Kafedra: MÜhasibat uçotu və audiT



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə53/68
tarix17.09.2018
ölçüsü1,65 Mb.
#69040
1   ...   49   50   51   52   53   54   55   56   ...   68

163 
 
  yeni  daxil  olmuş  və  dövriyyədən  çıxmış  əsas  vəsaitlər  üzrə  köhnəlmənin 
hesablanmаsının düzgünlüyü; 
 amortizasiya normasının və ona əlavə düzəliş əmsallarının tərtib edilməsinin 
düzgünlüyü; 
 köhnəlmə məbləülərinin istehsal xərclərinə aid edilməsinin düzgünlüyü; 
  amortizasiya  məbləülərinin  mühasibat  uçotu  registrlərində  əks 
etdirilməsinin düzgünlüyü. 
     Köhnəlmənin 
hesablanmasının  düzgünlüyünü  yoxlayarkən  köhnəlmə 
hesаblаn-mаyаn  əsas  vəsaitlərin  (kitab  fondu,  təmirə  və  texnoloji  yenidən  qurmaya 
saxlanılan  fondlar,  büdcə  təşkilatlarının  fondları,  arxitektura  və  incəsənət  abidələri 
sayılan bina və tikililər, film, muzey fondları və bədii dəyərlər, məhsuldar heyvanlar 
və  s.)  əsas  vəsaitlərin  tərkibinə  daxil  edilmədiyi  müəyyən  edilməlidir.  Aşkar  edilən 
bütün qanun pozuntularının səbəbləri və buna cavabdeh şəxslər müəyyən edilməli və 
gələcəkdə bunun təkrar olunmaması üçün tədbirlər görülməlidir. 
 Audit  prosesində  əsas  vəsaitlərin  təmirinə  (cari  və  əsaslı)  xərclərin  uçotunun 
təşkili və təmir müddətinin gözlənilməsi yoxlanılır. əvvəlcə xərc smetasının tərtibi-nin 
düzgünlüyü  nəzərdən  keçirilir.  əsaslı  xərc  smetası  texniki  baxış  aktlarının  və 
deffektlər cədvəlinin məlumatlarına əsasən tərtib edilməlidir. 
    
5. Qeyri maddi aktivlərin auditi 
Şirkətin  qiyməti  (şirkətin  işgüzar  imici)  –  dəyər  kateqoriyası  olub  vahid 
əmlak-maliyyə kompleksi kimi şirkətin dəyəri ilə onun aktivlərinin dəyəri arasında 
fərqi, daha doürusu hərracda onun alış dəyəri ilə əmlakının qiymət dəyəri arasında 
fərqi xarakterizə edir.  
Qeyri  maddi  aktivlər  məhsul  alınması  ilə  deyil,  istehsalın  təmin  olunması 
(onun gəlirliyinin təmin olunması) ilə əlaqədardır.  
Yoxlama  zamanı  aşağıdakı  məsələlərə  diqqət  verilməlidir:  vətəndaşın 
intellektual və işgüzar keyfiyyəti, peşə səviyyəsi və əmək qabiliyyəti qeyri-maddi 
aktiv  kimi  qəbul  edilə  bilməz,  çünki  onlar  insandan  alına  və  digər  şəxslərə  verilə 
bilməz.  


164 
 
Qeyri  maddi aktivlərlə əməliyyatların yoxlanması zamanı qiymətlilərin qeyri 
maddi  aktivlərə  aid  edilməsinin  düzgünlüyü  və  qanuni  olması  müəyyən  edilir. 
Auditor  qeyri  maddi aktivləri  müəssisə  üçün gəlirlilik baxımdan, (xüsusilə  həmin 
qeyri  maddi  aktivlər  müəssisənin  nizamnamə  kapitalına  pay  şəklində    köçürül-
müşdürsə)  qiymətləndirir.  Sonra  auditor  daxil  olan  qeyri  maddi  aktivlərin  uçotu-
nun  düzgünlüyünü  yoxlayır.  Qeyri  maddi  aktivlər  əldə  edildiyi  qiymətlə  (onların 
istifadəsinə hazırlıq xərcləri daxil edilməklə) qiymətləndirilir 101 sаylı "Qeyri ma-
teriаl aktivlər - dəyəri" (04 "Qeyri maddi aktivlər") hesabında əks etdirilir. 
Qeyri maddi aktivlərin mədaxil edilməsi və 101 sаylı "Qeyri materiаl aktivlər 
"  (04  "Qeyri  maddi  aktivlər")  hesabında  əks  etdirilməsinin  düzgünlüyünü 
yoxlamaq  üçün  həmin  hesabın      302  sаylı  "Nоminаl  (nizаmnаmə)  kаpitаlın  ödə-
nilməmiş  hissəsi" , 534 sаylı  "Gəlirlərin ödənilməsi üzrə təsisçilərə kreditоr bоrc-
lаrı" (75  "Təsisçilərlə hesablaşmalar"), 223 sаylı "Bаnk hesablaşma hesablаrı " (51  
"Hesablaşma  hesabı",  52  «Vаlyutа  hemаbı»)    ,  113  sаylı  «Tоrpаq,  tikili  və  
аvаdаnlıqlаrlа bаülı məsrəflərin kаpitаllаşdırılmаsı» (08  "Kapital qoyuluşları") və 
s.  hesablarla  müxabirləşməsi,  eləcə  də  onların  dövriyyədən  çıxmasını  (satışı, 
silinməsi, əvəzsiz verilməsi) 102 sаylı "Qeyri  mаddi аktivlər " (05  "Qeyri maddi 
aktivlərin amortizasiyası (köhnəlməsi)") və 611 sаylı "Sаir əməliyyаt gəlirləri" (48 
"Sair  aktivlərin  satışı")    hesabı  üzrə  yazılışları  diqqətlə  nəzərdən  keçirmək 
lazımdır. Intellektual mülkiyyətin sintetik uçotu növlər və ayrı-ayrı obyektlər üzrə 
analitik uçotun məlumatları ilə üzləşdirilir. 
Qeyri maddi aktivlərin satışı və ya onların digər müəssisəyə verilməsi zamanı 
611 sаylı "Sаir əməliyyаt gəlirləri" hesabı üzrə yazılışlar yoxlanılır: həmin hesabın 
debeti üzrə çıxmış qeyri maddi aktivlərin ilkin dəyəri və eləcə də onların satışı və 
ya verilməsi ilə bağlı xərclər, kreditində isə hesablanmış köhnəlmə və satışdan pul 
gəliri  əks  etdirilir.  Qeyri  maddi  aktivlər  əvəzsiz  olaraq  verildikdə  müəssisənin 
sərəncamında  qalan  mənfəət  hesabına  silinir,  onların  satışından  əldə  olunan 
mənfəət 801 sаylı "Ümumi mənfəət (zərər) " (80 "Mənfəət və zərər") hesabına aid 
edilir.  
 


165 
 
Х 
MÖVZU. 
ƏMTƏƏ-MATERIAL 
QIYMƏTLILƏRI 
ÜZRƏ  
ƏMƏLIYYАTLАRIN AUDITI         
1.  Аnbаr  təsərrüfatının  vəziyyətinin  və  mаteriаl  resurslаrının 
sахlаnmаsının   аuditi  
2.  Material resurslarındаn istifadənin auditi  
3.    Əmtəə-mаteriаl  qiymətlilərinin  inventаrizаsiyаsının  aparılmasının 
düzgünlüyünün аuditi 
 
1.
 
Аnbаr  təsərrüfatının  vəziyyətinin  və  mаteriаl  resurslаrının 
sахlаnmаsının  аuditi  
Audit  prosesində  auditor  əmtəə-material  qiymətlilərinin  uçotunun  kim 
tərəfindən  aparılmasını  (yaşı,  təhsili,  mühasiblik  stajı,  bu  sahə  üzrə  normativ 
bazanın  mövcudluüu),  uçotun  bu  sahəsini  aparan  mühasibin  hansı  normativ 
sənədlərdən  istifadə  etdiyini  yoxlayır,  kimə  tabe  olmasını,  onun  işlərinin  kim 
tərəfindən 
yoxlanıldıüını 
aydınlaşdırır. 
Eyni 
zamanda 
əmtəə-material 
qiymətlilərinin  məsul  saxlanmaya  verilən  şəxslərlə  maddi  məsuliyyət  haqqında 
müqavilənin  mövcudluüu,  istifadə  olunan  ilkin  sənədlərin  siyahısı, onlarda  bütün 
rekvizitlərin  doldurulması  nömrələnmə  sistemi,  qeydiyyat  jurnallarının,  daimi 
inventarizasiya  komissiyası  və  onun  tərkibi  haqqında  əmrin,  anbarlarda  anbar 
uçotunun  kartoçkalarının  (vərəqələrinin),  mühasibatlıqda  isə  dövriyyə 
cədvəllərinin və inventar siyahılarının mövcudluüu, əmtəə-material qiymətlilərinin 
hərəkəti üzrə ilkin sənədlərin işlənilməsi texnologiyası (qəbul edilməsindən arxivə 
qədər) yoxlanılmalıdır.  
Istehsalın  həcminin  artması  ilə  material  resurslarının  formalaşması  və 
istifadə olunması, onların qorunub saxlanması mühüm əhəmiyyət kəsb edir. Həmin 
məsələlərin  uüurlu  həlli  hər  bir  təsərrüfat  subyektində  maliyyə  nəzarətinin  lazımi 
səviyyədə təşkilindən asılıdır. Materialların hazırlanması, daxil olması və buraxılışı 
üzrə  əməliyyatların  sənədlərlə  düzgün  və  vaxtında  əks  etdirilməsi  və  dürüst 
məlumatların  təmin  edilməsi,  saxlanma  yerlərində  və  hərəkətinin  bütün 
mərhələlərində  materialların  saxlanmasına,  istehsalda  onlardan  istifadəyə  nəzarət, 


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə