K. Bünyadzadə



Yüklə 3,01 Kb.
Pdf görüntüsü
səhifə33/91
tarix07.11.2017
ölçüsü3,01 Kb.
#8768
1   ...   29   30   31   32   33   34   35   36   ...   91

 86 

 
Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk
 
 
Təalanın  imanının  daĢıyıcısıdır.  Həllac  yazır:  «Cəmin  nazili  çətin  və 
sevinclidir,  fərqin  itməsi  azadlıq  və  həlakdır,  hər  ikisinin  arasında  iki 
düĢüncə  tərəddüd  edir,  ya  əzəlilik  örtüsünə  bağlı  olur,  ya  da  yoxluq 
dənizlərində həlak olur» [143, 50]. Bu, Mütləq Azadılığı yaĢayıb sonra 
cəmiyyətə dönən Ġnsanın düĢüncələridir.  
Nəsimi isə bildirir: 
 
«Nitqi-Allah mənəm ki, zatiləyəm, 
Vəhdəhu ləĢərik
1
 sifatiləyəm» [21, 430]. 
 
Nəsiminin  insanı  əbədi  Allahın  kəlamıdır,  ilahi  sifətlərin 
daĢıyıcısıdır  və  Ģair:  «Faniyi-mütləq  olmuĢam,  həqqiləyəm,  həqq 
olmuĢam,  [21,  360]  –  deməklə  özünün  Allahın  yer  üzündə  xəlifəsi 
olduğunu təsdiqləyir. 
Beləliklə, deyilənləri aĢağıdakı Ģəkildə yekunlaĢdırmaq olar: 
1.
 
Ġnsanın ruhu yaradılıĢından azaddır və o, daim öz  mənbəyinə 
can atır. Bu baxımdan, azadlığı ruhun mahiyyəti və səciyyəvi xüsusiyyəti 
adlandırmaq olar.   
2.
 
Azadlıq  və  irrasional  idrak  sıx  əlaqəli  məfhumlardır.  Bunu 
nəzərə alaraq, azadlığa gedən yolu da zahirdən batinə istiqamətli proses 
kimi xarakterizə etmək olar.  
3.
 
Mütləq Azadlıq Mütləq Həqiqətin dərkidir. 
4.
 
Panteist  görüĢlərdə  mütləq  azadlıq  insanın  mütləqləĢməsi, 
bəĢərilikdən çıxmasıdır.  
5.
 
Monoteist istiqamətli görüĢlərdə azadlıq sonu görünməyən bir 
hədd daxilində mümkündür. Allahın sonsuz mülkünə daxil olan insanın 
nə  təfəkkürü,  nə  Ģüuru,  nə  Ģüurüstü  bu  sonsuzluğu  əhatə  edə  bilməz, 
lakin  bu  sonsuzluğun  özünə  qarıĢmaqla  azad  ola  bilər.  Bu,  damlanın 
okeana  qovuĢmasıdır,  damla  heç  vaxt  okeanın  həddini  bilməsə  də,  heç 
vaxt  okeanı  bütünlükdə  görə  bilməsə  də,  o,  azaddır,  okeanın  mülkündə 
heç nəyə bağlı olmadan öz əsli ilə harmoniyadadır. 
6.
 
Nəhayət,  son  olaraq  bildirək  ki,  irrasional  anlamda  azadlıq 
vahid bir aləm, kamil bir mənəvi haldır ki, regionundan asılı olmayaraq 
hər kəs istinad etdiyi qaynaqlar, keçə bildiyi mənəvi yolçuluq nəticəsində 
ona qovuĢa bilir. DüĢüncələrdəki fərq də məhz azadlığa gedən yola qədər 
və onu ifadə edən fikirlərdədir, onun özündə deyil. Azadlığa can atmanın 
ilk  səbəbi  eyni  olmasa  da,  son  nəticə  enidir:  azadlıq  –  Mütləqlə 
vəhdətdir, insanın Ġnsan kimi bu həyatda özünü təsdiqləməsidir.  
                                                 
Allah haqqında: O təkdir, Ģəriki yoxdur 


 
 
 
 
III   F Ə S I L  
 
 
 
 
 
ORT A  ƏSR   
QƏRB  VƏ  ŞƏRQ  FƏLSƏFƏ 
TƏFƏKKÜRÜNÜN  INKIŞAF  
QANUNAUYĞUNLUQLARI 
KONTEKSTINDƏ    
 IRRASIONAL  TƏFƏKKÜR  
 
 
 
 

 


 88 

 
Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk
 
 


       
Orta əsrlərin fəlsəfi təfəkkür kontekstində irrasional idrak
 

 89 
 
 
Əgər  Vahid  olanın  dərkini…  onun  ən  gözəl 
saflığı  və  ucalığında  nəzərdən  keçirtmək  istəyirlirsə 
məhəmmədilərə müraciət etmək lazımdır. 
 
Hegel  
 
Qərb  və  ġərq  təfəkkürlərinin  istinad  mənbələri,  inkiĢaf 
qanunauyğunluqları,  oxĢar  və  spesifik  xüsusiyyətləri  fəlsəfə  tarixinin 
aktual  mövzularından  biri,  bəlkə  də  birincisidir.  Bu  qanunauyğunluqda 
irrasional  təfəkkürün  də  öz  rolu  və  inkiĢaf  xətti  mövcuddur,  istər  baĢqa 
fikir  formaları  ilə  sintezdə,  istərsə  də  müstəqil  Ģəkildə.  Bu  baxımdan, 
irrasional  təfəkkürün  inkiĢaf  tarixinin  öyrənilməsi  ümumiyyətlə  fəlsəfə 
tarixinin nisbətən az öyrənilmiĢ səhifələrinə iĢıq salmaq deməkdir.  
Orta  əsrlər  hər  iki  regionun  fəlsəfi  təfəkküründə  əhəmiyyətli 
dövrdür. Belə ki, qədim ənənənin davam etdiyi digər bölgələrdən (məs. 
Cin  və  Hindistandan)  fərqli  olaraq  həm  Qərbdə,  həm  də  Yaxın  ġərqdə 
yaranmıĢ  yeni  səmavi  dinlər  –  xristianlıq  və  islam  –  insanların 
düĢüncəsinə, əxlaqına, həyat tərzinə, ümumiyyətlə dünyagörüĢünə güclü 
təsir  göstərmiĢ,  fəlsəfi  təfəkküründə  yeni  istiqamətlərin  qərarlaĢmasına 
imkan  yaratmıĢdır.  Maraqlıdır  ki,  bir  çox  fəlsəfi  sistemlər,  nəzəriyyələr 
məhz Orta əsrlərdə təĢəkkül tapmıĢ, bəziləri isə rüĢeym halında da olsa 
filosofların baxıĢlarında özünü göstərmiĢ və sonralar digərləri tərəfindən 
inkiĢaf etdirilərək sistemləĢdirilmiĢdir.  
Xristian  və  islam  dinlərinin  yaranma  tarixi  arasında  zaman  fərqi 
təqribən  7  əsr  olsa  da  həm  Qərbdə,  həm  də  ġərqdə  fəlsəfi  təfəkkürün 
formalaĢması  və  inkiĢafı  arasında  müəyyən  paralellər  aparmaq,  hər  iki 
bölgədə oxĢar inkiĢaf qanunauyğunluqları müĢahidə etmək mümkündür. 
Onu  da  əlavə  edək  ki,  müqayisəli  təhlil  vasitəsilə  həmçinin  irrasional 
təfəkkürün  bölgələrə  məxsus  xüsusiyyətlərini  araĢdırmıĢ  və  bununla  da 
Ģərqli və qərbli təfəkkürlərinin mahiyyətini açıqlamıĢ olarıq.  
Dinlərin yaranması və fəlsəfi təfəkkürə təsiri nəticəsində təĢəkkül 
tapmıĢ  və  formalaĢmıĢ  dünyagörüĢlərinin,  fəlsəfi  cərəyanların  inkiĢaf 
proseslərini  nəzərdən  keçirərkən  onlarda,  bəzi  spesifik  cəhətlər  istisna 
olmaqla, təqribən eyni mərhələləri müĢahidə etmək mümkündür: 
1.
 
Xristian  və  islam  dininin  təĢəkkülü  və  onun  dünya  fəlsəfi 
fikirləri ilə qarĢılaĢması dövrü: dinin özünümüdafiəsi və dini doqmaların 
fəlsəfi terminlərlə təhlili. 


Yüklə 3,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə