8
marketinq nəzəriyyəsində təcrübəvi olaraq heç də həmişə tətbiq edilmir .
Mütəxəsislərin fikrincə ,bazar konkret olmaqla yanaşı onun bütün parametrləri
(yerləşdiyi məkan ,ölçüləri, tutumu) tam müəyyənliklə açıqlanmalıdır .Deyilənləri
nəzərə almaqla bazar daha çox coğrafi -ərazi vəziyyətləri yaxud tələbatlarıilə
müəyyən tələb yaradan mövcud alıcıların məcmusu kimi müəyyən edilir.Tələbatın
müəyyən növ məhsullara yaratdığı tələbdən asılı olaraq bazarlar 5 əsas növə
ayrılır: istehlak bazarı , istehsal bazarı ,vasitəçilk bazarı , dövlət idarələri bazarı və
beynəlxalq bazar .İndi bunların hər birinin məcmusuna bir qədər aydınlıq gətirək .
5
1.İstehlak bazarı (xalq istehlakı malları bazarı) Bu ayrı-ayrı fərdlər (şəxslər)
tərəfindən özlərinin şəxsi istehlakçıları üçün məhsullar aldıqları bazardır .
2. İstehsal bazarı (istehsal-texniki təyinatlı məhsullar bazarı)
Bu istehsal prosesində
istifadə etmək məqsədi ilə xammalın ,materialın , məhsulların ,xidmətlərin və s.
müəssisələr ,firmalar,təşkilatlar və s. tərəfindən aldığı bazardır.
3. Vasitəçilik bazarı . Bu müəyyən miqdarda gəlir əldə etmək məqsədi ilə
müəssisələr, təşkilatlar və fiziki şəxslər tərəfindəən məhsulların alınıb yenidən
təkrarən satıldığı bazarlardır.
4. Dövlət idarələri bazarı . Bu özünün funksiyasını həyata keçirmək məqsədi ilə
dövlət təşkilatları tərəfindən məhsulların alınmasıdır.
5.Beynəlxalq bazar . Bu ölkənin hüdudlarından xaricdə yerləşən məhsul alıcılarının
istehsalçılarının ,vasitəçi satıcıların ,dövlət müəssisələrinin və fiziki şəxslərin
məcmusudur.
Mütəxəsislər belə hesab edirlər ki, əgər biz bazara coğrafi ərazi
vəziyyətlərinə görə baxsaq , onda bazarı aşağıdakı kimi qruplaşdırmaq olar: dünya
bazarı, regional bazar , yerli bazar. İndi bu bazarın məqsəd və vəzifələrinə bir
qədər yaxından nəzər salaq.
1.
Dostları ilə paylaş: