K. Bünyadzadə



Yüklə 3,01 Kb.
Pdf görüntüsü
səhifə38/91
tarix07.11.2017
ölçüsü3,01 Kb.
#8768
1   ...   34   35   36   37   38   39   40   41   ...   91

 98 

 
Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk
 
 
formalarının  özlərinə  də  təsir  göstərən  irrasional  idrak  bu  dövrdə 
müstəqil fikir istiqaməti kimi formalaĢmağa baĢlayır.  
 
 
Xristian və islam fəlsəfəsinin sistemləşməsi 
və qarşılıqlı təsiri dövrü 
 
Ġlk dövrdə fəlsəfi düĢüncənin sistemləĢməsi və daha bitkin Ģəkildə 
təqdimi  üçün  kifayət  qədər  zəmin  hazırlanmıĢdı.  Həm  Qərbdə,  həm  də 
ġərqdə  dəyərli  traktatlar  yazılmıĢ,  böyük  filosof  və  mütəfəkkirlər 
yetiĢdirəcək fəlsəfi məktəb və cərəyanlar yaradılmıĢdı.  
Qərbdə sxolastik fəlsəfənin təĢəkkülü və inkiĢafı ilə üst-üstə düĢən 
bu 
dövr 
əsasən  (IX  –  XVI  əsrlər)  Patristika  fəlsəfəsinin 
sistemləĢdirilməsi  və  əksər  filosofların  dünyagörüĢündə  bilginin  imana 
qulluq etməsi ilə səciyyələnir. Bu dövr həmçinin Qərb fəlsəfəsinin Ġslam 
mütəfəkkirlərinin və onlar vasitəsilə Qədim Yunan filosoflarının əsərləri 
ilə daha yaxından tanıĢ olması və bu faktorun Qərb fəlsəfi düĢüncəsinə 
fərqli  bir  istiqamət  verməsi  ilə  xarakterikdir.  Hər  nə  qədər  «heç 
kimsənin,  heç  bir  xalqın  malı  olmayan,  Ģəxsi  olmayan,  katolik  kilsəsi 
çərçivəsində toplanmıĢ bütün xristiyanların ortaq malı olan» bir «qapalı 
sistem»  [37,  163]    kimi  xarakterizə  edilsə  belə,  bir  çox  fəlsəfə 
tarixçisinin  durğun,  yekrəng  təsvir  etdiyi  bu  dövrdə  əsasən  üç  fikir 
istiqaməti  ayırmaq  mümkündür:  sxolastik,  fəlsəfi  və  irrasional.  Yeri 
gəlmiĢkən,  xatırladak  ki,  təfəkkürün  dini,  yaxud  fəlsəfi  olması  onun 
rasionallığının və ya irrasionallığının göstəricisi deyil. 
Məlum  olduğu  kimi,  Qərbdə  sxolastik  fəlsəfənin  inkiĢaf  tarixi 
tədqiqatçılar  tərəfindən  üç  dövrə  bölünür:  təĢəkkülü  (IX-XIII  əsrlər), 
yüksəlməsi (XIII-XIX əsrlər) və tənəzzülü (XIV-XVI əsrlər).  
Bildirdiyimiz  kimi,  Patristika  dövründə  Yunan  filosoflarından 
daha  çox  Platon  oxunur  və  istinad  edilirdi.  Bu  səbəbdən  bəzən  həmin 
dövrə  «platonizm  damğası»  [37,  139]  vururlar.  Sxolastika  dövründə 
Platon  metafizikasının  yanına  baĢda  Aristotel  məntiqi  olmaqla, 
Porfirinin,  Evklidin,  Siseronun  əsərləri  də  əlavə  edildi.  Bu  amil  dini 
xarakter  daĢıyan  bir  istiqamətdə  fəlsəfi  xəttin  yaranmasına  və  geniĢ 
yayılmasına  gətirib  çıxartdı.  Digər  məlum  faktlardan  biri  də,  qeyd 
etdiyimiz  kimi,  sxolastika  fəlsəfəsində  Ġslam  filosoflarının  əhəmiyyətli 
rol oynamasıdır. Ġslam ġərqində geniĢ vüsət almayan, Ġbn RüĢddən sonra 
demək  olar  ki,  tənəzzülə  uğrayan  məĢĢailik  Qərbdə  böyük  fikir 
rezonansına səbəb oldu. Kifayət qədər nüfuz sahibi olan və artıq sistemli 


       
Orta əsrlərin fəlsəfi təfəkkür kontekstində irrasional idrak
 

 99 
bir  ideologiyaya  çevrilmiĢ  xristianlıq  (katolik  kilsə)  baĢqa  fəlsəfi 
düĢüncələrdən  aldığı  ideyaları  öz  fəlsəfəsinin  sistemləĢdirilməsində 
ustalıqla  istifadə  etmiĢdir.  Bu  iĢdə  ən  böyük  xidmət,  Ģübhəsiz,  Böyük 
Albertə (1280) və Foma Akvinskiyə (1274) aiddir. Belə ki, Böyük Albert 
ilk olaraq Aristotelin ideyalarını xristianlığın sistemləĢməsi üçün istifadə 
etməyə  çalıĢmıĢdır.  Onun  yolunu  sonralar  Foma  Akvinski  davam 
etdirmiĢ, Platon fəlsəfəsini də öz sisteminə əlavə etmiĢdir.  
Bununla  belə,  istər  Ġslam  fəlsəfəsi,  istərsə  də  Qədim  Yunan 
fəlsəfsinin geniĢ məzmunu yalnız sxolastika çərçivəsində qala bilməzdi. 
Bu dövrdə təĢəkkül tapmıĢ fəlsəfi düĢüncəni məĢğul olduğu problemlərə 
əsasən iki istiqamətə ayırmaq olar: nominalizm və realizmin münasibəti 
və  Allahın  varlığının  sübutu.  Onu  da  qeyd  edək  ki,  hər  iki  problemin 
həllində filosoflar məhz rasional vasitələrə istinad etmiĢlər. Buna səbəb, 
zənnimizcə,  onların  ilk  növbədə  istinad  etdikləri  Aristotel,  Ġbn  Sina  və 
Ġbn  RüĢd  fəlsəfəsi  olmuĢdur.  Bu  dövr  filosoflarından  Anselm 
Kenterberiyskinin  (1109),  Pyer  Abelyarın  (1142),  ġartr  (1028),  Sen 
Viktorian  (1141),  Sisterian  məktəblərinin  (təqr.  1152),  Latin 
averroizminin (1240 – 1281) nümayəndələrinin adlarını çəkmək olar. 
Qeyd etdiyimiz kimi, tədqiq etdiyimiz dövrdə irrasional təfəkkür 
də müstəqil istiqamət üzrə inkiĢaf etmiĢdir. Hər Ģeydən əvvəl bildirək 
ki,  bu  dövrün  xarakterik  cəhətlərindən  biri  də  bəzi  filosofların  dünya-
görüĢlərində  rasional  və  mistik  təfəkkürün  bir-birindən  aydın  Ģəkildə 
fərqlənməməsi  olmuĢdur.  Bunun  bariz  nümunəsi  olaraq  panteizmin 
növlərindən biri olan aristotelçi panteizmi göstərmək olar. Bundan baĢ-
qa, məsələn, keĢiĢ Fulbert (1028) tərəfindən yaradılmıĢ ġartr məktəbi-
nin  nümayəndələri  «yaradıcı  qüvvə  kimi  təbiətin  özünü  görürdülər  və 
bunu bədii Ģəkildə təqdim etməyi üstün tuturdular. Burada Qərbdə ilk 
dəfə olaraq ərəb dilindən latın dilinə tərcümə edilmiĢ antik atomçuların 
–  Demokritin,  Epikürün,  Lukretsinin  ideyaları  öyrənilirdi»  [88].  Onu 
da  əlavə  edək  ki,  ġartr  məktəbinin  iki  ideya  mənbəyi  var  idi:  Platon 
metafizikası və Aristotel məntiqi. ġartr məktəbinin əleyhinə yaradılmıĢ 
Sisterian  məktəbinin  nümayəndəsi  Klervolu  Bernar  isə  rasionalizmi 
ümumiyətlə rədd edib yalnız mistik düĢüncəni qəbul etmiĢdir [88].
 
 
Onu da bildirək ki, mütəfəkkirlərin dünyagörüĢlərində rasional və 
irrasional notların fərqlənməməsi, zənnimizcə, həm ümumiyyətlə həmin 
dövr  filosoflarının  Platon  metafizikasına,  həm  də  rasional  və  irrasional 
təfəkkürü  öz  görüĢlərində  mükəmməl  Ģəkildə  sintezləĢdirən  Avqustinə 
istinad  etmələrindən  irəli  gəlmiĢdir.  Sxolastika  və  mistikanın  sintezinin 
əsas  tərəfdarı  kimi  Paris  yaxınlığında  ġampolu  Gilyom  (XII  əsr) 


Yüklə 3,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə