K. Bünyadzadə



Yüklə 3,01 Kb.
Pdf görüntüsü
səhifə37/91
tarix07.11.2017
ölçüsü3,01 Kb.
#8768
1   ...   33   34   35   36   37   38   39   40   ...   91

 96 

 
Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk
 
 
etdirən  (qədərilər,  mötəzililər),  gah  qəti  Ģəkildə  inkar  edən  (cəbərilər, 
əĢərilər) dini-fəlsəfi cərəyanların görüĢlərində tapırdı.  
Bu dövrdə Ġslam ġərqində kəlamdan baĢqa və sonralar bütün Qərb 
fəlsəfəsinə  güclü  təsir  göstərəcək  bir  fəlsəfi  məktəb  –  məĢĢailik 
(peripatetik) fəlsəfəsi – də formalaĢmağa baĢlamıĢdı. Fəaliyyətini tədqiq 
edəcəyimiz hər üç dövrü əhatə edən bu fəlsəfi cərəyan birinci dövrdə ilk 
dəfə  Əbu  Yusif  Yaqub  Kindinin  (873)  əsərlərində  təĢəkkül  tapmağa 
baĢlamıĢdır  və  bu  səbəbdən  Kindi  ġərqin  ilk  filosofu  adlandırılmıĢdır. 
Ondan  baĢqa,  tədqiq etdiyimiz  birinci  dövrdə  məĢĢailik  həmçinin  Ġxvan 
əs-Səfa  (Saflıq  qardaĢları)  (X  əsr)  adlı  fəlsəfi  cəmiyyətin  ensiklopedik 
əsərlərində əks olunmuĢ, Əbu Nəsr Fərabinin (950) fəlsəfi görüĢlərində 
isə  artıq  bitkin  bir  fəlsəfi  sistem  halına  gəlmiĢdir.  Lakin  məĢĢailik 
fəlsəfəsi  özünün  zirvəsinə  məhz  ikinci  dövrdə  çatmıĢ  və  məhz  həmin 
vaxtlar geniĢ nüfuz və təsir qüvvəsi qazanmıĢdır.  
Ġslam  ġərqində  fəlsəfi  təfəkkürün  üçüncü  istiqaməti  irrasional 
təfəkkürdür.  Yuxarıda  qeyd  etdiyimiz  kimi,  fəlsəfi  məktəb  və 
cərəyanların yaranmasında siyasi motivlərin də müəyyən rolu olmuĢdur. 
Bu  təsir,  təbii  ki,  özünü  irrasional  təfəkkürdə  də  göstərmiĢdir.  Bunu 
nəzərə alaraq, irrasional mövqeli fəlsəfi dünyagörüĢləri iki yerə ayırmaq 
olar: siyasi motivlər üzərində yaranmıĢ və siyasi məqsəd daĢıyan fəlsəfi 
cərəyanlar (Ģiəlik, ismaililik) və dinin öz mahiyyətindən doğan zərurətlə 
təĢəkkül tapmıĢ təfəkkür forması (təsəvvüf). Əgər birincilərdə irrasional 
vasitələr  cəmiyyəti  idarə  üsulu  və  ya  öz  ideologiyalarının  təsir  gücünü 
artırmağa  xidmət  edirdisə,  təsəvvüf  dinin  əsl  mahiyyətini  açıqlayan, 
insanlıq  adını  ucaldan  və  insanı  öz  Yaradanı  ilə  vasitəsiz  ünsiyyətə 
çatdıran  irrasional  təfəkkürün  özüdür.  Sufi  mütəfəkkir  Sərrac  Tusi  (X 
əsr)  hər  elmin  Allah  Təalanın  həqiqət  aləminin  müəyyən  tərəflərini 
öyrəndiyini,  «təsəvvüfün mənasının isə bu elmlərin mənasında, onların 
dəqiqliyində,  həqiqətində»  [149,  36]  olduğunu  bildirir.  Bu  səbəbdən, 
Ġslam ġərqində üçüncü istiqaməti təĢkil edən irrasional təfəkkür deyəndə 
biz əsasən təsəvvüfü nəzərdə tuturuq. 
Bəzi  tədqiqatçılar  təsəvvüfün  irrasional  xarakterini  nəzərə  alaraq 
onun əlamətlərini Ġmam Əlidə, hətta Məhəmməd peyğəmbərdə (s.) belə 
axtarsalar  da,  məqsədi,  kateqoriyaları  bəlli  bir  dünyagörüĢü  kimi 
təsəvvüf təqribən VIII əsrin əvvəllərində təĢəkkül tapmağa baĢlamıĢdır. 
Ġlk  sufi  adının  kimə  verilməsi  barədə  də  müxtəlif  mülahizələr  vardır, 
lakin  bütün  rəylər  əsasən  üç  Ģəxs  ətrafında  cəmlənmiĢdir:  Əbu  HaĢim 


       
Orta əsrlərin fəlsəfi təfəkkür kontekstində irrasional idrak
 

 97 
Sufi (765),
1
 Cabir Sufi ləqəbi ilə tanınan alim Cabir b. Həyyan (823) və 
sonralar Bağdada köçmüĢ Abduk (825); onlar hamısı Küfəli olmuĢlar.  
Ġlk  sufilərdə  daha  çox  zahidlik  ön  planda  olmuĢdur  və  bu  fakta 
əsaslanan  bəzi  tədqiqatçılar  bu  dövrü  zühd  dönəmi  adlandırır.  Təsəv-
vüfün zühddən daha geniĢ bir anlam olduğunu nəzərə alaraq biz nisbətən 
fərqli  mövqedəyik.  Bu  dövrdə  təsəvvüfün  mə‗rifət,  eĢq,  hal  və  məqam 
kimi  bəzi  prinsip  və  kateqoriyaları    artıq  ayrı-ayrı  sufi  mütəfəkkirlər 
tərəfindən  irəli sürülmüĢdü.  Məsələn,  Rabiə əl-Ədəviyyə  (792)  ilk  dəfə 
ilahi eĢq, Zu‗n-Nun Misri (859) – hallar və məqamlar, mə‗rifət, Əbu Səid 
Xərraz (IX) – fəna və bəqa hallarını təsəvvüf fəlsəfəsinə daxil etmiĢdilər. 
Yəni bu dövrdə bir növ təsəvvüfün nəzəri təməli hələ qurulmaqda idi.  
IX  əsrin  sonu  –  XII  əsrin  əvvəllərində  müxtəlif  Ģəhərlərdə  öz 
kamilliyi, halının və məqamının ucalığı ilə fərqlənən sufi mütəfəkkirlərin 
irəli sürdükləri mülahizə və prinsiplər get-gedə məktəb səviyyəsinə qədər 
yüksəlmiĢdi və artıq IX əsrdə  Haris Mühasibi (857) və Səri Səqati (870) 
–  Bağdad,  Zu‗n-Nun  Misri  (859)  –  Misir,  Əbu  Yəzid  Bistami  (875)  – 
Xorasan məktəblərinin əsasını qoymuĢdular.  
Deyilənlərlə yanaĢı, o da qeyd olunmalıdır ki, bu dövrdə yazılmıĢ 
əsərlər  ya  Ģəxsi təcrübənin  ifadəsi,  ya  da  Ģeyxin  öz  müridlərinə nəsihət 
Ģəklində  olurdu.  Bəzən  müəyyən  bir  məsələ  sufilərin  məktublarında 
açıqlanırdı.  Qısa  desək,  sufilər  qarĢılarına  bu  mənəvi  təcrübə  yolunun 
sistemli Ģərhini, nəzəriyyəsini təqdim etmək məqsədi qoymamıĢdılar. 
Bu  dövrdə  həmçinin  təsəvvüfün  həqiqətinin  açıqlanması  məqsədi 
ilə  ilk  dəfə  X  əsrdə  Sərrac  Tusi  (988)  tərəfindən  yeni  bir  ənənənin 
baĢlanğıcı qoyuldu: sufi prinsiplərini izah edən sufi mütəfəkkirlərin fikir 
və  mülahizələrini  gələcək  nəsillərə  çatdırmaq  üçün  toplayıb  ümumi  bir 
traktatda iĢıqlandırıldı. Ondan sonra bu ənənə Əbu Bəkr Kəlabazi (990), 
Əbu Talib Məkki (996) və digərləri tərəfindən davam etdirildi [Təsəvvüf 
tarixi haqqında geniĢ bax: 3, 169-181]. 
Beləliklə, göründüyü kimi, ilk dövr Qərb və ġərqdə fərqli zaman 
kəsiyində  davam  etsə  də,  demək  olar  ki,  eyni  inkiĢaf  yolu  keçilmiĢdir. 
Hər  ikisində  yeni  din  ilk  növbədə  özünümüdafiə  və  özünütəsdiq 
mərhələsi keçməklə yanaĢı, həm də düĢüncədə hakim mövqeni tutmağa 
baĢlayır. Ġkinci tərəfdən, varislik prinsipi özünü göstərir. Bu, həm qədim 
düĢüncələrə  yeni  rəngin  qatılması,  həm  də  ehkamlara  rasional  baxıĢın 
yaranması  deməkdir.  Nəhayət,  qədim  köklərə  malik,  fərqli  təqdimata, 
bəzi  spesifikliklərə  baxmayaraq  mahiyyətcə  dəyiĢməyən,  ilk  iki  fikir 
                                                 
Rəqəmlər mütəfəkkirlərin vəfat tarixini göstərir. 


Yüklə 3,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə