K. Bünyadzadə



Yüklə 3,01 Kb.
Pdf görüntüsü
səhifə42/91
tarix07.11.2017
ölçüsü3,01 Kb.
#8768
1   ...   38   39   40   41   42   43   44   45   ...   91

 106 

 
Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk
 
 
mövzuların  və  hər  birində  yetiĢən  görkəmli  filosofların  sayı  o  qədər 
çoxdur  ki,  tədqiqatımızın  yalnız  irrasional  istiqamətlə  əlaqəli  olduğunu 
nəzərə alaraq onlar haqqında yalnız bu qısa məlumatla kifayətlənirik. 
Qeyd etdiyimiz kimi, regionda mövcud olan ikinci fikir istiqaməti 
dini-mistik  (irrasional)  təfəkkürdür.  Birincidən  fərqli  olaraq  burada 
nəinki  əvvəlki  dövrün  irrasional  təfəkkürlü  filosofların  görüĢlərindən 
imtina  edilmiĢ,  hətta  öz  fəlsəfi  düĢüncələrini  onların  irəli  sürdüyü 
ideyalar  üzərində  qurmuĢlar.  Məsələn,  alman  mistik  filosofu  Kuzanlı 
Nikolayın  Renessans  dövründə  təbiət  haqqında  elmlərin  inkiĢafındakı 
rolunu  nəzərə  alaraq  onu  «həm  sxolastikanın  son  böyük  mütəfəkkiri, 
həm  də  yeni  dövr  fəlsəfəsinin  ilk  qurucusu  sayanlar  vardır»  [37,  194]. 
Sonralar  Cordano  Brunonun  (1600)  dünyagörüĢündə  Kuzanlının  təbiət 
haqqında  düĢüncələri  ilə  Kopernikin  sistemi  harmonik  Ģəkildə 
sintezləĢərək ifadə olunacaqdı.  
XVII  əsrdə  Qərbdə  əsasını  R.Dekart  fəlsəfəsindən  götürmüĢ  yeni 
bir  fəlsəfi  cərəyan:  okkazionalistlər  (vasitəçilər)  də  təĢəkkül  tapmağa 
baĢladı.  Onların  fikirlərinə  görə,  Tanrı  ruh  və  bədəndəki  hər  hansı  bir 
istək  yaxud  hərəkətin  səbəbi,  vasitəsidir.  Əvvəllər  yalnız  insana  Ģamil 
edilən  bu  nəzəriyyə  sonralar  böyüyərək  bütün  varlıqlara  aid  edildi  [37, 
256].  Okkazionalistlərin  ən  görkəmli  nümayəndələrindən  biri  fransız 
filosofu  Nikola  MalbranĢ  (1715)  «Dekartın  nəzəriyyəsi  ilə  Avqustinin 
mistik  təcrübəsini  bir  növ  birləĢdirmiĢ»  [37,  259],  Tanrını  hər  Ģeyin 
içində  deyil,  hər  Ģeyin Tanrının  içində  olması  fikrini irəli  sürərək  qeyd 
edirdi  ki,  «Tanrının  düĢüncələrini  öyrənməklə  biz  gerçək  dünyanı  da 
öyrənmiĢ oluruq» [37, 258]. 
Renessans  dövrünün  xarakterik  cəhətlərindən  biri  də  dində 
«islahatlaĢma» aparmaq, yəni köhnə kilsə və onun sxolastik fəlsəfəsinin 
yerinə yenisini gətirmək olmuĢdur. Fəlsəfə tarixçilərinin bildirdiyi kimi, 
insanın  iç  dünyasından,  əsl  həqiqətdən  uzaq  düĢən  sxolastik  fəlsəfədə 
düĢüncənin  və  mənəviyyatın  əhəmiyyətini  yenidən  qaytarılmasında  ən 
böyük  rolu  mistiklər  oynamıĢlar.  Maraqlıdır  ki,  Renessans  dövrünün 
«islahatlaĢma»  prosesinin  baĢlıca  qaynağı  kimi  sxolastika  dövründə 
mövcud  olan  alman  mistisizmini  [GeniĢ  bax:  37,  178]  və  onun  ən 
görkəmli nümayəndəsi, «almanca fəlsəfə terminlərinin atası» [GeniĢ bax: 
37,  179],  özündən  sonrakı  əksər  mistik  filosofların  istinad  yeri Meyster 
Ekxartı (1327) göstərirlər.  
Mistisizm üzərində təĢəkkül tapan və insanı yenidən iç dünyasına 
qaytarmağa  cəhd  edən  islahatlaĢma  prosesi  sonralar  protestantlıqda  öz 
ifadəsini tapdı. Lakin o da tezliklə «yeni bir kilsə qurmaq və bu kilsənin 


       
Orta əsrlərin fəlsəfi təfəkkür kontekstində irrasional idrak
 

 107 
istinadı  olacaq  nəzəri  təməlləri  inkiĢaf  etdirməklə  mistisizmin  əsas 
ideyasından  uzaqlaĢdı»  [37,  179].  ĠslahatlaĢma  prosesinin  ən  görkəmli 
mütəfəkkirləri kimi Sebastyan Frankı (1542), Valentin Vayqel (1588) və 
Yakob  Bömeni  (1642)  göstərmək  olar.  Fəlsəfə  tarixində  özünəməxsus 
sistemi  ilə  məĢhur  olan  Y.Bömenin  «mistisizmi  dinamik-voluntarist  bir 
Tanrı və dünya anlayıĢına istinad edir… Tanrı insanda özünü açır, insan 
dolayısı ilə özünə dönər; O, öz-özünü tapmaq, özün tanımaq üçün kainat 
və  insan  olur»  [37,  179].  Bu  da  məlum  bir  faktdır  ki,  Bömenin  və 
ümumiyyətlə «alman mistisizminin Renessans dövründəki uğuru … açıq 
və  ya  gizli  bir  xətt  kimi  özünü  sonralar  Leybnitsin,  xüsusilə  alman 
idealizmi və romantizmində göstərəcəkdi» [37, 183]. 
Onu da bildirək ki, islahatlaĢma prosesi yalnız sxolastika dövründə 
yaddan  çıxmıĢ  deyil,  həmçinin  yeni  dövrdə  də  elm  və  texnikanın 
kölgəsində qalmıĢ irrasional təfəkkürün qorunub saxlanması demək idi.    
Tədqiq  etdiyimiz  sonuncu  dövr  Ġslam  ġərqində  də  bir  sıra 
spesifikliklərlə  səciyyələnir.  XIV-XVII  əsrləri  əhatə  edən  bu  müddətdə 
fəlsəfi  fikir  əsasən  üç  istiqamətdə  inkiĢaf  etməkdə  idi:  dini,  fəlsəfi  və 
irrasional təfəkkürlər.  
Ġslam ġərqinin ilk baxıĢda sönük və durğun görünən, hətta bir çox 
fəlsəfə tarixi dərsliklərinə daxil edilməyən bu dövründə ilk nəzərə çarpan 
hadisə bir neçə əsr ərzində fəlsəfə və təsəvvüf yanında arxa plana çəkilən 
ortodoksal dini təfəkkürün yenidən dirçəlməsidir. Əlbəttə bu, həmin illər 
ərzində onun heç bir alim və mütəfəkkirinin olmaması demək deyil. XI 
əsrin görkəmli ortodoks alimi Ġbn Həzmdən (1064) sonra XIV əsrdə bu 
təfəkkür  forması  Əhməd  b.Teymiyyə  əl-Hərrani  (1327)  simasında  yeni 
bir qüvvə ilə inkiĢaf etməyə baĢladı. Yalnız dövrünün deyil, özündən də 
əvvəl  yaĢamıĢ  əksər  Ġslam  filosoflarına  və  fəlsəfi  cərəyanlarına, 
təsəvvüfə  və  müxtəlif  yönlü  dini  cərəyanlara,  bir  sözlə,  Məhəmməd 
peyğəmbərdən  (s.)  sonra  Ġslam  aləminə  daxil  olan  hər  bir  düĢüncəyə 
meydan  oxuyan,  onları  ümumiyyətlə  silib  sələfiliyi  (Peyğəmbərdən  (s.) 
qalma  dini)  irəli  sürən  bu  fəqih  alim  öz  fikir  və  ideyalarına  görə 
«islahatçı» adlandırılmıĢdır. Ondan sonra bu iĢi tələbəsi Ġbn Qəyyim əl-
Cəvziyyə (1350)
1
 davam etdirmiĢdir [35, 319-322].  
XIV-XVII əsrlərdə dini təfəkkürdən fərqli olaraq, fəlsəfi təfəkkür 
daha çox Ģərhçilik Ģəklində inkiĢaf etməyə baĢladı. Mütəfəkkirlər əsasən 
Əbu  Hamid  Qəzalinin,  Mühyiddin  b.  Ərəbinin,  ġihabəddin  Sührəvərdi-
                                                 
Sələfilik cərəyanı XVIII əsrdə Məhəmməd b.  Abdul-Vəhhabın (1792) və onun 
ideyaları üzərində təĢəkkül tapan vəhhabilik dini cərəyanının əsas qaynağı hesab 
edilir. 


Yüklə 3,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə