K. E. Qocayev Hüquq üzrə fəlsəfə doktoru



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə22/30
tarix28.08.2018
ölçüsü1,38 Mb.
#65173
1   ...   18   19   20   21   22   23   24   25   ...   30

81
20. Ümumi əmlak üzərində sərəncam əqdi bağlanmasına no-
tariat  qaydada  təsdiq  edilmiş  razılığı  alınmamış  ərin  (arvadın) 
tələbinin iddia müddətini göstərin. Bu iddia müddətinin axımı nə 
vaxtdan hesablanır?
21. Hansı əmlak ər-arvadın hər birinin mülkiyyətinə aiddir?
22.  Fərdi  istifadə  şeylərinin  anlayışını  verin.  Hansı  fərdi 
istifadə şeyləri zinət əşyalarıdır?
23.  Ər-arvadın  hər  birinin  mülkiyyətinin  hüquqi  rejimi 
necədir?
24. Ər-arvaddan birinin öz şəxsi əmlakını özgəninkiləşdir mə-
sinə (hədiyyə verməsinə, satmasına, dəyişdirməsinə və s.) və on-
lar üzərində digər sərəncam əqdi bağlamasına (girov qoyma, ica-
rəyə vermə, vəsiyyət etmə və s.) digərinin razılığı tələb edilirmi? 
25. Hansı əsaslar olduqda ər-arvaddan hər birinin əmlakı on-
ların birgə mülkiyyəti sayıla bilər? 
26.  Nikah  bağlanmasının  dövlət  qeydiyyatı  olmadan  birgə 
yaşayış zamanı ki şi və qadının qazandığı əmlakın hüquqi rejimi 
hüququn hansı sahəsinin norma la rı ilə müəyyən edilir?
27.  Ər-arvadın  ümumi  əmlakının  bölünməsi  hansı  hallarda 
həyata  keçirilir?  Bunun  üçün  nikaha  xitam  verilməsi  məcburi 
şərtdirmi? 
28. Ər-arvadın ümumi əmlakının bölünməsi qaydası necədir? 
Ər-arvad ara sın da onların ümumi əmlakının bölünməsi haqqında 
müqavilə bağlanması müm kündürmü?
29.  Ər-arvadın  müstəsna  olaraq  yetkinlik  yaşına  çatmayan 
uşaqlarının tələba tının ödənilməsi üçün əldə etdikləri şeylər bö-
lünürmü? 
30. Yetkinlik yaşına çatmayan ümumi uşaqların adına qoyul-
muş  əmanətlər  ər-arvadın  ümumi  əmlakının  bölünməsi  zamanı 
nəzərə alınırmı?
31. Ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların 
tələbinə iddia müddəti tətbiq edilirmi? 
32.  Boşanmış  ər-arvadın  ümumi  əmlakının  bölünməsi  haq-
qında  onların  tə lə bi  üçün  Azərbaycan  Respublikasının  Ailə 


82
Məcəlləsində müəyyən edilmiş iddia müd dətini göstərin. Bu id-
dia müddəti nə vaxtdan hesablanır?
33. Ümumi əmlakın bölünməsi haqqında ər-arvadın (keçmiş 
ər-arvadın) iddia ərizələrindən tutulan dövlət rüsumunun məbləği 
nə qədərdir? 
34. Ümumi əmlakda ər-arvadın hər birinin payı nə qədər he-
sab edilir? Hansı hal lar olduqda ümumi əmlakda ər-arvaddan bi-
rinin payı artırıla bilər? 
35. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcu necə 
bölünür?
36.  Ümumi  əmlakın  bölünməsi  zamanı  ər-arvaddan  birinə 
veri  lən əmlakın də yəri ona düşən paydan artıq olduqda digərinə 
müvafiq pul və ya başqa kom pen sasiya verilib-verilməməsini ay-
dınlaşdırın. 
37.  Ər-arvadın  mülkiyyətinin  müqavilə  rejiminin  anlayışını 
verin. Azər bay can Respublikasında nə vaxtdan nikah müqaviləsi 
institutu tətbiq edilir? Ni kah müqaviləsi bağlanmasının əsası və 
qaydası necədir?
38. Azərbaycan Respublikasının Ailə Məcəlləsi nikah müqa-
viləsi formasına han sı tələblər irəli sürür? Nikah müqaviləsinin 
müəyyən edilmiş formasına riayət edilməməsinin hüquqi nəticə-
lərini göstərin. 
39. Nikah müqaviləsinin məzmununu açıqlayın. Nikah müqa-
viləsində  ər-ar vadın  bir-birini  qarşılıqlı  saxlaması  üzrə  onların 
hüquq və vəzifələrinin müəyyən edilməsinə yol verilirmi? 
40. Nikah müqaviləsində ər-arvadın nəzərdə tutulmuş hüquq 
və vəzifələrinin müəyyən müddət ərzində qüvvədə olması müm-
kündürmü?
41. Nikah müqaviləsində ər-arvadın nəzərdə tutulmuş hüquq 
və  vəzifələri  müəyyən  şəraitin  yaranıb-yaranmamasından  asılı 
ola bilərmi?
42. Nikah müqaviləsi ər-arvadın hüquq və fəaliyyət qabiliy-
yətini məhdudlaşdıra bilərmi?


83
43.  Nikah  müqaviləsinin  sərbəstliyinin  məhdudlaşdırılması 
nədən  ibarətdir?  Nikah  müqaviləsinin  tənzimləmə  sahəsindən 
kənar edilmiş məsələlərin dairəsini göstərin. 
44.  Nikah  müqaviləsinin  notariat  qaydada  təsdiqinə  görə,  o 
cümlədən nikah müqaviləsinin predmeti onun bağlanması vaxtı 
qiymətləndirilməli olmayan, ər-arvadın gələcək əmlakı olduqda, 
tutulan dövlət rüsumunun məbləği nə qədərdir? 
45.  Ər-arvadın  hər  birinin  əmlakının  ayrı  olması  rejiminin 
yalnız onların əmlakının ayrı-ayrı növlərinə (məsələn, avtomaşı-
na, motosiklə, idman alətlərinə, torpaq sahəsinə, səhmlərə və s.) 
şamil edilməsi, qalan əmlaka isə birgə mülkiyyət rejiminin tətbiq 
edilməsi mümkündürmü? 
46. Ər-arvadın hər biri tərəfindən icra qaydası nikah müqa vi-
ləsi ilə müəyyən edilə bilən ailə xərcləri dedikdə nə başa düşülür? 
47. Nikah müqaviləsinin icrasından birtərəfli qaydada imtina 
etməyə qanun yol verirmi? 
48.  Nikah  müqaviləsinin  dəyişdirilməsi  və  pozulmasının 
əsas la rını və qaydalarını göstərin. 
49.  Nikah  müqaviləsinin  dəyişdirilməsi  və  ya  pozulması 
barədə ər-arvadın razılığı hansı formada yerinə yetirilməlidir?
50.  Nikah  müqaviləsi  hansı  əsaslarla  ər-arvaddan  birinin 
tələbi ilə məhkəmə qaydasında dəyişdirilə və ya pozula bilər?
51. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə görə nikah 
müqaviləsinin hansı şərtləri əhəmiyyətsizdir?
52. Hansı əsaslar olduqda nikah müqaviləsi məhkəmə tərəfin-
dən etibarsız hesab edilə bilər? 
53. Nikah müqaviləsinə nə vaxtdan xitam verilir?
54.  Ər-arvadın  şəxsi  və  ümumi  öhdəliklərinin  (borclarının) 
anlayışını verin. 
55. Ər-arvad şəxsi borclara hansı əmlakla cavab verir?
56.  Kreditorun  (kreditorların)  tələbi  ilə  ər-arvadın  ümumi 
əmlakından  borclu  ərin  (arvadın)  payının  ayrılmasının  əsasını 
göstərin. 


84
57. Ər-arvad ümumi öhdəliklərə hansı əmlakla cavab verir? 
Ər-arvadın ümumi öhdəlik üzrə birgə məsuliyyətinin onların hər 
birinin əmlakına yönəlməsi mümkündürmü?
58.  Hansı  hallarda  ər-arvaddan  birinin  öhdəliyi  üzrə  ödəmə 
ər-arvadın ümumi əmlakına yönələ bilər?
59. Yetkinlik yaşına çatmayan uşaqlarının vurduğu zərərə görə 
ər-arvadın  vəzifəsi  nədən  ibarətdir?  Yetkinlik  yaşına  çatmayan 
uşaqlarının  vurduğu  zərərə  görə  valideynlərin  (övladlığa  götü-
rən lərin)  məsuliyyətini  nəzərdə  tutan  Azərbaycan  Respub lika-
sının Mülki Məcəlləsinin 1103-1104-cü maddələrini təhlil edin. 
60. Azyaşlının vurduğu zərərin ödənilməsi üzrə valideynlərin 
(övladlığa götürənlərin) vəzifəsinə azyaşlı yetkinlik yaşına çat-
dıqda və ya zərəri ödəmək üçün yetərli əmlak əldə etdikdə xitam 
verilirmi?
61. On dörd yaşından on səkkiz yaşınadək yetkinlik yaşına 
çatmayan uşaqların vurduğu zərərin əvəzinin valideynlər (övlad-
lığa  götürənlər)  tərəfindən  ödənilməsinin  əsasını  və  şərtlərini 
göstərin. 
62.  Yetkinlik  yaşına  çatmayan  uşaqlarının  vurduğu  zərərə 
görə əvəz ödəməsi üçün zəruri olan valideynin təqsiri dedikdə nə 
başa düşülür (cavab verərkən Azər baycan Respublikası Ali Məh-
kəməsi Plenumunun müvafiq qərarına istinad edin)?
63. Yetkinlik yaşına çatmayan uşaqların vurduğu zərərə görə 
məsuliyyət  hansı  hallarda  onların  valideynlik  hüquqlarından 
məh rum edilmiş valideynlərinin üzərinə qoyula bilər?
64. Yetkinlik yaşına çatmayan uşaqların vurduğu zərərə görə 
əvəz ödənilməsi zamanı ödəmə onların valideyni olan ər-arvadın 
hansı əmlakına yönəldilir?
65. Nikah müqaviləsinin bağlanması, dəyişdirilməsi və ya xi-
tam verilməsi zamanı kreditorların hüquqlarının təminatı nədən 
ibarətdir?


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə