K. Bünyadzadə



Yüklə 3,01 Kb.
Pdf görüntüsü
səhifə45/91
tarix07.11.2017
ölçüsü3,01 Kb.
#8768
1   ...   41   42   43   44   45   46   47   48   ...   91

 114 

 
Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk
 
 
nəzərdə  tutmuĢuq.  Məlum  olduğu  kimi,  fəlsəfə  tarixində  bu  problemin 
qoyuluĢundan (ilk səbəb – nəticə, ideya – materiya, Xaliq-məxluq və s.) 
və  onun  araĢdırılmasından  asılı  olaraq  müxtəlif  təlim  və  nəzəriyyələr 
yaranmıĢdır:  materializm,  idealizm,  panteizm,  dualizm  və  s.  Ġrrasional 
idrakın mahiyyətini, əsas prinsiplərini nəzərə alaraq bildirmək olar ki, bu 
təfəkkür  növü  üçün  xarakterik  olan  dünyagörüĢlər  əsasən  panteism  və 
vəhdət əl-vücud Ģəklində ifadə olunmuĢlar. Hər ikisinin mürəkkəbliyini 
və  çox  geniĢ  miqyasda  yayıldığını,  bəzi  anlarda  alimlər  tərəfindən  ya 
tamamilə  eyniləĢdirildiyini,  ya  da  qəti  Ģəkildə  bir-birinə  zidd 
qoyulduğunu  və  onların  ümumiyyətlə  irrasional  idrakın  son  nəticəsi 
olduğunu  nəzərə  alaraq  əvvəlcə  panteizmin  Qərb  və  ġərq  təfəkküründə 
növlərini  araĢdırmıĢ,  daha  sonra  isə  ayrıca  vəhdət  əl-vücudun 
mahiyyətini Ģərh etmiĢik.  
 
 
Qərbdə panteizm  
 
Panteizm termininin izahı bütün fəlsəfə lüğətlərində, kiçik fərqlər 
nəzərə  alınmazsa,  eynidir:  «…  yunan  sözü  olub  «pan» —  hər  Ģey  və 
«theos» —  Allah  deməkdir,  Tanrı  və  bütün  kainatı  eyniləĢdirən  dini  və 
fəlsəfi  təlimdir.  «Panteist»  termini  ilk  dəfə  ingilis  filosofu  C.Toland, 
«panteizm» termini  isə  niderland  teoloqu  Y. Fay  tərəfindən  tətbiq  olun-
muĢdur» [99; 95]. Yeri gəlmiĢkən, bir termin kimi elmi ədəbiyyata daxil 
olması  qədimdən  bəri  mövcud  olmuĢ  fəlsəfi  görüĢlərə  də  yeni  baxıĢın 
yaranmasına  və  onların  da  bu  terminlə  təyin  edilməsinə  səbəb  oldu. 
Filosofların  görüĢlərində  panteist  notlar  axtarılmaqla  yanaĢı,  onların 
dünyagörüĢlərinin  özləri  də  panteizmə  yeni  çalarlar  qatdı,  onun  yeni 
növləri yarandı.  
Ensiklopedik  lüğətlərdən  birində  yazılır:  «Panteizmə  görə 
Tanrının  kainatdan  ayrı  və  müstəqil  bir  varlığı  yoxdur.  Tanrı  təbiətdə, 
obyektlərdə,  insan  dünyasında  mövcuddur.  Hər  Ģey  Tanrıdır… 
Panteistlər  kainatda  var  olan  hər  Ģeyin  (atom,  hərəkət,  insan,  təbiət, 
fizikanın  qanunları,  ulduzların...)  əslində  bir  bütün  olarak  Tanrını  təĢkil 
etdiklərini  söyləyirlər.  Bu  baxımdan  kainatda  baĢ  verən  hər  Ģey,  hər 
hərəkət əslinda Tanrının hərəkətidir. Bu görüĢün maraqlı və çaĢdırıcı bir 
nəticəsi  insanın  da  Tanrının  bir  parçası  (kursiv  bizimdir  –  K.B.) 
olmasıdır.  Panteizmə  görə Tanrı  hər Ģeydir  ve  hər Ģey  Tanrıdır. Tanrı  – 
Kainat  -  Ġnsan  ayırımı  yoxdur.  Belə  bir  ayırım  ağılın  yanılmağıdır. 
Transendent bir Tanrı var olmadığı kimi, hər hansı bir yaratmadan da söz 


İrrasional idrakın spesifik jəhətləri
  

 115 
gedə  bilməz»  [34].  Ouen  isə  hesab  edir  ki,  «Panteizm…  elə  bir  inamı 
göstərir  ki,  orada  var  olan  hər  hüquqi  Ģəxs  yalnız  vahid  Varlıqdır; 
gerçəkliyin bütun digər formaları ya onun vasitəsi, ya da onunla eynidir» 
[136].  Panteizm  termininin  Hind  terminləri  lüğətlərində  də  mənası  ilə 
qısaca  tanıĢ  olaq:  «Panteizm  –  Tanrının  hər  Ģey  olması  haqqında  təlim, 
Tanrı  və  dünyanı  eyni  görən  müxtəlif  fəlsəfi  mövqelərin  ümumi 
terminidir. Panteist üçün Tanrı nə Ģəxsiyyəti olan Rəbdir, nə də formasız 
və ya transendent Varlıq, o, universal qanunları, hərəkəti, materiyanı və 
s. əhatə edən bütün varlıqların ümumiləĢdirməsidir» [119].  
Ġslam  ensiklopedik  lüğətlərində  məsələyə  nisbətən  fərqli 
yanaĢmalar  mövcuddur.  Burada  panteizmə  ya  Qərbə  məxsus  bir 
dünyagörüĢü kimi ümumiyyətlə yer ayrılmır, ya da o, «vəhdət əl-vücud», 
«vəhdət əl-mövcud», «vücudiyyə» və digər islami terminlərlə müqayisə 
Ģəklində  təqdim  edilir.  Bəzi  hallarda  vücudiyyə  [30,  181;  32]  kimi 
tərcümə edilsə də, bir sıra hallarda panteizmə adekvat olaraq «vəhdət əl-
mövcud»  termini  irəli  sürülmüĢdür:  «Vəhdəti-mövcud  –  Allah  ilə 
kainatın  birliyini  müdafiə  edən  materialist  düĢüncədir.  Vücudiyyə  də 
deyilən  vəhdət-i  mövcud,  Qərb  fəlsəfəsindəki  materialist  panteizmin 
Ġslam  dünyasındakı  qarĢılığıdır.  Görülən  dünya  lehinə  Allahın  varlığını 
rədd  etdiyi  üçün  Ġslam  alimləri  tərəfindən  dinsizlərin,  zindiqlərin  yolu 
kimi izah edilir. Zaman zaman vəhdət-i vücud anlayıĢı ilə qarıĢdırıldığı 
da  görünür.  Vəhdət-i  mövcud  düĢüncəsinə  görə,  zahirdə  müstəqil  bir 
varlıq  ilə  var  olan  ruhlar  və  cisimlər  dünyasından  kənarda  bir  Allah 
yoxdur.  Allah  deyilən  varlıq  kainatı  təĢkil  edən  varlıqlar  toplamından 
baĢqa  bir  Ģey  deyildir.  Allahın  kainatı  təĢkil  edən  varlıqlara  nisbəti 
bütünün hissəyə nisbəti kimidir. Tanrı  – kainatdır. Var olan hər Ģey bu 
kainatdan ibarətdir» [46; 47].  
Deyilənlərə  Ģəxsi  mövqeyimizi  bildirərək  iki  məsələ  üzərində 
dayanmaq  istərdik.  Əvvəla,  yuxarıdakı  fəsillərdə  də  təsdiqlədiyimiz 
kimi,  irrasional  idrak  zaman-məkan  çərçivəsi  fövqündə  var  olan,  yəni 
qərbli  və  ya  Ģərqliyə  deyil,  insana  məxsus  bir  düĢünmə  prosesidir. 
Panteizm ontoloji məsələlərə irrasional mövqenin təzahür formalarından 
biridir.  Deməli,  panteizmi  hər  hansı  bir  bölgəyə  məxsus  ideya  kimi 
təqdim etmək onun əsl mahiyyətinə xələl gətirər.  
Ġkincisi,  Ġslam  ensiklopedik  lüğətlərin  verdiyi  məlumata  görə, 
Ġslam  ġərqində  də  panteist  istiqamətli  fəlsəfi  cərəyanlar  və  filosoflar 
olmuĢlar  (bunu  gələcək  tədqiqatımız  da  göstərəcək).  Bu  baxımdan, 
panteizmi  Qərb  təfəkkürünə  xas  bir  nəzəriyyə  kimi  ġərqdən 
uzaqlaĢdırmaqla, zənnimizcə, regionda təĢəkkül tapmıĢ panteist mövqeli 


Yüklə 3,01 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə