K. E. Qocayev Hüquq üzrə fəlsəfə doktoru



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə20/30
tarix28.08.2018
ölçüsü1,38 Mb.
#65173
1   ...   16   17   18   19   20   21   22   23   ...   30

74
mart 2007-ci il tarixli məhkəmə qərarının olmasına istinad edərək 
iddianı  qəbul  etməmişlər.  Məhkəmənin  sorğusuna  vətəndaşlıq 
vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanı cavab olaraq bildir-
mişdir ki, nə Bağırov, nə də Bağırova nikaha xitam veril məsini 
vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanında qey-
diyyatdan keçirməmişlər. 
Bağırovların  nikahına  hansı  vaxtdan  xitam  verilmiş  hesab 
edilir? Bağırovun ölümündən sonra Bağırova varisdirmi? Bağı-
rovanın iddiası təmin edilməlidirmi?
Məsələ 9.
P.Ş.Musayev  arvadını  sevmədiyini  və  başqa  qadınla  əlaqə-
sinin  olduğunu  bildirərək  arvadı  ilə  nikahına  xitam  verilməsi 
haqqında məhkəmədə iddia qaldırmışdır. Ü.Z.Musayeva nikaha 
xitam  verilməsinə  etiraz  etməmiş,  ancaq  ümumi  əmlaklarının 
bölünməsini və səkkiz yaşlı qızını saxlaması üçün iddiaçıdan ali-
ment tutulmasını xahiş etmişdir. Məhkəmə qızına aliment tutul-
ması  haqqında  Musayevanın  iddiasını  təmin  etmişdir.  Ancaq 
məhkəmə  birgə  əldə  edilmiş  əm lakın  qiymətləndirilməsi  üçün 
əmtəəşünas ekspert cəlb edilməsinin tələb edil diyini, buna görə 
ümumi əmlakın bölünməsinə ayrıca icraatda baxılmasının daha 
münasib olduğunu göstərərək iddianın həmin hissəsini baxılma-
mış saxlamışdır. 
Musayevanın cavab iddiası üzrə məhkəmənin qərarına hüquqi 
qiymət  verin.  Ər-arvad  arasındakı  hansı  mübahisələr  boşanma 
prosesində nikaha xitam verilməsi məsələsi ilə bir yerdə həll edilir?
Məsələ 10.
T.X.Ağayeva aralarında olan nikaha xitam verilməsi haqqın-
da  M.L.Ağa ye və  qarşı  iddia  qaldırmışdır.  Eyni  zamanda  o, 
işləmədiyinə və dörd aylıq uşağına qulluq etdiyinə görə uşağın 
saxlanması üçün aliment tutulmasını xahiş etmişdir. 


75
Məhkəmə hamiləlik dövründə və uşaq doğulduqdan sonra bir il 
müddətində arvadın ərizəsi üzrə nikaha xitam verilməsi haqqında 
icraat qaldırmaq hüququna malikdirmi? Uşağa qulluq edilməsi 
ilə məşğul olan keçmiş arvad aliment hüququna malikdirmi?
Məsələ 11.
Yetkinlik  yaşına  çatmayan  uşaqları  olmayan  ər-arvad  Qəni-
yevlər qarşılıqlı razılaşma əsasında nikaha xitam verilməsi haq-
qında vətəndaşlıq vəziyyəti aktla rı nın dövlət qeydiyyatı orqanına 
ərizə vermişlər.
Vətəndaşlıq  vəziyyəti  aktlarının  dövlət  qeydiyyatı  orqanı 
ərizəni qəbul etmiş və nikaha xitam verilməsinin rəsmiləşdirilməsi 
üçün bir ay müddət təyin etmişdir. Vətəndaşlıq vəziyyəti aktları-
nın dövlət qeydiyyatı orqanının təyin etdiyi müddət başa çatma-
mış  Qəniyeva  əlavə  ərizə  ilə  müraciət  edərək  göstərmişdir  ki, 
Qəniyev əmlakın bölünməsi haqqında onların əldə etdikləri razı-
laşmanı pozmuşdur. Buna görə o, nikaha xitam verilməsinin qey-
diyyatı ilə yanaşı, eyni zamanda əmlakın bölünməsi məsələsini 
də həll etməyi xahiş etmişdir. 
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanı bo-
şanmanı  rəsmi ləşdirməklə  yanaşı,  eyni  zamanda  ər-arvadın 
əmlak mübahisələrini həll etmək hü qu quna malikdirmi? Qəniyev-
lərin ərizəsi əsasında vətəndaşlıq vəziyyəti aktlarının dövlət qey-
diyyatı orqanı hansı qərarı qəbul etməlidir?
Məsələ 12.
Ər-arvad İbrahimovlar 1991-ci ildə nikaha girmişlər, onların 
ümumi uşaq ları olmamışdır. 2008-ci ilin fevralında İbrahimova 
nikaha xitam verilməsi haq qında ərizə ilə vətəndaşlıq vəziyyəti 
aktlarının  dövlət  qeydiyyatı  orqanına  mü raciət  etmişdir.  O, 
ərizədə göstərmişdir ki, İbrahimov boşanmaya razıdır, ara la rında 
əmlak mübahisəsi yoxdur, ancaq cavabdeh vətəndaşlıq vəziyyəti 


76
aktla rının  dövlət  qeydiyyatı  orqanına  boşanma  haqqında  ərizə 
verməkdən imtina edir. 
2008-ci  il  martın  15-də  İbrahimova  dövlət  rüsumunun  ödə-
nilməsi haqqında qəbzi təqdim etdikdən sonra vətəndaşlıq vəziy-
yəti aktlarının dövlət qeydiyyatı or qa nının müdiri nikaha xitam 
verilməsini qeydiyyata almış və İbrahimovaya müvafiq şəhadət-
namə vermişdir. 
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanı İb-
rahimovanın  ərizəsi  əsasında  nikaha  xitam  vermək  hüququna 
malikdirmi?  Vətəndaşlıq  vəziyyəti  aktla rının  dövlət  qeydiyyatı 
orqanına  nikaha  xitam  verilməsi  haqqında  ərizə  verilərkən  ər-
arvaddan biri iştirak etməyə bilərmi? Əgər iştirak etməyə bilərsə, 
hansı hallarda? Hansı hallarda vətəndaşlıq vəziyyəti aktlarının 
dövlət qeydiyyatı orqanında ər-ar vaddan birinin ərizəsi əsasında 
nikahın  pozulması  həyata  keçirilir?  Ər-arvaddan  biri  iştirak 
etmədikdə nikahın pozulmasının dövlət qeydiyyatının aparılması 
müm kündürmü?  Ər-arvaddan  biri,  nikahın  pozulmasına  etiraz 
etməsə də, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı or-
qanında nikahın pozulmasından yayındığı hallarda nikahın po-
zulması qaydası necədir? 
Məsələ 13.
R.E.Qədimov 2008-ci il aprelin 15-də Ş.V.Qədimovanın ya-
şayış yeri üzrə məhkəməyə onunla olan nikahına xitam verilməsi 
haqqında iddia ərizəsi ver miş dir. İddiaçı ərizədə göstərmişdir ki, 
müxtəlif  səbəblər  üzündən  onun  arvadı  ilə  ailə  münasibətləri 
çoxdan  qurtarmışdır,  o,  1996-cı  ildə  anadan  olmuş  uşağının 
saxla nılmasına vəsaiti könüllü verməyə hazırdır. İddia ərizəsinə 
arvadının boşanmaya razı olması barədə iş yerindən təsdiq edil-
miş  yazılı  razılığı  əlavə  edilmişdir.  İki  həftə  sonra  iş  üçün 
dinlənilmə təyin edilmiş və işə baxılaraq Qədimovların ni kahına 
xitam verilmişdir. Bu zaman cavabdeh məhkəmə iclasında iştirak 
et məmişdir.


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə