Kafedra : aqrar menecment V



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə4/123
tarix15.03.2022
ölçüsü1,56 Mb.
#84511
1   2   3   4   5   6   7   8   9   ...   123
kitabyurdu org marketinqin-esaslari

7.  BAZAR.
  Bu  anlayışın    geniş  şəkildə  izahı  müasir  dövrdə  müstəqil 
dövlətimizin qarşısında duran ən başlıca problem ölkənin iqtisadi-sosial inkişafını 
təmin etməyə imkan verən iqtisadi sistemi formalaşdırmaqdır. 
 
Bir  çox  iqtisadi  ədəbiyyatlarda  bazara  adətən    cəmiyyətin  obyektiv  inkişaf 
qanunlarına  uyğun  olaraq  həyata  keçirilən  potensial  tədavül  sferası  kimi  baxılır. 
Bazarın  yaradılmasına  və  inkişafına  ictimai  əmək  bölgüsü  və  tədavül  prosesinin 
həyata  keçirilməsində  istehsalçılara  (satıcılara)  və  istehlakçılara  (alıcılara)  tam 
azadlıq    və  sərbəstlik  şəraitində  fəaliyyət  göstərməli    imkanların  verilməsi    ilə 
şərtlənir.Onu  da  qeyd  edək  ki,  bazara  belə  mücərrəd  qaydada  tərif  verilməsi 
downloaded from KitabYurdu.org


 

marketinq  nəzəriyyəsində  təcrübəvi  olaraq  heç  də  həmişə  tətbiq  edilmir  . 
Mütəxəsislərin  fikrincə  ,bazar  konkret  olmaqla  yanaşı    onun  bütün  parametrləri 
(yerləşdiyi məkan ,ölçüləri, tutumu)  tam müəyyənliklə açıqlanmalıdır .Deyilənləri 
nəzərə  almaqla  bazar  daha  çox  coğrafi  -ərazi  vəziyyətləri    yaxud  tələbatlarıilə 
müəyyən tələb yaradan mövcud alıcıların məcmusu kimi müəyyən edilir.Tələbatın 
müəyyən  növ  məhsullara  yaratdığı  tələbdən  asılı  olaraq  bazarlar  5  əsas  növə 
ayrılır: istehlak bazarı , istehsal bazarı ,vasitəçilk bazarı , dövlət idarələri bazarı və 
beynəlxalq bazar .İndi bunların hər birinin məcmusuna bir qədər aydınlıq gətirək . 
                                                                       5 
  1.İstehlak  bazarı  (xalq  istehlakı  malları  bazarı)  Bu  ayrı-ayrı  fərdlər  (şəxslər) 
tərəfindən özlərinin şəxsi istehlakçıları üçün məhsullar aldıqları bazardır . 
2. İstehsal bazarı (istehsal-texniki təyinatlı məhsullar bazarı) Bu istehsal prosesində 
istifadə  etmək  məqsədi  ilə  xammalın  ,materialın  ,  məhsulların  ,xidmətlərin  və  s. 
müəssisələr ,firmalar,təşkilatlar və s. tərəfindən aldığı bazardır. 
3.  Vasitəçilik  bazarı  .  Bu  müəyyən  miqdarda  gəlir  əldə  etmək  məqsədi  ilə 
müəssisələr,  təşkilatlar  və  fiziki  şəxslər  tərəfindəən  məhsulların  alınıb  yenidən 
təkrarən satıldığı bazarlardır. 
4.  Dövlət  idarələri  bazarı  .  Bu  özünün  funksiyasını  həyata  keçirmək  məqsədi  ilə 
dövlət təşkilatları tərəfindən məhsulların alınmasıdır. 
5.Beynəlxalq bazar . Bu ölkənin hüdudlarından xaricdə yerləşən məhsul alıcılarının 
istehsalçılarının  ,vasitəçi  satıcıların  ,dövlət  müəssisələrinin  və  fiziki  şəxslərin 
məcmusudur. 
 
Mütəxəsislər  belə  hesab    edirlər  ki,  əgər  biz  bazara  coğrafi  ərazi 
vəziyyətlərinə görə baxsaq , onda bazarı aşağıdakı kimi qruplaşdırmaq olar: dünya 
bazarı,  regional  bazar  ,  yerli  bazar.  İndi  bu  bazarın  məqsəd  və  vəzifələrinə  bir 
qədər yaxından nəzər salaq. 
1. 

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə