|
Kafedra : aqrar menecment Vİqtisadi inkişaf səviyyəsikitabyurdu org marketinqin-esaslariİqtisadi inkişaf səviyyəsi
– Müəyyən dövr (vaxt) ərzində ölkənin istehsal
sahələrinin mövcud vəziyyətidir. Bu adambaşına məcmu ictimai məhsul, milli gəlir
və maddi nemətlər istehsalı; ictimai istehsalın tərkibi, quruluşu, əhalinin
məşğulluğunun kəmiyyət və keyfiyyət səviyyəsi; təbii resurslardan istifadə edilmə
səviyyəsi; istehsalın təşkili və iqtisadi səmərəliliyi ilə xarakterizə edilir.
İqtisadiyyat və siyasət
– insanlar arasında maddi nemətlərin istehsalı,
bölgüsü, mübadiləsi və istehlakı ilə əlaqədar meydana gələn istehsal
münasibətləridir. İqtisadi münasibətlər bütün digər ictimai münasibətləri
müəyyənləşdirilir, onların bəzisi kimi xarakterizə edir.
İqtisadiyyat
– İnsanların öz tələbatlarını, arzu və istəklərini ödəmək (təmin
etmək) məqsədilə, qıt və məhdud resurslardan səmərəli və qənaətlə istifadə
etməyin optimal yollarının, metodlarının, metodlarının və üsullarının seçilməsini
öyrənən ictimai elm sahəsi, aid edildiyi cəmiyyətin iqtisadi quruluşunu, onun
bazisini səciyələndirən ictimai-istehsal münasibətlərinin məcmusudur. Buradan
göründüyü kimi, iqtisad elminin predmetini pul, yaxud sərvət deyil, bilavasitə
insanlar təşkil edir. Belə ki, iqtisadiyyatın əsasını istehsal vasitələri üzərində
mülkiyyət təşkil edir. (kapitalizmdə-bazar iqtisadi sistemdə xüsusi mülkiyyət,
bəzilərində-sosializmdə isə ictimai, ümumxalq mülkiyyəti).
Deməli əgər söhbət hansı iqtisadiyyatdan gedirsə də, bu zaman həmin
istehsalın xarakterizası verilməlidir. İqtisadiyyatın inkişaf xüsusiyyətləri və
qanunauyğunluqları məhsuldar qüvvələrin inkişafı səviyyəsi və istehsal
münasibətlərinin xarakteri ilə müəyyən olunur. Məsələn, bazar iqtisadiyyatı xüsusi
kapitala əsaslanan inhisar birliyi məcmusunu əks etdirir.
Dostları ilə paylaş: |
|
|