Kafedra : aqrar menecment V



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə5/123
tarix15.03.2022
ölçüsü1,56 Mb.
#84511
1   2   3   4   5   6   7   8   9   ...   123
kitabyurdu org marketinqin-esaslari

Dünya bazarı
 – Bu bütün dünya ölkələrini birləşdirən bazardır. 
2. 
Regional    bazar
 –  Bu  mövcud  olduğu  həmin  ölkənin  müəyyən  ərazisini əhatə  
edən bazardır . 
3. 
Yerli  bazar
  –  Bu  ölkənin  bir  yaxud  bir  neçə  rayonunu  özündə  birləşdirən 
bazardır. 
Marketinq nəzəriyyəsində seçilmiş bazarların tədqiqində  ən əsas vəzifələrdən biri 
bazarın tutumunun müəyyən edilməsidir . 
 
Bazarın  tutumu  (həcmi)  əhalinin  tələbatının  və  əmtəə  təklifinin  miqdarı 
(dəyər ifadəsində yaxud fiziki vahidlərlə) ilə xarakterizə edilən ,mövcud qiymətlər 
səviyyəsində  əmtəələrin  reallaşdira  bilən  (adətən  bir  il  ərzində)  həcmidir 
,miqdarıdır . 
 
Bazarın  tutumunun  müəyyən  edilməsi  ilə  yanaşı  həmin  növ  məhsula  olan 
təkliflə  tələbin  nisbəti  də  müəyyən  edilməlidir  .Bu  baxımdan  satıcı  bazarına  da 
diqqət yetirilməlidir.İndi satıcı və alıcı bazarlarının izahına nəzər salaq. 
Satıcı  bazarı  –  satıcının  (istehsalçının)  öz  şərtlərini    diktə  etdiyi  bazara 
deyilir.  Belə  bazarlarda  onun  tədqiqinə  heç  bi  ehtiyac  qalmır  .Çünki,  onun 
məhsuluna  tələb  yüksək  olur  və  odur  ki,  əlavə  vəsait  xərcləmək  lüzumsuz  hesab 
edilir. 
downloaded from KitabYurdu.org


 

 
Alıcı bazarı- alıcının öz şərtlərini diktə etdiyi bazara  deyilir.Belə bazarlarda 
təklif  tələbdən  yüksək  olur.  ”Marketinq”  termini  ilk  dəfə  ABŞ  –ın  iqtisadi 
ədəbiyyatlarında  XIX  əsrin  sonlarında  və  XX  əsrin  əvvəllərində  istifadə 
edilmişdir.Bu  termin  o  zamankı  bazar  fəaliyyətinin  idarəetmə  sisteminin 
təkmilləşdirilməsi  zərurətindən  yaranmışdır.    Bu  isə  ilk  növbədə  ayrı-ayrı 
sahibkarlıq fəaliyyətləri strukturunda satış fəaliyyətinin idarəetmə sisteminin daha 
yüksək səviyyəsinin təmin edilməsi zərurətindən irəli gəlmişdir.Məhz buna görə də 
marketinqin yaranması ilə həmin problemlərin həllinə istiqamətləndirilmişdir. 
1902  –ci  ildə  ABŞ-ın  ən  böyük  və  aparıcı  Misigan  ,  İlinay  və  Havvard 
universitetlərində  “Marketinqin  əsasları”  kursu  üzrə  ilk  mühazirələr  oxunmağa 
başlanmışdır.Bu  kurslarda  əsasən  satışın  ,ticarətin  və  reklamın  səmərəliliyinin 
təmin  olunması  məsələləri  tədris  olunmuşdur.İqtisadi  ədəbiyyatlarda  XIX  əsrin 
axırlarından  
                                                                   6 
 başlayaraq  XX  əsrin  əvvəllərinə  kimi  olan  dövr  marketinq  konsepsiyasının 
yaranması və inkişafının birinci mərhələsi hesab edilir. Həmin dövrdə sahibkarlar 
belə  hesab  edirlər  ki,  madam  ki,  məhsula  tələb  bazarda  yüksəkdir  ,deməli  təklifi 
yalnız  məhsul  istehsalını  artırmaq  yolu  ilə  və  yaxud  istehsalın  təkmilləşdirilməsi 
ilə  nail  olmaq  mümkündür.    Odur  ki,həmin  dövrdə  marketinq  konsepsiyası 
“istehlak  konsepsiyası”  adlandırılırdı  .  O  məhsul  istehlakında  xərclərin 
azaldılmasına 
və 
əmək 
məhsuldarlığının 
yüksəldilməsinə 
istiqamətləndirilirdi.Amma  bir  müddət  keçəndən  sonra  aydın  oldu  ki,  qazanc 
(gəlir) əldə etmık üçün təkcə məhsulun olması kifayət etmir .Odur ki, XX əsrin 20-
30  –cu  illərində  marketinqin  “  satiş  konsepsiyası”formalaşamağa  başladı  .Bu 
konsepsiyanın mahiyyəti ondan ibarətdir ki, istehlakçı təklif olunan məhsulu o vaxt 
alacaqdır ki, satıcı onun reallaşdırılmasında müəyyən cəhdlər göstərmiş olsun . 
 
Bəzi  mütəxəsislərin  fikrincə  ,marketinq  konsepsiyasının  müasir  izahi 
müəssisələrdə  əmtəələrin təkrar istehsalı prosesində fəaliyyəti üzrə olan qərarların 
əsasını  :  bazarın  tələbləri  ,  alıcıların  real  ehtiyacları  ,onların  əmtəələrə  olan 
potensial (pulla təmin olunan) tələbatı, həmin müəssisələrin istehsal-satış imkanları 
və s. təşkil edir. 
 
İstehsalın  dinamik  inkişafı  və  onun    daim  mürəkkəbləşməsi  ,yeni  məhsul 
növünün  yaradılması  ,texnikanın  və  texnologiyanın  modernləşdirilməsi,  məcbur 
edir ki,o, əvvəlcədən insanların və sahibkarların tələblərini dəqiq öyrənsin . Çünki, 
müəssisə məhsul istehsal etmək üçün  xeyli miqdarda maliyyə , əmək və material 
resursları  sərf  edir.  Odur  ki,  real  tələbatın  dəqiq  öyrənilməsi  və  ona  da  uyğun 
məhsul istehsal edilməsi zəruridir . Əks halda ,istehsal edilmiş məhsul satılmaz və 
nəticədə müəssisə ziyana düşər. 
 
Marketinqin  tətbiqi  tələbatın  və  qiymətin  intensiv  öyrənilməsi  və 
proqnozlaşdırılmasının  nəticələri  əsasında  məhsulların  istehsalı  və  satışının 
təşkilini  ,reklamdan  geniş  istifadə  edilməsini  ,istehsalın  həvəsləndirilməsini  , 
malların saxlanması və daşınması prosesinə müasir və mütərəqqi üsulların tətbiqini 
istehlakçılara texniki və digər xidmət növlərinin göstərilməsini və s. nəzərdə tutur. 
downloaded from KitabYurdu.org


 
10 
 
Marketinq  mürəkkəb  dinaçik  və  çoxaspektli  sistem  olmaqla  ,müəssisə 
fəaliyyətinin  idarəedilməsini  və  onun  bilavasitə  bazara  istiqamətləndirilməsini 
təmin edir. 
 
ABŞ  –nin  Havvard  Biznes  məktəbinin    professoru    Tom  Bonomanın 
təbirincə desək : “Marketinq kompaniyasının  şəxsi gəlir əldə etməsini təmin etmək 
məqsədi  ilə  ,  əmtəənin  pula  dəyişdirilməsini  və  bununla  da  istehlakçıların 
ehtiyaclarının  ödənilməsini həvəsləndirən bir funksiyadır ,vasitədir.” 
 
Marketinqin  əsas  vəzifələrinə  aşağıdakılar  daxildir  :  bazarın  öyrənilməsi  , 
tələbatın strukturu və dinamikası , istehlakçıların zövqü və arzuları haqqında səhih 
informasiya  toplanması,cari  və  perspektiv  tələbata  müvafiq  olan  əmtəələrin 
istehsalını  təşkil  etmək,  müxtəlif    yarmarkaların  ,sərgilərin  keçirilməsi  ,reklam 
güzəştlər  və qiymət siyasəti ,servis xidməti göstərilməsi  , zəmanətlər vasitəsi ilə 
məhsulun satışı üçün əlverişli şərait yaratmaq  və s.  
 
 
                                                                  7 
 
Məlum olduğu kimi hər elmin özünün xüsusi öyrənmə predmeti və tədqiqat 
obyekti  vardır  ,  odur  ki,  kursun  incəliklərinə  və  dərinliklərinə  keçməzdən  əvvəl 
onun predmetini və tədqiqat obyektini aydınlaşdırmaq zəruridir . 
 
Ölkəmizdə  bazar  münasibətləri  şəraitində  marketinq  məqsədlərinə  diqqət 
artirilir və o istehsalın təşkili , planlaşdırılması və idarə olunması sisteminin zəruri 
elementinə çevrilir. 
 
Deməli  ,kursun  predmeti  və  tədqiqat  obyekti  bir-biri  ilə  ayrılmaz  və 
qarşılıqlı əlaqədardır .Odur ki,onların hər ikisi birgə nəzərdən keçirilməlidir. Bütün 
bu yuxarıda qeyd edilənlər də öz növbəsində kursun predmetini təşkil edir. Deməli, 
kursun  predmetini  müəssisənin  fəaliyyətinin  təşkili  ,  planlaşdırılması,  idarə 
edilməsi və onun birbaşa bazara istiqamətləndirilməsidir .Bu məqsədlə marketinq –
təşkilati  texniki  ,iqtisadi,sosial  və  s.  sahələri  özündə  birləşdirməklə  idarəetmə 
aparıcı  və  həlledici  funksiyalarını  icra  etməkdir.  Başqa  sözlə  ,əmtəələr 
axinınınistehsalçılardan  istehlakçılara  istuqamətləndirilməsi  (həm  də  bunun 
minimum  xərclə  və  tez  başa  çatdırılmasını  ,  nəzərdə  tutulmuş  gəlirin  alınmasını 
təmin etməklə) və s. təşkil edir. 
 
Göründüyü  kimi  ,əmtəənin  yeni  növlərinin  yaradılması  və  onların  istehsalı 
məhz müəssisələr tərəfindən həyata keçirilir.Bu məsələlərin ən səmərəli variantda 
və  kompleks  həll  edilməsinin  metod  və  üsulları  isə  həm  təbii-texniki  və  həm  də 
ictimai elmlər tərəfindən öyrənilir.Deməli, marketyinq bazarda olan real vəziyyəti 
dəqiq öyrənmək ,tədqiq etmək yolu ilə potensial tələbatı müəyyən etməli və buna 
uyğun  olaraq  bazara  tələb  tələb  olunan  miqdarda  və  keyfiyyətdə  əmtəələri  
çıxarmalıdır.  Bütün  bunlar  da  öz  növbəsində  kursun  predmetini  təşkil  edir. 
Müəssisənin bazarda olan fəaliyyəti isə marketinqin obyektidir.       
 

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə