K. Bünyadzadə



Yüklə 3,01 Kb.
Pdf görüntüsü
səhifə43/91
tarix07.11.2017
ölçüsü3,01 Kb.
#8768
1   ...   39   40   41   42   43   44   45   46   ...   91

 108 

 
Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk
 
 
nin əsərlərinə Ģərhlər yazır və öz fəlsəfi düĢüncələrini bu çərçivədə ifadə 
edirdilər. Lakin bunların arasında dünya fəlsəfə tarixində orijinal düĢün-
cəli filosoflar da yetiĢmiĢlər ki, onlardan da Molla Sədra adı ilə məĢhur 
olan  Sədrəddin  ġirazinin  (1641)  adını  xüsusilə  qeyd  etmək  lazımdır. 
Belə ki, iĢraqilik fəlsəfəsinin ardıcılı olan və ġihabəddin Sührəvərdinin, 
Ġbn  Sinanın  bir  sıra  əsərlərinə  Ģərh  yazan  Molla  Sədra  eyni  zamanda 
orijinal ideyalar irəli sürərək öz düĢüncələrində ibnsinaçılığı, iĢraqiliyi və 
təsəvvüfü sintezləĢdirmiĢdir [GeniĢ bax: 35, 312-313].   
Sührəvərdinin  digər  Ģərhçisi,  Osmanlılar  dövründə fəlsəfi  elmləri 
dirçəldən Ģəxs Məhəmməd b. Əsad Cəlaləddin Dəvvanidir (1501). 
Ġslam ġərqində xatırlanmağa dəyən digər mütəfəkkir «ümumiyyət-
lə  ənənəvi  Ġslam  fəlsəfəsinə,  xüsusilə  ənənəvi  Ġslam  siyasi  düĢüncəsinə 
üsyan  etdiyi  zənn  edilən»    Əbdürrəhman  b.  Xaldundur  (1406).  O,  öz 
sələflərinin  yolu  ilə  getməyərək  «fəlsəfi  araĢdırmanın  mövzuları  olaraq 
məntiq,  riyaziyyat,  fizika  və  metafizikanı»  qəbul  etmiĢ  və  bu  yöndə 
orijinal əsərlər yazmıĢdır [GeniĢ bax: 49, 103].  
XIV-XVII  əsrlərdə  irrasional  təfəkkür  də  mürəkkəb  bir  inkiĢaf 
yolu keçmiĢdir. Hər Ģeydən əvvəl qeyd edək ki, siyasi motivlərin, haki-
miyyət  uğrunda,  yaxud  yadelli  iĢğalçılarla  mübarizənin  təsiri  ilə  dini-
mistik cərəyanların təĢəkkül tapma prosesi bu dövrdə də davam etmiĢdir. 
Əvvəlki illərdə yaranmıĢ və inkiĢafını daha da geniĢləndirmiĢ həmin cə-
rəyanlarla yanaĢı yeniləri də yaranmaqda idi. Bunların arasında xüsusilə 
Əmir  Teymurun  istilası  dövründə  Fəzlullah  Nəiminin  (1416)  yaratdığı 
hürufilik təlimi xüsusi diqqətə layiqdir. Hürufiliyin fəlsəfi əsaslarının ilk 
və yeganə tədqiqatçısı Z.Quluzadənin verdiyi məlumata görə, «Azərbay-
canda,  Ġranda,  Türkiyədə  və  Ġslam  ġərqinin  bir  sıra  digər  ölkələrində 
yayılmıĢ  bidət  təlim»  [104,  5]  olan  hürufiliyin  «ideya  mənbələrini, 
zənnimizcə, Ġslam yayılmamıĢdan qabaq və sonrakı Yaxın və Orta ġərq 
fəlsəfəsində  axtarmaq  lazımdır.  Çünki  tədqiq  olunan  ideologiya  bu 
ölkələrin sosial-iqtisadi və mədəni inkiĢafınının nəticəsi idi» [104, 56].  
Hərflərin sirrini öyrənməklə adların və dünya hadisələrinin mahiy-
yətini və bununla da yaradanın sirrinin dərkini [GeniĢ bax: 104, 55] qə-
bul edən hürufiliyin təsiri ilə sonralar bir sıra digər cərəyanlar da təĢək-
kül tapmıĢdır. Bunlardan XV-XVI əsrlərdə Ġsmail Səfəvi Xətainin (1524) 
yaratdığı qızılbaĢlar, Mahmud Pasixani Gilaninin (831 h.) təməlini qoy-
duğu nöqtəvilik və baĢqa cərəyanları göstərmək olar ki, öz nəzəriyyələri 
və prinsipləri ilə düĢüncə tarixində böyük əhəmiyyət kəsb edirlər.   
Tədqiq  etdiyimiz  dövrdə  irrasional  təfəkkürlü  görüĢlər  arasında 
təsəvvüf  fəlsəfəsi  daha  geniĢ  miqyasda  və  sistemli  Ģəkildə  yayılmıĢ  və 


       
Orta əsrlərin fəlsəfi təfəkkür kontekstində irrasional idrak
 

 109 
inkiĢaf  etmiĢdir.  XIV-XVII  əsrlərdə  həm  dini,  həm  də  ictimai  –  siyasi 
mənzərənin dəyiĢməsi sufi təriqətlərin də fəaliyyətinə öz təsirini göstərir-
di. Yeni təriqətlərin yaranması ilə bərabər, əvvəlki təriqətlərin fərqli isti-
qamətli qolları da ayrılırdı. Bu dövrün təriqətlərindən Hacı BəktaĢ Vəli-
nin (XIV əsr) əsasını qoyduğu bəktaĢilik təriqəti daha böyük Ģöhrətə və 
nüfuza sahib olmuĢdur. XIV əsrdə sührəvərdilik təriqətinin Ģeyxinin mü-
ridləri olmuĢ Səfiyəddin Ərdəbili (1334) və Kəriməddin Əxi Məhəmməd 
Xəlvəti (1350) Azərbaycanda təĢəkkül tapmıĢ səfəfilik və xəlvətilik
1
 ki-
mi sufi təriqətləri yaratmıĢlar. Həmin dövrün nüfuzlu təriqətlərindən biri 
və bu gün də öz fəaliyyətini davam etdirən, əsasını yəsəvilikdən götürən 
nəqĢbəndilik təriqətinin yaradıcısı ġah NəqĢbənd Məhəmməd Bəhaəddin 
Buxari  (1389)  olmuĢdur.  Bundan  baĢqa,  Hacı  Bayram  Vəlinin  (1429) 
yaratdığı bayramiyyə
2
 və daha neçələrinin adlarını çəkə bilərik.  
Göründüyü  kimi,  bu  dövrdə  təsəvvüfün  nəzəriyyəsi  ayrı-ayrı 
mütəfəkkirlərin  görüĢlərində  öz  əksini  tapsa  da,  daha  çox  praktiki 
tərəfinin  ön  plana  keçməsi  müĢahidə  edilir.  Bu  hal  təsəvvüfün  əsl 
prinsiplərindən  uzaqlaĢmasına,  onun  praktiki  tərəfinə  üstünlük  verərək 
nəzəri  tərəfinin  kölgədə  qoyulmasına,  təsəvvüfü  maddi  mənafe  (vəzifə, 
yüksək mövqe və s.) əldə etmək üçün əlveriĢli bir vasitəyə çevirməsinə 
zəmin  hazırlamıĢ  olurdu.  Yəni  klassik  mənadakı  təsəvvüf  öz  yerini 
təriqətlərə verməyə baĢlamıĢdı.    
Bununla  belə,  bu  dövrdə  məqsədi  bütün  maddiyyatdan  uzaqlaĢ-
maq, insanın mənəvi dünyasına üz tutmaq, insanı Ġnsan olaraq ucaltmaq 
olan  bir  çox  görkəmli  sufi  mütəfəkkirlər  yetiĢmiĢ  və  onların  dəyərli 
traktatları, Ģer divanları təsəvvüf fəlsəfəsini daha da zənginləĢdirmiĢdir. 
Zənnimizcə, həqiqi təsəvvüf bu dövrün görkəmli simaları olan, ayrı-ayrı 
təriqətlərin üzvü olsa da əsl sufi prinsipləri tərənnüm edən Yunus Əmrə 
(1320),  Mahmud  ġəbüstəri  (1320),  Ġmadəddin  Nəsimi  (1417),  Seyid 
Yəhya Bakuvi (1464), Molla Əbdürrəhman Cami (1492) və digərlərinin 
Ģer və traktatlarında qorunub saxlanmıĢdır.  
   Tədqiqatımızın  üçüncü  dövrünü  bir  neçə  spesifik  cəhətlə 
                                                 
Qeyd:  
1.      Bu  təriqətin  Ģeyxlərindən  Seyid  Yəhya  Bakuvinin  (1464)  müridi  olmuĢ 
Dədə Ömər RövĢəni (1486) RövĢəniyyə, onun tələbəsi – Ġbrahim GülĢəni 
(1533)  isə  GülĢəniyyə  təriqətlərini  yaratmıĢlar  [GeniĢ  bax:  22,  159-162; 
67, 142].  
2.   Bu təriqət sonralar Ģeyxin müridləri tərəfindən yaradılmıĢ ġəmsiyyə (ya-
Radıcısı  Ağ  ġəmsəddin  (1459)),  Məlamiyyə,  Cəlvətiyyə  qollarına 
ayrılmıĢdır. [GeniĢ bax: 67, 141]. 


Yüklə 3,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə