K. Bünyadzadə



Yüklə 3,01 Kb.
Pdf görüntüsü
səhifə28/91
tarix07.11.2017
ölçüsü3,01 Kb.
#8768
1   ...   24   25   26   27   28   29   30   31   ...   91

 74 

 
Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk
 
 
 
 
İrrasional idrakın son mərhələsi 
 
 
Mütləq həqiqət  
 
Konkreti  və  müfəssəli  tanımayan,  əvvəli  və 
sonu,  dəyiĢiklikləri  və  səbəbləri,  həqiqətləri  və 
yolları  tanımayan  Ģəxsə  əzəli  olanın  [Allahın] 
mə‗rifətindən pay düĢməz.  
 
Hüseyn b. Mənsur Həllac  
 
Ġdrak prosesində əldə edilən hər bilik, çatılan hər mərhələ insanın 
Mütləq  Həqiqətə  doğru  bir  addımıdır.  Ġnsanın  istifadə  etdiyi  vasitələr, 
onu  mərtəbə-mərtəbə  irəli  aparan  biliklər  müəyən  dərəcədə  Mütləq 
Həqiqəti təyin edir. BaĢqa sözlə desək, bəzən Mütləq Həqiqətin xarakteri 
ona  aparan  nisbi  həqiqətlərlə  Ģərtlənir,  yəni  əldə  edilən  son  nəticənin 
Mütləq olub olmaması ona aparan vasitələrlə və bu inkiĢaf boyu verilən 
biliklərlə  sıx  əlaqəlidir.  Eyni  sözləri  məsələyə  irrasional  aspektdən 
yanaĢmada da demək mümkündür. Bu məsələyə irrasional bilik və idrak 
prosesinin 
təhlilində  müəyyən  açıqlıq  gətirmiĢdik.  Yuxarıdakı 
Ģərhlərimizə  istinadən  əvvəlcə  həqiqətin  (Mütləq  Həqiqətin  də  o 
cümlədən) rasional və irrasional tərəflərini ayırd edək. 
Ensiklopedik  lüğətdə  yazılıb:  «Həqiqət  –  dərk  edən  subyektdə 
obyektin adekvat inikasıdır, insandan və onun Ģüurundan asılı olmayaraq 
olduğu  kimi  qavranılmasıdır…»  [126,  226].  Deməli,  əldə  edilən  yaxud 
verilən hər bir bilik həqiqətdir, sonra baĢqa bir biliklə inkar edilsə belə, 
həmin  an  üçün  o,  həqiqətdir.  Bu  baxımdan,  irrasional  anlamda  da 
həqiqəti  obyektiv,  gerçəkliyin  Ģüurüstündə  inikası  kimi  xarakterizə 
etmək,  nisbi  və  Mütləq  növlərə  bölmək  olar.  Lakin  burada  vacib  bir 
xüsusiyyət nəzərə alınmalıdır ki, bu, maddiyyat fövqündə mövcud olan 
gerçəkliyin  insan  ruhunda inikasıdır.  Belə  olan  halda,  həqiqətin  meyarı 
probleminə də açıqlıq gətirmək lazım gəlir.  
Məlum  olduğu  kimi,  Qədim  yunan  sofistləri  hissi  biliklərin 
həqiqəti olduğu kimi əks etdirməsini inkar etdikləri halda, Orta əsrlərin 
subyektiv  realistləri  (Berkli,  Yum)  onun  meyarını  məhz  hisslərdə 
axtarırdılar.  Marksist  filosoflar  isə  birmənalı  olaraq  həqiqətin  meyarı 


         İrrasional idrak  fenomeni
  

 75 
kimi  «ətraf  aləmi  dəyiĢən  sosial,  texniki  və  istehsalat  fəaliyyəti»  [125, 
291]  olan  təcrübəni  qəbul  edirdilər,  yəni  həqiqətin  xarakterinə  uyğun 
olaraq  onun  meyarı  da  dəyiĢmiĢdir.  Bu  o  deməkdir  ki,  irrasional 
həqiqətin də özünə müvafiq meyarı olmalıdır.  
Ġrrasional  idrak  insanın  ruhundan  baĢlayıb,  orada  da  bitir;  əldə 
edilən hər bilik ruhun inkiĢafına, yüksəlməsinə xidmət edir; Ģüurüstünün 
aktivləĢməsi  ruhun  bir  subyekt  olaraq  gerçəkliyi  qavrama  bacarığını 
ortaya  çıxarır;  müəyyən  zaman-məkan  kəsiyində  var  olan  və  çıxa 
bilməyən  maddi  bədəndən  fərqli  olaraq  ruh  ilahi  aləmə  qədər  yüksələ 
bilib  maddiyyatdan  tam  qurtula  bilir;  sonuna,  yəni  baĢlanğıcına  dönən 
ruh  maddiyyatı  tabe  və  idarə  etmə  qüvvəsinə  sahiblənir.  Deməli, 
irrasional  həqiqətin  meyarı  insanın  ruhudur  və  ya  daha  sadə  dillə  ifadə 
etsək,  insanın  könülü,  ürəyidir.  Qurani  Kərimdə  buyurulur: 

Ġki  yay 
qədər  və  ya  daha  yaxın  yaxınlaĢdı.  Quluna  vəhy  etdiyini  etdi.  Könül 
gördüyündə  yalan  demir.  Onun  gördüyünə  qarĢı  onunla  mübarizəmi 
edəcəksiniz?

 (Quran 53/9-12).  
Qeyd  etmiĢdik  ki,  rasionallıq  və  irrasionallıq  həqiqətin  müxtəlif 
tərəfləridir, medalın iki üzü kimi. Deməli, ayrılıqda istər rasional, istərsə 
də  irrasional  yanaĢma  vahid  həqiqətin  yalnız  bir  üzünü  açmıĢ  olur. 
Bununla  yanaĢı,  mövcud  və  Ģəkkedilməz  bir  həqiqəti  də  xatırladaq: 
bəĢəriyyətin  tarixi  boyu  insan  maddi  tərəfdən  əhəmiyyətli  dəyiĢikliyə 
məruz  qalsa  da  (cəmiyyət,  məiĢət,  elm,  texnika)  ruhən  həminki  olaraq 
qalır. Bunu deməyə bizə əsas verən bu günkü insanın da eramızdan neçə 
əsrlər  əvvəlki  insanın  can  atdığı  həqiqətin  dərkinə  yollar  axtarması 
(fərqli  vasitələrlə  olsa  da),  eyni  obyektlərdən  zövq  alması,  eyni 
problemləri düĢünməsi, hətta eyni nəticələrə gəlməsidir. Belə nəticə çıxır 
ki,  ümumiyyətlə  həqiqətin  meyarı  ruhdur.  Bunu  həqiqətin  dərkində 
irrasional tərəfin üstünlüyü kimi deyil, onun daha sabit, mahiyyətə daha 
yaxın, hətta onu olduğu kimi əks etdirməsi ilə izah etmək mümkündür. 
Bildirdiyimiz  kimi,  irrasional  anlamda  da  həqiqətin  nisbi  və 
Mütləq növləri məlumdur. Lakin əgər irrasional anlamda nisbi həqiqətlər 
gerçəkliyin dəyiĢməsindən asılıdırsa və buna müvafiq olaraq nəticələr də 
bir-birinə  zidd  ola  bilirsə  (məsələn,  müxtəlif  astronomik  kəĢflər,  fizika 
qanunları  və  s.),  irrasional  anlamda  bunu  iddia  etmək  olmaz.  Belə  ki, 
irrasional  idrakın  vahid  tənzimləyicisi  və  idarə  edəni  var.  Yəni  həqiqət 
birdir və nisbi həqiqətlər onun ayrı-ayrı qatlarıdır. Vahid həqiqət hər Ģeyi 
əhatə və ehtiva edir, hər Ģey Onda, O, hər Ģeydədir. Ġnsan da özündə Onu 
tapmağa, dərk etməyə çalıĢır. Xatırladaq ki, irrasional idrak məhz onların 
üzə  çıxarılması,  kəĢfi  ilə  baĢlayır.  Yuxarıda  da  bildirdiyimiz  kimi,  bəzi 


 76 

 
Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk
 
 
filosoflar bunu insanın ruhunda bərqərar edilmiĢ həqiqətləri xatırlaması, 
bəziləri  «ilahi  fəaliyyətlə…  imkanı  çatdığı  qədər  Allaha  bənzəməyə 
çalıĢması»  [74],  digərləri  də  fitrən  insanın  ruhuna  əta  edilmiĢ 
həqiqətlərin pas tutmuĢ dəmir kimi cilalanması adlandırmıĢlar. M.Ġqbalın 
bildirdiyi  kimi,  «Gerçək  vücudda  doğrudan  doğruya  xəbərdar  olan  Ģey 
həqiqətdir. Həqiqət dərəcələri, mənlik Ģüurunun dərəcəsinə görə dəyiĢir» 
[41,  103].  Yəni  insan  ruhundakı  gizli  olan  həmin  həqiqətin  ucunu 
tapmaqla  daha  geniĢ  hüdudlara  çıxır  və  çıxdıqca  həqiqətin  daha  üst 
qatlarını dərk edir. Bu proses Mütləqə qədər davam edir.  
Qeyd etdiyimiz kimi, irrasional idrak Mütləq Varlıqla sıx olan bir 
prosesdir. Ġstər idrakın baĢlanmasında, istər inkiĢafında əsas rol oynayan 
ezoterik  biliyin  verilməsində,  istərsə  də  prosesin  həddinin  təyinində 
Allah mütləq qüvvə və istiqamətvericidir. Bu baxımdan, Mütləq Həqiqət 
elə Allahdır deməklə məsələni bitmiĢ hesab etmək olar. Lakin burada iki 
məsələ  arasında  ziddiyyət  yaranır.  Belə  ki,  irrasional  idrak  prosesinin 
ikinci  mərhələsinin  kulminasiya  məqamını  Ģərh  edərkən  qeyd  etmiĢdik 
ki,  Qərb  və  ġərq  mütəfəkkirləri  Allahın  özünü,  zatını  hər  bir  düĢüncə 
fövqündə,  dərkedilməz  hesab  etmiĢlər.  Digər  tərəfdən,  bildirmiĢdik  ki, 
irrasional  idrak  aĢağıdan  yuxarı,  maddidən  ilahiyə,  insandan  Allaha 
doğru  istiqamətli  bir  proses,  insana  xas  bir  xüsusiyyətdir.  Deməli, 
həqiqət məfhumunun özü də insan təfəkkürünün məhsuludur. Belə olan 
halda,  zənnimizcə,  məsələnin  spesifik  cəhətlərini  aydınlaĢdırmaq 
məqsədi  ilə  problemin  həllinə  insan  mövqeyindən  yanaĢmaq  doğru 
olardı. Onu da əlavə edək ki, Ģərhimizin daha aydın və hərtərəfli olması 
üçün  Qərb  və  ġərq  mütəfəkkirlərinin  görüĢlərini  ayrı-ayrılıqda,  daha 
sonra isə müqayisəli Ģəkildə təqdim etməyi qərara aldıq. 
Məlum  olduğu  kimi,  xristianlıqda  vahid  Allah  Müqəddəs  Üçlük 
vasitəsilə təzahür edir və tanınır: Ata, Oğul və Müqəddəs Ruh. Dünyada 
bütün yaradılmıĢları ehtiva edən bu üçlük prinsipinə əsaslanaraq xristian 
filosofları Allahı hər Ģeydə görüb dərk etməyin mümkünlüyünü bildirir-
lər. Məsələn, M.Ekxart yazır: «…Tanrı hər Ģeydə və hər yerdədir və da-
im eyni tərzdə Özünü verməyə hazırdır, çünki bu, Ondan asılıdır və yal-
nız Onu hər yerdə eyni dərəcədə tapan kəs həqiqətən Tanrını tapar» [129, 
63]. Eyni zamanda, bu da xristian filosofları tərəfindən qəbul edilən bir 
həqiqətdir ki, «hər bir məxluq hər hansı bir məqsədlə yaradılıb… Allahın 
bütün iĢlərində çox xeyirxah bir məqsədi var – Özü. O, ruhu bütün qüv-
vəsi ilə bu məqsədə çatdırmaq istəyir: Özünə» [129, 84]. Ġrrasional idra-
kın kulminasiya anından danıĢarkən aydın oldu ki, Allah dərkedilməzdir. 
Maraqlıdır ki, hər Ģeydə Allahı dərk etməyə çağıran Ekxart etiraf edir ki, 


Yüklə 3,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə