K. Bünyadzadə



Yüklə 3,01 Kb.
Pdf görüntüsü
səhifə46/91
tarix07.11.2017
ölçüsü3,01 Kb.
#8768
1   ...   42   43   44   45   46   47   48   49   ...   91

 116 

 
Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk
 
 
fəlsəfi  dünyagörüĢlərin  bir  çox  spesifik  cəhətləri  və  bununla  da  Ġslam 
ġərqinin fəlsəfə tarixinin zəngin səhifələri kölgədə qoyulmuĢ olur.  
Yeni  terminlərin  daxil  edilməsinə  gəlincə,  onların  əvvəlki 
terminlərin  tərcüməsi  olduğunu  və  məqsədin  ya  panteizmi  bir  növ 
ĢərqləĢdirmək,  ya  da  onun  vəhdət  əl-vücudla  fərqini  ön  plana  çəkmək 
olduğunu  nəzərə  alaraq,  bunu  təqlidçilik  kimi  izah  edir  və  belə  hesab 
edirik ki, müdafiə mövqeyi tutmaq deyil, hər iki məfhumun mahiyyətini 
açıqlayıb oxucunun hökmünə vermək lazımdır.  
AraĢdırdığımız  tədqiqat  əsərlərində,  fəlsəfə  tarixi  kitablarında 
panteizm  müxtəlif  aspektlərdən  öyrənilərək  növlərə  bölünmüĢdür. 
Məsələn,  «ənənəvi  olaraq  fəlsəfə  tarixçiləri  tərəfindən  panteizmin  iki 
növü  göstərilir:  a-kosmik  və  a-teist.  Panteist  sistemlərdə  ya  ilahinin 
varlığı sonlu varlıqda itir və dünya Tanrının yerinə keçir, ya da əksinə, 
təbiətin  varlıqları  ilahinin  varlığı  tərəfindən  udulur  və  Tanrı  dünyanın 
yerinə keçir. Buradan da panteizmin iki əsas növü ayrılır: naturalistik və 
idealist və ya ateistik kosmizm və akosmik panteizm» [127]. Problemlə 
bağlı düĢüncələrdən belə bir nəticə çıxartmaq olar ki, panteist düĢüncələr 
iki  istiqamətdə  inkiĢaf  edə  bilər:  Yaradanın  mütləqləĢdirilməsi  ilə 
yaradılanların  heçə  endirilməsi  və  yaradılanların  mahiyyətinin 
mütləqləĢdirilməsi  ilə  Yaradan  məfhumundan  imtina  edilməsi.  Birinci 
istiqamətdə monoteizm müəyyən mənada saxlandığı halda, ikincidə hər 
Ģeyi maddiləĢdirməklə ateizmə və materializmə meyl yaranır.  
Bununla 
yanaĢı, 
qeyd 
etdiyimiz 
kimi, 
filosofların 
dünyagörüĢlərindəki  panteist  mövqelərin  araĢdırılması  da  onun  yeni 
növlərinin yaranmasına səbəb olmuĢdur. Belə ki, orta əsrlər ərzində Qərb 
fəlsəfəsində  panteizmin  təqribən  altı  forması  haqqında  məlumat  verilir. 
Onu  da  bildirək  ki,  bu  bölgünü  formal  xarakterli  qəbul  etsək  də, 
filosofların  görüĢləri  arasındakı  kiçik,  lakin  vacib  fərqlərin  Ģərhi  ilə 
panteizmi daha ətraflı və dərindən araĢdırmağı məqsədəuyğun bildik və 
təhlilimizi bu bölgü üzrə aparmaq qərarına gəldik.  
Filosofların  panteizmlə  əlaqəli  görüĢlərinin  Ģərhinə  keçməzdən 
əvvəl,  mövzumuzun  fikir  istiqamətini  ön  plana  çəkərək,  irrasional 
idrakın  iki  vacib  xüsusiyyətini  bir  daha  vurğulamağı  lazım  bilirik. 
Əvvəla,  irrasional  biliyin  mənbələri  sırasında  məhz  Allah  –  təbiət  və 
Allah  –  insan  sintezlərinin  panteistik  görüĢlərə  zəmin  yaratdığını  qeyd 
etmiĢdik.  Yəni  hər  iki  mənbəni  sintez  Ģəklində  qəbul  edən,  onların  ya 
əvvəldən, ya da inkiĢaf sonunda eyni mahiyyətə sahib olmaqlarını iddia 
edən mütəfəkkirlər fəlsəfə tarixində panteist kimi təqdim olunmuĢlar. 


İrrasional idrakın spesifik jəhətləri
  

 117 
Ġkinci vacib məsələ, irrasional idrak prosesinin kulminasiya anı ilə 
əlaqəlidir.  Qeyd  etdiyimiz  kimi,  insan  bu  anda  can  atdığı  mütləqlə  qo-
vuĢur, eyniləĢir. Mənbəyindən asılı olaraq bu Mütləq bir tərəfdən Allah, 
digər tərəfdən təbiət yaxud insan özü ola bilər, yəni panteizm  məhz bu 
anın – qovuĢma, eyniləĢmə, ikiliyin yox olması anının ifadəsidir.     
Panteizmin  digər  növləri  arasında  daha  çox  yayılan  və 
monoteizmə daha çox yaxınlığı ilə fərqlənən idealist panteizmdir. Onun 
görkəmli  nümayəndələrinin  görüĢlərinin  Ģərhinə  keçməzdən  əvvəl  bir 
sıra spesifik xüsusiyətlərini qeyd edək. 
Əvvəla, 
idealist 
panteizmdə 
Tanrı-aləm 
münasibətinin 
açıqlanmasında  əsasən  iyerarxik  sistemə  müraciət  edilmiĢdir  və  bunu 
daha çox irrasional təfəkkürə xas sistem kimi qəbul etmək olar. Bununla, 
əvvəla, Tanrı ilə ən kiçik məxluq arasında əlaqənin mövcudluğu nəzərə 
çatdırılır.  Ġkincisi,  yaradılıĢ  aktında  maddi  dünya  fövqündə  digər 
aləmlərin də mövcudluğu təsdiqlənməklə yanaĢı, hər birinin əhəmiyyəti 
və rolu da açıqlanır, eyni zamanda, hər məxluqun öz (!) yerinin olması 
da  görünür.  Nəhayət,  üçüncüsü,  Tanrının  verdiyi  bacarıq  və  hikmət 
vasitəsilə  Ģüurlu  məxluqun  geriyə,  yəni  yuxarıya  doğru  inkiĢafının 
mümkünlüyü, ən əsası isə bu yolun fərdiliyi vurğulanır.  
Ġdealist  panteizmin  izlərini  qədim  dövrün  bir  sıra  filosoflarında 
müĢahidə etmək mümkün olsa da, nəzərə alaraq ki,  həm Qərb, həm də 
ġərq fəlsəfə tarixində  panteizmin  kökləri əsasən  Qədim  Yunan  filosofu 
Plotinin görüĢləri ilə əlaqələndirilir, hətta ondan qaynaqlandığı bildirilir, 
onun da Tanrı-aləm problemi ilə bağlı fikirləri ilə qısaca tanıĢ olaq. 
Yeri  gəlmiĢkən,  onu  da  qeyd  edək  ki,  Plotinin  yaradılıĢ 
iyerarxiyası sonralar ġərq peripatetiklərinin də təməl prinsipinə çevrilmiĢ 
və  Ġslam  ġərqinin  hakim  dininin  qanunları  ilə  kreatsionizmlə,  Vahid 
Yaradan – Allah anlamı ilə uyğunlaĢdırılmıĢdır. 
Antik  dövrün  sonuncu  filosofu  hesab  edilən,  yeniplatonçuluğun 
qurucusu  Plotinin  fəlsəfi  görüĢlərində  sələfindən  (Platondan)  fərqli 
olaraq yaradılıĢ aktına daha geniĢ yer ayrılmıĢdır. Onun fəlsəfəsində artıq 
iki  istiqamətli  proses  müĢahidə  etmək  mümkündür:  ilk  səbəbdən,  Ali 
Varlıqdan  aĢağı  –  maddi  varlıqlara  doğru  və  əksinə,  yaradılandan,  nis-
bidən ən uca varlığa – Ġlahi Ağıla, Mütləqə qədər davam edən bir inkiĢaf.  
Ġlk  əvvəl  onu  bildirək  ki,  Plotin  fəlsəfəsində  iyerarxiyanın 
zirvəsində  dayanan  Ġlk  Səbəb  Yaradıcı  deyil  və  yaradılıĢ  Onun 
iradəsinin,  istəyinin  deyil,  düĢünməsinin  nəticəsidir.  O,  düĢünməyi 
bacarır  və  bu  düĢünmə  nəticəsində  yaradılıĢ  öz-özünə  baĢ  verir:  «Ruh 
bilavasitə Yaradandır. Ruhun Ġlahi Ağıl tərəfindən yaradılması aspektinə 


Yüklə 3,01 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə