|
Kafedra : aqrar menecment Vkitabyurdu org marketinqin-esaslariİqtisadi kateqoriyalar
-iqtisadiyyatın ayrı-ayrı
cəhətlərinin, tərəflərinin ümumiləşdirilmiş nəzəri ifadələridir. Məs. Əmtəə, qiymət,
əmək haqqı, pul və s.
İqtisadi münasibətlər
– insanların şüurlu, məqsədi fəaliyyət sahələrini
əhatə edən münasibətlərdir.
İctimai-iqtisadi formasiyalar
– hər hansı bir cəmiyyətdə onun bir-biri ilə
qırılmaz bağlı olan istehsal üsulu, onun ictimai quruluşu və üstqrumu
kompleksidir; vahid ümumdünya tarixi prosesinin dövrləşdirilməsidir.
İqtisadi sistemin formaları
– mövcud sistemin keyfiyyət halını əks etdirən
iqtisadi proseslərin məcmusudur. İqtisadi sistemin 4 forması: a) bazar sistemi;
b) inzibati amirlik sistemi; v) ənənəvi sistem; q) qarışıq sistem mövcuddur.
İndi bunların hər birinin izahına ayrılıqda nəzər salaq.
1) Bazar iqtisadi sistemi (kapitalist istehsal üsulu)
– bazarın bütün
növlərinin, ən müxtəlif meyarları üzrə ayrı-ayrı komponetlərin məcmusudur. Bu
sistem iqtisadi sistemin ən mütərəqqi forması olmaqla insanların fəaliyyətinin
əlaqələndirilməsi, onların fəallıqlarının artırılması və tələbatlarının ödənilməsi
məqsədi ilə iqtisadi resursların seçilməsinə imkan verir. Onun ən vacib
elementlərinə: tələb, təklif, qiymət və rəqabət daxildir. Müasir bazar sistemi
mürəkkəb bir quruluşa malik olmaqla çoxsahəli və geniş əhatəlidir.
downloaded from KitabYurdu.org
|
|
|