K. E. Qocayev Hüquq üzrə fəlsəfə doktoru



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə19/30
tarix28.08.2018
ölçüsü1,38 Mb.
#65173
1   ...   15   16   17   18   19   20   21   22   ...   30

70
Məsələlər
Məsələ 1.
Vətəndaş Mirzəyev vətəndaş Qurbanova ilə nikahının pozul-
ması haqqında məh kəməyə ərizə vermişdir. O, ərizəsində göstər-
mişdir  ki,  nikaha  daxil  olduqdan  bir  ay  sonra  onların  ər-arvad 
münasibətləri faktiki olaraq dayanmışdır. Qurbano va nın oğlu ol-
muş, ancaq heç üç ay yaşamamış ölmüşdür.
Hakim  Qurbanovanın  nikahın  pozulmasına  razılıq  vermə-
diyini aydınlaş dırıb, Mirzəyevdən iddia ərizəsini qəbul etməkdən 
imtina etmiş və ona 10 aydan sonra məhkəməyə yenidən müraciət 
etməyi təklif etmişdir. 
Hakim düzgün hərəkət etmişdirmi? Cavab verərkən Azərbay-
can Respub li kasının Ailə Məcəlləsinin konkret normasına istinad 
edilməlidir. 
Məsələ 2.
Ər-arvad Cavadovlar nikaha xitam verilməsi haqqında ərizə 
ilə  vətəndaşlıq  və ziyyəti  aktlarının  dövlət  qeydiyyatı  orqanına 
müraciət  etmişlər.  Vətəndaşlıq  və ziyyəti  aktlarının  dövlət  qey-
diyyatı orqanının müdiri onların tələbini yerinə ye tir məkdən im-
tina etmiş və məhkəməyə müraciət etməyi təklif etmişdir. Belə 
ki, Cava dovların səkkiz yaşında övladlığa götürülmüş uşağı var-
dır. Ancaq hakim də ərizəni qəbul etməkdən imtina etmiş və Ca-
vadovlara  yenidən  vətəndaşlıq  vəziy yə ti  aktlarının  dövlət  qey-
diyyatı orqanına müraciət etməyi təklif etmişdir. 
Yuxarıda  təsvir  edilən  vəziyyətdə  kim  haqlıdır:  vətəndaşlıq 
vəziyyəti  akt la rının  dövlət  qeydiyyatı  orqanı,  yoxsa  məhkəmə? 
Hər  iki  tərəfin  ərizəsi  əsasında  və tən daşlıq  vəziyyəti  aktlarının 
dövlət  qeydiyyatı  orqanında  nikahın  pozulması  üçün  Azərbay-
can Respublikasının Ailə Məcəlləsində hansı əsas müəyyən edil-
mişdir?


71
Məsələ 3.
F.R.Teymurova  törətdiyi  cinayətə  görə  dörd  il  azadlıqdan 
məhrumetmə cəzasına məhkum edilmiş T.D.Teymurovla nikahı-
na xitam verilməsi haqqında ərizə ilə vətəndaşlıq vəziyyəti aktla-
rının  dövlət  qeydiyyatı  orqanına  müraciət  et miş dir.  Teymurov 
cəzaçəkmə müəssisəsin dən vətəndaşlıq vəziyyəti aktlarının döv lət 
qeydiyyatı orqanına göndərdiyi ərizəsində nikaha xitam veril mə-
sini rəs miləşdirməməyi xahiş etmişdir. Belə ki, o, nikaha xitam 
verilməsi ilə yanaşı, birgə əmlakın bölünməsini də arzulamışdır. 
Teymurovanın vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiy-
yatı orqanına boşanma haqqında göndərdiyi ərizə təmin edil mə-
lidirmi?
Məsələ 4.
Vətəndaş Mehdiyeva ərinin ölümündən (məhkəmə qaydasın-
da ölmüş elan edilmişdir) bir il sonra vətəndaş Cəlilovla nikaha 
daxil  olmuşdur.  Bir  müddət  son ra  Cəlilov  onun  Mehdiyeva  ilə 
nikahının etibarsız sayılması barədə iddia ilə məhkəməyə müra-
ciət etmişdir. 
Cəlilov öz tələbini əsaslandırarkən göstərmişdir ki, Mehdiyeva 
onunla nika hının qeydiyyatı vaxtı Mehdiyevlə nikahda olmuşdur. 
Mehdiyev  məhkəmə  qay dasında  ölmüş  elan  edilmişdir,  ancaq 
Mehdiyeva onunla olan nikahına xitam verilməsini vətən daşlıq 
vəziyyəti  aktlarının  dövlət  qeydiyyatı  orqanında  qeydiy yatdan 
keçirməmişdir. 
Cəlilovun iddiasını Mehdiyeva qəbul etməyərək göstərmişdir 
ki, Mehdiyevin ölmüş elan edilməsi haqqında məhkəmə qərarını 
aldıqdan sonra özünün nikahda olmadığını hesab etmiş və buna 
görə yeni nikaha daxil olmuşdur.
Mübahisə necə həll edilməlidir? 


72
Məsələ 5.
Bir  oğlu  və  bir  qızı  olan  ər-arvad  Rəhmanovlar  2  oktyabr 
2005-ci ildə məh kə mə qaydasında öz aralarında olan nikaha xi-
tam vermişlər. Ancaq onlar məh kəmə qətnaməsini aldıqdan sonra 
boşanmanın  qeydiyyatı  üçün  vətəndaşlıq  vəziyyəti  aktlarının 
dövlət qeydiyyatı orqanına müraciət etməmişlər, üç ay keç dikdən 
sonra isə onlar barışmış və ailə münasibətlərini bərpa etmişlər. 
2008-ci  il  yanvarın  10-da  onların  oğlu  anadan  olmuşdur, 
2008-ci ilin mar tında isə növbəti qalmaqaldan sonra Rəhmanov 
ailəni qoyub getmiş və nikaha xitam verilməsi haqqında şəhadət-
namə almaq üçün vətəndaşlıq vəziyyəti akt larının dövlət qeydiy-
yatı  şöbəsinə  ərizə  ilə  müraciət  etmişdir. Vətəndaşlıq  vəziy yəti 
aktlarının  dövlət  qeydiyyatı  şöbəsinin  müdiri  Rəhmanova  izah 
etmişdir ki, nikaha xitam verilməsi zamanından çox vaxt keçmiş, 
vəziyyət dəyişmişdir. Buna görə vətəndaşlıq vəziyyəti aktlarının 
dövlət  qeydiyyatı  şöbəsi  şəhadətnamə  verə  bilməz.  Rəhmanov 
şikayətlə məhkəməyə müraciət etmişdir. 
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanı qa-
nuni  hərəkət  etmişdirmi?  Rəhmanovun  şikayəti  üzrə  məhkəmə 
hansı qətnamə qəbul edəcək?
Məsələ 6.
Yetkinlik yaşına çatmayan uşaqları olan ər-arvad Nəsibovlar 
aralarında olan nikaha xitam verilməsi haqqında ərizə ilə vətən-
daşlıq  vəziyyəti  aktlarının  dövlət  qeydiyyatı  orqanına  müraciət 
etmişlər. Onlar birgə əldə etdikləri əmlakı qar şılıqlı razılaşma ilə 
bölmüşlər. Ancaq vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiy-
yatı orqanında nikaha xitam verilməsinin qeydiyyata alınmasın-
dan  imtina  edilmişdir.  Belə  ki,  vətəndaşlıq  vəziy yəti  aktlarının 
dövlət qeydiyyatı orqanı işçi lə rinin fikrincə, ər-arvad Nəsibovlar 
ailənin saxlanılmasının mümkün olma masına kifayət qədər tutar-
lı dəlillər təqdim etməmişlər.


73
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanı ər-
arvad  Nəsi bov ların  nikahına  xitam  verilməsini  qeydiyyata  al-
maqdan imtina etməkdə haqlıdırmı? Vətəndaşlıq vəziyyəti aktla-
rının  dövlət  qeydiyyatı  orqanının  vəzifəli  şəxslərinin  hərə kət-
lərindən hara şikayət edilə bilər?
Məsələ 7.
H.B.Yusifov  T.M.Yusifova  ilə  aralarında  olan  nikaha  xitam 
verilməsi haqqında iddia ilə məhkəməyə müraciət etmişdir. Eyni 
zamanda  Yusifov  altı  və  səkkiz  yaşlı  uşaqlarını  tərbiyə  etməsi 
üçün ona verilməsini xahiş etmişdir, çünki bir ildən artıq müd-
dətdə Yusifova onların tərbiyəsi ilə məşğul olmamışdır. 
Məhkəmə iclasında Yusifova nikaha xitam verilməsinə etiraz 
etməmiş, an caq uşaqların ona verilməsini xahiş etmişdir. O bil-
dirmişdir ki, əri ilə ədavətli mü nasibətinə görə evdən getmiş və 
göstərilən müddətdə uşaqlarının tərbiyəsi ilə məşğul olmamışdır. 
Bundan  başqa,  iddiaçı  ona  uşaqları  ilə  görüşməyə  və  onlarla 
birgə  vaxt  keçirməyə  hər  cür  mane  olmuşdur. Yusifova  nikaha 
xitam verildikdən sonra ərinin soyadını saxlamağı məhkəmədən 
xahiş etmiş, ancaq Yusifov buna qəti şəkildə etiraz etmişdir. 
Məhkəmə uşaqlar haqqında məsələni həll edərkən hansı me-
yarları rəhbər tutmalıdır? Cavabdehin ərinin soyadını saxlama-
sına iddiaçının etirazının hüquqi əhəmiyyəti varmı? Bu məsələyə 
kim baxacaq?
Məsələ 8.
S.O.Bağırova dünyasını dəyişmiş əri K.M.Bağırovun birinci 
nikahdan olan uşaqlarına qarşı miras əmlakının bölünməsi iddia-
sı ilə məhkəməyə müraciət etmişdir. O göstərmişdir ki, Bağırovla 
onun  ölümünə  qədər  nikahda  olmuş  və  bir  ailədə  yaşamışdır. 
Cavabdehlər atalarının ölümündən bir il yarım qabaq Bağı rova 
ilə nikahına məhkəmə qaydasında xitam verdiyinə, bu barədə 12 


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə