K. Bünyadzadə



Yüklə 3,01 Kb.
Pdf görüntüsü
səhifə44/91
tarix07.11.2017
ölçüsü3,01 Kb.
#8768
1   ...   40   41   42   43   44   45   46   47   ...   91

 110 

 
Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk
 
 
xarakterizə  etmək  olar.  Əvvəla,  həm  Qərb,  həm  də  ġərq  fəlsəfi 
düĢüncəsində  dinin  fəlsəfədən  daha  çox  ayrılması  müĢahidə  edilir. 
Qərbdə  bu,  fəlsəfənin,  ġərqdə  isə  dini  düĢüncənin  müstəqil  Ģəkildə 
irəliləməsinə  səbəb  olmuĢdur.  Təbii  ki,  hakim  fikir  istiqaməti  yanında 
digərləri də öz mövcudluğunu saxlamıĢdır. Ġkincisi, qeyd olunan dövrdə 
hər  iki  regionda  dinin  «islahatlaĢması»  prosesi  aparılmıĢdır.  Qərbdə  bu 
proses  irrasional  düĢüncənin  inkiĢafına,  ġərqdə  isə  ortodoksal  dinin 
dirçəldilməsinə xidmət etmiĢdir.   
Ġrrasional  təfəkkürə  gəlincə,  regionda  əsas  düĢüncə  cərəyanına 
müvafiq  olaraq  Qərbdə  mistik  təfəkkürdə  fəlsəfənin,  ġərqdə  isə  dinin 
təsiri  artmıĢdır.  Qərbdə  irrasional  təfəkkürün  nəzəriyyəsi,  ġərqdə  isə 
praktik  tərəfi  daha  çox  ön  plana  keçmiĢdir.  Bununla  belə,  bu  düĢüncə 
forması  istər  ayrı-ayrı  mütəfəkkirlərin,  istərsə  də  cərəyanların 
görüĢlərində  öz  inkiĢafını  arası  kəsilmədən  və  sabit  prinsiplər  üzərində 
davam  etdirməkdə  idi.  Təbii  ki,  dövrün  tələbinə,  elm  və  texnikanın 
tələbinə müvafiq olaraq yeni metod, yaxud mövzular da əlavə olunurdu, 
lakin əsl mahiyyət və məqsəd dəyiĢməz olaraq qalırdı. 
Beləliklə, orta əsrlərin tədqiqindən belə məlum oldu ki, irrasional 
təfəkkür Ģəraitindən, məkanından və zamanından asılı olmayaraq bəzən 
rasional  təfəkkürün  yanında  arxa  plana  çəkilsə  belə,  öz  mövcudluğunu 
saxlamıĢdır.  Bundan  baĢqa,  hakim  düĢüncədən  asılı  olaraq  irrasional 
təfəkkürdə ya fəlsəfi, ya da dini amillərin artması müĢahidə edilir və bu, 
irrasional  təfəkkürün  həm  fəlsəfənin,  həm  də  dinin  mövzusu  olmasına 
dəlalət edir.  
Orta əsrlərin xarakterik cəhətlərindən biri də irrasional təfəkkürün, 
demək  olar  ki,  əksər  mütəfəkkirlərin  dünyagörüĢündə  sezilməsidir.  Bu, 
onların öz həqiqət axtarıĢında rasional və irrasional vasitələrdən bərabər 
və  kompleks  Ģəkildə  istifadə  etmələrindən,  hər  iki  təfəkkür  formasını 
sintezləzdirməklərindən  və  Mütləq  Həqiqətə  gedən  yolda  bunun  zəruri 
olmasından xəbər verir.   
Orta  əsrlərin  düĢüncə  zənginliyi,  çoxcəhətliliyi  bu  dövrü  növbəti 
illərdə fəlsəfi təfəkkürün inkiĢafı üçün bir növ ideya mənbəyi etmiĢdir və 
burada əsas xidmət, zənnimizcə, məhz irrasional təfəkkürə aiddir.  
Nəhayət,  onu  da  bildirək  ki,  irrasional  təfəkkür  bölgəsindən  asılı 
olmayaraq insana xas bir keyfiyyət, Vahid Yaradan vasitəsilə özünüdərk 
imkanıdır.  Bu  faktor,  yəni  maddiyyat  çərçivəsinə  sığmayan  ideyaların 
coğrafi  məkandan  və  zaman  kəsiyindən  asılı  olmayaraq  insanların 
ruhuna  eyni  təsir  bağıĢlaması  və  oxĢar  Ģəkildə  ifadə  edilməsi  orta 
əsrlərdə daha bariz Ģəkildə özünü göstərmiĢdir.    


 
 
 
 
IV  F Ə S I L  
 
 
 
 
 
ŞƏRQ  VƏ  QƏRB 
FƏLSƏFƏ  TARIXINDƏ  
IRRASIONAL   IDRAKIN   
SPESIFIK  CƏHƏTLƏRI  
 
 
 
 

 



 
 


Иррасионал идракын спесифик жящятляри
  

 113 
 
 
Tədqiqatımızın  dördüncü  fəsli  irrasional  təfəkkürün  iki  əsas 
mövzusunun  Ģərhinə  həsr  edilmiĢdir:  Tanrı-aləm  münasibəti  və  Nur  və 
nurlanma.  Kökləri  fəlsəfə  tarixinin  ən  qədim  dövrlərinə  qədər  gedib 
çıxan  bu  problemlər  Orta  əsrlərdə  həm  Qərb,  həm  də  ġərq  fəlsəfə 
tarixində xüsusilə aktuallaĢdığından araĢdırmamızda məhz bu ikisinə yer 
ayırmağı qərara aldıq. 
Onu  da  bildirək  ki,  Tanrı-aləm  münasibəti  çərçivəsində  əsasən 
yaradılıĢ  prosesinin,  Allahın  bir  Yaradan  kimi  təbiət,  xüsusilə  insanla 
qarĢılıqlı  münasibətinin,  vəhdətinin  irrasional  tərəfləri  araĢdırılmıĢdır. 
Nur  və  nurlanma  bölümündə  isə  baĢlıca  olaraq  irrasional  idrakın  nur 
vasitəsilə  gerçəkləĢməsi,  idrak  prosesində  xüsusi  əhəmiyyətə  malik 
nurlanmanın mahiyyəti, nurun irrasional biliyin bir forması olması kimi 
məsələlər  təhlil  edilmiĢdir.  Göründüyü  kimi,  birinci  problem  irrasional 
idrak prosesinin bir növ ontoloji, ikinci isə qnoseoloji aspektdən Ģərhidir.  
 
 
Tanrı-aləm münasibəti 
 
Mən  gizli  bir  xəzinə  idim,  tanınmaq 
istədim və xəlqi yaratdım. 
 
Qüdsi hədis 
   
Tanrı-aləm, Yaradan-yaradılan zənciri insan idrakına sığa biləcək 
bütün  mütləq  və  nisbi  varlıqları  özündə  ehtiva  edir.  Ġnsan  bu  zəncirdə 
birləĢdirici halqa, bir növ əlaqənin özüdür, çünki problemin hər iki tərəfi 
məhz  insan  təfəkkürünün  süzgəcindən  keçmiĢ  anlam  və  kateqoriyalar 
vasitəsilə araĢdırılır. Gah Yaradanın, Mütləq hakimin özü ilə mübarizəyə 
qalxan,  Yaradan  olmağa  çalıĢan,  gah  da  yaradılmıĢ  bir  varlıq  kimi 
özünün acizliyini, zəifliyini, iradəsizliyini qəbul edən bəĢər öz subyektiv 
dünyasından  hər  iki  obyekti  tanımağa,  eyni  zamanda,  rasional  və 
irrasional  bilik  və  vasitələrlə  yalnız  Tanrı-aləm,  Yaradan-yaradılan 
əlaqəsini dərk etməyə deyil, həm də özünün bu əlaqədə yerini və rolunu 
təyin etməyə can atmıĢdır.  
Məsələni  irrasional  aspektdən  araĢdırdığımıza  görə,  Tanrı-aləm 
münasibəti  deyəndə  biz  daha  çox  Tanrı  və  yaradılmıĢların  ən  alisi, 
kainatı  özündə  ehtiva  edən  mikrokosm,  yəni  insan  arasındakı  əlaqəni 


Yüklə 3,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə