9
Alıcı bazarı- alıcının öz şərtlərini diktə etdiyi bazara deyilir.Belə bazarlarda
təklif tələbdən yüksək olur. ”Marketinq” termini ilk dəfə ABŞ –ın iqtisadi
ədəbiyyatlarında XIX əsrin sonlarında və XX əsrin əvvəllərində istifadə
edilmişdir.Bu termin o zamankı bazar fəaliyyətinin idarəetmə sisteminin
təkmilləşdirilməsi zərurətindən yaranmışdır. Bu isə ilk növbədə ayrı-ayrı
sahibkarlıq fəaliyyətləri strukturunda satış fəaliyyətinin idarəetmə sisteminin daha
yüksək səviyyəsinin təmin edilməsi zərurətindən irəli gəlmişdir.Məhz
buna görə də
marketinqin yaranması ilə həmin problemlərin həllinə istiqamətləndirilmişdir.
1902 –ci ildə ABŞ-ın ən böyük və aparıcı Misigan , İlinay və Havvard
universitetlərində “Marketinqin əsasları” kursu üzrə ilk mühazirələr oxunmağa
başlanmışdır.Bu kurslarda əsasən satışın ,ticarətin və reklamın səmərəliliyinin
təmin olunması məsələləri tədris olunmuşdur.İqtisadi ədəbiyyatlarda XIX əsrin
axırlarından
6
başlayaraq XX əsrin əvvəllərinə kimi olan dövr marketinq konsepsiyasının
yaranması və inkişafının birinci mərhələsi hesab edilir. Həmin dövrdə sahibkarlar
belə hesab edirlər ki, madam ki, məhsula tələb bazarda yüksəkdir ,deməli təklifi
yalnız məhsul istehsalını artırmaq yolu ilə və yaxud istehsalın təkmilləşdirilməsi
ilə nail olmaq mümkündür. Odur ki,həmin dövrdə marketinq konsepsiyası
“istehlak konsepsiyası” adlandırılırdı . O məhsul istehlakında xərclərin
azaldılmasına
və
əmək
məhsuldarlığının
yüksəldilməsinə
istiqamətləndirilirdi.Amma bir müddət keçəndən sonra aydın oldu ki, qazanc
(gəlir) əldə etmık üçün təkcə məhsulun olması kifayət etmir .Odur ki, XX əsrin 20-
30 –cu illərində marketinqin “ satiş konsepsiyası”formalaşamağa başladı .Bu
konsepsiyanın mahiyyəti ondan ibarətdir ki, istehlakçı təklif
olunan məhsulu o vaxt
alacaqdır ki, satıcı onun reallaşdırılmasında müəyyən cəhdlər göstərmiş olsun .
Bəzi mütəxəsislərin fikrincə ,marketinq konsepsiyasının müasir izahi
müəssisələrdə əmtəələrin təkrar istehsalı prosesində fəaliyyəti üzrə olan qərarların
əsasını : bazarın tələbləri , alıcıların real ehtiyacları ,onların əmtəələrə olan
potensial (pulla təmin olunan) tələbatı, həmin müəssisələrin istehsal-satış imkanları
və s. təşkil edir.
İstehsalın dinamik inkişafı və onun daim mürəkkəbləşməsi ,yeni məhsul
növünün yaradılması ,texnikanın və texnologiyanın modernləşdirilməsi, məcbur
edir ki,o, əvvəlcədən insanların və sahibkarların tələblərini dəqiq öyrənsin . Çünki,
müəssisə məhsul istehsal etmək üçün xeyli miqdarda maliyyə , əmək və material
resursları sərf edir. Odur ki, real tələbatın dəqiq öyrənilməsi və ona da uyğun
məhsul istehsal edilməsi zəruridir . Əks halda ,istehsal edilmiş məhsul satılmaz və
nəticədə müəssisə ziyana düşər.
Marketinqin tətbiqi tələbatın və qiymətin intensiv öyrənilməsi və
proqnozlaşdırılmasının nəticələri əsasında məhsulların istehsalı və satışının
təşkilini ,reklamdan geniş istifadə edilməsini ,istehsalın həvəsləndirilməsini ,
malların saxlanması və daşınması prosesinə müasir və mütərəqqi üsulların tətbiqini
istehlakçılara texniki və digər xidmət növlərinin göstərilməsini və s. nəzərdə tutur.
downloaded from KitabYurdu.org
10
Marketinq mürəkkəb dinaçik və çoxaspektli sistem olmaqla ,müəssisə
fəaliyyətinin idarəedilməsini və onun bilavasitə bazara istiqamətləndirilməsini
təmin edir.
ABŞ –nin Havvard Biznes məktəbinin professoru Tom Bonomanın
təbirincə desək : “Marketinq kompaniyasının şəxsi gəlir
əldə etməsini təmin etmək
məqsədi ilə , əmtəənin pula dəyişdirilməsini və bununla da istehlakçıların
ehtiyaclarının ödənilməsini həvəsləndirən bir funksiyadır ,vasitədir.”
Marketinqin əsas vəzifələrinə aşağıdakılar daxildir : bazarın öyrənilməsi ,
tələbatın strukturu və dinamikası , istehlakçıların zövqü və arzuları haqqında səhih
informasiya toplanması,cari və perspektiv tələbata müvafiq olan əmtəələrin
istehsalını təşkil etmək, müxtəlif yarmarkaların ,sərgilərin keçirilməsi ,reklam
güzəştlər və qiymət siyasəti ,servis xidməti göstərilməsi , zəmanətlər vasitəsi ilə
məhsulun satışı üçün əlverişli şərait yaratmaq və s.
7
Məlum olduğu kimi hər elmin özünün xüsusi öyrənmə predmeti və tədqiqat
obyekti vardır , odur ki, kursun incəliklərinə və dərinliklərinə keçməzdən əvvəl
onun predmetini və tədqiqat obyektini aydınlaşdırmaq zəruridir .
Ölkəmizdə bazar münasibətləri şəraitində marketinq məqsədlərinə diqqət
artirilir və o istehsalın təşkili , planlaşdırılması və idarə olunması sisteminin zəruri
elementinə çevrilir.
Deməli ,kursun predmeti və tədqiqat obyekti bir-biri ilə ayrılmaz və
qarşılıqlı əlaqədardır .Odur ki,onların hər ikisi birgə nəzərdən keçirilməlidir. Bütün
bu yuxarıda qeyd edilənlər də öz növbəsində kursun predmetini təşkil edir. Deməli,
kursun predmetini müəssisənin fəaliyyətinin təşkili , planlaşdırılması, idarə
edilməsi və onun birbaşa bazara istiqamətləndirilməsidir .Bu məqsədlə marketinq –
təşkilati texniki ,iqtisadi,sosial və s. sahələri özündə birləşdirməklə idarəetmə
aparıcı və həlledici funksiyalarını icra etməkdir. Başqa sözlə ,əmtəələr
axinınınistehsalçılardan istehlakçılara istuqamətləndirilməsi (həm də bunun
minimum xərclə və tez başa çatdırılmasını , nəzərdə tutulmuş gəlirin alınmasını
təmin etməklə) və s. təşkil edir.
Göründüyü kimi ,əmtəənin yeni növlərinin yaradılması və onların istehsalı
məhz müəssisələr tərəfindən həyata keçirilir.Bu məsələlərin ən səmərəli variantda
və kompleks həll edilməsinin metod və üsulları isə həm təbii-texniki və həm də
ictimai elmlər tərəfindən öyrənilir.Deməli, marketyinq bazarda olan real vəziyyəti
dəqiq öyrənmək ,tədqiq etmək yolu ilə potensial tələbatı müəyyən etməli və buna
uyğun olaraq bazara tələb tələb olunan miqdarda və keyfiyyətdə əmtəələri
çıxarmalıdır. Bütün bunlar da öz növbəsində kursun predmetini təşkil edir.
Müəssisənin bazarda olan fəaliyyəti isə marketinqin obyektidir.
Dostları ilə paylaş: