Kafedra: MÜhasibat uçotu və audiT



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə52/68
tarix17.09.2018
ölçüsü1,65 Mb.
#69040
1   ...   48   49   50   51   52   53   54   55   ...   68

160 
 
Əsas  vəsaitlərin  hərəkətinin  uçоtu  AR  MN  və  АR  MSK  tərəfindən  təsdiq 
edilmiş xüsusi sənədlər əsasında rəsmiləşdirilir. Yoxlama zamanı aşağıdakı məsə-
lələrə diqqət verilməlidir: 
  əsas  vəsaitlər  pay  şəklində  nizamnamə  kapitalına  verildikdə  onların  ilk 
dəyərini, kühnəlməsini və müqavilə qiymətini əks etdirən siyahı mövcud olmalıdır. 
Həmin  siyahıya  verilən  obyektlərin  bütün  texniki  sənədləri  və  həmin  obyektin 
möhürü ilə təsdiqlənmiş alqı-satqı aktlarının ikinci nüsxəsi də əlavə olunmalıdır; 
 əsas vəsait fiziki şəxsdən alınarsa həmin obyektin ilkin dəyəri, kühnəlməsi 
və alın qiyməti göstərilməklə alqı-satqı müqaviləsi tərtib olunmalıdır; 
  əsas  vəsait  obyekti  komplekt  şəkildə  əldə  olunursa  inventar  vərəqəsində 
komplektə daxil olan ayrı-ayrı predmetlərin siyahısı verilməlidir; 
  müvəqqəti  istismarda  olan  əsaslı  tikinti  obyekti  daimi  istismara  verilənə 
qədər əsas vəsaitlərin tərkibinə daxil edilmir, bitməmiş istehsalat kimi uçоta alınır 
(hesab 113 (08); 
 əsas vəsait satıldıqda bazar dəyəri müəyyən edilməlidir; 
  əsas  vəsaitin  istismara  yaramadıüı  müəyyən  edilməsi,  eləcə  də  onun 
silinməsi  üzrə  zəruri  sənədlərin  tərtib  edilməsi  üçün  müəssisənin  rəhbərliyi 
tərəfindən daimi fəaliyyətdə olan komissiya yaradılmalıdır.  
  yeni  tikinti,  mövcud  müəssisənin  genişləndirilməsi,  yenidən  qurulması  və 
texniki  cəhətdən  silahlanması  ilə  əlaqədar  avadanlıqlar  silindikdə  həmin 
avadanlıüın  siyahısı  həmin  müəssisənin  genişləndirilməsi,  yenidən  qurulması  və 
texniki silahlanması planında əks etdirilməlidir; 
  avadanlıüın  sökülməsindən  gələcəkdə  istifadəsi  mümkün  olan  bütün 
detallar,  hissələr  və  aqreqatlar  201  “Mаteriаl  ehtiyаtlаrı”  (10)  və      611  “Sаir 
əməliyyаt gəlirləri”,731 “Sаir əməliyyаt хərcləri” (47, 48) saylı hesablara mədaxil 
edilməlidir;  
 tərkibində bahalı metallar olan hissə və qovşaqlar həmin qiymətli metalların 
emala verilməsi məqsədi ilə ayrıca uçоta alınmalıdır.  
     Daha sonra balansın "əsas vəsaitlər" maddəsinin reallıüı yoxlanılır. Bunun 
üçün inventar siyahısının məlumatları 111 sаylı “Tоrpаq, tikili və  аvаdаnlıqlаr”, 


161 
 
121 sаylı “Dаşınmаz əmlаkа investisiyаlаr”, 131 sаylı “Biоlоji аktivlər”, 141 sаylı  
“Təbii  sərvətlər”  (01)  hesabı  üzrə,Baş  kitabın  məlumatları  və  həmin  hesab  üzrə 
balansın maddəsi ilə tutuşdurulur (cədvəl 4).   
                                                                                        Cədvəl 4                                                                                                                                                                                                                      
          Balansın "əsas vəsaitlər" maddəsinin reallıüının yoxlanması 
Əsas vəsait  
obyektlərinin  
adı 
 
Inventar siya- 
hısına görə əsas 
vəsaitlərin dəyəri, 
 min man. 
 
Baş kitabın 
məlumatları üzrə 
əsas vəsaitlərin 
dəyəri, min man. 
 
Balans üzrə əsas  
vəsaitlərin dəyəri, 
min man. 
 
Kənarlaşma (+; 
-) 
 
 
 
 
 
 
 
 
     Əsas  vəsaitlərin  dövriyyədən  çıxması  üzrə  əməliyyatların  yoxlanması  zamanı 
auditor silinən əsas vəsaitlərin yararsız olmasının müəyyən edilməsi üzrə müəssisə 
rəhbərliyi  tərəfindən  komissiyanın  yaradılması  haqda  əmrin  olmasına,  silinən 
obyektlərin  ləüv  edildiyinə,  yararlı  olan  hissə,  qovşaq  və  metal  hissələrinin 
mədaxil  edildiyinə  diqqət  yetirməlidir.  Bunun  üçün  əsas  vəsaitlərin  ləüvinin 
nəticələri  ilə  bağlı  məlumatlar  hissələrin  mədaxil  edilməsi  üzrə  qaimənin 
məlumatları ilə tutuşdurulur (cədvəl 5). 
                                                                                                                   Cədvəl 5 
əsas vəsaitlərin silinməsindən daxil olmaların düzgünlüyünün yoxlanılması 
Əsas vəsaitlərin sökül- 
məsindən alınan əmtəə- 
material qiymətlilərinin  
adı  
 
Qaimə üzrə mədaxil  
edilmişdir 
 
  Əsas vəsaitlərin          
silinmə aktına əsasən 
mədaxil  
edilməlidir 
 
Kənarlaşma (+;-) 
 
miqdar 
məbləü 
 
miqdar
 
məbləü 
miqdar 
məbləü 
 
 
 
 
 
 
 
 
Istifadə  olunmayan  əsas  vəsaitlərin  satışı  hallarında  auditor  satış  qiymətinin 
düzgün  (balans  dəyərindən  yüksək)  müəyyən  edildiyinə  əmin  olmalıdır.  əsas 


162 
 
vəsaitlərin  çıxması  üzrə  bütün  əməliyyatlar  611,  731  (47,48)    saylı  hesablаrda 
aparıldıüından auditor həmin hesab üzrə mühasibat yazılışlarını və əsas vəsaitlərin 
satışından və digər çıxmadan maliyyə nəticələrini yoxlamalıdır. 
4.
 
Əsas  vəsaitlərə  köhnəlmənin  hesablanmasının  və  onların  təmiri 
üzrə əməliyyatların auditi 
 
Əsas  vəsaitlərə  köhnəlmə  AR  NK-nin  qərarı  ilə  təsdiq  olunmuş  normalara 
əsasən  hesablanır.  (binаlаr,  tikililər,  qurüulаr  üzrə-  7%,  mаşın,  аvаdаnlıqlаr, 
nəqliyyаt  vаsitələri-  25%,  qeyri-mаddi  аktivlər-istitfаdə  müddəti  məlum  оlmаsа- 
10%, məlum оlаrsа- istifаdə müddətinə mütənаsib). Əsas vəsaitlərə köhnəlmənin 
hesablanmasının auditi zamanı aşağıdakılar nəzərə alınmalıdır: 
  əsas  vəsaitlər  cari  icarəyə  verildikdə  amortizasiya  satışdankənar  itkilərin 
tərkibinə daxil  edilir (D-t      801  (80)),  alınmış  icarə  haqqı  satışdankənar  mənfəətə 
aid edilir (D-t   801 (80),  
 əsas vəsaitlər üzrə köhnəlmə ya obyektin (bina, tikili və b.) bütün istismarı 
dövründə, və ya əsas vəsaitin (aktiv hissənin) balans dəyərinin maya dəyərinə tam 
daxil olduüu müddətdə hesablanır, sonra ayırmaların hesablanması dayandırılır; 
  bir  il  başa  çatana  qədər  kiçik  müəssisələrin  fəaliyyəti  dayandırıldıqda  he-
sablanmış əlavə köhnəlmə məbləüi mənfəət hesabına bərpa olunmalıdır: D-t 112, 
122, 132, 142(02), K-t    801 (80); 
  əsas  vəsaitlərin  tam  dayandırılması  və  müəyyən  olunmuş  qaydada  kon-
servasiyası  şəraitində  yenidənqurma,  texniki  silahlanma  zamanı  köhnəlmə  hesab-
lanmır, xidmət müddəti konservasiyada olduüu müddət qədər artırılır; 
 qurtarmamış tikinti obyekti üzrə köhnəlmə istifadəyə verildikdən sonra də-
qiqləşdirilməklə belə obyektlərin dəyəri haqqında arayışa müvafiq hesablanır.  
Yuxarıda  qeyd  olunanlar  nəzərə  alınmaqla  köhnəlmə  (amortizasiya)  norma-
sının tətbiqinin düzgünlüyü yoxlanılmalıdır.  
     Auditin gedişində aşağıdakı məsələlərə aydınlıq gətirilməlidir: 
  köhnəlmənin  hesablanması  üçün  bütün  əsas  vəsait  obyektlərinin 
hesablamaya daxil edilməsi


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə