K. Bünyadzadə



Yüklə 3,01 Kb.
Pdf görüntüsü
səhifə29/91
tarix07.11.2017
ölçüsü3,01 Kb.
#8768
1   ...   25   26   27   28   29   30   31   32   ...   91

         İrrasional idrak  fenomeni
  

 77 
«Ġnsan  ümumiyyətlə  Allahın  nə  olduğunu  dərk  edə  bilməz.  Yalnız  onu 
yaxĢı bilir ki, nə Allah deyil…» [129, 96]. N.Kuzanlı isə bildirir ki, «Hə-
qiqət haqqında insanın hər sözü yalnız gümandır, belə ki, həqiqətin dəqiq 
dərki mümkün deyil» [101, 75]. Göründüyü kimi, ilk baxıĢda bir-birinə 
zidd bir neçə fikir səsləndi. Məsələyə aydınlıq gətirmək üçün xatırladaq 
ki, Müqəddəs Üçbucağın zirvələrindən biri insandır. M.Ġspovednik yazır: 
«Ġdrakın  özü  yalnız  ona  görə  mümkündür  ki,  Allah  –  Kəlam  bəzi 
dərkolunan  surətlərdə  nazil  olur,  insan  isə  Onun  insanlaĢma  barədə 
xəbəri – Kəlam surətində yaradılıb. Ġnsan Tanrı surətində yaradılıb, ona 
görə  də  Həqiqət  insana  bənzərdir»  [114].  Belə  məlum  olur  ki,  xristian 
filosflarının fikrinə görə, insanın dərkinə çalıĢdığı, insana Özünü tanıdıb 
dərk  etdirən  əslində  Ġlahi  Kəlam  və  Allahın  təzahürlərindən  biri  Ġsa 
Məsihdir.  Sonralar  Hegel  də  «Ġnsanın  Allah  haqqında  biliyi  özünü 
Allahda insan kimi tanıyana qədər inkiĢaf edir» [84, 389], – deyə bildirir. 
Deyilənlərdə  digər  bir  mühüm  məsələ  də  budur:  insanın  sevib, 
mənəvi  və  fiziki  əzablardan  keçib  bənzəməyə  çalıĢdığı  Ġsa  Məsih 
Tanrının oğlu, bir çox hallarda «Rəbb» deyə müraciət edilən, Müqəddəs 
Üçlüyün  zirvələrindən  biri  olan  varlıqdır.  Bu  səbəbdən,  həmin  məqama 
ucalmaq  üçün  insan,  Ekxartın  fikrinə  görə,  «bəĢəri  sifətini  itirməlidir» 
[129,  51].  Bu  fikir  N.Kuzanlıda  da  rast  gəlinir:  «Biz  hər  Ģeyin  onda  və 
hər  Ģeydə  tək  olanla  vəhdətə  çatmaq  üçün  ucalaraq  ilahiləĢirik»  [100, 
45].  Yəni  insan  yalnız  Ġsaya  bənzəməklə  dayanmır,  özü  də  ilahiləĢir,  o 
üçbucağın  bir  zirvəsinə  çevrilir.  N.Kuzanlı  bunu  belə  təsvir  edir:  «Əql 
həqiqətə  çoxbucaqlı  dairəyə  yaxın  olduğu  qədər  yaxındır,  belə  ki, 
dairənin içindəki çoxbucaqlının bucaqları nə qədər çox olsa, bir o qədər 
dairəyə yaxınlaĢır, ancaq heç vaxt dairə ilə bərabərləĢmir, hətta sonsuza 
qədər bölünsə də, amma sonunda dairəyə çevrilməzsə» [100, 53].  
Belə məlum olur ki, insanın dərk etmək istədiyi həqiqət elə özün-
dədir və ya özüdür. Lakin burada əhəmiyyətli bir an da nəzərə alınmalı-
dır ki, əvvəla, insanın özünə gedən yol ilahi üçbucaqdan keçir və o, öz 
həqiqətini Müqəddəs Üçlüyün zirvəsinə çatmaqla, yəni Allahla vəhdətdə 
olmaqla  dərk  edə  bilər.  Ġkincisi,  öz  həqiqətini  dərk  etmək  üçün  insan 
bəĢərilikdən uzaqlaĢmalıdır.    
Xristian  fəlsəfəsindən  fərqli  olaraq  Ġslam  fəlsəfəsində  irrasional 
anlamda  Mütləq  Həqiqət  haqqında  düĢüncələri  iki  istiqamətə  ayırmaq 
olar: monoteist və panteist. Ġslam təfəkkürü tarixində öz yeri və əhəmiy-
yəti olduğundan hər birinin Mütləq Həqiqət haqqında ideyaları ilə qısaca 
tanıĢ olaq.  
Ġslam  fəlsəfəsində  monoteist  istiqamətli  irrasional  idrak  təsəvvüf 


 78 

 
Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk
 
 
fəlsəfəsinə xasdır. Yuxarıda da qeyd etdiyimiz kimi, təsəvvüf fəlsəfəsinə 
görə  də,  Allah  transendent  varlıqdır  və  idrak  fövqündədir.  Məsələn, 
Allahlıq  iddiasında  olduğu  güman  edilən  Mənsur  Həllac  yazır:  «Onu 
(Allahı) həqiqət olaraq tanıdım deyən öz varlığını tanıdığının varlığından 
daha böyük etmiĢ olur. Çünki kim bir Ģeyi həqiqətən tanıyarsa tanıdığın-
dan daha güclü olur» [142, 74]. Cüneyd Bağdadi isə həqiqət axtaranları 
belə  təsvir  edir:  «Onlar  Haqqın  hüzurunda  həqiqət  elmi  ilə  göründülər. 
Bu  [görüntüyə]  səbəb  Haqqın  həqiqətidir  ki,  Ondandır,  axtarandan  (in-
sandan  –  K.B.)  deyil.  Bu,  Onun  hüzurundakı  cəhdin  kamalıdır»  [145, 
45]. Hər Ģeyin yaradanı Allahdır və ya hər Ģey Allahın sifətlərinin təza-
hürüdür; bu nisbi həqiqətləri dərk etməklə insan Mütləqə yaxınlaĢır. Gö-
ründüyü kimi, burada da fikir ziddiyyəti yaranır: nisbilər Mütləqə aparsa 
da  Mütləq  dərkedilməz  olaraq  qalır.  Lakin  məsələyə  fərqli  yanaĢma  da 
mövcuddur.  Məsələn,  C.Bağdadi  yazır:  «Onların  bildikləri  özlərindən 
deyil, Onun (Allahın) bildirdiyini bildilər. Onlar qüvvətin yoxluğuna (fə-
naya)  daxil  oldular,  yolun  həqiqətlərini  əldə  etdilər  və  var  olmaqlarının 
həqiqətlərinə yüksəldilər»  [145, 46]. Və ya Mənsur Həllacın: «Arif  öz 
irfanı  ilədir,  çünki  o,  öz  irfanıdır,  irfanı  da  odur»  [142,  77-78]  kimi 
məĢhur kəlamını xatırladaq. Belə məlum olur ki, təsəvvüfdə də insanın 
dərkinə  çalıĢdığı  obyekt  özüdür.  Bununla  yanaĢı,  onu  xristian 
fəlsəfəsindən  fərqləndirən  mühüm  bir  cəhət  vardır:  idrak  xətti  Allahın 
təyin  etdiyi  həddə  qədər  davam  edir  və  ondan  yuxarı,  yəni  Allah 
zirvəsinə  qalxa  bilmir.  C.Bağdadi  yazır:  «Onlar  dərk  etdiklərini  Ondan 
Onunla dərk etdilər. Onlardan hər biri öz idrakında dayandırıldı…» [145, 
46].  Burada  əhəmiyyətli  bir  fakt  da  vurğulanmalıdır  ki,  bu  həddin 
mövcudluğu xristian fəlsəfəsinə nisbətdə təsəvvüfdə insan idrakının daha 
məhdud olması anlamında qəbul edilməməlidir. Ġnsanın çata biləcəyi ən 
ali nöqtə Allah tərəfindən təyin edilir. Allahın həqiqətləri sonsuz olduğu 
kimi, insanın yüksələ biləcəyi nöqtənin də hüdudu yoxdur.  
Ġslam  fəlsəfəsində  ikinci  (panteist)  mövqeyə  əsasən  Ġslam  dininə 
görə bidət hesab  edilən təriqətlər  və  Ģəxslər  sahib  olmuĢlar  ki,  bura  hü-
rufiliyi, ismaililiyi, nöqtəviliyi və bir sıra sufi təriqətləri aid etmək olar.  
Hürufiliyin  banisi  Fəzlullah  Nəimi  Ģerlərindən  birində  insana 
müraciətən deyir:  
 
«Cahanın mərkəzi olan nöqtə – sənsən. 
YaranıĢın təməli olan qətrə – sənsən. 
 
Zata iĢarə edən ad – sənsən. 
Adı bəyan edən hərf – sənsən» [104, 113].  


Yüklə 3,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə