  də 
bir  idi.  Renessansda  isə  bu  birlik  pozuldu;  artıq  həqiqətə  yol  bir  dənə 
deyildi, artıq düĢüncənin üzərinə düĢən mövzu da bir dənə deyildi» [37, 
164]. Dövrün filosofları fəlsəfəni nəinki dinin xidmətindən azad etdilər, 
hətta ümumiyyətlə ondan uzaqlaĢdırmağa çalıĢdılar və elmin, texnikanın 
inkiĢafı  bunun  üçün  əlveriĢli  zəmin  hazırlamıĢ  oldu.  Yeni  rasional 
təfəkkür sxolastikanı fəlsəfə tarixindən silib «yeniyə (yeni düĢüncəyə  – 
K.B.)  ölçü  verərək,  demək  olar  ki,  antik  dövrün  sonlarının  qoyduğu 
yerdən  iĢə  baĢladı»  [37,  167].  Renessans  dövrünün  məĢğul  olduğu 


Yüklə 3,01 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə