K. Bünyadzadə



Yüklə 3,01 Kb.
Pdf görüntüsü
səhifə40/91
tarix07.11.2017
ölçüsü3,01 Kb.
#8768
1   ...   36   37   38   39   40   41   42   43   ...   91

 102 

 
Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk
 
 
olmuĢdur.  Tədqiqatçıların  verdiyi  məlumata  görə,  onun  əsərləri 
orijinalda  oxunmaqla  bərabər  tərcümə  edilib  yayılmıĢ  və  «XII  əsrin 
sonlarında  Aristotelçiliyin  Avropada  canlanması  ilə  birlikdə  o  qısa 
zamanda  yəhudi  və  xristian  mütəfəkkirlər  arasında  Ģübhəsiz  bir  lider 
olaraq  qəbul  edilmiĢdir»  [37,  278].  Burada  onun  davamçılarından 
Maymonidi  (Musa  b.  Meymun),  Siqer  de  Brabantı,  Musa  b.  Tibbonu, 
Levi b. Gersonu, Böyük Alberti, Foma Akvinskini göstərmək olar.   
Dövrün  irrasional  təfəkkürə  malik  cərəyanı  kimi,  yalnız  Ġslam 
bölgəsində deyil, Qərbdə də böyük təsirə malik, bu dövrdə fəlsəfi sistem 
dərəcəsinə qədər yüksələ bilmiĢ təsəvvüfü göstərmək olar.  
Mürəkkəb  və  çoxĢaxəli  bir  dünyagörüĢü  kimi  təsəvvüfün  inkiĢaf 
xəttini iki istiqamətə ayırmaq mümkündür: nəzəri və praktiki.  
Qeyd etdiyimiz kimi, təsəvvüf fəlsəfəsinin əsaslarını, prinsiplərini 
oxuculara  aydınlaĢdırmaq,  onun  əsl  mahiyyətini  Ģərh  etmək  və  bununla 
da  Ġslam  dini  ilə  nəinki  sıx  əlaqədə  olduğunu,  hətta  onun  özək  xəttini 
təĢkil  etdiyini  sübut  etmək  məqsədi  ilə  hələ  X  əsrdə  Sərrac  Tusinin 
qoyduğu  ənənə  bu  dövrdə  daha  geniĢ  vüsət  aldı  və  çoxsaylı  traktatlar 
yazılmağa  baĢladı.  Bunların  arasında  Əbu  Əbdürrəhman  Süləminin 
(1021), Əbu Nüeym Ġsfəhaninin (1038), Əbu‗l-Qasim QüĢeyrinin (1072) 
və Əbu Həsən Əli Hücvirinin (1077) əsərləri diqqətə layiqdir. Lakin bu 
iĢi daha yüksək səviyyədə və sistemli Ģəkildə Əbu Hamid Qəzali (1111) 
bacarmıĢdır. Fəaliyyəti tədqiqatçılar tərəfindən Ġslamla təsəvvüf arasında 
«barıĢdırıcı»lıq  və  ya  təsəvvüfü  «islamlaĢdırmaq»  missiyası  kimi 
qiymətləndirilən  mütəfəkkirin  əsas  xidməti,  zənnimizcə,  təsəvvüfün 
prinsiplərini  geniĢ  Ģərh  etmək,  onun  Ġslamla  üzvi  surətdə  bağlı  olan 
həqiqətlərini olduğu kimi çatdırmaq olmuĢdur.  
Bildirdiyimiz  kimi,  bu  dövrdə  təsəvvüfün  nəzəriyyəsi  ilə  yanaĢı 
praktiki  tərəfi  də  inkiĢaf  etməkdə  idi.  Bu  baxımdan,  XII  əsr  həmçinin 
təsəvvüfün  inkiĢaf  tarixinin  ən  böyük  mərhələsinin  baĢlanması  ilə 
səciyyələnə bilər. Təsəvvüfün ilk təĢəkkül dövründə müxtəlif Ģəhərlərdə 
fəaliyyət  göstərən  sufi  məktəblərdən  danıĢarkən  onların  ayrı-ayrı  sufi 
prinsiplərinə  üstünlük  verdiklərinə  görə  bir-birlərindən  fərqləndiklərini 
də  qeyd  etmiĢdik.  Belə  ki,  Bağdad  məktəbi  Ģəthiyyat  və  ibadət, 
xorasanlılar qəlb və səxavət, bəsrəlilər zühd və qənaət, Ģamlılar həlimlik 
və səlamət, hicazlılar səbr və dözüm məsələləri ilə məĢğul olmaqları ilə 
səciyyələnirdilər  [31,  5].  Göstərilən  dövrdə  bu  ənənə  daha  da  inkiĢaf 
etmiĢ,  ayrı-ayrı  Ģeyxlərin  görüĢləri  müstəqil  təlim  səviyyəsinə  qədər 
yüksəlmiĢdir. Əgər əvvəllər məktəblər daha çox onların mövcud olduğu 
məkanla  (Bağdad,  Xorasan,  Misir  və  s.  sufi  məktəbləri)  və  məĢğul 


       
Orta əsrlərin fəlsəfi təfəkkür kontekstində irrasional idrak
 

 103 
olduqları məsələlərlə əlaqəli olurdusa, get-gedə Ģeyxin Ģəxsiyyəti, nüfuzu 
mərkəz nöqtəyə çevrilirdi (cüneydiyyə, qadiriyyə, həllaciyyə, rifailik və 
s.).  Hər  məktəbin  ədəb  qaydalarında,  müəyyən  prinsiplərində  də 
özünəməxsusluqlar  yaranmağa  baĢlayırdı  [GeniĢ  bax:  3].  Sufilərin  cə-
miyyətdən  ayrılaraq  xüsusi  qayda-qanunların,  əxlaq  normalarının  hökm 
sürdüyü  tikililərdə  –  xanəgah,  təkkə,  zaviyələrdə  yaĢamaqları  haqlı 
olaraq onlara təriqətlər (yollar) adını qazandırdı. Onu da qeyd etməliyik 
ki,  təsəvvüfün  hələ  ilk  dövrlərində  də  müxtəlif  təriqətlər  mövcud 
olmuĢdur.  Lakin  məhz  bu  dövrdə  təriqətlər  müstəqil  Ģəkildə 
özünəməxsus  prinsipləri,  ədəb-əxlaq  qaydaları,  inkiĢaf  və  fəaliyyət 
istiqamətləri  bəlli  olan  bir  cəmiyyət,  hətta  institut  halına  gəldiklərinə 
görə,  onu  (dövrü)  təriqətləĢmə  və  ya  təsəvvüfün  parçalanma  dövrü 
adlandırmaq olar.  
Ġlk sufi təriqətlərin Ģeyxləri – pirləri görkəmli din xadimləri, Ġslam 
elmlərini  dərindən  mənimsəmiĢ,  təsəvvüfdə  ən  ali  mərtəbəyə  yüksələ 
bilmiĢ  Ģəxslər  olmuĢlar.  Məsələn,  Əbdülqadir  Gilani  (1166)  qadirilik, 
Əhməd  Rifai  (1183)  rifailik,  Əhməd  Yəsəvi  (1166)  yəsəvilik,  Əbu‗n-
Nəcib Ziya əd-din Sührəverdi (1168) sührəvərdilik, Mövlanə Cəlaləddin 
Rumi (1273) mövləvilik
1
 və s. təriqətlərin əsasını qoymuĢlar.  
Bütün  bunlarla  yanaĢı,  özünəməxsus  prinsip  və  metodlara  malik 
bir  irrasional  təfəkkür  forması  kimi  təsəvvüfün  bitkin  və  mahiyyətini 
bütünlüklə  ehtiva  edə  bilən  bir  sistemə  ehtiyacı  var  idi  ki,  bu  da  öz 
ifadəsini  vəhdət  əl-vücud  nəzəriyyəsində  tapdı.  Hələ  ilk  sufi 
mütəfəkkirlərin  (Mənsur  Həllacın,  Əbu  Yəzid  Bistaminin)  görüĢlərində 
əks olunan, XII əsrdə Eyn əl-Qüzat Miyanəcinin (1131) gələcəkdə isə isə 
Mühyiddin Ġbn Ərəbinin (1240) əsərlərində geniĢ və sistemli Ģəkildə Ģərh 
edilmiĢ  bu  nəzəriyyə  sonralar  Ġbn  Ərəbinin  tələbələri tərəfindən  vəhdət 
əl-vücud  kimi  elmi  ədəbiyyata  daxil  edilmiĢdir  və  bununla  təsəvvüf 
tarixində  yeni  bir  mərhələnin  baĢlanğıcı  qoyulmuĢdur:  dünya 
fəlsəfəsində  daha  çox  təcrübə  forması,  bir  həyat  tərzi  kimi  tanınan 
təsəvvüf  vahid  bir  fəlsəfi  sistemə,  mükəmməl  bir  nəzəriyyəyə  malik 
irrasional təfəkkür kimi təqdim və təsdiq edilmiĢdir.  
Bundan baĢqa, tədqiq etdiyimiz dövr həmçinin təsəvvüf zəminində 
daha  bir  fəlsəfi  düĢüncənin  –  iĢraqiliyin  -  təĢəkkül  tapması  və  sonralar 
fəlsəfə tarixinə müstəqil fəlsəfi sistem kimi daxil olması ilə səciyyələnə 
bilər.  
Yalnız  ġərqdə  deyil  ümumiyyətlə  bəĢər  təfəkküründə  yeni  bir 
                                                 
Sufi təriqətlər haqqında geniĢ məlumat üçün bax: 67; 121   


Yüklə 3,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə