K. Bünyadzadə



Yüklə 3,01 Kb.
Pdf görüntüsü
səhifə34/91
tarix07.11.2017
ölçüsü3,01 Kb.
#8768
1   ...   30   31   32   33   34   35   36   37   ...   91

 90 

 
Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk
 
 
2.
 
Xristian və islam fəlsəfəsinin sistemləĢməsi və qarĢılıqlı təsiri   
dövrü. 
3.
 
Dinin  fəlsəfədən  ayrılması:  fəlsəfi  təfəkkürdə  elm  və 
texnikanın  həlledici  qüvvəyə  çevrilməsi  və  ya  dinin  yenidən  hakim 
mövqe tutması dövrü.  
Hər  dövrü  ayrılıqda  Ģərh  edərək  mövzumuza  müvafiq  olaraq  bu 
dövrdə irrasional təfəkkürün inkiĢaf xəttinə də nəzər salaq. 
  
 
Xristian və islam dininin təşəkkülü  
və onun dünya fəlsəfi fikirləri ilə qarşılaşması dövrü 
 
Hər  Ģeydən  əvvəl  qeyd  edək  ki,  dinlərin  yaranma  tarixləri 
arasındakı zaman fərqi böyük olduğundan (təqr. 7 əsr) bu dövrün konkret 
müddətini  təyin  etmək  çətindir.  Qərbdə  o,  təqribən  III  –  VIII  əsrləri, 
ġərqdə isə VII – X əsrləri əhatə edir.   
Səmavi  dinlərin  nazil  olması  artıq  kifayət  qədər  inkiĢaf  yolu 
keçərək zəngin irsə malik fəlsəfi düĢüncəyə güclü təsir göstərmiĢ və yeni 
istiqamət  vermiĢ  oldu.  Əvvəla,  yeni  bilik  mənbəyi  –  Müqəddəs  Kitab 
meydana  gəldi.  Bu  bilik  mənbəyi  açıq  hikmətləri  öyrətməklə  yanaĢı 
ezoterik  elmlərə  də  imkan  açır,  onların  əhəmiyyətini  vurğulayırdı. 
Ġkincisi,  peyğəmbərin  Ģəxsiyyəti  həm  cəmiyyətin,  həm  də  ayrılıqda 
fərdlərin  həyatında  bir  nümunəyə  çevrildi.  Ġnsan  fenomeninə  müxtəlif 
aspektli  yanaĢmalar  yarandı:  Ġnsan  Allahın  ən  aĢağı  və  ən  günahkar 
məxluqudur,  Ġnsan  –  Allah  kəlamıdır,  Ġnsan  –  Allahın  yer  üzündə 
xəlifəsidir  (Quran  2/30;  38/26),  Ġnsan  –  Ġlahi  əmanətin  daĢıyıcısıdır  və 
nəhayət, Ġnsan – Yaradanın özüdür. Üçüncüsü, dinlər insanın  irrasional 
idrak forması üçün həm bir zəmin yaratdılar, həm də ona yeni vasitə və 
metodlar  təklif  etdilər.  Bunların  nəticəsi  idi  ki,  Orta  əsrlərdə  irrasional 
təfəkkür daha da geniĢ vüsət aldı.  
Müqəddəs Kitablar bir növ insanın «Allaha imanının tarixidir: ilk 
yarandığı  gündən  Qiyamətə  qədər,  yəni  insan  oğlunun  yaranıĢı  və 
inkiĢafında,  çiçəklənməsi  və  tənəzzülündə  onun  vahid  Allaha  imanının 
rolu  təsvir  olunur,  imanın  əhəmiyyəti  dönə-dönə  vurğulanır.  Bütün  bu 
«tarix»  boyu  dəyiĢən  cəmiyyətlər,  millətlər,  quruluĢlar,  dəyiĢməyən  isə 
yalnız  Allah  və  Ona  iman  olmuĢdur»  [4,  72].  Eyni  zamanda,  din 
tarixindən  məlum  olduğu  kimi,  din  bəĢəriyyətin  həyatında  ikili  rola 
malikdir:  zahiri  və  mənəvi.  Əgər  birinci  halda  din  cəmiyyəti  və  ya 
dövləti  idarə  etmək  vasitəsi,  xalqı  itaətdə  saxlamaq  üçün  bir 


       
Orta əsrlərin fəlsəfi təfəkkür kontekstində irrasional idrak
 

 91 
«opium»dursa,  ikinci  halda  o,  insanın  mənəvi  aləminə,  təfəkkür  və 
əxlaqına  həqiqi  iman  vasitəsilə  güclü  təsir  göstərən,  ona  ülvi  və  saf 
ideyalar aĢılayan bir dünyagörüĢü formasıdır. 
Din  tarixinin  və  fəlsəfəsinin  tədqiqinin  nəticəsində  belə  qənaətə 
gəlmək olar ki, nazil olan Müqəddəs Kitabla xalqın anladığı, qanunlarına 
riayət etməyə çalıĢdığı Kitab arasında müəyyən fərqlər mövcud olmuĢ və 
bu fərqlər daha çox dinin peyğəmbərinin -  Ġlahi Kəlamın daĢıyıcılarının 
vəfatından sonra meydana gəlməyə baĢlamıĢdır. Məsələ burasındadır ki, 
əvvəllər  peyğəmbərin  özü  tərəfindən  Ģərh  edilən  Müqəddəs  mətnlər 
sonralar  insanlara  peyğəmbərin  varisləri  hesab  edilən  alimlər  – 
peyğəmbərlərə  yaxın  olan  Ģəxslərin  təfsirləri  vasitəsi  ilə  çatdırılmıĢdır. 
Təbii ki, prinsiplərin Ģərhləri onların ağıl süzgəcindən keçməli olmuĢ və 
peyğəmbərin  zamanından  uzaqlaĢdıqca  Ģərhlər  arasında  ziddiyyətlər  də 
artmağa  baĢlamıĢdır  və  bu  fakt  özünü  müxtəlif  fəlsəfi  cərəyanlarda, 
dünyagörüĢlərində  göstərmiĢdir.  Xristianlıqda  bu  «vəzifəni»  daĢıyanlar 
əvvvəlcə  həvarilər,  daha  sonra  onların  tələbələri  və  s.,  Ġslamda  isə 
əshabələr,  daha  sonra  tabiinlər  və  digərləri  olmuĢdur.  Bu  səbəbdən, 
dinlərin  təĢəkkülü  və  ilk  inkiĢaf  mərhələlərində  yaĢayıb  yaratmıĢ 
mütəfəkkirlərin  əksəriyyətinin  din  xadimi  olması  heç  də  təəccüblü 
görünmür.  
Qeyd  olunan  dövr  Qərb  fəlsəfəsində  Patristika  (Patres  ecclesiae  - 
Kilsə  papalarının  fəlsəfəsi)  adı  ilə  məlumdur  və  bu  dövrdə  fəlsəfi 
düĢüncədə iki istiqamət fərqləndirmək olar: ortodoksol dini təfəkkür və 
dini-mistik (irrasional) təfəkkür. 
Xristianlığın  ilk  mərhələlərində  yeni  dini  güclü  təzyiq,  təqib  və 
təhriflərdən  qorumaq  məqsədi  ilə  din  xadimləri  onun  tarixini  və 
ehkamlarının  Ģərhini  və  s.  müdafiə  xarakterli  mövzuları  ehtiva  edən 
apologiyalar  yazırdılar  və  ortodoksal  dini  təfəkkür  əsasən  bu  çərçivədə 
inkiĢaf edirdi. Bununla yanaĢı, bildirdiyimiz kimi, fəlsəfi düĢüncə özü də 
zəngin  bir  irsə  (Qədim  Yunan  fəlsəfəsi  nəzərdə  tutulur)  –  malik  idi  və 
bu,  öz  təsirini  göstərməyə  bilməzdi.  Din  xadimlərinin  bu  irsə  mövqeyi 
birmənalı  olmamıĢdır.  Bəziləri  onu  kəskin  Ģəkildə  rədd  etdiyi  halda 
(məsələn, Asurlu Tatian (II əsr)), digərləri Platonun, stoyaçıların əsərləri 
ilə tanıĢ olur və xristianlığı bu iĢıqda anlamağa və anlatmağa çalıĢırdılar. 
Məsələn,  həmin  dövrdə  maraq  kəsb  edən  fikirlərdən  biri  ilahiyyatçı-
filosof Laodikiyalı Apollinara (390) məxsusdur: «Məsih – insan cildində 
Loqosdur,  yəni  təzahür  etmiĢ  ilahi  əqldir»  [98].  Dövrünün  görkəmli 
mütəfəkkirlərindən  olan  Samariyalı  Ġustin  (II  əsr)  də  «Ġsada  özünü 
göstərən  Loqosun  hər  insanda  toxum  halında  (loqos  spermatikos) 


Yüklə 3,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə