8
səbəbdən də, təcrübədə adları çəkilən mənbələrdən çıxarılan zülallar toz şəklində,
məhlul və pastalar şəklində qidalanma üçün geniş istifadə edilə bilmirlər.
Ənənəvi məhsullara zülalların qatqı kimi işlədilməsi isə hələ də məhduddur
və bir sıra hallarda onların istifadəsi, rəngsizləşdirilən məhsulun mövcud unikal
strukturasının (quruluşun) pozulmasına gətirib çıxarır. Bəzən isə onların dadı və
istehlak keyfiyyətinin aşağı düşməsinə səbəb olur.
Bütün bunlar, müxtəlif mənşəli zülallar əsasında yeni, yeni forma və
quruluşlu qida məhsulları hazırlanması üsullarının əsas məsələlərini meydana
çıxarır ki, bunların həlli də ənənəvi metodları bilmədən mümkün deyildir.
Elmdə bu istiqamət keçən əsrin 80-ci illərindən meydana çıxmış, çox zaman
o, süni qida məhsullarının – yeni formalı qida məhsullarının istehsalı adını daşıyır.
Yeni formalı qida məhsullarının istehsalında əsas tələb ondan ibarətdir ki,
zülalı qida kimi münasib-cəlbedici görünüşdə və xassələrdə geniş istehlaka cəlb
etmək təmin olunsun. Başqa sözlə, yeni formalı qida məhsullarının istehsalında
yeni istiqamət ucuz, tam dəyərli və insan üçün cəlbedici qida məhsullarını
yaratmaqdır. 20-30 ildən çoxdur ki, dünyada bu istiqamət xeyli genişlənmiş, bir
sıra ölkələrdə, hətta sənaye sahəsinə çevrilmişdir.
Bu işin elmi cəhətdən əsaslandırılması və izahı əsasən Moskvada – keçmiş
SSRİ dövründə Nesmeyanov adına Element-Üzvi Tərkibli Birləşmələr İnstitutunda
(rusca İNEOS) V.B.Tolstoquzov, Braudo E.B. və başqalarının rəhbərliyi altında və
bilavasitə iştirakı ilə həyata keçirilmiş və indi də davam etməkdədir. İlk ideya isə
akademik A.M.Nesmeyanov tərəfindən 1961-ci ildə irəli sürülmüşdür.
Hal-hazırda iki istiqamətdə aparılan tədqiqatlar onu göstərir ki, kənd
təsərrüfatı xammalının kompleks emalı hesabına və süni qida məhsullarının
alınması hesabına kənd təsərrüfatı istehsalında effektivliyə nail olmaq və qida
məhsullarına olan artan tələbatı ödəmək mümkün olacaqdır.
9
Buradan belə fikir yaranır ki, yaxın gələcəkdə yeni formalı qida məhsullarının
yaranması hesabına ənənəvi qida məhsulları istehsalı ilə müqayisədə nisbətlər
dəyişəcək, bitki zülalının istehsalı yüksələcək və onun birbaşa emalı hesabına ət və
süd məhsullarını xatırladan, onlardan keyfiyyətcə heç fərqlənməyən məhsulların
istehsalı artacaqdır. Bu isə son mərhələdə mikrobioloji metodlarla zülal və digər
qida maddələri əsasında təşkil olunmuş süni qida məhsulları istehsalının kənd
təsərrüfatının tətbiqi olmadan inkişafına gətirib çıxarmalıdır.
Ona görə də yeni formalı qida məhsulları texnologiyalarının işlənib
hazırlanmasında əsas elmi və elmi-praktiki problemlərin öyrənilməsi ilk növbədə
zülalların emalı problemlərinin öyrənilməsindən başlanır.
Bunun üçün ilk əvvəl ənənəvi məhsullar istehsalı səviyyəsi və zülal istehlakı
ilə əlaqədar məsələlər dünya miqyasında təhlil olunmalıdır.
Dünya əhalisinin sayca artımı onu göstərir ki, bizim eranın başlanğıcından
keçən 16 əsr ərzində inkişaf tempi hər il 0,1% olmaqla, son dövrlər 0,2%-ə
çatmışdır. Belə bir inkişaf XX əsrdə demoqrafik partlayış adını almışdır.
Eramızın əvvəlində əhali sayı 200 mln nəfər olmuşsa, onun sayı 18 əsrdən
sonra – 1930-cu ildə 1 mlrd., ondan 100 il sonra isə 1930-cu ildə 2 mlrd., 1960-cı
ildə 3 mlrd., 4-cü artım 4 mlrd., ondan 15 il sonra 1976-cı ildə baş vermişdir.
Beləliklə, BMT məlumatları əsas götürülməklə onu demək olar ki, XX əsrin
sonunda dünya əhalisi 1,5 dəfə artmışdır. Buna baxmayaraq, bəşəriyyətin
qidalanma səviyyəsi istər miqdarca, istərsə də keyfiyyət baxımından aşağıdır. Qida
məhsullarının miqdarca çatışmazlığı orta hesabla dünya əhalisinin 15%-ni əhatə
edir. Bu, ilk növbədə kalori (enerji) çatışmazlığı ilə əlaqədardır.
Qida fiziologiyası və digər elmlərdən məlumdur ki, insanların kaloriyə olan
tələbatı onların yaşı, cinsi və həyat fəaliyyətinə, peşəsinə uyğun olaraq iqlim və
digər şərtlərdən asılıdır və əsasən karbohidratlar və yağlar (qidanın energetik
komponentlərinin) hesabına ödənilir. Bu ödəniş müxtəlif ölkələr üzrə müxtəlifdir.
10
XX əsrin sonuna kimi qəbul olunmuş normalara görə 1 gündə hər bir insan
qidalanma hesabına 3000 kkal (orta hesabla) qəbul etməlidir. Bunun daha da
artırılması piylənməyə və çəki artımına gətirib çıxarır ki, bunlar da xəstəliklərin
artımına səbəb olurlar və son nəticədə ömrün azalmasına gətirib çıxarır.
Beləliklə, inkişaf etməkdə olan ölkələrdə kasıb təbəqə üçün qida probleminin
həlli kalori defisitinin aradan götürülməsi ilə əlaqədar olursa, inkişaf etmiş
ölkələrdə əksinə, onun aşağı salınmasına yönəldilməlidir.
Yaxud əsrlərlə aclığın qarşısının alınması fiziki işlə daha çox məşğul olanlar
üçün həyata keçirilirdisə, hazırda bu iş, indiki halda əqli əməklə məşğul olanlar
üçün qidanın keyfiyyətinin yüksəldilməsi və rasionda enerji dəyərinin aşağı
salınması hesabına həll olunmalıdır.
Bütövlükdə götürdükdə, qidalanma probleminin miqdar aspekti rasionda tam
dəyərli zülalların çatışmazlığı ilə əlaqədardır və bu dünya əhalisinin 2/3 hissəsini
əhatə edir və inkişaf etməkdə olan Asiya, Afrika və Latın Amerika ölkələrində
özünü daha qabarıq göstərir.
Qidalanma probleminin keyfiyyət tərəfi isə qəbul olunan bitki zülallarının
tərkibcə ayrı-ayrı aminturşuları ilə dəyərləndirilməməsidir. Çünki mövcud 20
aminturşudan zülalların tərkibində 8-9-u əvəzedilməz sayılır, yerdə qalanlarını isə
insan orqanizminin özü sintez edə bilir.
Başqa sözlə, orqanizmin ehtiyacı üçün tələb olunan əvəzedilməz
aminturşunun minimal miqdarı orqanizmin digər aminturşularla təmin olunması
dərəcəsini təyin edir və bu da zülalın bioloji dəyərliyini müəyyənləşdirir.
Bitki zülallarından fərqli olaraq, heyvanat xammalının zülalları aminturşu
tərkibinə görə orqanizmin əvəzolunmaz aminturşulara olan tələbatına daha çox
cavab verir.
Dostları ilə paylaş: |