K. Bünyadzadə



Yüklə 3,01 Kb.
Pdf görüntüsü
səhifə36/91
tarix07.11.2017
ölçüsü3,01 Kb.
#8768
1   ...   32   33   34   35   36   37   38   39   ...   91

 94 

 
Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk
 
 
çalıĢmasındadır… imkanı qədər özündə ilahi fəaliyyəti görməkdir» [74]. 
M.Ġspovednik  də  hər  insanın  ilahi  hikmətdən  xəbərdar  ola 
biləcəyini  mümkün  hesab  edərək  Ġlahi  Kəlamın  mahiyyətini  belə  Ģərh 
edir:  «Ġlahi  Loqos  bütün  dünyanın  əvvəli  və  sonudur  (məqsədidir),  onu 
yaradan  və  müdafiə  edən  qüvvədir  –  bütün  yaradılanların  cəhdi  və 
«hikmətinin»  həddidir»  [114].  Eyni  zamanda,  «sözün  təzahürü  Allahın 
yerə eniĢini tamamlayır və geriyə doğru hərəkətə imkan yaradır» [114]. 
M.Ġspovednik  insanı  –  iyerarxiyada  sonuncu  məxluqun  yaranıĢının 
məqsədini yalnız ilahi Kəlamdan xəbərdar olması ilə deyil, onun yaranıĢı 
ilə də izah edir: «Bütün əsrləri və xəlq olunmuĢ dünyanın yaranıĢından 
əvvəl tək iradəsi ilə bütün görünən və görünməyən məxluqatı yaradanın 
ən xoĢ niyyəti var: təzahürünə görə həqiqi bir vəhdətlə insan təbiəti ilə və 
insan təbiətini Özü ilə elə birləĢdirmək ki, Özü bildiyi kimi insan olsun 
və insanı Özü ilə birləĢdirməklə Tanrı etsin» [114]. 
Göründüyü  kimi,  mütəfəkkirlərin  görüĢlərində  insan  böyük 
günahdan təmizlənib ucalması üçün mahiyyətində olan və ümumiyyətlə 
bütün dünyanı əhatə edən Ġlahi Kəlamı anlamalıdır. Bunun nəticəsində o, 
Ġlahi Təbiətə – Ġsa Məsihə bənzəməyə, hətta Tanrının özü ola bilər.  
Ġslam  ġərqində   də  Peyğəmbərin  (s.)  vəfatından  sonra  vahid  dini 
düĢüncə bir neçə istiqamətə ayrıldı. Quranın mətnini və Ģəriət qanunları-
nı araĢdıran, Müqəddəs Kitabın, eləcə də Peyğəmbərin (s.) Ģəxsiyyətinin 
mənəvi,  ruhi  tərəfini  öyrənən  cərəyanlarla  yanaĢı  siyasi  ixtilaflar 
nəticəsində  yaranan  təlimlər  də  bu  prosesdən  kənarda  qalmayaraq  öz 
nəzəriyyələrini yaradırdılar. Ġslam dövlətinin əsasında Qurani Kərim ki-
mi  nüfuzlu  və  hərtərəfli  bir  «qanunlar»  kitabı  və  cəmiyyətin  bir  üzvü 
olmuĢ,  eyni  zamanda  seçilmiĢ  təfəkkürə  və  imana  malik  Peyğəmbərin 
(s.) hədis və sünnələri dururdu. Bu səbəbdən də bölgədə təĢəkkül tapmıĢ 
dini və fəlsəfi məktəb və cərəyanlar məqsədindən asılı olmayaraq özünü 
təsdiqləmək, haqq qazandırmaq, təməl prinsiplərini əsaslandırmaq üçün 
ilk növbədə Quran və hədislərə istinad etməli idi.  
Deyilənlərə müvafiq olaraq Ġslam ġərqində fəlsəfi düĢüncəni Ģərti 
olaraq  3  istiqamətə  bölmək  olar:  ortodoksal  dini  təfəkkür,  Yunan 
fəlsəfəsinin təsiri ilə təĢəkkül tapmıĢ fəlsəfi təfəkkür və irrasional (dini – 
mistik) təfəkkür. O da mütləq əlavə olunmalıdır ki, hər üçü bir-birilə sıx 
əlaqədə  olmuĢlar  və  elə  mütəfəkkirlər  olmuĢlar  ki,  onların  hansı 
istiqamətə mənsub olması mübahisə doğura bilər. 
Birinci  istiqamətə  hədisçiləri  və  dörd  fiqh  məktəbinin  (hənəfilik, 
hənbəlilik, Ģafiilik və malikilik) nümayəndələrini aid etmək olar. Onların 


       
Orta əsrlərin fəlsəfi təfəkkür kontekstində irrasional idrak
 

 95 
əsas  fəaliyyəti  Quran  və  hədislər  vasitəsilə  Ģəriəti  izah  etmək,  Qurana 
təfsirlər yazmaq olmuĢdur.  
Həmin dövrün fəlsəfi düĢüncəsinə bilavasitə təsir göstərən, ikinci 
istiqamətin təĢəkkül tapıb formalaĢmasında əsas rol oynayan amillərdən 
biri  də  Qədim  Yunan  fəlsəfəsi  olmuĢdur.  Qərbdən  fərqli  olaraq  ġərqdə 
bu təsir daha çox nəzərə çarpan və əhəmiyyətli dərəcədə olmuĢdur. Bunu 
ilk  növbədə  IX  əsrin  əvvəllərində  (830-cı  ildə)  Bağdadda  yaradılan  və 
antik  filosofların  əsərlərinin  əksəriyyətini  ərəb  dilinə  tərcümə  edən 
«Beytu‗l-hikmə»  adlı  tərcümə  mərkəzinin  fəaliyyətilə  əlaqələndirmək 
olar.  Burada  Qədim  Yunan  filosoflarının  (ilk  növbədə  Aristotelin) 
əsərləri tərcümə edilməklə yanaĢı onlara geniĢ Ģərhlər də yazılırdı. Dinin 
öz  prinsiplərinə,  demək  olar  ki,  tamam  yad  bir  hikmətlə  qarĢılaĢması 
müxtəlif nəticələrə səbəb oldu: bəziləri dini bu yeni baxıĢlardan müdafiə 
etməyə çalıĢır, bəziləri dini prinsiplərə fəlsəfi terminlərlə yeni münasibət 
bildirir, bir növ dini fəlsəfiləĢdirir, bir baĢqaları da fəlsəfi prinsipləri dini 
aspektdən araĢdırır, fəlsəfəni diniləĢdirirdilər. Bu, Qərbdən fərqli olaraq 
hikmətin  yalnız  din  xadimlərinin  fəaliyyət  sahəsi  olmaqdan  kənara 
çıxmasına və baĢqa elm sahələrinin (tibb, astronomiya, riyaziyyat və s.) 
də inkiĢaf etməsinə səbəb oldu.  
Qədim Yunan filosoflarının – Aristotelin, Platonun və digərlərinin 
əsərlərinin  Ġslam  ġərqində  sürətlə  yayılması,  eyni  zamanda,  baĢqa  elm 
növlərinin  inkiĢafı  regionda  rəylərin  parçalanmasına  və  iki  bir-birinə 
zidd mövqenin formalaĢmasına gətirdi: materialist və dini.  
Materialist  fəlsəfənin  nümayəndələri  daha  çox  Sokrata  qədərki 
Yunan  filosoflarından  və  digər  fəlsəfi  görüĢlərdən  təsirlənmiĢdirlər  və 
bildirirdilər  ki,  «aləm  bir  yaradıcı  tərəfindən  deyil,  baĢlanğıcsız  olaraq 
özündən  var  olmuĢdur»  [65,  56].  X  əsrə  qədər  artıq  bərahimə 
(brahmanizm),  mülhid  (inkar  edən),  tabiiyyun  (təbiətĢünas),  hissiyun 
(hiss  orqanlarına  inanan),  zindiqlik,  dəhriyyə  (zamançılıq)  kimi 
cərəyanlar  yaranmıĢdı.  Dövrün  tanınmıĢ  təbiətçi  filosoflarından  Əbu‗l-
Hüseyn  Əhməd  Ravəndinin  (910)  və  Əbu  Bəkr  Məhəmməd  Razinin 
(932) adlarını çəkmək olar.  
Materialist  filosoflar  əsasən  dini  və  Allahı  peyğəmbərin  (s.)  dü-
Ģüncəsinin  məhsulu  kimi  inkar  etməyə  çalıĢsalar  [65,  65]  da  ortodoks 
dinin gücü (həm fiziki, həm də elmi) və dinə əsaslanan Ġslam filosofları-
nın  dəlillərinin  təzyiqi  ilə  bu  cərəyanlar  qısa  müddətdə  tənəzzülə 
uğradılar.  
Qədim  Yunan  fəlsəfəsinin  təsiri  ilə  dinin  öz  fəlsəfəsi  (kəlam)  də 
formalaĢmağa  baĢlamıĢ  və  öz  əksini  gah  bir-birinin  ideyalarını  davam 


Yüklə 3,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə